DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə30/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

_______Milli Kitabxana_______ 
 
91 
idarə etmək bir qədər asandır. Xüsusilə idxal əməliyyatlarına 
nəzarəti gücləndirmək imkanı əldə olunur.  
Ümumiyyətlə, aksizlər üzrə büdcəyə daxilolmaların strukturu 
2000-2002-ci illərdə aşağıdakı kimi olmuşdur.  
Cədvəl 2.15 
 
2000 2001 2002 
mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rində 
(%)
mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rində 
(%)
mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rində 
(%) 
Aksizlər 
üzrə 
büdcəyə 
daxilolmalar 
112,2 3,1 554,6 14,1 433,3 9,5 
 
Müxtəlif illərdə büdcəyə daxilolmaların səviyyəsinin dəyişkən 
olmasına aksizli məhsullara tətbiq edilən dərəcələrin və bir sıra 
hallarda dünya bazarlarında neft məhsullarının qiymətinin dəyişməsi 
təsir etmişdir. 
Aksizlər üzrə büdcəyə daxilolmalar 2002-ci ildə, 2000-ci ilə 
nisbətən 3,9 dəfə, 1998-ci ilə nisbətən 4,5 dəfə yüksək olmuşdur (o 
cümlədən, idxal olunan məhsullar üzrə 115,8%). 2003-cü ildə bu 
vergi növü üzrə büdcəyə 335,2 mlrd.AZM (o cümlədən, idxal olunan 
məhsullar üzrə 43,3 mlrd.AZM), 2004-cü ildə 362,2 mlrd.AZM (o 
cümlədən, idxal olunan məhsullar üzrə 55,7 mlrd.AZM) 
köçürülmüşdür. 2004-cü il üzrə artım 2001-ci ilə nisbətən 3,2 dəfə 
təşkil etmişdir. 
Başlıca (proqnozun ehtiyatla büdcədə qoyulmasının) səbəb isə 
neft məhsullarının ölkədaxili qiymətlərinin dünya bazarı 
qiymətlərinə uyğunlaşdırılması  və bunun nəticəsində aksizlərə  cəlb 
olunan neft məhsullarının növləri və vergi bazasının azaldılması 
qeyd olunur.      
 
7. Yol vergisi 
 


_______Milli Kitabxana_______ 
 
92 
Yol vergisi Vergi Məcəlləsinin qəbul edilməsi ilə tətbiq edilən 
yeni vergi növü idi. Əvvəlki illərdə qüvvədə olan qanunvericilikdə 
bu vergi növünü Dövlət Yol Fonduna toplanan vergilər əvəz edirdi.  
Аzərbаycаn Rеspublikаsı  ərаzisində ümumi istifаdədə  оlаn 
аvtоmоbil yоllаrının və yоl qurğulаrının (bundаn sоnrа - аvtоmоbil 
yоllаrı) sахlаnmаsı, təmiri, yеnidən qurulmаsı  və tikintisi ilə 
əlаqədаr  хərclər Dövlət yоl fоndundа (bundаn sоnrа - yоl fоndu) 
tоplаnаn məqsədli büdcədənkənаr vəsаit və büdcədən аyrılаn vəsаit 
hеsаbınа mаliyyələşdirilirdi. 
Yоl fоndunun vəsаiti ümumi istifаdədə  оlаn  аvtоmоbil 
yоllаrının sахlаnmаsı, təmiri, yеnidən qurulmаsı və çəkilməsi, dövlət 
bölməsində оlаn yоl sеrvisi оbyеktlərinin və yоl təsərrüfаtının idаrə 
оlunmаsı хərclərinin mаliyyələşdirilməsinə yönəldilirdi.  
Yоl fоndunа  tоplаnаn vəsаitin 75 fаizi dövlət  əhəmiyyətli 
yоllаrın, 25 fаizi isə  yеrli  əhəmiyyətli yоllаrın tikintisi, təmiri və 
sахlаnmаsı  işlərinə yönəldilir. Dövlət  əhəmiyyətli yоllаr üçün 
nəzərdə tutulаn vəsаitin 25 fаizi Bаkı şəhəri yоllаrının, 75 fаizi isə 
müvаfiq icrа  hаkimiyyəti  оrqаnının sərəncаmındа  оlаn yоllаrın 
tikintisi, təmiri və sахlаnmаsı üçün аyrılması nəzərdə tutulurdu. 
Yоl fоndu yаnаcаq-sürtkü mаtеriаllаrının sаtışındаn, 
аvtоmоbil yоllаrının istifаdəçilərindən tutulan vergi, аvtоnəqliyyаt 
və  təkərli tехnikа  vаsitələrinin  аlınmаsınа görə, nəqliyyаt 
vаsitələrinin sаhiblərindən (idаrələrdən, müəssisələrdən və 
vətəndаşlаrdаn) yоldаn istifаdəyə görə  vеrgi,  хаrici dövlətlərin 
аvtоnəqliyyаt vаsitələrinin  Аzərbаycаn Rеspublikаsı  ərаzisindəki 
аvtоmоbil yоllаrındаn istifаdəyə görə vеrgilərin hеsаbınа yаrаdılırdı. 
Vergi Məcəlləsinin qəbul edilməsindən sonra verginin 
tutulması prinsipi aşağıdakı formada həyata keçirilməyə başladı. 
Verginin ödəyiciləri – (2001-2004-cü illərdə) Azərbaycan 
Respublikasının  ərazisinə daxil olan və  həmin  ərazidən sərnişin və 
yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin 
sahibləri olan qeyri-rezident müəssisələri və qeyri-rezident fiziki 
şəxslər Azərbaycan Respublikasının avtomobil yollarından 
istifadəyə görə yol vergisinin ödəyiciləri idi. 2005-ci ildən habelə 
Azərbaycan Respublikasının  ərazisində mülkiyyətində  və ya 
istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil 


