DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə57/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

_______Milli Kitabxana_______ 
 
172 
Bələdiyyə büdcəsi  – ölkənin qanunvericiliyi əsasında 
müəyyənləşdirilən bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə 
prinsiplərini reallaşdırmaq, bələdiyyə  səlahiyyətlərini həyata 
keçirmək məqsədilə formalaşdırılan və istifadə olunan 
planlaşdırılmış maliyyə vəsaiti fondu. 
Birbaşa vergilər    vergi ödəyicisi tərəfindən  əldə olunan və 
ya onun sərəncamında olan mülkiyyətindən (gəlirindən, sərvətindən 
və s-dən) tutulan vergilərdir. 
Birdəfəlik rüsum –  bаzаrlаrdа, yаrmаrkаlаrdа  və  хüsusi 
оlаrаq sаtış üçün аyrılmış digər yеrlərdə mаllаrın, məmulаtlаrın və 
kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən fiziki şəxslərin 
həyata keçirdikləri ödəniş formasıdır. 
Büdcə  – Azərbaycan Respublikasının müvafiq dövlət 
hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə  və 
bələdiyyələrə  məxsus vəzifə  və funksiyaları yerinə yetirmək üçün 
lazım olan pul vəsaitinin yığılması  və istifadə olunması üçün əsas 
maliyyə sənədidir. 
Büdcə artıqlığı (profisiti)   büdcə  gəlirlərinin büdcə 
xərclərindən artıq olan məbləğidir.  
Büdcə  kəsiri (defisit) – büdcə  xərclərinin gəlirlərlə  təmin 
olunmayan məbləğidir. Büdcə  kəsiri dövlət borcu, kredit və digər 
mənbələr hesabına həyata keçirilir. 
Büdcə  kəsirinin yaradılmasının bir neçə forması mövcuddur. 
Büdcə xərclərinin gəlirlərini üstələməsi faktiki büdcə kəsiri adlanır. 
Əgər dövlət istehsalın həcminin azaldığı dövrdə iqtisadi aktivliyi və 
məcmu tələbi təşviq etmək (stimullaşdırmaq) istəyirsə müxtəlif 
proqramların maliyyələşdirilməsi üçün büdcə xərclərini artıra və ya 
vergiləri azalda bilər. Bu məqsədli  şəkildə dövlət tərəfindən 
yaradılmış struktur büdcə kəsiri sayılır.  
Struktur büdcə  kəsirindən fərqli olaraq dövri büdcə  kəsiri 
məqsədli büdcə-vergi siyasətindən asılı olmur və böhran 
vəziyyətində büdcə  gəlirlərinin azalması, o cümlədən, vergilərin 
yığım əmsalının aşağı düşməsi nəticəsində yaranır.  
Qeyd olunan büdcə  kəsirinin formalarından başqa daha iki 
forması vardır:  aktiv və passiv. Aktiv büdcə  kəsiri dedikdə büdcə 
xərclərinin büdcə  gəlirlərinin üstələməsi, passiv büdcə  kəsiri isə 


_______Milli Kitabxana_______ 
 
173 
vergi dərəcələrinin azaldılması  və müvafiq olaraq yığım  əmsalının 
aşağı düşməsi nəticəsində yaranır. 
Büdcə  kəsirinin inflyasiya amili ilə bağlı olmasını  nəzərə 
alaraq bir sıra alimlər real, nominal və əməliyyat büdcə kəsiri kimi 
kəsirin formaları üzərində dayanırlar. 
Nominal büdcə kəsiri – dövlət büdcəsinin icrasında öz əksini 
tapan büdcə kəsiridir. 
Real büdcə  kəsiri = (nominal büdcə  kəsiri - dövlət borcunun 
maliyyələşdirilməsi üçün borc faizi)*inflyasiya. 
Əməliyyat büdcə  kəsiri = ümumi büdcə  kəsiri - faiz 
ödənişlərinin inflyasiya hissəsi. 
Büdcədənkənar dövlət fondları – qanunvericiliyə uyğun 
olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət 
büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət 
maliyyə fondlarıdır. Hazırda Azərbaycan Respublikasında iki 
büdcədənkənar fond var: Dövlət Sosial Müdafiə Fondu və Dövlət 
Neft Fondu.  
Büdcədənkənar  əməliyyatlar – müvafiq icra hakimiyyəti 
orqanlarının və büdcə  təşkilatlarının qanunvericiliklə müəyyən 
edilmiş qaydada dövlət büdcəsindən və Naxçıvan Muxtar 
Respublikasının büdcəsindən kənarda  əldə etdikləri gəlirləri və 
həyata keçirdikləri xərcləri üzrə maliyyə əməliyyatlarıdır. 
Büdcədən verilmiş kreditlər  üzrə daxilolmalar – dövlət 
büdcəsindən hüquqi şəxslərə verilən kreditləri nəzərdə tutur. 
Büdcə gəlirləri: 
1. Büdcə sistemi haqqında qanuna əsasən büdcə  gəlirləri 
Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və 
yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə 
müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar 
Respublikasının büdcəsinə  və yerli büdcələrə daxil olan vergilər, 
rüsumlar, digər ödənişlər və daxilolmalar aid edilir. 
2. Vahid 
büdcə  təsnifatına  əsasən büdcə  gəlirləri 4 
kateqoriyadan ibarətdir: vergilərdən daxilolmalar, sosial ayırmalar, 
qrantlar və digər gəlirlər.  
2.1.  Vergilərdən daxilolmalar. Vergilər vergi bazasına görə 
fərqlənir. Bu halda vergi bazası kimi məcmu gəlirlər,  əmək haqqı, 


_______Milli Kitabxana_______ 
 
174 
mal dövriyyəsinin həcmi, mülkiyyət, idxal olunan mallar və s. çıxış 
edə bilər. Bu nöqteyi-nəzərdən vergilər-gəlirlərdən (mənfəətdən) 
vergilərə, mülkiyyətdən vergilərə, mal və xidmətlərə görə vergilərə, 
xarici iqtisadi fəaliyyətlə bağlı vergilərə və sair vergilərə bölünür. 
2.2.  Sosial ayırmalar.  Sosial ayırmalar dövlətin həyata 
keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata və sosial 
ehtiyaclara ayırmalara bölünür. Sosial təminata ayırmalar məcburi 
xarakter daşıyır və xüsusi fondun yaradılmasını nəzərdə tutur. 
2.3.  Qrantlar. Qrantlar dövlət üçün əhəmiyyət kəsb edən 
proqramların hazırlanması  və  həyata keçirilməsi üçün müvafiq 
qanunvericiliklə nəzərdə tutulmuş yardımdır. Beynəlxalq təşkilatlar
xarici hökumətlər, xarici hüquqi və fiziki şəxslər qrantların donoru 
kimi çıxış edə bilər. Donorlardan asılı olmayaraq qrantlar cari və 
əsaslı qrantlara bölünür. Cari qrantlar aktivlərin alınması ilə 
şərtlənməyən cari xərclərin örtülməsi ilə bağlı ödənişlərdir.  Əsaslı 
qrantlar isə aktivlərin alınması, verilməsi ilə  şərtlənən ödənişlərdir. 
Belə qrantları resipiyent qarşılıqlı öhdəliklərin bağlanmasına da sərf 
edə bilər. 
2.4.  Digər gəlirlər. 
Digər gəlirlər mülkiyyətdən 
gəlirlərə, mal və xidmətlərin satışından daxilolmalara, cərimə  və 
sanksiyalar üzrə daxilolmalara və könüllü köçürmələrə bölünür. 
Büdcə  xərcləri  – büdcə  təsnifatına uyğun olaraq dövlət 
büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və 
yerli büdcələrdən qanunvericiliklə  nəzərdə tutulan tələbatı ödəmək 
üçün ayrılan vəsaitlərdir. 
Büdcə  xərclərinin funksional təsnifatı  – büdcə sisteminə 
daxil olan büdcələrin funksiyalar üzrə 
xərclərinin 
qruplaşdırılmasından ibarətdir. 
Büdcə xərclərinin iqtisadi təsnifatı – əvəzsiz və qaytarılmaq 
şərti ilə büdcələr tərəfindən aparılan ödənişlərdən ibarətdir.  
Büdcə  xərclərinin inzibati təsnifatı – büdcənin təşkilatlar 
səviyyəsində təsnifatıdır.  
Büdcə ili – yanvar ayının 1–dən dekabr ayının 31-dək olan bir 
illik dövr.  


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə