DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə39/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   35   36   37   38   39   40   41   42   ...   67

_______Milli Kitabxana_______ 
 
118 
Fəsil IІІ. Dövlət büdcəsinin xərcləri 
 
 
3.1.  Dövlət büdcəsi xərclərinin strukturu 
 
 
Dövlət büdcəsi xərcləri - büdcə  təsnifatına  əsasən müəyyən 
edilən xərclərdir. Büdcə təsnifatına əsasən dövlət büdcəsinin xərcləri 
funksional, iqtisadi və inzibati xərclər üzrə təsnifləşdirilir.  
“Büdcə sistemi haqqında” qanunun 10.1-ci maddəsinə əsasən 
dövlət büdcəsinin xərclərinə aşağıdakılar daxildir:  
1. cari xərclər, o cümlədən əmək haqqı, əmək haqqına üstəlik, 
pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın 
alınması  və başqa xidmətlər üzrə  xərclər, faiz üzrə ödənişlər
qrantlar, subsidiyalar və cari köçürmələr;       
2. əsaslı xərclər, o cümlədən əsas vəsaitlərin alınması, kapital 
qoyuluşları və səhmlərin alınması; 
3. kreditlər üzrə borclar, faizlərə xidmət xərcləri və layihələrdə 
pay iştirakı.  
Həmin qanuna görə büdcə xərcləri müvafiq büdcə təsnifatına 
uyğun olaraq təsdiq olunmuş büdcə ayırmaları  həddində cari, 
investisiya, innovasiya və digər xərclərin maliyyələşdirilməsinə 
yönəldilir.   
 “Büdcə sistemi haqqında” qanunundan göründüyü kimi qeyd 
olunan təsnifat iqtisadi təsnifatdır. Halbuki, hər il təsdiq və icra 
edilən dövlət büdcəsi haqqında qanunlarda xərclərin funksional 
təsnifatı verilir. 
“Büdcə sistemi haqqında” qanununun 4-cü maddəsinə uyğun 
olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti (6 oktyabr 
2004-cü il tarixdə) “Vahid büdcə təsnifatı”nın təsdiq edilməsi barədə 
qərar qəbul etdi.  
Vahid büdcə  təsnifatına uyğun olaraq büdcə  xərclərinin 
funksional təsnifatı büdcə sisteminə daxil olan büdcələrin 
funksiyalar üzrə xərclərinin qruplaşdırılmasından ibarətdir. 
Funksional təsnifata aşağıdakı bölmələr aiddir: 
1.0.0.
 
Ümumi dövlət xidmətləri: 
1.1.0     Qanunvericilik 
və icra hakimiyyəti, yerli 
özünüidarəetmə orqanları; 


_______Milli Kitabxana_______ 
 
119 
1.2.0.              Beynəlxalq təşkilatlara üzvlük haqqı; 
1.3.0.              Xarici iqtisadi yardım; 
1.4.0.              Elm; 
1.5.0.           Başqa kateqoriyalara aid edilməyən ümumi 
dövlət xidmətləri
1.6.0.              Dövlət borcu üzrə xidmətlər; 
1.7.0.              Büdcələr arasında transfertlər. 
2.0.0.
 
       Müdafiə: 
2.1.0.              Müdafiə qüvvələri; 
2.2.0               Milli təhlükəsizlik; 
2.3.0.      
Müdafiə  və  təhlükəsizlik sahəsində  tətbiqi 
tədqiqatlar; 
2.4.0.              Digər kateqoriyalara aid edilməyənlər. 
3.0.0.
 
        Məhkəmə hakimiyyəti, hüquq-mühafizə  və 
prokurorluq: 
3.1.0.              Məhkəmə hakimiyyəti; 
3.2.0.              Hüquq-mühafizə; 
3.3.0.              Prokurorluq; 
3.4.0.    Məhkəmə hakimiyyəti, hüquq-mühafizə  və 
prokurorluq sahəsində tətbiqi tədqiqatlar; 
3.5.0.     
Digər kateqoriyalara aid edilməyən xidmətlər. 
4.0.0. “Təhsil”  bölməsi dövlət tərəfindən təhsilə, fərdi və 
kollektiv əsaslarla şagird və tələbələrə göstərilən xidmətlərə çəkilən 
xərcləri özündə birləşdirir. Təhsil sahəsində kollektiv xidmətlər, 
dövlət siyasətinin müəyyənləşdirilməsi və müvafiq proqramların 
işlənib hazırlanması, təhsil müəssisələrinin fəaliyyətlərinin 
tənzimlənməsi, təhsil sahəsində fəaliyyətlə və göstərilən xidmətlərlə 
əlaqədar təcrübə  və  əsaslı  tədqiqatlarla bağlı görülən işlər bu 
bölmənin xərclərinə daxildir.  
4.1.0. Məktəbəqədər və ibtidai təhsil; 
4.2.0. Natamam 
və orta təhsil; 
4.3.0.  İnternat və xüsusi məktəblər; 
4.4.0. Texniki-peşə məktəbləri və litseylər; 
4.5.0. Ali 
təhsil;  
4.6.0. Təhsil sahəsində tətbiqi tədqiqatlar; 
4.7.0. Təhsil sahəsində digər xidmətlər. 


_______Milli Kitabxana_______ 
 
120 
5.0.0. “Səhiyyə”  bölməsi xəstəxanaların, klinikaların, tibb 
məntəqələrinin və sair tibbi personal üçün standartların işlənib 
hazırlanması və onlara əməl olunmasının təminatı, səhiyyə sahəsində 
xidmət göstərilənlərin fəaliyyətlərinin tənzimlənməsi və 
lisenziyalaşdırılması, həmçinin tibbi sağlamlığın qorunması 
sahəsində  təcrübə  və  tətbiqi tədqiqatlarla bağlı  fəaliyyətləri  əhatə 
edir. 
5.1.0. Poliklinikalar 
və ambulatoriyalar; 
5.2.0. Xəstəxanalar; 
5.3.0. Səhiyyə sahəsində digər xidmətlər; 
5.4.0. Tibbi 
avadanlıq və məmulatlar; 
5.5.0. Səhiyyə sahəsində tətbiqi tədqiqatlar; 
 5.6.0. 
Səhiyyə sahəsinə aid edilən digər xidmətlər. 
6.0.0. “Sosial 
müdafiə  və sosial təminat”  dövlətin sosial 
müdafiə və sosial təminat sahəsində fərdi qaydada ayrı-ayrı şəxslərə 
və kollektiv əsaslarla göstərilən xidmət, transfert və tətbiqi tədqiqat 
işləri üzrə fəaliyyətlə bağlı xərcləri özündə birləşdirir. 
6.1.0. Sosial 
müdafiə 
6.2.0. Sosial 
təminat 
6.3.0. Sosial 
müdafiə və sosial təminat sahələri üzrə tətbiqi 
tədqiqatlar 
7.0.0. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi 
və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət: 
7.1.0. Mədəniyyət və incəsənət sahəsində fəaliyyət
 
7.2.0. 
Radio, televiziya və nəşriyyat; 
7.3.0. Bədən tərbiyəsi, gənclər siyasəti və turizm; 
7.4.0. Digər kateqoriyalara aid edilməyən fəaliyyət; 
7.5.0.     Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi 
və digər kateqoriyalara aid edilməyən sahədə  tətbiqi 
tədqiqatlar. 
8.0.0. Mənzil-kommunal təsərrüfatı: 
8.1.0. Mənzil təsərrüfatı; 
8.2.0. Kommunal 
təsərrüfatı; 
8.3.0. Su 
təsərrüfatı; 
 8.4.0. 
Mənzil və kommunal təsərrüfatı sahəsində 
tədqiqatlar; 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə