DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə56/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

_______Milli Kitabxana_______ 
 
169 
maliyyələşdirilməsi məqsədilə (Milli Bank tərəfində) buraxılan pul 
emissiyası inflyasiya yardan səbəblərdən idi.  
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1992-1996-cı 
illərdə dövlət büdcəsi kəsirinin örtülməsi məqsədi ilə istifadə etdiyi 
Azərbaycan Respublikası Milli Bankının 345,2 mlrd.AZM 
mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq üçün uzunmüddətli və 
güzəştli dövlət qiymətli kağızlarının buraxılış  Şərtlərinin təsdiq 
edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 
may 2003-cü il tarixli qərarına  əsasən Maliyyə Nazirliyi kredit 
resursunu qaytarmaq üçün (345,2 mlrd.AZM) uzunmüddətli güzəştli 
şərtlərlə dövlət qiymətli kağızlarının buraxılışının həyata 
keçirilməsini tənzimləyir. Həmin qiymətli kağızlar Maliyyə 
Nazirliyi tərəfindən Milli Bankda yerləşdirilir. İstiqrazların ödənişi 1 
aprel 2013-cü il tarixdən başlayaraq 10 il ərzində bərabər hissələrlə 
həyata keçiriləcəkdir. 
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının Milli 
Bankı haqqında” qanuna əsasən Milli Bank Azərbaycan 
Respublikasının dövlət büdcəsi kəsirinin birbaşa maliyyələşdirilməsi 
üçün dövlətə kredit vermir. Həmçinin, dövlət büdcəsində 
qısamüddətli vəsait çatışmazlığı yarandıqda, Milli Bank müvafiq 
icra hakimiyyəti orqanı ilə bağlanmış müqaviləyə  əsasən gəlir 
gətirən dövlət borc qiymətli kağızları ilə  təmin edilməsi  şərti ilə 
dövlətə  ən çoxu 6 ay müddətində  və cari ildə ödənilmək  şərti ilə 
milli valyutada (manatla) kredit verə bilər. Belə kreditlərin verilmiş 
və ödənilməmiş hissəsinin ümumi məbləği son üç il ərzində dövlət 
büdcəsinin orta gəlirlərinin 3 faizindən çox ola bilməz.  
90-cı illərin sonundan başlayaraq büdcə 
kəsirinin 
maliyyələşdirmə mənbələri bir qədər dəyişdirildi. 10 avqust 2000-ci 
ildə  qəbul edilmiş Azərbaycan Respublikasında Dövlət  Əmlakının 
Özəlləşdirilməsinin II Dövlət Proqramına  əsasən özəlləşdirmədən 
əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət 
büdcəsinə daxil olur.  
Özəlləşdirmədən 
əldə olunan vəsaitin Azərbaycan 
Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə 
olunması qaydalarına (23 dekabr 2000-ci il Azərbaycan 
Respublikasının Prezidentinin Fərmanı)  əsasən özəlləşdirmədən 


_______Milli Kitabxana_______ 
 
170 
daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, 
özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində 
rüsumların ödənilməsindən  əldə olunan pul vəsaiti və digər 
daxilolmalar aiddir. Dövlət  əmlakının özəlləşdirilməsində müstəqil 
maliyyə  məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı 
informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirmə qabağı 
sağlamlaşdırılması məqsədi ilə Dövlət Əmlakı Nazirliyinin (hazırkı, 
İqtisadi  İnkişaf Nazirliyi) hesabına bu vəsaitin 25%-i həcmində 
ayırmalar nəzərdə tutulur. Özəlləşdirmə  nəticəsində  əldə olunan 
vəsaitin 25% İqtisadi İnkişaf Nazirliyinin sərəncamında qalır, yerdə 
qalan hissəsi isə büdcə kəsirinin örtülməsinə yönəldilir. Başqa sözlə 
desək, dövlət büdcəsində  mədaxilində dövlət  əmlakının 
özəlləşdirilməsindən vəsaitlərin daxil olması göstərilmir, çünki bu 
vəsait yalnız büdcə kəsirinin örtülməsi mənbəyi kimi götürülür.. 
Büdcə  kəsirinin örtülməsi mənbələri (struktur) haqqında 
məlumat dövlət büdcəsinin icra olunması haqqında qanunda 
göstərilmir. Belə ki, proqnoz göstəricilər (layihə) Milli Məclis 
tərəfindən təsdiq olunmuş büdcə haqqında qanunun tətbiq edilməsi 
haqqında fərmanda (2004-cü il) büdcə  kəsiri və onun 
maliyyələşdirmə  mənbələri üzrə verilir. Bu fikri bir qədər 
aydınlaşdıraraq, məlum olur ki, büdcə  kəsirinin strukturunun ilin 
sonunda hansı maliyyələşdirmə mənbələri üzrə icra olunması ümumi 
olaraq verilir. Yəni özəlləşdirmədən, istiqraz vərəqələri və digər 
maliyyələşdirmə mənbələrindən dövlət büdcəsinə daxil olan vəsaitin 
həcmi  haqda məlumat verilmir. Digər tərəfdən “Büdcə sistemi 
haqqında” qanunda dövlət büdcəsi kəsirinin maliyyələşdirilmə 
mənbələri haqqında çox qısa və ümumi məlumat verilir. Dövlət 
büdcəsinin kəsirinin məbləği növbəti büdcə ili üzrə dövlət büdcəsi 
haqqında qanunla müəyyən edilir. Büdcə  kəsirinin maliyyələşməsi 
dövlət borcu, kredit və digər mənbələr hesabına həyata keçirilir. 
 
 
 
 
 
 


_______Milli Kitabxana_______ 
 
171 
İstifadə olunan və digər əsas anlayışların 
 terminoloji izahı 
 
Advalor rüsumlar   məhsulun, işin və ya xidmətin 
dəyərindən faizlə tutulan rüsumdur. 
Aksiz – aksizli malların satış qiymətinə daxil edilən vergidir. 
Amortizasiya  əsas fondların, yəni binaların, avadanlıqların, 
qurğuların və s.-in tədricən köhnələrək öz dəyərini hissə-hissə 
istehsal olunan məhsulun üzərinə keçirməsi.  
Bank  – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər 
qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına 
kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə  və 
hesablaşma-kassa  əməliyyatlarını  məcmu halda həyata keçirən 
hüquqi şəxsdir.  
Banklardan alınan dividentlər  üzrə daxilolmalar – 
səhmlərinin bir hissəsi dövlətə  məxsus olan banklardan alınan 
dividentlər (Kapital bank və Azərbaycan Respublikasının 
Beynəlxalq Bankı) nəzərdə tutulur.   
Baş Dövlət Xəzinədarlığı  – Azərbaycan Respublikasının 
Maliyyə Nazirliyi yanında yaradılmış  və Maliyyə Nazirliyinin əsas 
strukturlarından biri olub Azərbaycan Respublikasının maliyyə 
nazirinə tabedir. Əsas funksiyaları dövlət büdcəsinin kassa icrasını 
həyata keçirmək, dövlət maliyyəsindən istifadə sahəsində  şəffaflığı 
təmin etmək məqsədilə dövlət büdcəsindən maliyyələşən bütün 
idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq 
uçot qaydalarına uyğun uçotunu aparmaqdır. Paralel olaraq digər 
funksiyaları da daşıyır. 
Beynəlxalq Valyuta Fondu –  əsası 1944-cü ildə ABŞ-ın 
Nyu-Hempşir  ştatının Bretton-Vuds əyalətində BMT-nin valyuta-
maliyyə konfransında qoyulan, valyuta-maliyyə sferasında 
beynəlxalq  əməkdaşlığı  təmin etmək, beynəlxalq ticarətin 
genişlənməsinə və tarazlı inkişafına şərait yaratmaq, bununla da üzv 
ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta 
stabilliyinə  və s. xidmət etmək məqsədilə yaradılan maliyyə 
institutudur.  
Bələdiyyə – yerli özünüidarəetmə orqanları. 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə