_______
Milli Kitabxana_______
106
müəyyənləşdirildi. Eyni zamanda, avtonəqliyyat vasitələri, o
cümlədən taksi ilə sərnişin və yük daşımalarını həyata keçirən
şəxslər 10%-lə verginin ödəyiciləri hesab olunurdu. Bir sıra
fəaliyyət növləri ilə məşğul olan şəxslər həmin verginin ödəyiciləri
kimi fəaliyyət göstərməməsi də dəqiqləşdirildi:
-
aksizli mallar istehsal edən şəxslər;
-
kredit və sığorta təşkilatları, investisiya fondları,
qiymətli
kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
-
qeyri-dövlət pensiya fondları;
-
əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə
edənlər;
-
mülkiyyətində 5 mlrd.AZM-ə qədər əmlakı olan şəxslər.
Aparılan islahatlar nəticəsində vergi ödəyicilərinin 85%-i
(2003-cü ilin 1 iyuluna 71660 hüquqi və fiziki şəxs) bu verginin
ödəyicilərinə çevrildilər). Lakin proqnoz göstəricisi 85,5% icra
olunmuş və dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 1,5% təşkil
edirdi. Bu isə bir sıra vergi ödəyicilərinin ötən ilə nisbətən öz
dövriyyələrini azaltması ilə bağlı olmuşdur.
Lakin, vergi qanunvericiliyinin dəyişdirilməsi
nəticəsində
vergitutma bazasının genişləndirilməsi bu vergi üzrə büdcəyə
daxilolmaların dinamikasına təsir etmiş və 2003-cü ildə daxilolma
2001-ci ilə nisbətdə 3 dəfə artmışdır.
Sadələşdirilmiş vergi üzrə dövlət büdcəsinə daxilolmaların
dinamikası.
Cədvəl 2.23
2001 2002 2003 2004
Mlrd.
AZM
Büdcə
gəlirlə
rin
də
(%)
Mlrd.
AZM
Büdcə
gəlirlə
rin
də
(%)
Mlrd.
AZM
Büdcə
gəlirlə
rin
də
(%)
Mlrd.
AZM
Büdcə
gəlirlə
rin
də
(%)
Sadələşdi-
rilmiş vergi
üzrə
büdcəyə
daxilolmala
20,5
0,5
12,6 0,3
63,3
1,0 81,9 1,0
_______
Milli Kitabxana_______
107
1 yanvar 2004-cü ildən vergitutma bazasında yenidən
dəyişiklik edildi. Dövriyyə 123,75 mln.AZM
həddində
müəyyənləşdirildi. Mülkiyyətində 5,5 mlrd.AZM qədər əmlakı olan
şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaqdan azad edilirdilər.
Avtonəqliyyat vasitələrinin sahibləri bu verginin ödəyicisi hesab
edilmirdilər və avtonəqliyyat vasitələri üçün nəzərdə tutulmuş 10%
dərəcə ləğv edilirdi.
Vergi Məcəlləsinə diqqət yetirsək vergi ödəyicisinin 1 yanvar
2003-cü il tarixdən əməliyyatlarının ümumi məbləği əvvəlki 12
təqvim ayı ərzində 500 mln.AZM-dən çox deyilsə, vergi ödəyicisi
ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğvi olunmasına dair 45 gün
ərzində ərizə ilə müraciət edə bilər. Vergi ödəyicisi 1 yanvar 2003-
cü ilədək ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmişdirsə həmin
şəxsin ƏDV ödəyicisi kimi fəaliyyətini dayandırması 158.2
maddəsinə əsasən tənzimlənir. Bu maddəyə görə ƏDV-yə cəlb
olunan əməliyyatların ümumi məbləği əvvəlki təqvim ayı ərzində
dövriyyəsi 247,5 mln.AZM-dək olan ödəyicilər ƏDV-nin
məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən
bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına
dair ərizə verə bilərdilər (əvvəlki illərin
qanunvericiliyində bu
müddət iki il göstərilirdi və bu da sahibkarlar üçün müəyyən
problemlər yaradırdı).
2005-ci ildən sadələşdirilmiş vergi ilə bağlı qanunvericiliyə
növbəti əlavə və dəyişikliklər edilmişdir.
Bu dəyişikliklərin sırasında ilk növbədə sadələşdirilmiş vergi
ödəyiciləri hər il aprel ayının 20-dən gec olmayaraq müvafiq
bəyannaməni və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı
məlumatı uçotda olduqları vergi orqanına təqdim etməli olduğunu
göstərən müddəanı qeyd etmək olar. Vergi Məcəlləsində başqa
hallar nəzərdə tutulmamışdırsa vergi ödəyicisinin
təqvim ilinin
sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi
ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı
təqdim etmədikdə vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi
ilində seçdiyi metodu tətbiq edilir. İl ərzində yeni fəaliyyətə
başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd
etdiyi metodu tətbiq edir.
_______
Milli Kitabxana_______
108
Mülkiyyətində və ya istifadəsində olan avto
nəqliyyat
vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla)
Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını
(o
cümlədən, taksi ilə) həyata keçirən şəxslər sadələşdirilmiş
verginin ödəyiciləri hesab edilir.
Mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (avtomobil
nəqliyyatı vasitələri, o cümlədən taksi ilə sərnişin və yük
daşımalarını, mülkiyyətində və ya istifadəsində olan nəqliyyat
vasitələri ilə və yaxud həmin daşımaları müqavilə əsasında digər
şəxslər vasitəsi ilə həyata keçirən şəxslər istisna olmaqla) qalıq
dəyəri şərti maliyyə vahidinin 1000000 mislindən artıq olanlar
sadələşdirilmiş verginin ödəyicisi hesab edilə bilməz.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük
daşımalarını həyata keçirən vergi ödəyiciləri
üçün sadələşdirilmiş
vergi aşağıdakı kimi müəyyən edilir:
Cədvəl 2.24
Fəaliyyət növü
Sadələşdirilmiş
verginin tətbiq
edildiyi
ölçü vahidi
Sadələşdirilmiş
verginin aylıq məbləği
(şərti maliyyə vahidinin
misli ilə)
Sərnişin daşınması
(taksi istisna olmaqla),
oturacaq yerlərinin sayın
görə:
- 13-dək
- 13-dən 30-dək
- 31-dən yuxarı
1 oturacaq yeri
1,5 misli
18 misli + 13-cü yerdən
başlayaraq hər oturacaq
yeri üçün 0,5 misli
27 misli + 31-ci yerdən
başlayaq hər oturacaq
yeri üçün 0,3 misli
Taksi ilə
sərnişin
daşınması
1 ədəd nəqliyyat
vasitəsi
8
Yük daşımaları
1 ton yükgötürmə
qabiliyyəti
1