_______Milli Kitabxana_______ 
 
93 
nəqliyyatı vasitələri olan şəxslər də bu verginin ödəyiciləri hesab 
edilir. 
Əgər vergitutma obyekti Vergi Məcəlləsi qəbul edildiyi ildən 
2005-ci ilə qədər yalnız Azərbaycan Respublikasının ərazisinə daxil 
olan xarici dövlətlərin avtonəqliyyat vasitələri hesab edilirdisə, 
2005-ci ildən vergitutma obyektinə  həmçinin, Azərbaycan 
Respublikasının  ərazisində mülkiyyətində  və ya istifadəsində 
avtonəqliyyat vasitələri aid edilir.  
Hazırda qüvvədə olan qanunvericilikdə vergi aşağıdakı 
qaydada tutulur. 
Avtonəqliyyat vasitələrinin növündən, oturacaqların sayından, 
yükgötürmə qabiliyyətindən və avtonəqliyyat vasitəsinin yüklə 
birlikdə ümumi çəkisindən, oxa düşən ağırlıqdan, Azərbaycan 
Respublikası  ərazisində  qət edilən məsafədən, təhlükəli yüklərin 
daşınmasından asılı olmayaraq Azərbaycan Respublikasının 
ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələrindən 
vergi aşağıdakı dərəcələrlə hesablanır: 
1.Minik avtomobilləri – 15% USD; 
2.Avtobuslar üçün oturacaq yerlərinin sayından və 
Azərbaycan Respublikasının  ərazisində qaldığı müddətdən asılı 
olaraq aşağıdakı kimi tutulur: 
  
 
 
 
 
 
   Cədvəl 2.16 
Ölkə 
ərazisində 
qaldığı 
müddət 
Oturacaq 
yerlərinin sayı  
12-dək olanda 
Oturacaq 
yerlərinin sayı 
13-dən 30-dək 
olanda 
Oturacaq 
yerlərinin sayı  
31 və çox olanda 
1 gün üçün 
15 USD 
20 USD 
25 USD 
1 həftəyədək 
30 USD 
40 USD 
50 USD 
1 aya qədər 
100 USD 
140 USD 
175 USD 
3 aya qədər 
300 USD 
400 USD 
500 USD 
1 ilə qədər
1050 USD
1400 USD
1750 USD 
 
3.Yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat 
vasitələri üçün oxların sayından və Azərbaycan Respublikası 
ərazisində qaldığı müddətdən asılı olaraq aşağıdakı qaydada tutulur: 
 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə