DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə19/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   15   16   17   18   19   20   21   22   ...   67

_______Milli Kitabxana_______ 
 
58 
1.15. yarışlarda və müsabiqələrdə  əşya  şəklində alınan 
mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda və 
müsabiqələrdə  pul şəklində alınan mükafatların dəyəri şərti maliyyə 
vahidinin 4000 mislinədək, respublika, şəhər və rayon yarışlarında 
və müsabiqələrində isə - 200 mislinədək. 
1.16. Siyasi vəzifə tutan dövlət qulluqçusunun vəzifə 
səlahiyyətlərinin müddətinin başa çatmasına görə istefası, habelə 
inzibati vəzifə tutan və ixtisas dərəcəsi olan dövlət qulluqçusunun 
yaş həddinə, yəni 65 yaşa çatmasına görə istefası və ya Azərbaycan 
Respublikasında müəyyən edilmiş pensiya yaşına çatdıqda könüllü 
pensiyaya  çıxması nəticəsində verilən birdəfəlik haqlar. 
1.17. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına 
deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə  əlaqədar xərclərin 
ödənilməsi üçün vəzifə maaşlarına aylıq pul təminatı  və müvafiq 
icra hakimiyyəti orqanının qərarı ilə  vəzifəyə  təyin olunan 
Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət 
orqanlarının (təsisatlarının) rəhbər işçilərinə  səlahiyyətlərinin icrası 
ilə bağlı  təmsilçilik xərclərinin ödənilməsi üçün verilən vəzifə 
maaşlarına aylıq əlavə pul təminatı. 
2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi 
tutulmalı olan aylıq gəliri  şərti maliyyə vahidinin 400 misli 
miqdarında azaldılır: 
2.1. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının; 
2.2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının; 
2.3.  Şöhrət ordeninin hər üç dərəcəsi ilə  təltif edilmiş 
şəxslərin; 
2.4. I və II qrup müharibə əlillərinin; 
2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul 
arvadlarının (ərlərinin); 
2.6. 1941—1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə 
orden və medallar ilə təltif edilmiş şəxslərin
2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə 
veteranı adı almış şəxslərin; 
2.8. Çernobıl AES-də  qəza, mülki və ya hərbi təyinatlı atom 
obyektlərində digər radiasiya qəzaları  nəticəsində, habelə nüvə 
qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı  və kosmik 


_______Milli Kitabxana_______ 
 
59 
texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər   nəticəsində 
şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu 
xəstəlikləri keçirmiş şəxslərin. 
3. I və II qrup əlillərin (müharibə əlillərindən başqa) hər hansı 
muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri şərti maliyyə vahidinin 
100 misli miqdarında azaldılır. 
4. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi 
tutulmalı olan aylıq gəliri  şərti maliyyə vahidinin 55 misli 
miqdarında azaldılır: 
4.1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin 
valideynləri, habelə  vəzifələrinin icrası zamanı  həlak olmuş dövlət 
qulluqçularının valideynləri və arvadları  (ərləri). Bu şəxslərin 
arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha 
girmiş olmasınlar; 
4.2. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi 
nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün 
müdafiəsi zamanı  həlak olmuş  şəxslərin valideynləri və arvadları 
(ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, 
onlar təkrar nigaha girmiş olmasınlar; 
4.3.  Əfqanıstana və döyüş  əməliyyatları aparılan başqa 
ölkələrə göndərilmiş 
hərbi qulluqçular və 
təlim-
yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər; 
4.4. daimi qulluq tələb edən uşaqlıqdan və ya I qrup əlilə 
baxan və onunla birlikdə yaşayan valideynlərdən biri 
(özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum; 
4.5. məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu 
güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən 
ayrıca mənzil sahəsi  əldə etməsi nəticəsində daimi məskunlaşmış 
şəxslərə şamil edilmir. 
5. Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç 
nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək  şagirdlər və 
tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq 
gəliri şərti maliyyə vahidinin 20 misli qədər azaldılır. 
Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa 
çatdığı ilin sonunadək, habelə  uşaqların və himayədəkilərin 
öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır. 


_______Milli Kitabxana_______ 
 
60 
Fiziki  şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və 
himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır. 
Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölümü 
halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan 
sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin 
çıxılmasına xitam verilir. 
6. Aşağıdakılar himayədə olanlara aid edilmirlər: 
6.1. təqaüd, pensiya və  işsizlik müavinəti alan şəxslər 
(uşaqlardan başqa); 
6.2. dövlət təminatında olan şəxslər (texniki-peşə 
məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar); 
6.3. xüsusi məktəblərin  şagirdləri və internat evlərində olan, 
saxlanmasına görə  qəyyumlardan haqq alınmayan uşaqlar, habelə 
tam dövlət təminatındakı  məktəblər yanında internatlarda olan 
uşaqlar. 
7. Fiziki şəxsin Məcəllənin qeyd olunan (102.2-ci, 102.3-cü və 
102.4-cü) maddələri üzrə güzəşt hüququ olduqda, ona bu 
güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. 
8.  Əmək haqqından tutulan vergi hesablanarkən fiziki 
şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq 
icra hakimiyyəti orqanı  tərəfindən müəyyənləşdirilmiş  sənədlərin 
təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin 
əmək kitabçasının olduğu yerdə həyata keçirilir. 
Gəlir vergisi ilə bağlı qanunvericilikdə öz əksini tapan 
məqamlardan biri də ondan ibarətdir ki, fiziki şəxslər bu vergini 
büdcəyə iki formada:ödəniş mənbəyindən vergiyə cəlb olunmaqla və 
bəyannamə şəklində ödəyə bilərlər.  
Son illərdə  gəlir vergisi üzrə büdcəyə daxilolmaların 
strukturuna baxsaq əmək haqqından tutulan vergilərin böyük 
üstünlük təşkil etdiyinin şahidi olarıq (95%), (Baxmayaraq ki, 
əhalinin pul gəlirlərinin 55,2% sahibkarlıqdan  əldə olunur). 
Fikrimizcə, bunun səbəbi psixoloji amillə bağlıdır. Digər tərəfdən 
Vergi Məcəlləsinin 149.2-ci maddəsinə görə rezident fiziki şəxslər 
hesabat ilindən sonrakı ilin aprel 15-dək, digər şəxslər isə - hesabat 
ilindən sonrakı ilin aprel ayının 1-dək vergi orqanlarına bəyannamə 
verməlidirlər. Lakin, 2004-cü ilin aprelin 15-dək (ötən il üzrə) vergi 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə