DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə58/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

_______Milli Kitabxana_______ 
 
175 
Büdcə qanunvericiliyi – Azərbaycan Respublikasının 
Konstitusiyası, “Büdcə sistemi haqqında” qanun, hər il qəbul edilən 
dövlət büdcəsi haqqında qanunlardan ibarətdir. 
Büdcə quruculuğu – ölkənin büdcə sisteminin funksional və 
təşkili prinsiplərinin məcmusu. 
Büdcə  təsnifatı  – dövlət büdcəsinin, Naxçıvan Muxtar 
Respublikasının büdcəsinin, yerli büdcələrin və büdcədənkənar 
dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə 
mənbələrinin funksional, iqtisadi, təşkilati və sair prinsiplər əsasında 
qruplaşdırılımasıdır.  
Büdcə layihəsinin tərtibi prosesi – büdcə layihəsinin tərtibi 
prosesi büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin 
Azərbaycan Respublikasının Milli Məclisinə  təqdim edildiyi 
günədək olan dövrü əhatə edir.  
Büdcə layihəsinin müzakirəsi və təsdiqi – Növbəti büdcə ili 
üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər 
sənədlərlə birlikdə cari ilin oktyabr 15-dən gec olmayaraq 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci 
bəndinə uyğun olaraq (Azərbaycan Respublikasının Prezidenti 
Azərbaycan Respublikasının dövlət büdcəsini) Azərbaycan 
Respublikasının Milli Məclisinə  təqdim olunur. Milli Məclis 
tərəfindən büdcənin təsdiqi dekabr ayının 20-dən gec olmayaraq 
təsdiq edilir. 
Büdcə prosesləri – növbəti il üzrə büdcə layihəsinin 
hazırlanmasından başlanmış  həmin büdcə layihəsinin təsdiqi, icrası 
və icrası ilə bağlı hesabatın hazırlanması və dövlət başçısı tərəfindən 
büdcənin icrası haqqında qanunun imzalanmasına qədər olan dövrü 
əhatə edir.  
Büdcə sistemi – Azərbaycan Respublikasının 
qanunvericiliyinə görə büdcə sisteminə Azərbaycan Respublikasının 
dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli 
büdcələr aid edilir. Bir qayda olaraq federativ quruluşu olan 
dövlətlə, unitar quruluşu olan dövlətlərin büdcə sistemləri fərqlənir. 
Federativ quruluşlu dövlətlərin büdcə sistemlərinə Rusiya 
Federasiyasının, Almaniya Federativ Respublikasının, Amerika 
Birləşmiş  Ştatlarının büdcə sistemlərini misal çəkmək olar. Misal 


_______Milli Kitabxana_______ 
 
176 
üçün, RF büdcə sistemi federal büdcədən, Rusiya Federasiyasının 
federal subyektlərinin büdcələrindən, yerli büdcələrdən və 
büdcədənkənar fondların büdcələrindən ibarətdir. 
Büdcə sisteminin prinsipləri  – Azərbaycan Respublikasının 
büdcə sisteminin iki prinsipi vardır: müstəqillik və vahidlik.  
Büdcə sisteminin vahidliyi tənzimləyici mədaxil 
mənbələrindən istifadə etmək, məqsədli büdcə fondları yaratmaq, 
maliyyə ehtiyatlarını müxtəlif səviyyəli büdcələr arasında 
bölüşdürülmək vasitəsilə büdcələrin qarşılıqlı əlaqəsinə əsaslanır.  
Büdcələrin müstəqilliyi mövud qanunvericiliyə uyğun olaraq 
mədaxil mənbələrinin və vahid büdcə təsnifatı çərçivəsində xərclərin 
istiqamətlərini müəyyənləşdirmək hüququnun olması ilə  təmin 
edilir. 
Yuxarıda qeyd olunan prinsiplərlə yanaşı büdcə sisteminin və 
büdcə proseslərinin aşağıda göstərilən bir neçə prinsipləri də vardır: 
-  büdcənin balanslaşdırılması;  
-  büdcə vəsaitlərindən istifadənin səmərəliliyi; 
-  büdcə vəsaitlərindən ünvanlı və məqsədli istifadə; 
-  büdcə  gəlirlərinin və  xərclərinin tam şəkildə öz əksini 
büdcədə tapması; 
-  büdcə vəsaitlərinin büdcələr arasında düzgün bölgüsü; 
-  büdcə xərclərinin tam örtülməsi; 
-  aşkarlıq (şəffaflıq); 
-  doğruluq. 
büdcə proseslərinin prinsipləri: 
-  büdcə sisteminin prinsipləri ilə yanaşı büdcənin dövriliyi və 
büdcə göstəricilərinin müvafiq büdcə 
təsnifatına uyğun 
təsnifləşdirilməsi prisipləri. 
Büdcə (fiskal)  siyasəti  – dövlət tərəfindən müvafiq il üzrə 
büdcə  gəlirləri və  xərclərinin  əsas istiqamətləri müəyyən edilməklə 
hazırlanan tədbirlər planıdır. 
Büdcə (və vergi) siyasətinin  əsas məqsədi  dövlət büdcəsini 
əhalinin maddi rifah halının yaxşılaşdırılması, ölkə iqtisadiyyatının 
idarə olunması, onun dinamik inkişafının stimullaşdırılması üçün əsas 
maliyyə mənbəyinə və iqtisadi alətinə çevirməkdir. 
Büdcə siyasətinin formaları aşağıdakılardır: 


_______Milli Kitabxana_______ 
 
177 
1. ekspansionist (təşviqedici) - vergilərin azaldılması  və (və 
ya) büdcə  xərclərinin  artırılması hesabına dövri 
böhranının aradan qaldırılması; 
a). müsbət nəticələr – qısamüddətli dövrdə dövri böhranının 
aradan qaldırılması; 
b). mənfi nəticələr – büdcə  kəsirinin və inflyasiyanın 
artması, müəssisələrdə vergi yükünün artması. 
2.
 
restriksionist (məhdudlaşdıran) - büdcə  xərclərinin 
sekvestri və (və ya) vergilərin artırılması hesabına 
inflyasiyanın azaldılması, iqtisadiyyatın dövri artımının 
məhdudlaşdırılması.  
a). müsbət nəticələr – büdcə  kəsirinin, inflyasiyanın və 
müəssisələrdə vergi yükünün azalması; 
b). mənfi nəticələr – qısamüddətli dövrdə işsizliyin artması, 
uzunmüddətli dövr üçün staqflyasiya təhlükəsi. 
Büdcə siyasətinin (büdcə kəsiri ilə bağlı) formaları: 
- imkanlara  əsaslanan büdcə (kiçik büdcə  kəsiri və ya 
profisit); 
- tələbata əsaslanan büdcə (böyük büdcə kəsiri). 
Büdcə siyasətinin əsas istiqamətləri: 
- sosial müdafiə siyasəti
- istehsal sferasının inkişaf siyasəti; 
-  maksimal vergi siyasəti. 
Büdcə ssudaları – dövlət büdcəsindən Naxçıvan Muxtar 
Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli 
büdcələrdən bələdiyyə  təşkilatlarına qaytarılmaq  şərti ilə il ərzində 
müəyyən müddətə verilən maliyyə vəsaitləridir. 
Büdcə  zərfi – digər aidiyyətli sənədlərlə birlikdə Milli 
Məclisə təqdim edilən dövlət büdcəsinin layihəsidir. 
Büdcə təşkilatı: 
1.Vergi Məcəlləsinə əsasən - büdcə smetası əsasında fəaliyyəti 
tamamilə  və ya qismən büdcə  vəsaiti hesabına maliyyələşdirilən, 
hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır; 
2.Büdcə sistemi haqqında qanunda büdcə  təşkilatı 
maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə