DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə27/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

_______Milli Kitabxana_______ 
 
82 
1.6. tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli 
özünü idarəetmə  və digər səlahiyyətli orqanların tutduğu dövlət 
rüsumu, icazə haqları, yığımlar və onların tutulması müqabilində 
göstərdiyi xidmətlər; 
1.7. kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının 
bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri 
məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya 
fəaliyyəti (reklam xidmətləri istisna olmaqla); 
1.8. orta məktəb dərslikləri, uşaq  ədəbiyyatının və büdcədən 
maliyyələşdirilən dövlət  əhəmiyyətli nəşrlərin istehsalı ilə bağlı 
redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti; 
1.9. dəfn və qəbiristanlığın mərasim xidmətləri; 
1.10.Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə 
nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, 
iş görülməsi və xidmət göstərilməsi. 
1.11. Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən 
hüquqi  şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və 
hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən 
olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas 
fondların, daşınan  əmlakın və digər aktivlərin Azərbaycan 
Respublikası Dövlət Neft Fonduna hər hansı şəkildə təqdim edilməsi 
üzrə əməliyyatlar. 
1.12. Metropolitenlə sərnişindaşıma xidmətləri.  
2.  İdxalın bu maddədə göstərilməyən digər növləri müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən ƏDV-dən azad edilə bilər. 
Verginin sıfır (0) dərəcəsi ilə tutulması 
1. Aşağıdakı  işlərin görülməsinə, xidmətlərin göstərilməsinə 
və  əməliyyatların aparılmasına görə  ƏDV sıfır (0) dərəcəsi   ilə 
tutulur: 
1.1. xarici ölkələrin diplomatik və analoji nümayəndəliklərinin 
rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin  diplomatik, inzibati 
və texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin 
şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlər
1.2. xaricdən alınan  əvəzsiz maliyyə yardımları (qrantlar) 
hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim 
edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 


_______Milli Kitabxana_______ 
 
83 
1.3. malların və aşağıdakı xidmətlərin ixracı: 
-      patentlərin, lisenziyaların, ticarət markalarının, 
müəlliflik və digər analoji hüquqların mülkiyyətə 
verilməsi və ya güzəşt edilməsi; 
-  
məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam 
xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə 
xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi; 
 - 
 
 
işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi; 
-  
daşınan 
əmlakın icarəyə verilməsi (nəqliyyat 
müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla); 
-  
müqavilənin  əsas iştirakçısı adından bu maddədə 
göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və 
ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi. 
1.4. Beynəlxalq və tranzit 
yük və  sərnişin daşınması. 
Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin 
görülməsi, xidmətlərin göstərilməsi; 
1.5. Azərbaycan Respublikasının Milli Bankına qızıl və digər 
qiymətlilərin göndərilməsi. 
1.6. beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, 
habelə dövlətlərarası  və hökumətlərarası sazişlərə  əsasən xarici 
hüquqi və fiziki şəxslərin ayırdıqları kreditlər və borclar hesabına, 
həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən 
layihələrdə Azərbaycan tərəfinin payı 49 faizdən çox olmadıqda, 
həmin vəsaitlər hesabına kreditləri və borcları alan şəxs tərəfindən 
malların (işlərin, xidmətlərin) alınması və bunların idxalı. 
2. diplomatik və analoji nümayəndəliklərin rəsmi istifadəsi və 
həmçinin beynəlxalq və tranzit yük və sərnişin daşınması üzrə sıfır 
(0) dərəcəsi ilə ƏDV o ölkələrə münasibətdə tətbiq edilir ki, həmin 
ölkələr tərəfindən analoji işlərə, xidmətlərə  və  əməliyyatlara görə 
ƏDV sıfır (0) dərəcəsi ilə tətbiq edilsin. 
Vergi Məcəlləsinə çox tez-tez əlavə və dəyişikliklərin edilməsi 
bilavasitə  ƏDV-nin də vergitutma bazasına təsir göstərmiş oldu. 
2001-ci ilin 16 noyabr tarixində (Vergi Məcəlləsinə edilən birinci 
qrup əlavə və dəyişikliklər) ƏDV-nin anlayışının yeni izahı verildi: 
 
Əlavə  dəyər vergisi – vergi tutulan dövriyyədən hesablanan 
verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına üyğun olaraq 


_______Milli Kitabxana_______ 
 
84 
verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini 
göstərən sənədlərə müvafiq surətdə  əvəzləşdirilməli olan verginin 
məbləği arasındakı fərqdir. 
 Paralel 
olaraq 
ƏDV ödəyicilərinin rüblük dövriyyəsi 30 
mln.AZM-dən artıq olan şəxslər hesab edilirdi. 2002-ci ilin 
əvvəlindən aksizli malların ödəyiciləri ƏDV ödəyiciləri sayılırdı. Bu 
dəyişəkliklər  ƏDV ödəyicilərinin sayının və vergi üzrə 
daxilolmaların səviyyəsinə təsir göstərmiş oldu. 
 26 
noyabr 
2002-ci 
ildə  dəyişikliklərin ikinci mərhələsində 
vergi ödəyiciləri rüblük dövriyyəsi 125 mln.AZM-dən artıq olan 
şəxslərdir.  ƏDV-nin büdcəyə ödənilməsi forması nağdsız qaydada 
aparılmağa başlandı. Bunun əsas məqsədi saxta hesab-fakturaların 
təqdim olunması ilə bağlı idi. 2003-cü  ilin əvvəlindən bir sıra 
xidmət növlərinə də (0) dərəcə ilə ƏDV tətbiq olunur.  
 
İşlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya 
qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının 
daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi 
nümayəndəliyin olduğu yer. Bu müddəalar aşağıdakı xidmətlərə 
tətbiq edilir: 
-  
patentlərin, lisenziyaların, ticarət markalarının, 
müəlliflik və digər analoji hüquqların mülkiyyətə 
verilməsi və ya güzəşt edilməsi; 
-  
məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam 
xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə 
xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi; 
 - 
 
 
işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi; 
-  
daşınan 
əmlakın icarəyə verilməsi (nəqliyyat 
müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla); 
-  
müqavilənin  əsas iştirakçısı adından bu maddədə 
göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və 
ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi. 
 
28 noyabr 2003-cü ildə edilən  əlavə  və  dəyişikliklər 
nəticəsində 1 yanvar 2004-cü ildən  ƏDV-nin ödəyiciləri rüblük 
dövriyyəsi 123,75 mln.AZM-dən artıq olan olan şəxslər hesab 
olunur.  
 
 
 
 
 
 
      


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə