DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə60/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

_______Milli Kitabxana_______ 
 
181 
yerləşdirilməsindən  əldə edilən gəlir və digər mənbələr hesabına 
formalaşır. 
Dövlət orqanı – Azərbaycan Respublikasının qanunvericilik 
aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının 
məqsəd və funksiyalarını  həyata keçirən, qanunvericiliyə uyğun 
olaraq yaradılmış dövlət qulluqçularının qurumu dövlət orqanıdır. 
Dövlət rüsumu – “Dövlət rüsumu haqqında” qanunda 
müəyyən edilmiş hallarda və qaydada dövlət orqanlarının müəssisə, 
təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə  və hüquqi 
hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir.  
Dövlət vergiləri: 
1. fiziki  şəxslərin gəlir vergisi; 
2.hüquqi şəxslərin mənfəət vergisi  
(bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 
3. əlavə dəyər vergisi; 
4. aksizlər; 
5. hüquqi  şəxslərin əmlak vergisi; 
6. hüquqi  şəxslərin torpaq vergisi; 
7. tranzit yol vergisi; 
8. mədən vergisi; 
9. sadələşdirilmiş vergi. 
Ehtiyat fondu – dövlət büdcəsində, Naxçıvan Muxtar 
Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan 
xərclər və fövqəladə hallar üçün yaradılır. Ehtiyat Fondunun 
vəsaitinin həcmi növbəti büdcə ilinin gəlirlərinin 5 faizindən artıq 
olmamaqla və  əvvəlki illərdə bu xərcin faktiki icrası baş verən 
fövqəladə halların statistikası nəzərə alınmaqla müəyyən edilir. 
Ehtiyac meyarı    əhalinin  əsas sosial demoqrafik qrupları 
üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial 
yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə  hər il 
üçün təsdiq olunan həddir.   
Elеktrоеnеrgеtikа – еlеktrik və istilik еnеrjisinin istеhsаlı, 
nəqli və pаylаnmаsı ilə məşğul оlаn təsərrüfаt sаhəsidir. 
Əlavə  dəyər vergisi – vergi tutulan dövriyyədən hesablanan 
verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq 
verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini 


_______Milli Kitabxana_______ 
 
182 
göstərən sənədlərə müvafiq surətdə  əvəzləşdirilməli olan verginin 
məbləği arasındakı fərqdir.  
Əmək pensiyası – “Əmək pensiyaları haqqında” qanunla 
nəzərdə tutulmuş qayda və  şərtlərlə müəyyən edilən və  məcburi 
dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası  təyin 
olunduqdan  əvvəl aldıqları  əmək haqqı  və digər gəlirlərin, yaxud 
sığorta olunan şəxslərin ölümü ilə  əlaqədar onların ailə üzvlərinin 
itirdikləri gəlirlərin kompensasiyası  məqsədi ilə  vətəndaşlara aylıq 
pul ödənişidir. 
Əmlak – hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən 
qeyri-maddi aktivlər, dövriyyə  vəsaitləri və mülkiyyət hüququnun 
digər obyektləri hesab edilir.  
Əmlakın qalıq dəyəri – əsas vəsaitlərin ilkin dəyərinin həmin 
əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan 
dəyəridir. 
Əsas vəsaitlər  istifadə müddəti bir ildən çox olan və dəyəri 
550 000 AZM-dən çox olan, aşağıda göstərilən (Vergi Məcəlləsinin 
114.3-cü maddəsində göstərilən amortizasiya olunmalı)  maddi 
aktivlər nəzərdə tutulur: 
1. binalar,  tikililər və qurğular; 
2. maşınlar, avadanlıq və hesablama texnikası; 
3. nəqliyyat vasitələri
4. iş heyvanları; 
5. geoloji  kəşfiyyat işlərinə  və  təbii ehtiyatların hasilatına 
hazırlıq işlərinə çəkilən xərclər.  
Amortizasiya ayırmalarının qeyri-maddi aktivlər üzrə  də 
müəyyənləşdirildiyini nəzərə alsaq qeyri-maddi aktivlərini də  əsas 
vəsait kimi qəbul etmək olar. Digər tərəfdən Vergi Məcəlləsinin 
114.3-cü maddəsinə  əsasən  əsas vəsaitlər üzrə müəyyən edilən 
amortizasiya normaları  həm maddi, həm də qeyri-maddi aktivlər 
üzrə müəyyən edilmişdir.  
Əsas vəsaitlərin və ya dövlət ehtiyatında olan malların 
satışından gəlirlər – bu tədiyə növünə dövlət  əmlakının icarəyə 
verilməsindən və aksizli markaların satılmasından daxilolmalar aid 
edilir. 


_______Milli Kitabxana_______ 
 
183 
Faizlər – borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o 
cümlədən, kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) 
verilməsi üçün ödəmədir. 
Fаydаlı  qаzıntılаr – yеr qаbığının mаddi istеhsаl sаhəsində 
istifаdə еdilən təbii minеrаl törəmələridir. 
Fiskal – dövlət gəlirlərinin səfərbər edilməsi və dövlət 
xərclərinin reallaşdırılması, yəni dövlət xəzinədarlığı, eləcə  də 
dövlət büdcəsi ilə bağlı bütün münasibətlər. Başqa sözlə, dövlət 
maliyyəsi ilə bağlı münasibətlərin tərkib hissəsi kimi vəsaitlərin 
toplanması və xərclənməsini ifadə edən anlayış. 
Fiskal siyasət (bax. büdcə siyasəti).  
Fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və 
vətəndaşlığı olmayan şəxs. 
Fiziki  şəxslərin gəlir vergisi – Fiziki şəxslərin əldə etdikləri 
gəlirdən ödədikləri vergi növüdür. Verginin ödəyiciləri rezident 
(təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən 
Azərbaycan Respublikasının  ərazisində olan şəxslər) və qeyri-
rezident fiziki şəxslərdir. Vergitutma obyekti gəlirdir. Gəlirlərə 
aiddir: 
-
 
muzdlu işlə əlaqədar əldə edilən gəlir; 
-
 
muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir
-
 
vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər 
gəlirlər. 
Muzdlu işlə əlaqədar əldə edilən gəlir - əmək haqqı, bu işdən 
alınan hər hansı ödəmə və ya fayda nəzərdə tutulur. Muzdlu işə aid 
olmayan fəaliyyətdən  əldə edilən gəlirlər sahibkarlıq və qeyri-
sahibkarlıq fəaliyyətindən gəlirlərindən ibarətdir. Sahibkarlıq 
fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim 
edilməsindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə faiz, 
divident, royalti, əmlakın icarəyə verilməsindən gəlir aid edilir.  
Fiziki  şəxslərin  əmlak vergisi – Fiziki şəxslərin əmlakından 
tutulan vergi. Vergitutuma obyektləri: rezident və qeyri-rezident 
fiziki  şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan 
Respublikasının ərazisində yerləşən binaların, həmçinin yerindən və 
istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə