DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə17/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

_______Milli Kitabxana_______ 
 
52 
Cədvəl 2.2 
Vergi tutulan aylıq gəlirin 
məbləği 
Verginin məbləği 
100000 manatadək Vergi 
tutulmur 
100001-1000000 manatadək 
100000 manatdan çox olan 
məbləğin 12% 
1000001 – 5000000 manatadək 
108 
000 manat + 1000000 
manatdan çox olan məbləğin 
25% 
5000000 manatdan çox olduqda 
1108000  manat  +  5000000 
manatdan çox olan məbləğin 
35% 
 
Gəlir vergisinin dərəcəsinin dəyişməsi nəticəsində bu vergi 
növü üzrə büdcəyə daxilolmaların səviyyəsində artım müşahidə 
olunmağa başlandı - 2004-cü ildə daxilolmaların həcmi 2001-ci 
ilə nisbətən 2,3 dəfə artmışdır. 
Cədvəl 2.3 
 
 
2001 2002 2003  2004 
Mlrd.  
AZM 
Büdcə 
gəlirlə 
rin 
də  
(%) 
Mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rin 
də  
(%) 
Mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rin 
də (%) 
Mlrd. 
AZM 
Büdcə 
gəlirlə 
rin 
də  
(%) 
Fiziki 
şəxslərin 
gəlir 
vergisi  
473,7 12,1 548,3 12,1 752,1  12,3 1107,8 14,6 
 
 
20 fevral 2003-cü il tarixli Prezident Fərmanı ilə  qəbul 
edilmiş “Yoxsulluğun Azaldılması  və  İqtisadi  İnkişaf üzrə Dövlət 
Proqramın” da ölkədə yoxsulluğun aşağı salınması  tədbirlərindən 
biri kimi gəlir vergisinin dərəcələrinin aşağı salınması göstərilirdi. 
Bunun davamı olaraq 2003-cü ilin sonunda fiziki şəxslərin gəlir 
vergisinin vergitutma bazası  təkmilləşdirildi. Aylıq gəlirin vergi 
tutulmayan məbləği 150 
000 AZM-ə qaldırıldı, vergitutma 
şkalasıının sayı 4-dən 3-ə endirildi. Vergi Məcəlləsini Azərbaycan 
Respublikasının digər qanunvericilik aktlarına uyğunlaşdırmaq 
məqsədilə vergi güzəştlərinin (və vergilərin) hesablanması  şərti 
maliyyə vahidi əsasən (5500 AZM) aparılmağa başlandı. Verginin 


_______Milli Kitabxana_______ 
 
53 
dərəcələrinin bu hədlər üzrə müəyyənləşdirilməsində  əsas məqsəd 
aztəminatlı ailələrin vergi yükünün aşağı salınması idi. 
 Cədvəl 2.4 
Vergi tutulan aylıq gəlirin 
məbləği 
Verginin məbləği 
150000 manatadək Vergi 
tutulmur 
150001 – 3000000 
manatadək 
150000 manatdan çox olan məbləğin 
14% 
3000000 manatdan çox 
olduqda 
399000 manat + 3000000 manatdan çox 
olan məbləğin 35% 
 
 
Verginin  ən yüksək həddinin aşağı salınmamağının  əsas 
səbəbi Azərbaycan Respublikasında neft sektorunda fəaliyyət 
göstərən xarici şirkətlərdə çalışan işçilərin  əmək haqqından tutulan 
gəlir vergisinin məhz bu şkala üzrə vergiyə cəlb olunmasıdır.  
Misal üçün, hər hansı bir dövlətin vətəndaşı Azərbaycan 
Respublikasında işləyir, lakin vergini həm öz dövlətində, həm də 
Azərbaycan Respublikasında ödəyir. Yəni dərəcənin aşağı salınması 
nəticəsində  nəinki, büdcə  vəsait itirir, həm də bu fərq həmin 
dövlətin büdcəsinə ödənilir, vergi ödəyicisinə isə bu heç bir formada 
təsir etmir. 
2006-cı ildən gəlir vergisinin yeni şkalası qüvvəyə minmişdir. 
Cədvəl 2.5-də öz əksini tapan yeni şkalaya görə aylıq gəlirin vergi 
tutulmayan həddi aradan qaldırılıb.  
Cədvəl  2.5  
Vergi tutulan aylıq gəlirin 
məbləği 
Verginin məbləği 
1000 manatadək 14 
faiz 
1000 manatdan çox olduqda 
140 manat + 1000 manatdan çox 
olan məbləğin 35 faizi 
 
2006-cı ildən aylıq gəliri 1000 AZN (5 mln. köhnə manat) 
səviyyəsində olan fiziki şəxslər 14% vergi ödəyirlər. Fiziki şəxslərin 
gəlir vergisinin yuxarı həddi də dəyişdirilib. Hazırda qüvvədə olan 
qanunvericiliyə görə 1000 AZN-dən artıq gəlir  əldə edən fiziki 
şəxslər həmin məbləğdən yuxarı hissədən 35% vergi ödəyəcəklər. 
2004-cü ildən gəlir vergisinin yuxarı dərəcəsi aylıq gəliri 600 AZN 


_______Milli Kitabxana_______ 
 
54 
(3 mln. köhnə manat) olan fiziki şəxslərə  tətbiq edilirdi. Belə ki, 
nəticədə aylıq gəliri 600 AZN-1000 AZN arasında olan fiziki 
şəxslərin vergi yükü azalacaq. Gəlir vergisinin vergi tutulmayan 
aşağı  həddinin ləğv edilməsinin aztəminatlı ailələrə  təsirinin 
qarşısının alınması üçünsə aylıq gəliri  şərti maliyyə vahidinin 200 
misli olan fiziki şəxslərə vergi güzəşti tətbiq edilməsi nəzərdə 
tutulub. Aylıq gəliri (denominasiyadan sonra isə bu rəqəm) 220 
AZN-dən aşağı olan fiziki şəxslər öz gəlirlərini  şərti maliyyə 
vahidinin 30 misli miqdarında (33 AZN) azaltmaq imkanı  əldə 
edirlər [18, səh.2]. Köhnə rəqəmlərlə götürsək 1100000 AZM aylıq 
gəliri olan şəxslərin 165 000 AZM həddində  gəliri vergidən azad 
edilir. 2006-cı ildə gəlir vergisi ilə bağlı qanunvericilikdə aşağıdakı 
güzəştlər və azadolmalar nəzərdə tutulmuşdur: 
1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 
1.1. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən 
diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının 
inzibati-texniki xidmətini həyata keçirən  şəxslərin xarici ölkədə 
aldığı əmək haqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya 
konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir; 
1.2. Azərbaycan  Respublikasının  rezidenti  olmayan şəxsin iş 
yerindən gəlir — əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti 
olmayan işəgötürən tərəfindən, yaxud onun adından ödənilirsə  və 
qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun 
adından, yaxud daimi 
nümayəndəlikdə  fəaliyyəti ilə  əlaqədar 
ödənilmirsə; 
1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım və 
miraslar:  
1.3.1. hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək 
üçün maddi yardımın dəyərinin  şərti maliyyə vahidinin 1000 
mislinədək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün 
maddi yardımın dəyərinin  şərti maliyyə vahidinin 2000 mislinədək 
olan hissəsi, mirasların dəyərinin  şərti maliyyə vahidinin 20000 
mislinədək olan hissəsi; 
1.3.2. hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə 
üzvlərindən alındığı halda onun tam dəyəri; 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə