DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə24/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

_______Milli Kitabxana_______ 
 
73 
bаlаnsındа  оlаn  əsаs vəsаitlər hesab edilirdisə, Məcəllənin qəbul 
edilməsi ilə müəssisələrin balansında olan əsas vəsaitlərlə yanaşı, 
onların balansında olan avtonəqliyyat vasitələri də vergitutma 
obyektləri hesab edildi. 
Müəssisələrdən tutulan əmlak vergisinin məqsədi onlara 
məxsus  əmlakdan səmərəli istifadə etməyi və istifadə olunmayan 
xammal və material ehtiyatlarının və zəruri olmayan əsas vəsaitlərin 
alınmasına çəkilən xərclərin azaldılmasını stimullaşdırmaqdır [16]. 
2004-cü ildə fiziki və hüquqi şəxslər avtonəqliyyat vasitələrinə 
görə illik əmlak vergisini həmin vasitələrin mühərrikinin həcminə 
görə: minik avtomobillərinin 1 kub santimetrinə 1100 AZM, yük 
daşıyan avtonəqliyyat vasitələri və avtobuslar üçün isə 2200 AZM 
həddində müəyyən edilirdi. 
Avtonəqliyyat vasitələri üzrə əmlak vergisini həm fiziki, həm 
də hüquqi şəxslər avtonəqliyyat vasitələrinin qeydiyyatdan, yenidən 
qeydiyyatdan və ya illik texniki baxışdan keçirilməsi üçün müəyyən 
edilmiş vaxtda ödəyirdilər. Fiziki şəxslər əmlak vergisini bələdiyyə 
büdcəsinə, hüquqi şəxslər isə dövlət büdcəsinə köçürürdülər. 
2005-ci ildən müəssisələrin (və fiziki şəxslərin) balansında 
olan avtonəqliyyat vasitələri əmlak vergisinin vergitutma obyektinə 
aid edilmir (bax. sadələşdirilmiş vergi və yol vergisi). 
Hazırda müəssisələrin  əmlak vergisi onların orta illik qalıq 
dəyərinə  əsasən hesablanır. Orta illik qalıq dəyəri (əmlakın qalıq 
dəyəri - əsas vəsaitlərin ilkin dəyərinin həmin  əsas vəsaitlərə 
hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəridir) 
aşağıdakı kimi hesablanır. Müəssisənin  əmlakının hesabat ilinin 
əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.  
“Əmlak vergisi haqqında” qanunda müəssislərin əmlak vergisi 
vеrgitutmа  оbyеkti  оlаn  əmlаkının dəyərindən 0,5 fаiz dərəcəsi ilə 
hesablanırdısa, hazırda bu dərəcə 1% həddində 
müəyyənləşdirilmişdir. 
“Əmlak vergisi haqqında” qanundan fərqli olaraq Vergi 
Məcəlləsində  əmlak vergisi üzrə azadolmalar və güzəştlərin  əhatə 
dairəsi məhdudlaşdırlımışdır. 
Əmlak vergisi üzrə bir sıra azadolmalar və güzəştlər 
mövcuddur: 


_______Milli Kitabxana_______ 
 
74 
-
 
dövlət hakimiyyəti orqanları, büdcə  təşkilatları  və yerli 
özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının 
Milli Bankı və onun qurumları, dövlət fondları və əlillərin 
ictimai təşkilatları əmlak vergisini ödəməkdən azad edilir; 
-
 
misgərlik, qalayçılıq, dulusçuluq və saxsı  məmulatlarının, 
təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, 
oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət 
əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii 
işlənməsi, bədii tikmə, ağac materiallarından məişət 
alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan 
sahibkarlıq fəaliyyəti ilə  məşğul olan fiziki şəxslərin 
sənətkarlıq emalatxanalarının binaları  və ya bu 
emalatxanalar yerləşən hissələri  əmlak vergisinə  cəlb 
edilmir; 
-
 
şəhərlərdə  sərnişin daşımaları üçün istifadə olunan 
trolleybuslar və tramvaylar əmlak vergisindən tamamilə 
azaddır. 
Vergitutma məqsədləri üçün müəssisənin  əmlakının dəyəri 
aşağıdakı əmlakların dəyərində azaldılır: 
-
 
ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün 
istifadə edilən obyektlər
-
 
məhsul ötürən kəmərlər, dəmir və avtomobil yolları, rabitə 
və enerji ötürücü xətləri, meliorasiya və suvarma sistemi 
obyektləri; 
-
 
müəssislərin balansında olan avtonəqliyyat vasitələri; 
-
 
təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin 
yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektləri. 
Məcəllənin 102.2-ci maddəsində göstərilən  şəxslərin 
avtonəqliyyat vəsaitələrinə görə ödəməli olduğu  əmlak vergisinin 
məbləği şərti maliyyə vahidinin 30 misli qədər azaldılır. 
Hüquqi  şəxslərin  əmlak vergisi üzrə son illər büdcəyə 
daxilolmaların dinamikası aşağıdakı cədvəldə göstərilmişdir. 
 
 
 
 


_______Milli Kitabxana_______ 
 
75 
 Cədvəl 2.9 
 
2001 2002 2003 2004 
mlrd. 
AZM 
Dövlət 
büdcəsi 
gəlirlə 
rində 
 (%) 
mlrd. 
AZM 
Dövlət 
büdcəsi 
gəlirlə 
rində 
 (%) 
mlrd. 
AZM 
Dövlət 
büdcəsi 
gəlirlə 
rində 
 (%) 
mlrd. 
AZM 
Dövlət 
büdcəsi 
gəlirlə 
rində 
 (%) 
Hüquqi 
şəxslərin 
əmlak 
vergisi 
62,1 1,6 99,8 2,2 133,0 2,2 160,9 2,1 
 
Cədvəldən göründüyü kimi əmlak vergisi üzrə büdcəyə 
daxilolmalar ildən-ilə artmışdır. 2004-cü ilin büdcə göstəriciləri 
2001-ci ilə nisbətən 2,6 dəfə yüksək olmuşdur. 
Bunun əsas səbəbi qanunvericilik bazasının təkmilləşdirilməsi, 
o cümlədən verginin texnoloji avadanlıqların tətbiqini təşviq etməsi, 
2002-ci ildə isə sadələşdirilmiş sistem üzrə verginin ödəyicilərinə də 
əmlak vergisinin tətbiqi ilə bağlı olmuşdur. 
  
4. Hüquqi şəxslərin torpaq vergisi 
 
Vergi Məcəlləsinə görə torpaq vergisi torpaq 
mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin 
nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə  hər il sabit 
tədiyə  şəklində hesablanır [16]. Bu addımı atmaqda əsas məqsəd 
fiziki  şəxsin ixtiyarında olan istifadəsiz torpaqların yatıb 
qalmamasının qarşısını almaqdır. 
Əvvəlki, qanunvericilikdə (24 dekabr 1996-cı ildə  qəbul 
edilmiş “Torpaq vergisi haqqında” qanun) tоrpаq vеrgisindən 
tоplаnаn vəsаitin dövlət prоqrаmlаrı  əsаsındа  tоrpаqlаrın 
yахşılаşdırılmаsınа  sərf  еdilməsi qeyd edilirdi. Həmçinin, tоrpаq 
vеrgisinin tətbiqində  məqsəd tоrpаqdаn səmərəli istifаdəni təmin 
еtmək idi. 
Hazırda qüvvədə olan Vergi Məcəlləsinə  əsasən Azərbaycan 
Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq 
sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin 
ödəyiciləridirlər. 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə