_______
Milli Kitabxana_______
148
gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür (AR Konstitusiyası 43-
ü maddə). Cədvəl 3.9-dan göründüyü kimi 2004-cü ildə 2001-ci illə
müqayisədə mənzil-kommunal xərclər 2,2 dəfə artmışdır.
Cədvəl 3.9
2001
2002
2003
2004
mlrd.
AZM
Büdcə
xərclə
rində
(%)
mlrd.
AZM
Büdcə
xərclə
rində
(%)
mlrd.
AZM
Büdcə
xərclə
rində
(%)
mlrd.
AZM
Büdcə
xərclə
rində
(%)
Mənzil-
kommunal
təsərrüfatı
xərcləri
81,5 2,0 100,0 2,1 146,8 2,4 179,8 2,4
“Mənzil-kommunal təsərrüfatı” bölməsinin köməkçi
bölmələrindən biri “Su təsərrüfatı” köməkçi bölməsidir. “Su
təsərrüfatı” köməkçi bölməsinə su təchizatının bütün amillərinə
nəzarət və onların tənzimlənməsi, qeyri-kommersiya təyinatlı su
təchizatı sistemlərinin tikintisi və istismarı, su təchizatı sistemlərinin
istismarı, tikintisi, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə
kömək göstərilməsi ilə bağlı xərclər aiddir.
Su sektorunun son illərdə maddi-texniki bazası
yaxşılaşdırılmışdır. Lakin, enerji
sektorunda olduğu kimi su
sektorunda istehlak olunan suyun dəyərinin tam həcmdə
yığılmaması və borclar problemi vardır. Bu problemin qarşısının
alınması məqsədilə 25 mart 2002-ci ildə “Su sektorunda
maliyyə
intizamının gücləndirilməsi Proqramı” təsdiq edilmişdir. Proqramda
istehlakçılara satılan suyun dəyərinin tam həcmdə ödənilməməsi,
amortizasiya ayırmalarına və elektrik enerjisinə sərf olunan xərclərin
artması, eyni zamanda mövcud olan tariflərin səviyyəsinin Abşeron
Regional Səhmdar Su Cəmiyyətinin (hazırkı “Azərsu”) maliyyə
vəziyyətinə mənfi təsir etdiyi göstərilir. Belə ki, istehlakçılara
verilən 2000-ci ildə 182,5 mlrd. AZM dəyərində suyun yalnız 116,9
mlrd. AZM (və ya 64%), 2001-ci ildə isə 50%-inin yığıldığı
göstərilirdi. Yaranmış vəziyyət Səhmdar Cəmiyyət qarşısında büdcə
öhdəliklərinin yerinə yetirilməməsinə səbəb olmuşdur. Belə ki,
2000-ci ildə hesablanmış 17,3 mlrd. AZM vergilərdən yalnız 13,3
mlrd. AZM (və ya 77%) ödənilmişdir. Digər tərəfdən bu proses
_______
Milli Kitabxana_______
149
beynəlxalq maliyyə institutları tərəfindən ödənilmiş
kreditlərin
qaytarılmasını çətinləşdirir. Sadalanan problemlərin qarşısının
alınması məqsədilə idarəetmə strukturunun təkmilləşdirilməsi,
qiymət və tariflərin tənzimlənməsi, texniki tədbirlərlə yanaşı dövlət
büdcəsi ilə əlaqələrin tənzimlənməsi və büdcə vəsaitindən
istifadəyə
nəzarətin gücləndirilməsi sahəsində aşağıdakı tədbirlər nəzərdə
tutulmuşdur:
•
büdcə təşkilatları tərəfindən su təchizatına görə ödənişin
təmin edilməsi;
•
büdcə və sənaye təşkilatlarının debitor borclarının
ödənilməsinə ciddi nəzarət mexanizminin tətbiq edilməsi;
•
büdcə təşkilatlarının sudan istifadəyə görə yaranmış
borcların vergi borcları ilə əvəzləşdirilməsinə yol
verilməməsi və s.
“Kommunal təsərrüfatı” köməkçi bölməsinə paraqraflarından
biri “istilik” paraqrafıdır. Bu paraqrafa şəhər və yaşayış
məntəqələrində istilik (buxar, qaz, kömür və s.) şəbəkələrinin
istismarı, tikintisi, texniki xidməti, həmçinin bu sistemlərin
təkmilləşdirilməsi məqsədi ilə qaytarılmayan borcların, kreditlərin
və subsidiyaların verilməsi ilə bağlı xərclər daxildir.
Azərbaycan Respublikasında əhalinin və digər istehlakçıların
etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı
surətdə yaxşılaşdırılmasının, bu sahənin mərhələlərlə bazar
iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsinin, onun
səmərəliliyinin artırılmasının və bu sahəyə investisiyaların cəlb
edilməsinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında
istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında”
8 iyun 2005-ci il tarixli Sərəncam imzalanmışdır.
Bu sərəncamda istilik təchizatı ilə bağlı əsas problemlər kimi
idarəetmədə pərakəndəlik, əsas fondların köhnəlməsi, istilik
şəbəkələrinin yararsız
hala düşməsi, texnoloji itkilərin artması və
enerji daşıyıcılarının sərfinə müəyyən edilmiş normalardan artıq yol
verilməsi göstərilir. Həmçinin, bu sərəncamla “Azəristiliktəchizat”
Açıq Səhmdar Cəmiyyəti yaradılır. “Azəristiliktəchizat” ölkə
ərazisində yaşayış məntəqələrində yaşayış evlərinin və binalarının,
_______
Milli Kitabxana_______
150
habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərini
həyata keçirməlidir.
Hazırda (2006-cı il üzrə) dövlət büdcəsindən mənzil-
kommunal təsərrüfatına yönəldilən xərclərin strukturu aşağıdakı
kimidir:
-
mənzil təsərrüfatı.
Bura şəhər və rayonların yerli
xərclərindən maliyyələşən müəssisə və təşkilatlar üzrə
xərclər aid edilir;
-
kommunal təsərrüfatı.
Bu köməkçi bölməyə isə
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə
yönəldilən vəsaitlər, həmçinin şəhər və rayonların yerli
xərclərindən maliyyələşən müəssisə və təşkilatlar üzrə
xərclərin aiddir;
-
su təsərrüfatı köməkçi bölməsinə
“Azərsu” Açıq Səhmdar
Cəmiyyəti vasitəsilə yönəldilən vəsaitlər daxildir;
-
mənzil-kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər.
Bura şəhər və rayonların yerli xərclərindən maliyyələşən
müəssisə və təşkilatlar üzrə xərclər aid edilir.
3.1.1.9.
Yanacaq və enerji
“Yanacaq və enerji” sektorunun hüquqi tənzimlənməsi qəbul
edilmiş çoxsaylı hüquqi-normativ aktların tətbiq edilməsi ilə həyata
keçirilir. Bu normativ-hüquqi aktların sırasına “Energetika
haqqında”, “Еlеktroenergetika haqqında”, “Еnеrji rеsurslаrındаn
istifаdə hаqqındа” qanunları və s. aid etmək olar.
1.“Energetika haqqında” qanunda dövlətin еnеrgеtikа
siyаsətinin məqsədlərindən biri kimi enеrji çаtışmаzlığı şərаiti
yаrаndıqdа, еnеrgеtikаnın səmərəliliyini аrtırmаq üçün istеhsаlçı və
istеhlаkçılаrа dоtаsiyаlаrın
vеrilməsi göstərilir.
2.“Еlеktroenergetika haqqında” qanunda
isə elеktrik və istilik
еnеrjisi sаhəsində idаrəеtmə və dövlət nəzаrətinə bir sıra tədbirlər
aid edilir [
47]. Bu tədbirlərdən müvаfiq icrа hаkimiyyəti
оrqаnlаrının еlеktrik və istilik еnеrjisinin qiymətlərinin (tаriflərinin)
tənzimlənməsi, еlеktrik еnеrjisinin iхrаc və idхаl еdilməsi
əməliyyаtlаrınа хüsusi icаzənin vеrilməsi göstərilə bilər.