DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə23/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

_______Milli Kitabxana_______ 
 
70 
Növbəti vergi ilinin sonunda (2003-cü il) güzəştlər ləğv edildi. 
Əsas arqument kimi güzəştlərin stimullaşdırıcı vasitə kimi effekt 
verməməsi göstərilirdi. Belə ki, diferensial vergi dərəcələrinin 
tətbiqi regional inkişafı  təşviqedici vasitələrdən biri olsa da 
Azərbaycan Respublikasında regionların inkişafı sosial və istehsal 
infrastrukturlarının yaradılması ilə paralel olaraq aparılmalı idi.  
Mənfəət vergisinin diferensiallaşmasının ləğvi ilə yanaşı onun 
dərəcəsi bir vahid də (25%-dən 24%-ə) aşağı salındı.  Əsas məqsəd 
müəssisələrin vergi yükünün aşağı salınmasıdır. 2006-cı ildən 
mənfəət vergisinin dərəcəsinin 24%-dən 22%-ə endirilmişdir. 
Vergi Məcəlləsinin qüvvəyə minməsindən sonra mənfəət 
vergisindən dövlət büdcəsinə daxilolmaların dinamikasına nəzər 
salaq.    
 
 
 
    
 
Cədvəl 2.7 
 
 
2001 2002 2003  2004 
Mlrd. 
AZM 
Dövlət 
büdcəsi 
gəlirlə 
rində 
 (%) 
Mlrd. 
AZM 
Dövlət 
büdcəsi 
gəlirlə 
rində 
 (%) 
Mlrd. 
AZM 
Dövlət 
büdcəsi 
gəlirlə 
rində 
(%) 
Mlrd. 
AZM 
Dövlət 
büdcəsi 
gəlirlə 
rində 
 (%) 
Hüquqi 
şəxslərin 
mənfəət 
vergisi  
588,2 15,0 739,1 16,2 891,5 14,6 1117,2 14,8 
   
 
Aşağıdakı cədvəldən göründüyü kimi dərəcə sabit saxlanıldığı 
halda büdcəyə daxilolmaların yığım əmsalının yüksəlməsinin (2004-
cü ildə 2001-ci ilə nisbətən artım 1,9 dəfə) səbəbi həmin illər üzrə 
müəssisə və təşkilatların mənfəətinin artmasıdır.  
 
Cədvəl 2.8 
Mənfəətin 
məbləği, 
mlrd. AZM 
1995 2000 2003 2004 
Cəmi 
2552,0 2699,7 5709,7 8879,9 
Ondan:  
Sənaye 
1458,6 1688,2 2872,4 4720,5 
Kənd təsərrüfatı 51,4 
3,1 
11,9  29,1 


_______Milli Kitabxana_______ 
 
71 
Nəqliyyat  
(2000-2001-ci 
illər nəqliyyat 
 və rabitə) 
364,0 362,0 1666,9 2125,8 
Rabitə 87,1 

364,7 
624,4 
Tikinti 
221,1 148,2 142,4 474,1 
Ticarət 26,7 
12,1 
293,3 
501,0 
Sair 
343,1 486,1 358,1 405,0 
 
 
 Diqqəti çəkən məqamlardan biri mənfəət vergisi üzrə büdcəyə 
daxilolmaların ümumi büdcə  mədaxilində xüsusi çəkisinin yüksək 
olmamasıdır (14-16%). Bu isə ölkədə bir sıra müəssisə  və 
təşkilatların zərərlə işləməsi, bir-birinə qarşılıqlı borclarının və vergi 
borclarının olması ilə bağlıdır.  İqtisadiyyatın sahələri üzrə  zərərin 
məbləğinin ümumi həcmi 2004-cü ildə, 1995-ci ilə nisbətən 2,9 dəfə 
artıq olmuşdur. Xüsusilə, bu rəqəm sənaye üzrə (9,3 dəfə artıq) 
müşahidə edilir [3]. 
 
Qeyd olunan meyilin olmasına baxmayaraq, mənfəət vergisi 
üzrə büdcəyə daxilolmaların orta artım tempi 2000-2003-cü illərdə 
23,4% təşkil etmişdir. 
Hazırda qanunvericilikdə  mənfəət vergisi üzrə  aşağıdakı 
güzəştlər və azadolmalar müəyyən edilmişdir: 
-
 
xeyriyyə  təşkilatlarının gəliri – sahibkarlıq fəaliyyətindən 
əldə etdikləri gəlirdən başqa
-
 
qeyri-kommersiya təşkilatlarının aldıqları 
əvəzsiz 
köçürmələr, üzvlük haqları və ianələr; 
-
 
beynəlxalq dövlətlərarası  və hökumətlərarası  təşkilatların 
gəlirləri - sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən 
başqa; 
-
 
dövlət hakimiyyəti orqanlarının, büdcə  təşkilatlarının və 
yerli özünüidarəetmə orqanlarının gəlirləri (sahibkarlıq 
fəaliyyəti istisna olmaqla); 
-
 
Azərbaycan Respublikasının Milli Bankı  və onun 
qurumları  və Azərbaycan Respublikası Dövlət Neft 
Fondunun (Fondun vəsaitinin yerləşdirilməsindən  əldə 
edilən gəlir istisna olmaqla) gəlirləri; 


_______Milli Kitabxana_______ 
 
72 
-
 
alınmış  sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə 
əlaqədar zərərə aid edilən məbləğdən başqa); 
-
 
sağlamlıq imkanları  məhdud  şəxslərin təhsil alması üçün 
yaradılmış xüsusi təhsil müəssisələrinin gəliri - sahibkarlıq 
fəaliyyətindən əldə etdikləri gəlirdən başqa; 
-
 
əlillərin ictimai təşkilatlarına məxsus olan işçilərinin 
ümumi sayının azı 50% əlillərdən ibarət olan istehsal 
müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50% azaldılır. 
Bu güzəştlərin alınması hüququ müəyyən edilərkən işçilərin 
orta siyahı sayına  əvəzçilik, podrat müqavilələri və mülki-hüquqi 
xarakterli digər müqavilələr üzrə işləyən əlillər daxil edilmir. 
 
Mülkiyyətdən vergilər 
 
3. Hüquqi şəxslərin əmlak vergisi 
 
Vergi Məcəlləsinə görə  əmlak – hər hansı daşınan və ya 
daşınmaz  əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə 
vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri hesab edilir.  
Əmlak vergisinin qanunvericilik bazası 24 mаrt 1995-ci ildə 
“Əmlak vergisi” haqqında Azərbaycan Respublikasının qanununun 
qəbul edilməsidir.  
Hazırda bu vergi növü ilə bağlı müddəalar öz əksini Vergi 
Məcəlləsində tapır.   
Əmlak vergisinin ödəyiciləri: fiziki və hüquqi şəxslərdir. 
Vergitutuma obyektləri: rezident və qeyri-rezident fiziki şəxslərin 
xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının 
ərazisində yerləşən binaların, həmçinin yerindən və istifadə edilib-
edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə  məxsus 
avtonəqliyyat vasitələri, su və hava nəqliyyatı vasitələrinin dəyəri, 
müəssisələrin balansında olan avtonəqliyyat vasitələri, müəssisələrin 
balansında olan əsas vəsaitlərin: orta illik dəyəridir. Fiziki şəxslər 
əmlak vergisini bələdiyyə büdcəsinə, hüquqi şəxslər isə dövlət 
büdcəsinə köçürürlər.  
Əgər Vergi Məcəlləsi qüvvəyə mindiyi vaxta qədər 
qanunvericilikdə müəssisələrin vеrgitutmа  оbyеktləri  оnlаrın 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə