_______
Milli Kitabxana_______
133
Respublikasının Maliyyə Nazirliyi vasitəsilə həyata keçirilir.
Bu xərclərə:
-
əhalinin əmanətlərinin indeksləşdirilməsi;
-
dövlət daxili uduşlu istiqraz vərəqələri;
-
“Kapital Bank” Səhmdar Kommersiya Bankının zəruri
kapitala və likvidliyə olan tələbini ödəmək üçün buraxılmış
istiqraz vərəqələri;
-
mərkəzləşdirilmiş kredit resursları üzrə Milli Bankın
silinmiş əsas borcunu bağlamaq məqsədilə buraxılan
istiqraz vərəqələri;
-
qısamüddətli dövlət istiqraz vərəqələri;
-
Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən
hökumət zəmanəti ilə Beynəlxalq Bank tərəfindən
“Azərenerji” Səhmdar Cəmiyyətinə verilmiş kreditlər üzrə
xərclər;
-
1992-1996-cı illərdə dövlət büdcəsi kəsirinin örtülməsi
üçün Milli Bankdan istifadə edilmiş 345,2 mlrd.AZM
mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq
məqsədilə
buraxılan istiqraz vərəqələrinin dövriyyəyə buraxılması
üzrə xidmət xərclərinin ödənilməsi aid edilir.
•
Xarici borclar üzrə faizlərin və digər öhdəliklərin
ödənilməsi.
Qeyd. Əhali əmanətlərinin indeksləşdirilməsi məqsədilə
həyata keçiriləcək tədbirlər bu sahədə qanunvericilik aktının qəbul
edilməsindən sonra mümkün olacaqdır. Kitab çapa verildiyi tarixdə
“Əhalinin əmanətlərinin indeksləşdirilməsi haqqında” qanun qəbul
edilməmişdir.
Büdcələrarası transfertlər köməkçi bölməsinə
müxtəlif
səviyyəli büdcələr arasında (dövlət büdcəsi, Naxçıvan Muxtar
Respublikasının büdcəsi və yerli (bələdiyyə) büdcələr) ümumi
xarakter daşıyan və konkret funksiyaya aid edilməyən transfertlərlə
bağlı xərclər daxildir.
Yerli büdcələrin öz maliyyələşdirmə mənbələrinin olmasına
baxmayaraq
yerli büdcələrin gəlir və xərclərini tənzimləmək
məqsədilə dövlət büdcəsindən hər il dotasiyalar ayrılır.
_______
Milli Kitabxana_______
134
“Büdcə sistemi haqqında” yeni qanuna əsasən (11.14) dövlət
büdcəsindən maliyyə yardımı almaq istəyən
bələdiyyələr cari ilin
may ayının 1-dək müvafiq sənədləri və məlumatları Maliyyə
Nazirliyinə təqdim edirlər. Bu sənədlərdə bələdiyyələrə dövlət
büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının
həcmi
əsaslandırılmalıdır. Dotasiyanın yuxarı
həddinin
hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı və
ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi
və digər amillər nəzərə alına bilər. 2002-ci ildə bələdiyyə gəlirlərinin
(25,0 mlrd.AZM) 39%, 2003-cü ildə (5,0 mlrd.AZM) 8,7%, 2004-cü
ildə (9,9 mlrd.AZM) isə 10,7%-ni təşkil etmişdir.
Qeyd. 1999-cu ilin bələdiyyə seçkilərinə qədər ölkədə yerli
özünüidarəetmə orqanları mövcud deyildi.
3.1.1.2. Təhsil
Təhsil. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci
maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili
davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum
təhsil
standartlarını müəyyən edir.
Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət
proqramı təhsil sektorunda aparılan islahatların ümumi strateji
məqsədləri kimi aşağıdakılar göstərilir:
•
keyfiyyətli təhsil əldə etmək sahəsində bərabərliyin təmin
edilməsi, o cümlədən, şəhər və kənd yerlərində təhsilin
keyfiyyətində mövcud olan fərqlərin aradan qaldırılması;
•
təhsilin məzmununa yenidən baxılması və tədris
metodlarının müasirləşdirilməsinin
təmin edilməsi;
•
məhsuldarlığın qiymətləndirilməsinə əsaslanaraq, əmək
haqlarının artırılması;
•
peşə təhsilinin bazar iqtisadiyyatına müvafiq ixtisaslar
verməsinin təmin edilməsi.
Yuxarıda qeyd olunan fikirlər təhsil sahəsində bir sıra
problemlərin olduğunu təsdiqləyir. Təhsil sahəsində mövcud olan
_______
Milli Kitabxana_______
135
digər problemlərin aradan qaldırılması məqsədilə bir neçə dövlət
proqramı qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının 15
iyun 1999-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Təhsil sahəsində
islahat Proqramı”nda da təhsil islahatlarının aparılması üç mərhələdə
nəzərdə tutulur:
Hazırlıq mərhələsi (1999-cu il) Azərbaycan Respublikası
vətəndaşlarının Konstitusiyada müəyyən olunmuş təhsil almaq
hüququnu təmin edən, bazar iqtisadiyyatının
tələblərinə uyğun yeni
təhsil sisteminin normativ hüquqi, iqtisadi və informasiya bazasını
yaratmaq üçün təşkilati işlərin aparılmasını, eləcə də onun
infrastrukturu və kommunikasiya sisteminin müəyyən edilməsini
nəzərdə tutulur.
İkinci mərhələdə (2000 – 2003-cü illər) təhsil sahəsinin sosial-
iqtisadi stabilliyini təmin edən təxirəsalınmaz
problemlərin həll
olunması və geniş miqyaslı islahatın aparılması üçün təşkilati-
hüquqi, kadr, maliyyə, maddi-texniki təminatının və yeni idarəetmə
modelinin yaratması nəzərdə tutulur.
Üçüncü mərhələ (2004-cü ildən) proqramda nəzərdə tutulan
bütün tədbirlərin həyata keçirilməsi.
Təhsil sahəsində islahat Proqramının əsas məqsədi
məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun
əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf
etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ bazanı
yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının
Konstitusiyasında, Təhsil Qanununda
təsbit olunmuş tələbləri,
siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə yönəltməkdən
ibarətdir.
Proqramın maliyyələşdirilməsi üçün 747 mlrd. AZM vəsait
xərclənməsi nəzərdə tutulurdu. Bu vəsaitlərin 91,7%-i (685,0 mlrd.
AZM) məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirilməsinə
yönəldilməli idi.
Bu problemlərin aradan qaldırılması və həmin istiqamətdə
işlərin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasında yeni
ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı
təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair 2003-
2007-ci illər üzrə Azərbaycan Respublikası Prezidentinin 17 fevral