DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə54/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

_______Milli Kitabxana_______ 
 
163 

 
0,2 mlrd.AZM təchizat, ticarət, ictimai iaşə üzrə xərclər.  
Bura topdan və  pərakəndə ticarətlə  və ictimai iaşə 
müəssisələrinin (mehmanxanalar, restoranlar və s.) tikintisi, 
genişləndirilməsi, təmiri, istismarı  və saxlanılması ilə bağlı  xərclər 
daxildir; 

 
0,1 mlrd.AZM ümumi təsərrüfat və kommersiya fəaliyyəti 
üzrə xərclər təşkil edir.  
“Ümumi iqtisadi və kommersiya fəaliyyəti” paraqrafına 
müxtəlif dövlət idarələri və hökumətlə  işgüzar dairələr arasında 
əlaqələrin təmin edilməsi, ümumi idxal və ixrac, əmtəə  və qiymətli 
kağız bazarları, gəlirlərə ümumi nəzarət, ticarətin inkişafına 
yardımla bağlı ümumi məsələlər, inhisarların fəaliyyətinin, ticarətin 
və bazara daxilolma münasibətlərinin digər məhdudiyyətlərinin və s. 
tənzimlənməsi və ya onlara köməklik göstərilməsi, patentlərin və 
əmtəə nişanlarının verilməsi, müəllif hüquqları ilə bağlı  məsələlər, 
şirkətlərin qeydiyyatı, standartlar və s. fəaliyyətlə  məşğul olan 
təşkilatların saxlanılması  və onlara köməklik göstərilməsi, bu 
siyasətin və proqramların həyata keçirilməsinə yardımla bağlı 
xərclər daxildir. 
Qeyd. 2003-cü ilədək Sahibkarlığa Kömək Milli Fondunun və 
bir neçə  məqsədli büdcədənkənar dövlət fondlarının büdcələrinin 
gəlir və  xərcləri dövlət büdcəsinin müvafiq olaraq mədaxil və 
məxaric hissələrində öz əksini tapırdı. Lakin, bu fondların gəlirləri 
və  xərcləri hissələrində kiçik həcmdə vəsaitlər toplanırdı. Bu da öz 
növbəsində sahibkarlıqla və digər problemlərlə bağlı  hər hansı bir 
maliyyələşmənin aparılmasını  çətinləşdirirdi (bax. məqsədli büdcə 
fondları).  
  
3.1.1.12.   Əsas bölmələrə aid edilməyən xidmətlər 
 
Ehtiyat Fondu. 27 mart 2000-ci ildə  qəbul edilmiş “Ehtiyat 
Fondunun vəsaitindən istifadə olunması haqqında Əsasnamə”yə görə 
dövlət büdcəsində  nəzərdə tutulmuş  tədbirlər üçün vəsait tamamilə 
istifadə edildikdən sonra həmin tədbirlərə Ehtiyat Fondundan vəsait 
ayrıla bilər və bu vəsaitin sərəncamçısı Nazirlər Kabinetidir.  


_______Milli Kitabxana_______ 
 
164 
Ehtiyat Fondundan ayrılmış  vəsaitin müəyyən edilmiş 
məqsədlərə  və ya tam xərclənməsi təmin edilməzsə, bu vəsait 
mövcud qanunvericiliyə uyğun olaraq təxirəsalınmadan Ehtiyat 
Fonduna qaytarılmalı idi. Lakin, yeni “Büdcə sistemi haqqında” 
qanun qüvvəyə mindikdən sonra qanunun tətbiq edilməsi haqqında 
fərmana  əsasən “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən 
istifadə Qaydaları” Nazirlər Kabineti tərəfindən təsdiq edildi və 
“Ehtiyat Fondunun vəsaitindən istifadə olunması haqqında 
Əsasnamə” qüvvədən düşdü (yalnız “Dövlət büdcəsində  nəzərdə 
tutulmuş  tədbirlər üçün vəsait tamamilə istifadə edildikdən sonra 
həmin tədbirlərə Ehtiyat Fondundan vəsait ayrıla bilər” bəndi 
qüvvədə qaldı).  
Yeni qaydalara əsasən Ehtiyat Fondundan dövlət büdcəsində 
nəzərdə tutulmayan xərclər və təbii fəlakət, digər fövqəladə halların 
qarşısının alınması  və  nəticələrinin aradan qaldırılması, habelə 
dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün 
Ehtiyat Fondundan vəsait ayrıla bilər. Ehtiyat Fondundan ayrılmış 
vəsaitin müəyyən edilmiş  məqsədlərə  xərclənməsi mümkün 
olmadığı hallarda və ya ayrılmış  vəsaitə  qənaət olunarsa, bu vəsait 
mövcud qanunvericiliyə uyğun olaraq təxirəsalınmadan ilkin 
mənbəyinə qaytarılmalıdır. Ehtiyat Fondunun vəsaitindən istifadə 
müddəti büdcə ilinin sonunda başa çatır (bax. Azərbaycan 
Respublikasında dövlət büdcəsinin qanunvericilik bazası). 
Dövlət büdcəsində ehtiyat fondu xərcləri maddəsi üzrə 
yönəldilən vəsaitlərin həcmi 2001-ci ildə 66,4 mlrd.AZM, 2002-ci 
ildə 74,7 mlrd.AZM, 2003-cü ildə 75,5 mlrd.AZM, 2004-cü ildə 
müvafiq olaraq 169,9 mlrd.AZM təşkil etmişdir.  
Beləliklə, hazırda (2006-cı il) dövlət büdcəsindən ehtiyat 
fondu xərcləri aşağıdakı formada maliyyələşdirilir: 
-
 
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu; 
-
 
Dövlət büdcəsinin (və ya Nazirlər Kabineti) ehtiyat fondu. 
Məqsədli büdcə fondları.  İlk dəfə  məqsədli büdcə fondları 
termini 18 may 1999-cu ildə  qəbul edilmiş “Dövlət büdcəsi 
haqqında” qanunda verilmişdi. Qanuna görə məqsədli büdcə fondları 
– konkret iqtisadi tədbirlərin həyata keçirilməsi üçün dövlət 
büdcəsinin tərkibində formalaşan və istifadə edilən vəsaitdir.  


_______Milli Kitabxana_______ 
 
165 
Bundan başqa, məqsədli büdcə fondları ilə bağlı digər 
məsələlər (Dövlət büdcəsi haqqında” qanun) xüsusi 7-ci maddədə öz 
əksini tapırdı.  
1.
 
Dövlət büdcəsinin tərkib hissəsi kimi məqsədli büdcə 
fondları yaradıla bilər. Belə hallarda həmin fondlar üzrə 
daxilolmalar dövlət büdcəsinin mədaxil hissəsində ayrıca 
göstərilir və yalnız fondun təyinatı üçün xərclənməsinə yol 
verilir və ilin sonuna onun hesabında qalan qalıq məbləğ 
büdcə nəfinə silinə bilməz. 
2.
 
Məqsədli büdcə fondları müstəqil mədaxil mənbəyinə 
malik olmadıqda və onlar dövlət büdcəsinin ümumi 
gəlirlərindən ayırmalar hesabına formalaşdıqda bu 
fondların həcmi dövlət büdcəsinin məxaric hissəsində əks 
etdirilir.  
“Büdcə sistemi haqqında” yeni qanunun qəbul edilməsi ilə 
məqsədli büdcə fondları termini bir qədər də dəqiqləşdirildi.  
Yeni qanuna əsasən məqsədli büdcə fondları  - dövlət büdcəsi, 
Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin 
tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və 
istifadə edilən pul vəsaitidir.  
Məqsədli büdcə fondları dövlət büdcəsi, Naxçıvan Muxtar 
Respublikasının büdcəsi və yerli büdcələrin tərkib hissəsi kimi 
yaradıla bilər. Bu fondlar müstəqil mədaxil mənbələrinə malik ola 
bilər.  
Məqsədli büdcə fondları üzrə daxilolmalar və  xərclər 
büdcələrin gəlir və  xərc hissəsində ayrıca göstərilməklə müvafiq 
maliyyə  əməliyyatları  xəzinədarlıq vasitəsilə  həyata keçirilir. 
Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır 
və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Bu 
fondların hesablarında ilin sonuna qalan vəsait onların növbəti ildə 
gəlirlərinə daxil edilir. Həmçinin, məqsədli büdcə fondları müstəqil 
mədaxil mənbələrinə malik olmayaraq müvafiq büdcələrdən 
ayırmalar hesabına formalaşdıqda, bu fondlar həmin büdcələrin xərc 
hissəsində  əks etdirilir. İlin sonuna fondların hesablarında qalan 
istifadə olunmamış vəsait maliyyələşdirmə mənbəyinə qaytarılır.  


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə