DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə64/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   59   60   61   62   63   64   65   66   67

_______Milli Kitabxana_______ 
 
193 
edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən 
mənfəət götürülməsi olan fəaliyyətdir. 
Satınalma – malların (işlərin və xidmətlərin) bu “Dövlət 
satınalmaları haqqında” müəyyənləşdirilmiş üsullarla əldə edilməsi.  
Satınalma metodları – “Dövlət satınalmalar haqqında” 
qanunla müəyyən edilmiş açıq tender, ikimərhələli tender, məhdud 
iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir 
mənbədən satınalma metodları ilə həyata keçirilir.  
Satışdankənar gəlirlər  – digər müəssislərin fəaliyyətində 
payçı kimi iştirakdan gəlir, müəssisəyə  məxsus səhmlər, istiqrazlar 
və digər qiymətli kağızlardan  əldə olunan gəlirlər, habelə mal və 
xidmət (iş) istehsalı  və satışı ilə bilavasitə bağlı olmayan 
əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin 
ödənilməsi  şəklində alınmış  məbləğ, xarici valyuta əməliyyatları 
üzrə artan məzənnə  fərqi, qanunvericiliyə müvafiq iddia müddəti 
keçmiş kreditor və deponent borc məbləğləridir. 
Sekvestr – dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının 
büdcəsi və yerli büdcələrin gəlirləri yerinə yetirilmədikdə, müdafiə 
olunmuş  xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları 
üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı hesab edilir. 
Sosial müavinət – “Sosial müavinətlər haqqında” qanunla 
müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial 
yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul 
vəsaitləridir. 
Sosial sığorta – vətəndaşların itirilmiş  əmək haqlarının, 
gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə 
itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 
Sosial sığortanın formaları    məcburi və könüllü (əlavə) 
sığorta. 
Spesifik rüsumlar – mal vahidinə görə müəyyən edilmiş 
dəyərlə hesablanır. 
Subvensiya 
– məqsədli maliyyələşdirmənin həyata 
keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar 
Respublikasının büdcəsinə  və yerli büdcələrə verilən, lakin həmin 
məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə 
geri qaytarılan maliyyə vəsaitidir. 


_______Milli Kitabxana_______ 
 
194 
Subsidiya  – dövlət büdcəsindən Naxçıvan Muxtar 
Respublikasının büdcəsinə  və yerli büdcələrə  və hüquqi şəxslərə 
əvəzsiz verilən maliyyə vəsaitidir. 
Şərti maliyyə vahidi – Qanunla müəyyən edilmiş  məbləğ. 
Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2000-ci ildə 
imzaladığı qanuna əsasən şərti maliyyə vahidi aylıq əmək haqqının 
minimum məbləği  əsasında hesablanan əmək haqlarının, dövlət 
rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə 
sanksiyaları  və digər ödənişlərin hesablanması üçün istifadə edilir. 
Həmin qanunun 2-ci maddəsinə  əsasən  şərti maliyyə vahidi 5500 
AZM müəyyən edilmişdir. 
Şəxs  – istənilən fiziki və ya hüquqi şəxs, beynəlxalq 
təşkilatlar, onların filialları, nümayəndəlikləri və digər bölmələri. 
Tender – satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə 
iddiaçıların yazılı  təqdim etdikləri təkliflərdən  ən səmərəlisinin 
seçilməsi məqsədi ilə keçirilən müsabiqədir.  
Toplu maliyyə balansı – konkret dövr üçün ölkədə maliyyə 
vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə 
məlumatları özündə əks etdirən maliyyə sənədidir. 
Torpaq vergisi (bax.fiziki şəxslərin torpaq vergisi). 
Tütün - yarpağı emal olunduqdan sonra tütün məmulatının 
istehsalında  əsas xammal kimi istifadə edilən birillik texniki 
bitkidir. 
Tütün məmulatı - tütün yarpağından çəkmək üçün 
hazırlanmış, tərkibində nikotin, tütün qatranı və digər maddələr olan 
və nikotinə aludəlik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar 
və çubuq tütünü). 
Ümumi Daxili Məhsul – bir il ərzində ölkə  ərazisində 
istehsal edilmiş məhsul, iş və xidmətlərin məcmusu. 
Ünvanlı dövlət sosial yardımı – aztəminatlı ailələrə dövlət 
tərəfindən göstərilən pul yardımlarıdır.  
Vergi  – dövlətin və  bələdiyyələrin fəaliyyətinin maliyyə 
təminatı  məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul 
vəsaitlərinin özgəninkiləşdirilməsi  şəklində dövlət büdcəsinə  və 
yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 


_______Milli Kitabxana_______ 
 
195 
Vergitutma bazası – vergitutma obyektinin vergi tutulan 
hissəsinin kəmiyyətcə ifadəsidir. 
Vergi Məcəlləsi  – Azərbaycan Respublikasında vergi 
sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən 
edilməsi, ödənilməsi və  yığılması qaydalarını, vergi ödəyicilərinin 
və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər 
iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, 
vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin 
pozulmasına görə  məsuliyyəti, dövlət vergi orqanlarının və onların 
vəzifəli  şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən)  şikayət 
edilməsi qaydalarını müəyyən edən hüquqi sənəddir. 
Vergilərin müəyyən edilməsinin əsas şərtləri: 
-
 
vergitutma obyekti; 
-
 
vergitutma bazası; 
-
 
vergi dövrü; 
-
 
vergi dərəcəsi; 
-
 
verginin hesablanması qaydası; 
-
 
verginin ödənilməsi qaydası və müddəti. 
Vergitutma obyekti   vergitutma obyekti əmlak, gəlir, 
mənfəət, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların 
(işin,xidmətin) dəyəri və ya Vergi Məcəlləsi ilə müəyyənləşdirilən 
digər vergitutma obyektləri hesab edilir. 
Vergi siyasəti – dövlətin vergilərlə bağlı qarşısında duran 
problemlərin həll edilməsi üçün həyata keçirtdiyi tədbirlər planıdır.  
Vergi siyasətinin məqsədləri
1. Fiskal; 
2. Tənzimləmə; 
3.   Nəzarət. 
Vergi siyasətinin əsas vəzifələri
- Dövləti və bələdiyyələri maliyyə resursları ilə təmin edir; 
-  İqtisadiyyatın tənzimlənməsi üçün şərait yaradır. 
Vergitutmanın formaları: 
1. bilavasitə  mənbədən (verginin gəlir və ya mənfəət  əldə 
edilməsinədək tutulması); 
2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət  əldə 
edilməsindən sonra tutulması); 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə