DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə25/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

_______Milli Kitabxana_______ 
 
76 
Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən 2004-cü ilin 
əvvəlinə  qədər torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqlar 
üzrə 1 şərti bal üçün 300 AZM təşkil edirdi. Azərbaycan 
Respublikasının Nazirlər Kabineti tərəfindən 29 dekabr 2000-ci il 
ildə qəbul edilmiş qərarına əsasən kadastr qiymət rayonları və daxil 
olan inzibati rayonlar üzrə  kənd təsərrüfatı torpaqlarının təyinatı, 
coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla  şərti balları 
müəyyənləşdirilir. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət 
xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı 
sahələri və  vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə 
torpaq sahəsinin hər m
2
 görə aylıq gəlirin vergi tutulmayan 
məbləğindən faizlə müəyyən olunan dərəcələr tətbiq olunurdu. 
2006-cı ildən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət 
xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı 
sahələri və  vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə 
torpaq sahəsinin hər 100 m
2
 görə  şərti maliyyə vahidinin misli 
aşağıdakı cədvəldə şərti maliyyə vahidinin misli ilə müəyyən olunan 
dərəcələr tətbiq olunur.  
Vergi Məcəlləsinə görə  aşağıdakı torpaqlar torpaq vergisinə 
cəlb edilmir: 
-
 
yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlar; 
-
 
dövlət hakimiyyəti orqanlarının, büdcə  təşkilatlarının və 
yerli özünüidarəetmə orqanlarının, Azərbaycan 
Respublikası Milli Bankının və onun qurumlarının, habelə 
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 
mülkiyyətində və ya istifadəsində olan torpaqlar; 
-
 
istehsal fəaliyyətinə  cəlb edilməmiş dövlət, meşə  və su 
fondu torpaqları, Xəzər dənizinin Azərbaycan 
Respublikasına məxsus olan sektorunun altında yerləşən 
torpaqlar; 
-
 
dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar; 
Azərbaycan Respublikasının Milli Qəhrəmanları, Sovet İttifaqı 
və Sosialist Əməyi Qəhrəmanları,  Şöhrət ordeninin hər üç dərəcəsi 
ilə təltif edilmiş şəxslər, I və II qrup müharibə əlilləri, həlak olmuş, 
yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri), 1941-
45-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar 


_______Milli Kitabxana_______ 
 
77 
ilə təltif edilmiş şəxslər, qanunvericiliklə müəyyən edilmiş qaydada 
müharibə veteranı adı almış  şəxslər mülkiyyətində olan torpaqlara 
görə torpaq vergisinin məbləği  şərti maliyyə vahidinin 10 misli 
qədər azaldılır. 
   
 
 
 
                 Cədvəl 2.10 
Yaşayış məntəqələri 
Sənaye, tikinti, 
nəqliyyat, rabitə, 
ticarət-məişət 
xidməti və digər 
xüsusi təyinatlı 
torpaqlar 
Yaşayış fondlarının 
həyətyanı sahələri və 
vətəndaşların bağ 
sahələrinin tutduğu 
torpaqlar 
Bakı 5,5 
0,45 
Gəncə, Sumqayıt 4,5 
0,4 
Digər şəhərlər (rayon 
tabeliyində olan 
şəhərlər istisna 
olmaqla), rayon 
mərkəzləri
2,5 0,2 
Rayon tabeliyində 
olan 
şəhərlərdə, 
qəsəbələrdə 
və 
kəndlərdə (Bakı  və 
Sumqayıt 
şəhərlərinin qəsəbə 
və  kəndləri istisna 
olmaqla) 
1,0 0,1 
 
Lakin, kənd təsərrüfatı istehsalçıları üçün müddətli güzəştlər 
müəyyən edilmişdir. Bu güzəştlər ilk dəfə 1999-cu ildə  tətbiq 
edilmiş, Vergi Məcəlləsi qəbul edildikdən sonra bu güzəştlər haqda 
yeni qanun (27 noyabr 2001-ci il) qəbul edilmişdir. Qəbul edilən 
qanuna görə güzəşt 3 il müddətinə verilirdi. Qanuna görə torpaq 
vergisinin ödəyiciləri olan müəssisələr  ƏDV, mənfəət,  əmlak və 
sadələşdirilmiş sistem üzrə vergini, fiziki şəxslər isə ƏDV və əmlak 
vergisini ödəməkdən azad edilirdilər. Qeyd etməliyik ki, qanunda 
fiziki  şəxslərin yalnız  ƏDV və  əmlak vergisini ödəməkdən azad 
edilməsi fiziki şəxslərin gəlir vergisi ödəyicisi olması demək deyil. 
Belə ki, Vergim Məcəlləsinin 102.1.11.-ci maddəsinə  əsasən 


_______Milli Kitabxana_______ 
 
78 
bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər 
gəlir vergisindən azaddır. Bu güzəşt  27 noyabr 2003-cü ildə daha 5 
il müddətinə artırılmışdır.  
Kənd təsərrüfatı müəssisələrinin maliyyə  fəaliyyətinin 
nəticələrinin təhlili təsərrüfatların sayının 2004-cü ildə, 1995-ci ilə 
nisbətən 25,3%, çalışan işçilərin sayı əhəmiyyətli şəkildə azaldığını 
göstərir. Bu illər üzrə müvafiq olaraq əmək haqqı fondu kəskin 
şəkildə azalmış, kənd təsərrüfatı  məhsullarının satışından  əldə 
olunan gəlir isə yalnız son bir neçə ildə nisbətən artmışdır [3].  
Torpaq vergisi üzrə büdcəyə daxilolmalarla bağlı  cədvəli 
nəzərdən keçirək. 
 
 
 
 
 
            Cədvəl 2.11 
 
2001 2002 2003 2004 
mlrd. 
AZM 
Dövlət 
büdcəsi 
gəlirlə 
rində 
 (%) 
mlrd. 
AZM 
Dövlət 
büdcəsi 
gəlirlə 
rində 
 (%) 
mlrd. 
AZM 
Dövlət 
büdcəsi 
gəlirlə 
rində 
 (%) 
mlrd. 
AZM 
Dövlət 
büdcəsi 
gəlirlə 
rində 
 (%) 
Torpaq 
vergisi  
52,1 1,3  44  1,0 56,6 0,9 70,7 0,9 
 
Cədvəldən göründüyü kimi hüquqi şəxslərin torpaq vergisi 
üzrə dövlət büdcəsinə daxilolmalar 0,9-1,5% arasında dəyişmişdir. 
2004-cü ildə artım 2001-ci ilə nisbətən 135,7% yüksək olmuşdur.  
 
 Mal və xidmətlərə görə vergilər 
 
5. Əlavə Dəyər Vergisi 
 
 Azərbaycan Respublikası ərazisində ƏDV 1992-ci ildən tətbiq 
olunur və Sovet İttifaqı dövründə tətbiq olunan dövriyyədən vergini 
əvəz edir.   
 SSRİ dövründə  tətbiq edilən dövriyyə vergisi ərzaq və digər 
istehlak olunan məhsullara (tekstil, ayaqqabı, tütün, şərabçılıq 
məhsulları istisna edilən məhsullara, ət, tərəvəz, əczaçılıq məhsulları 
və bir neçə qrup məhsullara)  şamil edilirdi. Digər sənaye 
əhəmiyyətli məhsullardan isə yalnız neft, qaz və avtomobilqayırma 
məhsullarını qeyd etmək olar. Belə ki, dövriyyədən vergi bəzi 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə