_______ Milli Kitabxana_______
142
•
dövlət büdcəsi hesabına aylıq müavinət alan qaçqınlar
və məcburi köçkünlər;
•
pulsuz nəqliyyat vasitələri almağa hüququ olan və belə
vasitələrlə təmin olunmayan əlillərə verilən aylıq
kompensasiyaları alanlar.
2.
Sosial xidmətlərin göstərilməsilə bağlı xərclər. Bura əlillər
və qocalar üçün internat evləri
şəbəkəsinin
maliyyələşdirilməsi daxildir.
3.
Sosial təminat siyasətinin həyata keçirilməsi ilə bağlı
inzibati strukturların fəaliyyətinin təmin edilməsi ilə bağlı
xərclər. Bura :
•
tibbi-əmək ekspert komissiyalarının saxlanması;
•
əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin
saxlanması xərcləri.
2006-cı ildən aztəminatlı ailələrin sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə “Ünvanlı dövlət sosial yardımı haqqında”
qanun qüvvəyə minmişdir. Bu qanuna görə ünvanlı dövlət sosial
yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul
yardımlarıdır. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə
hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan
fərq məbləğində hesablanır.
Ehtiyac meyarı - əhalinin əsas sosial demoqrafik qrupları üzrə
yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının
təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq
olunan həddir. Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilir.
Sosial müdafiə maddəsi üzrə nəzərdə tutulan xərclər iki
istiqamətə yönəldilir:
•
pensiyalarla bağlı xərclər (pensiyalara əlavə olunan aylıq
müavinətlər və pensiya xərcləri);
•
sosial yardımlarla bağlı xərclər (kompensasiya xarakterli
ödənişlər və uşaqlı ailələrə verilən dövlət müavinətləri)
[ 9].
Pensiyalara əlavə olunan aylıq müavinətlər – işləməyən
pensiyaçıların, ölkəmizin erməni təcavüzündən müdafiə edərkən və
1990-cı ilin 20 yanvar hadisələri zamanı əlil olmuş şəxslərin, 70
_______ Milli Kitabxana_______
143
yaşından yuxarı tənha ahıl vətəndaşların, hərbi xidməti vəzifələrini
yerinə yetirərkən əlil olmuş şəxslərin pensiyaçılarına əlavə olunan
aylıq müavinətlər, həmçinin işləməyən əmək pensiyaçılarının
pensiya və müavinətlərinin minimum həddinin artırılmasına görə
ödənilən aylıq müavinətlər aid edilir. Pensiya xərcləri – sosial
pensiyaların ödənilməsi xərcləri daxildir.
Ümumilikdə bu kateqoriyaya daxil olan xərclər mahiyyəti
etibarı ilə sosial sığorta hadisəsinin subyekti olan əhali qruplarına
yönənilib.
Sosial yardımlarla bağlı xərclər. Kompensasiya xarakterli
ödənişlərə vaxtı ilə mövcud olmuş və sonralar ləğv edilmiş
kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzində
əhalinin ayrı-ayrı təbəqəsinə verilən aylıq müavinətlər aiddir.
Hazırda bu kompensasiyalar ölkənin ərazi bütövlüyü, müstəqilliyi və
konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, Böyük
Vətən müharibəsi əlillərinə və müharibə əlillərinə bərabər
tutulanlara, Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş
döyüşçülərin dul arvadlarına, Sovet İttifaqı və Sosialist Əməyi
Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir
dərəcəsinə təltif edilmiş şəxslərə, şəhid ailəsi üzvlərinin hər birinə,
Çernobıl qəzası əlillərinə, sosial pensiyaçılarına və s. şəxslərə
ödənilir. Uşaqlı ailələrə verilən dövlət müavinətlər ailədə aylıq
adambaşına 16500 AZM-dən aşağı olan 16 yaşınadək bütün uşaqlara
verilir.
Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnaməyə
(Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli
Fərmanı) görə fondun əsas vəzifələrindən biri dövlət büdcəsindən
ayırmalar (transfert) hesabına sosial pensiyaların, aztəminatlı əhaliyə
müavinətlərin və qanunvericilikdə nəzərdə tutulmuş digər
müavinətlərin maliyyələşdirilməsini həyata keçirməkdir.
Dövlət Statistika Komitəsinin 2004 – cü il üzrə məlumatlarına
əsasən 1,373 min nəfər pensiyaçıların 230 min nəfəri (16,7%) sosial
və xidmət illərinə görə pensiya alan şəxslərdir. Pensiyaçıların 16,7%
dövlət büdcəsindən vəsait alır. Bu pensiyaçılara 2004-cü ildə təyin
edilən orta aylıq pensiyanın məbləği 93849 AZM təşkil etmişdir.
_______ Milli Kitabxana_______
144
Digər tərəfdən DSK-nın verdiyi məlumata görə 2004-cü ilin
əvvəlinə 1545,3 min nəfər şəxs dövlət büdcəsindən 171,9 mlrd.AZM
müavinətlər almışdır. Bu şəxslərin 105,7 min nəfəri (2004-cü ildə)
uşağın anadan olmasına görə 6,6 mlrd.AZM məbləğində birdəfəlik
müavinət, 23,6 min nəfəri 3 yaşına çatan uşaqlara qulluqla əlaqədar
3,9 mlrd.AZM məbləğində müavinət, 37,6 min nəfəri 11,8
mlrd.AZM məbləğində dəfn üçün müavinət almışdır. Daha böyük
məbləğ 149,6 mlrd.AZM uşaq doğulduğu andan 16 yaşına çatana
qədər aldığı müavinətlər isə 1378,4 min nəfərə şamil edilmişdir.
Sosial müdafiə xərclərinin strukturunda Böyük Vətən
müharibəsi, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, məcburi
köçkünlərə və s. bu kateqoriyadan olan şəxslərə verilən güzəştlərin
ləğvi edilməsi və kompensasiyalarla əvəz edilməsi maddəsi üzrə
ödənişlərin məbləği 137,8 mlrd.AZM olmuşdur. 2003-cü ildə bu
maddə üzrə 107,0 mlrd.AZM vəsait xərclənmişdir.
Aşağıdakı cədvəldən göründüyü kimi sosial müdafiə və sosial
təminat xərclərinə dövlət büdcəsindən yönəldilən vəsaitlərin həcmi
son dörd ildə əhəmiyyətli şəkildə artmışdır. Bu cür addımın
atılmasında əsas məqsəd hər il hazırlanan büdcə-vergi siyasətinin
əsas istiqamətləri kimi büdcə xərclərinin sosialyönümlülüyünün (və
investisiya yönümlülüyü) təmin edilməsinin göstərilməsidir.
Cədvəl 3.8
2001 2002 2003
2004
mlrd.
AZM
Büdcə
xərclə
rində
(%)
mlrd.
AZM
Büdcə
xərclə
rində
(%)
mlrd.
AZM
Büdcə
xərclə
rində
(%)
mlrd.
AZM
Büdcə
xərclə
rində
(%)
Sosial
müdafiə
xərcləri
515,0 12,8 725,8 15,6 768,0 12,4
841,1 11,2
Sosial
təminat
xərcləri
215,7 5,4 225,3 4,8 302,0 5,0 338,2 4,5
2006-cı ilin yanvar ayının 1-dən Azərbaycan Respublikasında
sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi
əsaslarını müəyyən edən və bu sahədə yaranan digər münasibətləri
tənzimləyən “Sosial müavinətlər haqqında”, həmçinin Azərbaycan
Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının
Dostları ilə paylaş: |