DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə20/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

_______Milli Kitabxana_______ 
 
61 
orqanlarına bəyannamə təqdim etmiş fiziki şəxslərin sayı 5440 nəfər 
təşkil etmişdir. Bu da bəyannamə təqdim etməli olan şəxslərin 75%-
nə (7292 nəfər) bərabərdir. Hətta qeydiyyatdan keçərək bəyannamə 
təqdim etməli olan şəxslər də vaxtında öz gəlirləri haqqında bəyan 
etmirlər.  
Sahibkarlıqla məşğul olanların dövlət büdcəsinə ödədikləri 
gəlir vergisinin gəlir vergisi üzrə daxilolmalarda payı 2000-ci ildə 
13,8%, 2003-cü ildə 4% təşkil etmişdir. Bunun əsas səbəbi 2003-cü 
ildən başlayaraq sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsinin 
genişləndirilməsi və bir qrup vergi ödəyicisinin bu vergi sistemini 
seçməsi ilə bağlı olmuşdur. 
 
Gəlir vergisi ilə bağlı digər məqam fiziki şəxslərin banklarda 
saxladığı  əmanətlərin vergiyə  cəlb olunması ilə bağlıdır. Vergi 
Məcəlləsinin 122-ci maddəsinə  əsasən fiziki şəxslərin banklarda 
saxladığı əmanətlərdən əldə olunan dividentlər ödəniş mənbəyindən 
(10%) vergiyə  cəlb olunmalıdır. Lakin, fiziki şəxslərin banklardakı 
əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə qiymətli 
kağızlar üzrə divident və faizlərdən  əldə etdikləri dividentlərin 
vergidən azad olması haqda qanunun olması (23 noyabr 2001-ci il) 
banklarda daha çox vəsaitin cəlb olunmasını stimullaşdırmağa 
yönəldilib. Hazırda bu güzəşt daha üç il artırılmışdır (27 noyabr 
2003-cü il). Məlumat üçün, qeyd edək ki, bu güzəştlərin tətbiqi 
nəticəsində əhalinin banklardakı əmanətləri artmışdır. Əgər 1995-ci 
ildə bu rəqəm 60,7 mlrd.AZM təşkil edirdisə, 2004-cü ildə bu 
göstərici 2015,6 mlrd.AZM-ə çatmışdı. 
 Fiziki 
şəxsin bilavasitə maddi vəziyyətinə təsir göstərən gəlir 
vergisi ölkə büdcəsində elə  də böyük xüsusi çəkiyə malik deyil. 
Bunun isə  əsas səbəbi (hökumətin verdiyi məlumata uyğun olaraq) 
ölkə  əhalisinin 29%-nin yoxsulluq həddində yaşaması, 1 mln. 400 
minə yaxın pensiyaçının olması və digər çoxsaylı sosial problemləri 
göstərmək mümkündür. Bu amilləri nəzərə alaraq fiziki şəxslər üzrə 
gəlir vergisinin dərəcələrini dəyişərkən onun ölkə ərazisində əhalinin 
nominal pul gəlirləri, orta aylıq əmək haqqı, minimum əmək haqqı, 
minimum yaşayış səviyyəsi, inflyasiya, digər indikatorlarla bağlılığı 
nəzərə alınmalıdır. 


_______Milli Kitabxana_______ 
 
62 
 Belə ki, bir çox hallarda büdcə mədaxilində gəlir vergisi üzrə 
yığım  əmsalının artmasının  əsas səbəblərindən biri məhz  əhalinin 
pul gəlirlərinin, o cümlədən əmək haqlarının artmasıdır.  
Əhalinin rifah halının yaxşılaşdırılması, sosial vəziyyətdə 
müsbət dəyişikliklərə nail olmaq üçün hökumət bir sıra hallarda 
əmək haqlarını artırır (və ya bir sıra vergi güzəştləri müəyyən edir). 
Son bir neçə ildə əhalinin nominal pul gəlirləri orta hesabla 11-12%, 
o cümlədən əmək haqqı gəlirləri 11% artmışdır.  
Minimum  əmək haqqının müəyyənləşdirilməsi ilk dəfə 
prezident fərmanı ilə 2 yanvar 1992-ci ildə  təsdiq edilmişdir. Bu 
fərmana müvafiq olaraq minimum əmək haqqının səviyyəsi 317 
AZM təşkil etməli idi. Lakin, sosial problemlərin olması və ölkədə 
iqtisadi islahatların aparılması nəticəsində bu göstərici bir neçə dəfə 
dəyişdirildi. Əsas dəyişiklik 1 fevral 1995-ci ildə prezident fərmanı 
ilə minimum əmək haqqının 5500 AZM səviyyəsində 
müəyyənləşdirilməsi oldu. Belə ki, bu fərman 6 il qüvvədə qaldı, 
yalnız 2001-ci ilin yanvarından minimum əmək haqqı 5 dəfə 
artırılaraq 27500 AZM həddinə çatdırıldı. Bu istiqamətdə atılmış 
növbəti addım 4 avqust prezident fərmanı ilə minimum əmək 
haqqının 1 sentyabr 2003-cü ildən 45000 AZM, 1 yanvar 2004-cü 
ildən 60000 AZM müəyyən edildi. Sonrakı dövrlərdə Prezident 
fərmanları ilə minimum əmək haqqı 1 iyul 2004-cü ildən 100000 
AZM,  1 yanvar 2005-ci ildən 125000 AZM, 1 oktyabr 2005-ci ildən 
150000 AZM həddində müəyyən edilmişdir. Əmək haqlarının artımı 
ilə bağlı dövlət büdcəsi xərclərindən təkcə, 2003-cü ildə 281 
mlrd.AZM, 2005-ci ilin birinci yarısı üçün isə 268 mlrd.AZM 
vəsaitin ayrılması nəzərdə tutulurdu. 
Minimum  əmək haqqının artması ilə yanaşı ölkə üzrə orta 
aylıq əmək haqqı səviyyəsi də artmağa başladı. Əgər 1995-ci ildə bir 
işçiyə hesablanmış orta aylıq  əmək haqqı 62467 AZM  təşkil 
edirdisə, 2000-ci ildə bu rəqəm 221606 AZM və ya baza ilinin 
göstəricisindən 3,5 dəfə, 2001-ci ildə 260000 AZM və ya müvafiq 
olaraq 4,2 dəfə, 2002-ci ildə 315219 AZM və ya 5,0 dəfə, 2003-cü 
ildə 383100 AZM və ya 6,1 dəfə, 2004-cü ildə 483400 AZM  və ya 
7,7  dəfə çox olmuşdur.  


_______Milli Kitabxana_______ 
 
63 
Ölkədə orta aylıq  əmək haqqının formalaşmasına diqqət 
yetirsək, bu rəqəmin iqtisadiyyatda məşğul olan şəxslərin orta aylıq 
gəlirinin hesabına deyil, muzdla işləyənlərin  əmək haqqının orta 
göstəricisi kimi qəbul edilə bilər. Yəni iqtisadiyyatda məşğul 
olanların yalnız 30%-dən artıq hissəsi muzdla işləyir (orta aylıq 
əmək haqqını formalaşdırır).  
 Müvafiq 
olaraq 
büdcəyə ödənilən gəlir vergisinin strukturunda 
əmək haqqından tutulan gəlirin 95,8% olduğunu nəzərə alsaq, belə 
nəticəyə gəlmək olar ki, 3,7 mln. nəfərin böyük əksəriyyəti (2003-cü 
ilin 3,7 mln nəfərin yalnız 1,3 mln.nəfəri sosial sığorta ayırmalarını 
ödəyir) büdcəyə  gəlir vergisini (müvafiq olaraq məcburi dövlət 
sosial sığorta ayırmalarını da Dövlət Sosial Müdafiə Fonduna) 
ödəmir.  
2. Hüquqi şəxslərin mənfəət vergisi 
 
Azərbaycan Respublikasında hüquqi şəxslərin mənfəətindən 
və  gəlirlərinin ayrı-ayrı növlərindən vergilər haqqında ilk qanun 9 
noyabr 1991-ci ildə imzalanmış və növbəti ilin 1 yanvar tarixindən 
qüvvəyə minmişdi. 
Qanuna  əsasən mənfəət vergisinin ödəyiciləri aşağıdakılar 
hesab edilirdi: 
a)
 
təsərrüfat hesabında olub, müstəqil balansa malik olan və 
hüquqi şəxslər sayılan (Azərbaycan Resupblikasının (AR) 
Milli Bankından başqa) müəssisələr, birliklər və 
təşkilatlar, o cümlədən AR-nın  ərazisində yaradılan və 
bütünlükdə xarici investorlara məxsus olan müəssisələr 
(xarici müəssisələr), respublika və xarici hüquqi şəxslərin 
və  vətəndaşların iştirakı ilə yaranan birgə müəssisələr, 
təsərrüfat fəaliyyəti ilə  məşğul olan beynəlxalq birliklər
respublika müəssisələrinin, birliklərlərinin və 
təşkilatlarının iştirakı ilə başqa ölkələrin  ərazisində 
yaradılan birgə müəssisələrin Azərbaycan Respublikasının 
ərazisində yerləşən filialları; 
b)
 
təsərrüfat hesabında olmayan, lakin təsərrüfat və digər 
kommersiya fəaliyyətindən gəlir götürən təşkilatlar, büdcə 
təşkilatlarından başqa; 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə