DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə31/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   27   28   29   30   31   32   33   34   ...   67

_______Milli Kitabxana_______ 
 
94 
  
 
 
 
 
        Cədvəl 2.17 
Ölkə ərazisində 
qaldığı müddət 
4 (dörd) oxa qədər 
olanda 
4 (dörd) ox və çox 
olanda 
1 gün üçün 
20 USD 
30 USD 
1 həftəyədək 40 
USD 
80 
USD 
1 aya qədər 
140 USD 
280 USD 
3 aya qədər 
400 USD 
800 USD 
1 ilə qədər 
1400 USD 
2800 USD 
 
4.Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya 
istifadəsində avtonəqliyyat vasitələri olan şəxslər (kənd təsərrüfatı 
məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı texnikası 
(traktorlar, kombayn və yığım maşınları, pambıq yığan maşınlar) və 
büdcə təşkilatlarının avtomobil nəqliyyatı vasitələri istisna olmaqla) 
illik yol vergisini həmin avtonəqliyyat vasitlərinin mühərrikinin 
həcminə görə aşağıdakı dərəcələrlə ödəyirlər: 
  
 
 
 
 
Cədvəl 2.18 
Vergitutma obyektinin adı 
Mühərrikin həcminin hər 1 kub 
santimetrinə görə şərti maliyyə 
vahidinin faizi ilə 
Minik avtomobilləri 1,0 
Avtobuslar və digər avtomobil 
nəqliyyatı vasitləri 
2,0 
 
5.Ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına 
görə Azərbaycan Respublikasının  ərazisində  qət edilən yolun hər 
kilometri üçün tutulur: 
nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi: 
- 37 tondan 41 tonadək olduqda – 0,15 USD; 
- 41 tondan 51 tonadək olduqda – 0,30 USD; 
- 51 tondan 61 tonadək olduqda – 0,45 USD; 
- 61 tondan 71 tonadək olduqda – 0,60 USD; 
- 71 tondan 81 tonadək olduqda – 0,75 USD; 
- 81 tondan çox olduqda – 1,8 USD 
6.təhlükəli yüklərin daşınmasına görə verginin məbləği 
aşağıdakı həddə artırılır: 
  - az təhlükəli yüklər üçün – 100 faiz; 


_______Milli Kitabxana_______ 
 
95 
 - təhlükəli yüklər üçün – 200 faiz; 
  - xüsusi təhlükəli yüklər üçün – 400 faiz. 
Yol vergisinin tutulması – Xarici dövlətlərin avtonəqliyyat 
vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan 
Respublikası ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən 
tutulur.  Yol vergisinin tətbiqi mexanizmində 2004-cü ilin sonunda 
edilən dəyişikliklərin səbəbi nəqliyyat sektorundan toplanan 
vergilərin həcminin az olması (1,8 mlrd.AZM) ilə bağlıdır. Vergi 
orqanlarının apardığı xronometraj nəticəsində təkcə, Bakı şəhərində 
sərnişindaşımada dövriyyələrin 4 dəfədən çox aşağı salındığı, hər 
avtobusun aylıq dövriyyəsinin 3 mln.AZM-dən yuxarı olduğu halda, 
orta hesabla 969 min AZM rəsmiləşdirildiyini, nəticədə hər avtobusa 
görə orta hesabla ayda 302 min AZM vergi əvəzinə 96 min AZM 
ödənildiyi aşkar edilib [22, səh. 6].  
 
 
       Cədvəl 2.19 
 
 
2001 2002  2003  2004 
Mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rin 
də (%) 
Mlrd.  
AZM 
Büdcə 
gəlirlə 
rin 
də (%) 
Mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rin 
də (%) 
Mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rin 
də (%) 
Yol 
vergisi 
üzrə 
büdcəyə 
daxilol 
malar 
8,3 0,03  7  0,1  5,3  0,1  6,1  0,8 
 
Yol vergisinin dərəcələrinin Vergi Məcəlləsinin qəbul 
edilməsindən sonra bir neçə  dəfə  dəyişməsi onların büdcəyə 
daxilolmalarının səviyyəsinə də öz əhəmiyyətli təsirini göstərmişdir. 
 
8. Mədən vergisi 
 
Mədən vergisi - Azərbaycan Respublikası  ərazisində, o 
cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına 
mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə 
tutulur.  
Qeyd etmək lazımdır ki, 24 mart 1995-ci ildə qəbul edilmiş və 
Məcəllə qüvvəyə mindiyi vaxta qədər öz hüquqi qüvvəsini saxlamış 


_______Milli Kitabxana_______ 
 
96 
“Mədən vergisi haqqında” qanunda mədən vergisinin tutulmasının 
səbəbləri göstərilmişdi. 
Мədən vеrgisi  Аzərbаycаn Rеspublikаsının  ərаzisindəki və 
Хəzər dənizinin  şеlfindəki yеrаltı  sərvətlərdən səmərəli istifаdə 
еtmək və  оnlаr çıхаrılаrkən  аyrı-аyrı  sаhələr  аrаsındа  rеntаbеllik 
səviyyəsi ilə əlаqədаr rəqаbət münаsibətlərini tənzimləmək məqsədi 
ilə ödənilirdi. Bu gün qüvvədə olan qanunvericilikdə bu müddəa 
çıxarılmışdır. 
Mədən vergisinin məqsədi büdcəyə  əlavə  vəsaitin alınması 
(fiskal funksiya) ilə yanaşı yeraltı  sərvət olan faydalı qazıntılardan 
səmərəli istifadəni stimullaşdırmaq, itkilərin mümkün qədər 
azaldılmasına yol verilməməsidır [16, səh 252]. 
Bu verginin ödəyiciləri Azərbaycan Respublikasının 
ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına 
mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı 
qazıntıları çıxaran fiziki şəxslər və müəssisələrdir. 
Əgər “Mədən vergisi haqqında” qanunda verginin dərəcələri 
yеrin təkindən çıхаrılаn fаydаlı  qаzıntılаrın hər vаhidinin dəyərinə 
görə,  оnlаrın növündən, kеyfiyyətindən, dаğ-mədən  şərаitindən
hаsilаtının rеntаbеlliyindən аsılı оlаrаq Аzərbаycаn Rеspublikаsının 
Nаzirlər Kаbinеti müəyyən  еdirdisə. Hazırda qüvvədə olan VM-ə 
əsasən mədən vergisinin dərəcələri faydalı qazıntıların növündən 
asılı olaraq hər kub metr üçün dərəcələrlə hesablanır.  
Vergitutma obyekti - Xəzər dənizinin (gölünün) Azərbaycan 
Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin 
təkindən faydalı qazıntılardır. 
Yuxarıda göstərilən dərəcələr faydalı qazıntıların ayrı-ayrı 
növləri üzrə topdansatış qiymətinə tətbiq edilirdi (Vergi Məcəlləsi). 
2005-ci ildən bir sıra təbii ehtiyatlar üzrə spesifik dərəcələr 
tətbiq edildi (xam neft -26%, təbii qaz-20%, filiz faydalı qazıntıları 
(bütün növ metallar üzrə 3% istisna olmaqla). 
 
 
 
 
 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə