_______
Milli Kitabxana_______
151
3. 2002-ci ildə isə əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları
təminatını yaxşılaşdırmaq və bu sahədə maliyyə intizamını
gücləndirmək məqsədi ilə “Enerji sektorunda maliyyə intizamının
gücləndirilməsi Proqramı” təsdiq edilmişdir. Proqramda yanacaq və
enerji sektorunun əsas problemlərindən biri istehsal olunan enerjinin
maya dəyəri ilə müqayisədə aşağı qiymətə satılması və dövlət
büdcəsindən ayrılan dolayı subsidiyaların həcmindən asılı olması
göstərilir. Fikri bir qədər dəqiqləşdirmiş olsaq, “Azərenerji” və
“Azəriqaz” səhmdar cəmiyyətləri tərəfindən ARDNŞ-dən alınan neft
məhsullarının və qazın haqqının ödənilməməsi səbəbindən ARDNŞ-
də öz növbəsində dövlət büdcəsinə vergiləri tam həcmdə ödəyə
bilmir. Nəticədə “Azərenerji” və “Azəriqaz”
səhmdar
cəmiyyətlərinin büdcədən dolayı şəkildə subsidiya alması prosesi
baş verir.
Öz növbəsində artıq 2003-cü ildə dolayı subsidiyaların
verilməsi dövlət büdcəsi üçün kifayət qədər vəsaitlərin itirilməsinə
gətirib çıxartmışdır. Təkcə enerji və qaz təminatı üçün il ərzində
dövlət büdcəsindən bu sektora (2003-cü ilin göstəriciləri) 1 mlrd.
USD yaxın vəsait yönəldilir. Əhaliyə və müəssisələrə verilən qazın
dəyəri 600 mln. USD bərabərdir. Həmin məbləğin bir hissəsi
istehlak olunan qaz haqqı formasında geri qaytarılır (cəmi 50 mln.
USD). Daha 50 mln. dollar vəsaitin “Azəriqaz” tərəfindən
toplandığını nəzərə alsaq, 50 mln. USD da “Azərenerji”nin payına
düşür. Başqa sözlə desək, 600 mln. USD vəsaitin bir hissəsi (100
mln. USD) toplanır. Toplanan vəsait həmin təşkilatların
öz daxili
tələbatına yönəldilir. Qeyd olunan məbləğin üzərinə “Azərenerji”-yə
təhvil verilən 300 mln. USD (2 milyon ton mazutun dəyəri)
məbləğində vəsaiti də gəlsək (məhsulun maya dəyərini ödəmir) bu
halda yönəldilən subsidiyanın məbləği 900 mln. USD bərabər olur.
Elektik enerjisi və qazın pulu tam yığılarsa belə bu vəsaitlərin yalnız
20% kompensasiya edilə bilər [
20, səh.
5]. Həmçinin, ödənişlərin
aşağı səviyyədə olması büdcə təşkilatlarında çalışanların əmək
haqlarının, eləcə də təhsilin, səhiyyənin və digər sahələrin daha geniş
şəkildə maliyyələşdirilməsi, pensiyaların artırılması imkanlarını
əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
_______
Milli Kitabxana_______
152
Bu problemin qarşısını almaq üçün dövlət
tərəfindən elektik
enerjisi və qazın pulunun liberallaşdırılması siyasəti həyata keçirilir.
Bu məqsədlə 2005-ci ildə “Azəriqaz” SC və digər iri vergi
ödəyicilərinə verilən dolayı subsidiyaların tamamilə ləğv edilməsi
nəzərdə tutulur. “Azəriqaz” SC öz problemlərini qazın qiymətinin
artmasından əldə ediləcək vəsait hesabına həll etməlidir [
21, səh.
5].
Ümumiyyətlə, isə 2005-ci ildən başlayaraq dolayı subsidiyaların
həcminin dövlət büdcəsində azaldılması nəzərdə tutulur. Bu
məqsədlə 2005-ci ildə dövlət büdcəsindən yönəldilən subsidiyaların
1470 mlrd.AZM, qarşıdakı 2006-2008-ci illər üçün isə müvafiq
olaraq 1370, 1295 və 945 mlrd.AZM həddində olması planlaşdırılır.
Qeyd.
Enerji sektorunda sadalanan tədbirlərin
maliyyələşdirilməsi “Yoxsulluğun Azaldılması və İqtisad İnkişaf üzrə
Dövlət Proqramı”nda öz əksin tapan (dövlətin qarşısında duran)
vəzifələrin tərkib hissəsidir.
3.1.1.8.
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq,
ovçuluq və ətraf mühitin mühafizəsi
Kənd təsərrüfatı xərcləri (
bax. hüquqi şəxslərin torpaq
vergisi)
. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq
xərclərinin dövlət büdcəsi məxaricində xüsusi çəkisi son dörd
(2001-2004-cü) ildə 4-4,9% arasında dəyişmişdir. 2004-cü ildə bu
sahəyə dövlət büdcəsindən yönəldilən vəsaitlərin həcminin 2001-ci
illə müqayisədə 79% artmasına baxmayaraq xüsusi çəki 4% təşkil
etmişdir ki, bu da digər maddələrin artım tempinin bu sahəyə
yönəldilən vəsaitlərin artım tempini üstələməsi ilə bağlı olmuşdur.
Cədvəl 3.10
2001
2002
2003
2004
mlrd.
AZM
Büdcə
xərclə
rində
(%)
mlrd.
AZM
Büdcə
xərclə
rində
(%)
mlrd.
AZM
Büdcə
xərclə
rində
(%)
mlrd.
AZM
Büdcə
xərclə
rində
(%)
Kənd
təsərrüfatı,
meşə
təsərrüfatı,
balıqçılıq
və ovçuluq
xərcləri
170,8 4,2 226,6 4,9 268,3 4,4
305,9 4,0
_______
Milli Kitabxana_______
153
2005-ci ildən başlayaraq aqrar sahədə duran başlıca
vəzifələrdən biri kimi istehsalçının zəruri kənd təsərrüfatı texnikası
ilə təchizatını yaxşılaşdırmaq, keyfiyyətli
məhsul yetişdirmək və
onun itkisiz yığılmasını təmin etmək məqsədilə səhmlərinin nəzarət
zərfi 100 faizi dövlətə məxsus olan “Aqrolizinq” Açıq Səhmdar
Cəmiyyəti yaradılması Prezident Sərəncamı imzalanmışdır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Kənd
Təsərrüfatı Nazirliyi ilə birlikdə “Aqrolizinq” Açıq Səhmdar
Cəmiyyətinin fəaliyyətinin təşkili üçün 2005-ci ilin dövlət
büdcəsində ayrılması nəzərdə tutulmuş 100,0 mlrd.AZM
vəsaitin
hesabına ilkin mərhələdə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin
nizamnamə kapitalının formalaşmasına, fəaliyyətinin təşkilinə və
digər zəruri tədbirlərin aparılması, habelə mövcud qanunvericiliyə
uyğun olaraq texnikanın alınmasına tələb olunan vəsaitlərin
müəyyən olunmuş qaydada artırılmasını təmin etməlidir.
İstifadəçi “Aqrolizinq” ASC-yə məxsus texnikanın lizinqə
verilməsi və ya lizinq yolu satılması barədə “Aqrolizinq”
ASC-yə
yazılı formada müraciət edir. Müraciətə uyğun olaraq “Aqrolizinq”
ASC tərəfindən texnikanın müəyyən haqla, müəyyən müddətə,
mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə lizinqə
verilməsi və ya texnikanın dəyərinin ən geci 5 ilə ödənilməsi şərtilə
istifadəçiyə lizinq yolu ilə satılması barədə müvafiq qərar qəbul
edilir.
Cari (2006-cı) il üzrə kənd təsərrüfatı, meşə təsərrüfatı,
balıqçılıq və ovçuluq xərclərinin proqnoz göstəricilərinin strukturu
aşağıdakı kimi təqdim edilir:
-
Kənd təsərrüfatı xərcləri köməkçi bölməsi üzrə vəsaitlər
7
struktur üzrə bölüşdürülür. Bu strukturlara Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi (kənd təsərrüfatı əmlakının
sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi vəsaiti
hesabına ödənilən hissə), Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Torpaq və
Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidməti,
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı yanında Dövlət