DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə62/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   59   60   61   62   63   64   65   66   67

_______Milli Kitabxana_______ 
 
187 
Kütləvi informasiya vasitələri – dövrü mətbu nəşrlər, 
teleradio proqramları, kinoxronika proqramları  və digər yayım 
formaları; 
Qeyri-kommersiya  fəaliyyəti – məqsədi gəlir götürmək 
olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o 
cümlədən öz nizamnamə  məqsədləri üçün istifadə etməyi nəzərdə 
tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsidir, 
əks halda bu fəaliyyət kommersiya fəaliyyəti sayılır. 
Qeyri-kommersiya təşkilatı – qeyri-kommersiya fəaliyyətini 
həyata keçirən,  əldə etdiyi gəliri təsisçilər (payçılar, iştirakçılar) 
arasında bölüşdürülməyən və onu kommersiya məqsədləri üçün sərf 
etməyən hüquqi şəxsdir,  əks halda bu təşkilat kommersiya təşkilatı 
sayılır. 
Qeyri-maddi aktivlər  – intellektual, o cümlədən ticarət 
nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq 
qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin 
mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar. 
Qeyri-rezidentlər: 
-
 
Azərbaycan Respublikasının  ərazisində diplomatik və ya 
konsulluq statusu olan şəxs və onun ailə üzvləri; 
-
 
Azərbaycan Respublikasının  ərazisində müəyyən edilmiş 
qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq 
təşkilatın  əməkdaşı  və ya Azərbaycan Respublikasında 
xarici ölkənin dövlət xidmətini həyata keçirən  şəxs və 
onların ailə üzvləri; 
-
 
Məqsədi yalnız Azərbaycan Respublikasının  ərazisindən 
keçməklə bir xarici dövlətə keçmək olan şəxs; 
-
 
Yuxarıdakı müddəalarda qeyd olunanlar Azərbaycan 
Respublikasının  ərazisində sahibkarlıq fəaliyyəti ilə 
məşğul olan şəxslərə aid edilmir; 
-
 
Azərbaycan Respublikasının 
ərazisində yerləşən 
diplomatik imtiyazları  və immunitetləri olan diplomatik 
nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin 
digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və 
onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə 


_______Milli Kitabxana_______ 
 
188 
məşğul olmayan xarici təşkilatların və firmaların 
nümayəndəlikləri; 
-
 
Rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər. 
Qeyri-vergili gəlirlər  – büdcə kreditləri, dövlət  əmlakının 
icarəyə verilməsindən daxilolmalar və ümumiyyətlə büdcənin 
mədaxilin formalaşdıran (vergi olmayan) digər daxilolmalar nəzərdə 
tutulur. 
Qrant  – daxili və xarici mənbələr hesabına  əvəzsiz verilən 
məqsədli maliyyə yardımı. 
Mal  – hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o 
cümlədən elektrik və istilik enerjisi, qaz və su. 
Əlavə dəyər vergisinin məqsədləri üçün qeyri-maddi aktivlər, 
pul vəsaiti və torpaq mal sayılmır. 
Malların təqdim edilməsi  – mallar üzərində mülkiyyət 
hüququnun başqasına verilməsi, o cümlədən lakin bunlarla 
məhdudlaşdırlımayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi
natura  şəklində  əmək haqqı ödənilməsi və natura şəklində digər 
ödəmələr, həmçinin girov qoşulmuş mallar üzrə mülkiyyət 
hüququnun girov saxlayana keçməsi sayılır.  
Maliyyə  – aktivlər üzrə fondların, o cümlədən pul vəsaiti 
fondlarının yaradılması və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin 
məcmusu, yaxud bu münasibətləri əks etdirən iqtisadi kateqoriyası.  
Maliyyə Nazirliyi – Azərbaycan Respublikasının Maliyyə 
Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata 
keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi 
icra hakimiyyəti orqanıdır. 
Maliyyə  nəzarəti  – maliyyə  əməliyyatları zamanı 
səmərəliliyin artırılması, o cümlədən baş verən hüquq pozuntularının 
aradan qaldırılması  məqsədilə müvafiq qanunvericiliklə  təsbit 
olunan xüsusi forma və üsullar vasitəsilə idarəetmə  və  təsərrüfat 
obyektlərinin maliyyə fəaliyyətinin və bununla bağlı əməliyyatların 
müşahidə edilməsi və yoxlanılması proseslərinin məcmusunu  əhatə 
edən hüquqi-maliyyə fəaliyyəti.  
Malların ixracı  – gömrük qanunvericiliyinə uyğun olaraq 
ixrac malları hesab edilən  malların Azərbaycan Respublikası 
ərazisindən çıxarılmasıdır. 


_______Milli Kitabxana_______ 
 
189 
Malların idxalı    gömrük qanunvericiliyinə uyğun olaraq 
idxal malları sayılan malların Azərbaycan Respublikası  ərazisinə 
gətirilməsidir. 
Malların təkrar ixracı    gömrük qanunvericiliyinə uyğun 
olaraq, təkrar ixrac malları sayılan malları idxal edilmiş  şəxsin 
həmin malları idxal edəndən sonra təqdim etmədən və idxal 
olunduğu andakı vəziyyətdə ixrac etməsidir. 
Malların təkrar idxalı    gömrük qanunvericiliyinə uyğun 
olaraq, təkrar idxal malları sayılan malları  təqdim etməsindən və 
ixrac olunduğu andakı  vəziyyətdə ixrac etmiş  şəxsin həmin malları 
idxal etməsidir. 
Məcburi dövlət sosial sığortası – işəgötürənlər tərəfindən 
bütün əmək müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilir. 
Məqsədli büdcə fondları – dövlət büdcəsinin, Naxçıvan 
Muxtar Respublikasının büdcəsinin və yerli büdcələrin tərkibində 
konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə 
olunan pul vəsaitləridir. Bu fondlar müstəqil mədaxil mənbələrinə 
malik ola bilərlər.  
Məqsədli büdcə proqramları (bax. nəticəyə  hədəflənmiş 
büdcə metodu
Məhkəmə hakimiyyəti  – Azərbaycan Respublikasının 
məhkəmələri həyata keçirir. 
Mərkəzləşdirilmiş gəlir – dövlət büdcəsində müəyyən edilən 
normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər 
çıxıldıqdan sonra formalaşan gəlir. 
Mərkəzləşdirilmiş  xərc  – büdcə  təsnifatına uyğun olaraq 
dövlət büdcəsində  nəzərdə tutulan müvafiq orqanların fəaliyyətinin 
və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər. 
Milli Bank – Azərbaycan Respublikasının mərkəzi bankıdır. 
Milli Bank dövlət orqanıdır.  
Milli Bankın məqsədləri  –  əsas məqsədi öz səlahiyyətləri 
daxilində qiymətlərin sabitliyinin təmin edilməsi, həmçinin, bank və 
ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir. Mənfəət 
götürmək Milli Bankın əsas məqsədi deyildir. 
Muzdlu iş – əmək qanunvericiliyinə uyğun olaraq müqavilə 
əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə