DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə38/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   34   35   36   37   38   39   40   41   ...   67

_______Milli Kitabxana_______ 
 
115 
hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin 
verilməsi; 
-
 
Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq 
fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi; 
-
 
Hüquqi şəxslərin dövlət qeydiyyatı və təkrar qeydiyyatı; 
-
 
Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə 
qaydasında qeydə alınması halları istisna olmaqla) və 
dövlət reyestrinə daxil edilməsi; 
-
 
Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil 
daşımalarını tənzimləyən icazənin verilməsi
Qeyd.  Beynəlxalq avtomobil daşımalarını  tənzimləyən 
icazənin verilməsi 1998-2001-ci illərin dövlət büdcəsinin 
gəlirlərində beynəlxalq avtomobil daşımalarında “icazə sistemi”nin 
tətbiqindən daxilolmalar maddəsi  şəklində göstərilirdi. Lakin, 4 
dekabr 2001-ci ildə “Dövlət rüsumu haqqında” yeni qanunun 
qəbulu nəticəsində bu maddə dövlət rüsumu şəklində dövlət 
büdcəsinə alınmağa başlandı. 
-
 
əmlaka mülkiyyət hüququna, o cümlədən torpağa 
mülkiyyət, icarə  və istifadə hüququna dair sənədlərin 
verilməsi və girovun dövlət qeydiyyatı. 
Notariat hərəkətlərinin aparılmasına, beynəlxalq avtomobil 
daşımalarını  tənzimləyən icazənin verilməsinə, habelə  sənaye 
mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə 
sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə 
tutulan dövlət rüsumunun 15% dövlət rüsumu tutan orqanların 
xüsusi hesabına, 85% isə dövlət büdcəsinə keçirilir. 
Dövlət rüsumunun 15%-nin dövlət rüsumunu tutan orqanların 
xüsusi hesabında qalması ümumiyyətlə, rüsumların tutulmasının 
mahiyyəti ilə bağlıdır. Yəni (rusumun tərifində qeyd olunduğu kimi) 
rüsumların vergidən fərqi onların müxtəlif xidmətlərin tutulması 
müqabilində alınması ilə bağlıdır.  
Dövlət rüsumu üzrə dövlət büdcəsinə ödənişlərin səviyyəsi 
2004-cü ildə (135,2 mlrd.AZM), 2001-ci ilə (79 mlrd.AZM) nisbətən 
1,7 dəfə artmışdır ki, bu da 2002-ci ildə dövlət rüsumu tutulan 
əməliyyatların genişlənməsi və ölkədə iqtisadi aktivliyin artması, 
eyni zamanda 2002-ci ildən qüvvəyə minmiş “Dövlət rüsumu” 


_______Milli Kitabxana_______ 
 
116 
haqqında Azərbaycan Respublikasının yeni qanunu ilə  həmin ildən 
beynəlxalq avtomobil daşımalarında “icazə sistemi”nin tətbiqi ilə 
toplanan icazə haqlarının dövlət rüsumu formasında büdcəyə 
alınması, 2003-cü il üzrə xüsusi lisenziya tələb olunan fəaliyyət 
növlərinin azaldılması, ölkəyə  gələn xarici vətəndaşlardan vizalara 
görə alınan rüsumlara nəzarətin gücləndiriliməsi və eyni zamanda bir 
sıra dövlət rüsumlarının tam məbləğdə dövlət büdcəsinə alınması 
nəticəsində mümkün olmuşdu.   
Birdəfəlik rüsumu  bаzаrlаrdа, yаrmаrkаlаrdа  və  хüsusi 
оlаrаq sаtış üçün аyrılmış digər yеrlərdə  mаllаrın, məmulаtlаrın 
satışını həyata keçirən fiziki şəxslər bu ödənişi həyata keçirirlər. 
Birdəfəlik rüsum hər sаtış yеrinə və yа mаlın, məmulаtın hər 
vаhidinə, hər bаş  mаl-qаrаyа görə  hər bir ticаrət günü üçün аlınır, 
ödəyiciyə bu rüsumlаrdаn yаlnız biri tətbiq оlunur. İcаrə müqаviləsi 
üzrə  sаtış  yеrinə görə icаrə  hаqqı ödənildiyi hаllаrdа birdəfəlik 
rüsum icаrə hаqqının dəyərinə dахil еdilir. 
Birdəfəlik rüsumun dərəcələri  Аzərbаycаn Rеspublikаsının 
Nаzirlər Kаbinеti tərəfindən müəyyən еdilir. 
Birdəfəlik rüsum üzrə  dахil  оlаn vəsаitlərin yаrısı müvаfiq 
bаzаrın, yаrmаrkаnın, hаbеlə  mаllаrın, məmulаtlаrın və  kənd 
təsərrüfаtı  məhsullаrının sаtışı üçün хüsusi  оlаrаq  аyrılmış  yеrdən 
istifаdə hüququ olan digər təşkilatın sərəncamında qalır. Birdəfəlik 
rüsumun qаlаn məbləği dövlət büdcəsinə köçürülürdü. 2005-ci ildən 
birdəfəlik rüsum ləğv edilmişdir. 
2003-cü ildən büdcə  gəlirlərində yeni bir tədiyə - dövlət 
büdcəsindən maliyyələşən təşkilatların 
büdcədənkənar 
daxilolmaları (2003-cü ildə 297,6 mlrd.AZM və ya 4,9%, 2004-cü 
ildə 317,3 mlrd.AZM və ya 4,2%) göstərilir. Dövlət büdcəsindən 
maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları dedikdə 
misal üçün, vergi orqanları  işçilərinin maddi həvəsləndirmə  və 
inkişaf fonduna yığılan vəsaitlər aid edilir (Vergi Məcəlləsinin 22-ci 
maddəsi).  
Vergi orqanlarının maddi həvəsləndirmə  və inkişaf fondu, 
onların nəzarəti ilə büdcəyə ödənilməsi təmin olunmuş vergilərin və 
qeyri-vergi daxilolmalarının müvafiq il üçün dövlət büdcəsində 
nəzərdə tutulmuş həcmdən artıq məbləğin 50% hesabına, lakin vergi 


_______Milli Kitabxana_______ 
 
117 
orqanlarının nəzarəti ilə büdcəyə ödənilməsi təmin olunan vergilərin 
və qeyri-vergi büdcə daxilolmalarının müvafiq il üçün dövlət 
büdcəsində nəzərdə tutulmuş həcminin 0,5 faizindən artıq olmamaq 
şərtilə yaradılır. 
 
2.1.3.3. Cərimə və sanksiyalar üzrə daxilolmalar 
 
Vergi olmayan sair gəlirlərin strukturuna vergilər üzrə 
maliyyə sanksiyaları, faizlər və Azərbaycan Respublikasında 
istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı 
kontrakt qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) respublikadaxili 
müəssisə topdansatış qiyməti arasındakı fərqin 25 faizinin büdcəyə 
alınması aid edilir.  
2003-cü ildə bu maddə üzrə proqnozun aşağı  səviyyədə 
müəyyənləşdirilməsinin başlıca səbəbi kimi neft məhsullarının 
respublikadaxili qiymətlərinin dünya bazarı qiymətlərinə 
uyğunlaşdırılması, eyni zamanda vergi orqanlarının vergi 
qanunvericiliyinə nəzarət sahəsində fəaliyyətinin səmərəliliyinin və 
nəticədə onlar tərəfindən tətbiq olunacaq maliyyə sanksiyaları üzrə 
daxilolmaların artacağı gözlənilirdi.  
Büdcə mədaxilində bu tədiyə növü üzrə daxilolmaların həcmi 
2003-cü ildə 188,1 mlrd.AZM, 2004-cü ildə isə 97,2 mlrd.AZM 
təşkil etmişdir (Büdcə gəlirlərində xüsusi çəkisi 1,3-3%). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə