DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə28/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

_______Milli Kitabxana_______ 
 
85 
 
    
 Cədvəl 2.12 
 
 
2001 2002  2003  2004 
Mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rin 
də (%) 
Mlrd.  
AZM 
Büdcə 
gəlirlə 
rin 
də (%) 
Mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rin 
də 
(%) 
Mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rin 
də (%) 
ƏDV üzrə 
büdcəyə 
daxilol- 
malar 
1266  32,3 1674,4 36,8 2048,6 33,4 2263,4 30,0 
 
 
 
2004-cü il üzrə artım 2003-cü ilə nisbətən 10,5%, 2003-cü il 
üzrə artım 2002-ci ilə nisbətən 22,3%, 2000-ci ilə nisbətən 2,1 dəfə, 
2002-ci il üzrə artım, 2001-ci il nisbətən 32,2%, 2000-ci ilə nisbətən 
isə 75,5%  olmuşdur.  
2002-ci ildə artımın səbəbi kimi bu vergi növü üzrə  yığım 
əmsalının yüksəldilməsi, vasitəli vergilərin son istehlak prinsipi ilə 
tutulması, eyni zamanda, beynəlxalq daşımaların Azərbaycan 
Respublikası  ərazisində baş verən hissəsinin  ƏDV-nin vergitutma 
obyektinə aid edilməsi hesabına olmuşdur. 2003-cü ildə  ƏDV üzrə 
proqnozun artmasına səbəb isə Ümumi Daxil Məhsulun və idxalın 
artacağı ilə əlaqələndirilir.  
 
6.  Aksizlər 
 
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə aksiz – 
aksizli malların satış qiymətinə daxil edilən vergidir. Azərbaycan 
Respublikasının  ərazisində istehsal edilən, yaxud idxal olunan 
aksizli mallardan, vergidən azad edilən mallar istisna olmaqla, aksiz 
tutulur.  
Aksizlər bir neçə funksiyaya malikdir. Dolayı vergi olduğu 
üçün aksizin əsas funksiyası fiskal funksiyadır. Hazırkı dövrdə 
dövlət büdcəsinin kəsirlə olduğunu nəzərə alsaq aksizlərin bu 
funksiyası ön plana çıxır. Aksizlər daxili istehsalı  təşviq etmək və 
idxalı əvəz edə biləcək məhsulların istehsalına şərait yaratmaq üçün 
də  tətbiq edilir. Üçüncüsü aksizlərin sosial funksiyasıdır. Yəni 
aksizlər insan orqanizminə  zərərli olan məhsullara (tütün 


_______Milli Kitabxana_______ 
 
86 
məmulatları, spirtli içkilər) onların satışını  məhdudlaşdırmaq üçün 
tətbiq olunur. Aksizlərin iqtisadi mahiyyəti vəsaitlərin yenidən 
bölüşdürülməsi və yüksək mənfəətin yaranmasının qarşısının 
alınmasıdır [34, səh 285].  
 “Aksizlər haqqında” Azərbaycan Respublikasının ilk qanunu 
31 dekabr 1991-ci ildə qəbul edilmişdi. Bu qanuna görə aksiz vergisi 
içməli spirt, müxtəlif növ içkilərə, təbii xəz və gön-dəri məmulatına, 
bir sıra məişət avadanlıqlarına, tütün məmulatlarına, qiymətli metal 
və gümüş  məmulatına tətbiq edilirdi. 10 iyun 1992-ci ildə bir sıra 
neft məhsullarına da aksiz vergisi tətbiq olundu, lakin xalq istehlakı 
mallarının bəzi növlərinin aksiz dərəcələri azaldıldı.  
Qanuna görə aksizlərin ödəyiciləri aşağıdakılar hesab edilirdi. 
1.   Аksiz mаllаrı  Rеspublikа  ərаzisində istеhsаl və  yа sifаriş 
еdib sаtаn yахud Rеspublikа ərаzisinə gətirən (öz tələbаtı 
üçün gətirilən  хаmmаl və  mаtеriаllаr istisnа  оlmаqlа), 
hаbеlə istеhsаl və  yа digər  хidmətlər göstərən hüquqi 
şəхslər,  о cümlədən  хаrici invеstisiyаlаrın qоyulduğu 
müəssisələr və fiziki şəхslər 
аksiz vеrgisinin 
ödəyiciləridir. 
2.   Hüquqi şəхslər rеspublikа dахilində аksiz tutulmаyаn (və 
yа  аşаğı  dərəcə ilə tutulаn) mаllаrı  rеspublikаdаn 
çıхаrаrkən, rеspublikа hüdudlаrındаn kənаrа sаtılаn mаllаr 
üzrə təyin еdilmiş dərəcə ilə аksiz vеrgisi ödəyirlər. 
 Aksizlərlə bağlı vergi qanunvericiliyi Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin qərarına  əsasən çox tez-tez 
dəyişikliklərə məruz qalırdı.  
Neft məhsullarının aksiz dərəcələrinin illər üzrə dəyişməsi: 16 
fevral 1998-ci ildə neft məhsullarının satış qiymətinin 
respublikadaxili qiymətlərinin tənzimlənməsi, 10 iyul 1998-ci ildə 
dünya bazarında neft və neft məhsullarının qiymətlərinin kəskin 
surətdə  aşağı düşməsi ilə  əlaqədar respublikada neft istehsalı 
sahəsində yaranmış  gərginliyi aradan qaldırmaq, enerjidaşıyıcıların 
satış qiymətlərinin daxili bazarda tənzimlənməsini təmin etmək, ölkə 
daxilində bu məhsulların istehsalını stimullaşdırmaq və daxili bazarı 
qorumaq məqsədi ilə, 17 aprel 2000-ci il dünya bazarında neft və 
neft məhsullarının qiymətlərinin artması ilə 
əlaqədar 


_______Milli Kitabxana_______ 
 
87 
enerjidaşıyıcıların topdansatış qiymətinin daxili bazarda 
tənzimlənməsini təmin etmək məqsədilə  dəyişdirilmişdi (19 yanvar 
2001-ci ildə növbəti dəfə  dərəcələr dəyişmişdi). Sonuncu dəfə neft 
məhsullarının dərəcələri 10 fevral 2003-cü ildə və 1 noyabr 2004-cü 
ildə xam neft və neft məhsullarının qiymətlərinin respublika 
daxilində  tənzimlənməsi ilə  əlaqədar dəyişdirilməsi nəzərdə 
tutulurdu. 
Təbii xəz və gön-dəri məmulatlarının aksiz dərəcələrinin 
dəyişdirilməsi 27 oktyabr 1998-ci ildə Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin qərarına əsasən yerli istehsalçıların mənafeyini 
qorumaq, aksizli malların istehsalında, satışında yaranmış 
çətinlikləri aradan qaldırmaq və  rəqabət qabiliyyətini artırmaq 
məqsədilə həyata keçirilmişdi.  
(Spirtli içkilərin aksiz dərəcələri  son illərdə 9 iyun 1999-cu il, 
16 aprel 1999-cu il, 7 mart 2001-ci ildə dəyişdirilmişdir).  
Vergi Məcəlləsinin qəbul edilməsinə baxmayaraq dərəcələr 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına  əsasən 
müəyyən edilirdi. Məcəllədə isə aksiz vergisinə  cəlb edilən 
məhsulların siyahısı göstərilirdi. Lakin, 1 yanvar 2004-cü ildən vergi 
qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə içməli spirt, pivə və 
spirtli içkilər, bütün növ tütün məmulatları üzrə aksiz vergisinin 
dərəcələri Vergi Məcəlləsinə  əsasən müəyyənləşdirilməyə başlandı. 
Hazırda qeyd olunan məhsullar üzrə dərəcələr aşağıdakı kimidir: 
-
 
içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt 
olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 
faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər 
litrinə görə – 0,8 manat;  
-
 
araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki 
materialları, likyor və likyor məmulatları – hər litrinə görə 
0,5 manat; 
-
 
konyak və konyak materialları – hər litrinə görə 0,2 manat; 
-
 
şampan şərabı – hər litrinə görə 0,2  manat; 
-
 
şərablar və şərab materialları – hər litrinə görə 0,1  manat; 
-
 
pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə  tərkibli 
digər içkilər – hər litrinə görə 0,08 manat; 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə