DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə29/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

_______Milli Kitabxana_______ 
 
88 
-
 
bütün növ tütün məmulatları – hər min ədədinə 12,5 
manat. Yalnız neft məhsullarının dərəcələrinin 
dəyişdirilməsi Nazirlər Kabinetinin sərəncamında qaldı.  
Vergi Məcəlləsinin 6.3-cü maddəsinə  əsasən dövlət 
vergilərinin hər il üçün müəyyən edilən dərəcələrdən yüksək ola 
bilməz və il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında 
qanunu qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər. 
Yəni Vergi Məcəlləsində göstərilən vergilərin dərəcələri yalınz ilin 
sonunda dövlət büdcəsi haqqında qanunun layihəsi Milli Məclisə 
təqdim olunduğu vaxt dəyişdirilə bilər. Lakin, neft məhsullarının 
dərəcələrinin VM ilə müəyyənləşdirilməməsi Nazirlər Kabinetinə 
icazə verir ki, ilin müxtəlif vaxtlarında bu dərəcələri dəyişdirsin. 
Qüvvədə olan qanunvericiliyə əsasən neft məhsullarına tətbiq 
edilən bəzi aksiz dərəcələri aşağıdakı kimidir. 
Cədvəl 2.13 
 
Məhsulların adı 
Aksiz vergisi 
Məbləği  
(1ton üçün) 
Dərəcəsi  
(%) 

Avtomobil benzini Aİ-96 1 
013 
810 101,38 

Avtomobil benzini Aİ-92
839 284
88,11 

Avtomobil benzini Aİ-80 802 
079  88,34 
4 Dizel 
yanacağı 96 
847
15,02 
5 Məişət soba yanacağı 59 
152 
18,56 
6 Ağ neft  (KO-20)
120 084
22,30 
7 Mühərrik yağları 444 
958 
32,0 
8 Sənaye yağları 157 
186 
29,06 
9 Turbin 
yağları
457 485
33,43 
10 Transformator 
yağı 393 
211 
34, 
17 
 
Aksizin ödəyiciləri aksizli malları istehsalı  və ya idxalı ilə 
məşğul olan bütün şəxslər, habelə Azərbaycan Respublikasının 
hüdudlarından kənarda bu malların istehsalı ilə  məşğul olan və 
istehsal yerində vergi ödəyicisi kimi uçota alınmayan Azərbaycan 
Respublikasının rezidentləridir. Yəni ölkəmiz ərazisində sifarişçinin 
göndərdiyi xammaldan mallar istehsal edildiyi halda istehsalçı şəxs 
aksizin ödəyicisi hesab edilir, lakin istehsalçı sifarişçidən aksiz 
məbləğini almalıdır.  


_______Milli Kitabxana_______ 
 
89 
VM-nin 184-cü maddəsinə  əsasən vergitutma obyekti 
Azərbaycan Respublikasının  ərazisində istehsal edilən aksizli 
malların istehsal binasının hüdudlarından kənara buraxılması sayılır. 
Belə ki, aksiz vergisi satış prosesində hesablanır. İdxal malları üçün 
- Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq 
aksizli malların gömrük xidmət nəzarətindən çıxması hesab olunur. 
Yuxarıda qeyd etdiyimiz kimi aksizlər dolayı vergidir. Belə 
olduğu halda aksizlər istehsal prosesində  və satışın hər bir 
mərhələsində (hesab-fakturaların tətbiqi ilə)  əvəzləşdirilir. Aksizli 
malların satışı prosesində hesablanmış aksiz həmin malın istehsalı 
üçün sərf edilmiş xammala görə ödənilən aksizin məbləği həddində 
azaldılır. 
Güzəştlərin tətbiq edilməsi baxımından aksiz vergisi üzrə  də 
Vergi Məcəlləsində bir sıra azadolmalar və güzəştlər öz əksini tapır: 
-  
Aksizli  malların ixracı vergiyə cəlb edilmir (və ya sıfır 
dərəcə ilə cəlb edilir); 
-   
Fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içkinin 
və 3 blok siqaretin idxalı, həmçinin Azərbaycan 
Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin 
avtomobilin texniki pasportu ilə  nəzərdə tutulmuş 
bakındakı yanacaq; 
-   
Azərbaycan Respublikasının ərazisində tranzitlə daşınan 
mallar; 
-  
təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna 
edilməklə, malların  Azərbaycan Respublikasının 
ərazisinə müvəqqəti idxalı; 
-  
təkrar ixrac üçün nəzərdə tutulan və girovla təminat 
verilən mallar aksiz vergisi ödəməkdən tamamilə 
azaddır. 
 Sadalanan  hallar  üzrə aksizlər o zaman tətbiq olunur ki, 
gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. 
Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri 
qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri 
pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin 
rejim aksizin tutulmasına da tətbiq edilir.  
   
 


_______Milli Kitabxana_______ 
 
90 
 
Cədvəl 2.14 
(mln.AZM) 
1998 2000  2002 
Neft məhsulları 
55909,6 80724,0 375641,0 
Spirtli və spirtsiz içkilər,  pivə 
8230,4 13515,7 12930,0 
Tütün məmulatları 
492,3 5020,4 8712,6 
Sair 
158,2
1010,1
94,2 
Cəmi 64790,5 
100270,2 
397377,8 
 
Aksizlər üzrə büdcəyə daxilolmaların dinamikasına baxsaq 
büdcəyə ödənilən verginin məbləği (2002-ci ildə 1998-ci ilə 
nisbətən) 6,1 dəfə artmışdır. Bu xüsusilə neft məhsullarına aiddir 
(6,7 dəfə). Belə ki, yuxarıdakı cədvəldən məhz neft məhsulları üzrə 
ölkədə istehsalın artması və tətbiq edilən dərəcələrin dəyişməsi də öz 
növbəsində aksizlər üzrə dinamikaya təsir göstərmişdir. 
Tütün məhsullarının dərəcələrinin dəyişmə səbəbləri – ölkədə 
tütün məmulatlarının istehsalını artırmaq, onları istehsal edən 
müəssisə  və  təşkilatların fəaliyyətini yaxşılaşdırmaq, daxili bazarın 
qorunmasını, bu sahədən büdcəyə daxil olan vəsaitin 
tənzimlənməsini, yeni iş yerlərinin açılmasını təmin etmək məqsədi 
ilə tütün məhsullarının aksiz dərəcələrinin dəyişdirilmişdir.  
Aksizlərin dərəcələrinin dəyişməsi nəticəsində tütün 
məhsullarının istehsalı (2002-ci ildə 70,8 mlrd.AZM), həmçinin 
tütün məhsullarına tətbiq edilən aksiz dərəcələrinin dəyişməsi 
nəticəsində daxildə istehsal olunan məhsullar üzrə büdcəyə 
daxilolmalar artmış və 2002-ci ildə 8,7 mlrd.AZM təşkil etmişdir.  
İdxal olunan tütün məmulatlarından aksiz məbləği  əvvəllər 
idxalın dəyərindən faizlə (advalor) hesablanırdısa, hazırda (Vergi 
Məcəlləsinə  əsasən) idxala görə aksiz məbləği siqaretin dəyərindən 
asılı olmayaraq 1000 ədəd siqaretə görə 9000 AZM məbləğində 
(spesifik) müəyyən edilmişdir.  
Bu addım aksizin sosial funksiyası ilə bağlıdır.  Əhalinin 
sağlamlığına tütün məhsullarının zərərini nəzərə alaraq onlara 
müxtəlif dərəcələr tətbiq edilir. Spesifik dərəcələrin tətbiqi 
nəticəsində bahalı  məhsullar üzrə vergilər artır, ucuz məhsulların 
vergi yükü isə  aşağı düşür. Digər tərəfdən bu vergitutma formasını 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə