DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə55/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

_______Milli Kitabxana_______ 
 
166 
Məqsədli büdcə fondlarının son illərin dövlət büdcəsi 
haqqında qanunlarda öz əksini tapmasına baxmayaraq bu fondlar 
büdcədənkənar dövlət fondları adı altında  əvvəlki illərin dövlət 
büdcəsi haqqında qanunlarda göstərilirdi. Lakin, həmin illərdə 
(1996-1999-cu illər) qanunvericiliyin kifayət qədər 
təkmilləşdirilməməsi (fondların hansı  məqsədlər üçün yaradılması, 
maliyyələşmə  mənbələrinin göstərilməməsi və istifadə müddəti 
haqqında heç bir məlumatın verilməməsi) bu tip fondlarla bağlı 
məsələləri  aktuallaşdırmırdı.  
Məqsədli büdcə fondlarının tərkibi 1999-cu ildə dövlət 
büdcəsi haqqında qanunun gəlirlərində göstərilirdi. Xərclərdə bu 
rəqəmlər öz əksini ümumiləşmiş formada tapırdı. 
Cədvəl 3.13 
(mln.AZM) 
1999 2000 2001 
2002 
Məqsədli 
büdcə 
fondlarının 
xərcləri 
49 604,7 
68 585,3 
300,3 
2095,8 
 
Məqsədli büdcə fondları  sırasında daha çox vəsait cəlb edən 
Dövlət Yol Fondunun fəaliyyəti və onunla bağlı digər məsələlər 
Dövlət Yol Fondu haqqında 16 fevral 1994-cü ildə  qəbul edilmiş 
qanunla müəyyən edilirdi.  
Qanuna görə  Аzərbаycаn Rеspublikаsı  ərаzisində ümumi 
istifаdədə оlаn аvtоmоbil yоllаrının və yоl qurğulаrının sахlаnmаsı, 
təmiri, yеnidən qurulmаsı və tikintisi ilə əlаqədаr хərclər Dövlət yоl 
fоndundа  tоplаnаn məqsədli büdcədənkənаr vəsаit və büdcədən 
аyrılаn vəsаit hеsаbınа mаliyyələşdirilirdi. 
Yоl fоndunun vəsаiti ümumi istifаdədə  оlаn  аvtоmоbil 
yоllаrının sахlаnmаsı, təmiri, yеnidən qurulmаsı və çəkilməsi, dövlət 
bölməsində оlаn yоl sеrvisi оbyеktlərinin və yоl təsərrüfаtının idаrə 
оlunmаsı  хərclərinin mаliyyələşdirilməsinə yönəldilirdi. Bu vəsаiti 
аvtоmоbil yоllаrının inkişаfı  və  sахlаnmаsı ilə  bаğlı  оlmаyаn 
еhtiyаclаrа хərcləmək qаdаğаn edilirdi. 
Yоl fоndunа  tоplаnаn vəsаitin 75 fаizi dövlət  əhəmiyyətli 
yоllаrın, 25 fаizi isə  yеrli  əhəmiyyətli yоllаrın tikintisi, təmiri və 
sахlаnmаsı  işlərinə yönəldilir. Dövlət  əhəmiyyətli yоllаr üçün 


_______Milli Kitabxana_______ 
 
167 
nəzərdə tutulаn vəsаitin 25 fаizi Bаkı şəhəri yоllаrının, 75 fаizi isə 
müvаfiq icrа  hаkimiyyəti  оrqаnının sərəncаmındа  оlаn yоllаrın 
tikintisi, təmiri və sахlаnmаsı üçün аyrılır. 
Lakin, 2003-cü ildən başlayaraq dövlət büdcəsinin xərclərində 
məqsədli büdcə fondları maddəsi ləğv edildi. Maddənin 
götürülməsinin səbəbi fondlardan yalnız birinin DYF-nin əvvəlki 
illərdə bu və ya digər formada öz büdcəsini maliyyələşdirilməsi, 
digər fondların isə dövlət büdcəsindən aldıqları  vəsaitlərin onların 
xərclərini maliyyələşdirilməsi üçün kifayət etməməsi ilə  əlaqədar 
idi.  
İlk öncə Vergi Məcəlləsinin qəbul edilməsi ilə Dövlət Yol 
Fondu ləğv edildi və fonda vergilər  şəklində  yığılan vəsaitlər yol 
vergisi formasında dövlət büdcəsinə alınmağa başlandı.  
Növbəti addım SKMF-nin əsasnaməsinin qəbul edilməsi oldu. 
Sahibkarların ölkə başçısı ilə görüşündən sonra dövlət büdcəsindən 
sahibkarlığa yönəldilən vəsaitlərin həcminin artırılması və bu fondun 
imkanlarının genişlənməsi sonda fondun dövlət büdcəsindən 
ayrılması ilə nəticələndi. Lakin, dövlət büdcəsindən sahibkarlıq üçün 
yönəldilən vəsaitlər məhz bu fond vasitəsi ilə müvəkkil banklara 
ötürülür və banklar da öz növbəsində  həmin vəsaitləri  əhaliyə 
kreditlər şəklində çatdırırdılar.  
Hazırda dövlət büdcəsində  məqsədli büdcə fondları mövcud 
deyil. SKMF – nin vəsaitləri sahibkarlığın inkişafı ilə bağlı öncül 
istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilir. Bura 
ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı  məqsədli proqramlar 
çərçivəsində özəl sektorun dəstəklənməsi, idxalı  əvəz edən, ixrac 
qabiliyyətli məhsulların istehsalı, innovasiya yönümlü layihələr
qədim xalq sənətinin, xammal və dövriyyə  vəsaitlərinin alınması, 
turizm infrastrukturunun və kütləvi informasiya vasitələrinin inkişafı 
ilə bağlı layihələr aid edilir. 
 
3.2.  Dövlət büdcəsinin kəsiri (profisti) 
 
Azərbaycan Respublikasında dövlət büdcəsinin kəsirinin 
strukturu 1999-cu ildən başlayaraq dövlət büdcəsi haqqında qəbul 
edilmiş qanunlarda göstərilir. Aşağıdakı cədvəldən göründüyü kimi 


_______Milli Kitabxana_______ 
 
168 
dövlət büdcəsi kəsirinin (proqnoz üzrə) həcminin hər il azaldılması 
müşahidə olunur.  
Son illər üzrə büdcə  kəsirinin faktiki həcmi 1999-cu ildə 
459,5; 2000-də 246,5; 2001-də 113,5; 2002-də 107,5; 2003-də 68,2 
mlrd.AZM təşkil etmişdir.  Əsas səbəbi kimi dövlət büdcəsi 
gəlirlərinin artımı  və büdcə  xərclərinin sekvestri hesabına təmin 
edilmişdir.  
2004-cü ildə ilk dəfə dövlət büdcəsinin gəlirləri xərclərini 
üstələməsi büdcə profisiti ilə  nəticələndi – 36,6 mlrd.AZM. Lakin, 
“Büdcə sistemi haqqında” qanunda büdcə profisiti ilə bağlı xüsusi 
maddə öz əksini tapmır. Büdcə profisitinin gələcəkdə istifadə 
istiqamətləri qanunvericilikdə göstərilmir. 
 
 
 
 
Cədvəl 3.14 
Mlrd.AZM 
(proqnoz) 
1999 2000 2001  2002 2003 
Daxili 
maliyyələşdirmə 
170,0 160,0 260,0  206,0 180,0 
Dövlət 
əmlakının 
özəlləşdirilməsindən 
daxil olan vəsait 
130,0 120,0 200,0  150,0 130,0 
Qısamüddətli dövlət 
istiqraz vərəqələrinin 
satışından daxil olan 
vəsait 
40,0 40,0 50,0  36,0 40,0 
Dövlət daxili uduşlu 
istiqraz vərəqələrinin 
satışından daxil olan 
vəsait 
  
10,0 
20,0 
10,0 
Xarici 
maliyyələşdirmə 
571,4 319,0 160,0  144,0 151,0 
Cəmi: 741,4 
479,0 
420,0 
350,0 
331,0 
 
Xatırladaq ki, ilk dövrlərdə büdcə kəsirinin örtülməsinin daxili 
maliyyələşdirmə  mənbəyi kimi Milli Bankın pul emissiyasından, 
xarici maliyyələşdirmə mənbəyi kimi isə neft bonuslarından istifadə 
olunurdu. Belə ki, 90-cı illərin əvvəllərində məhz dövlət büdcəsinin 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə