DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə18/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   14   15   16   17   18   19   20   21   ...   67

_______Milli Kitabxana_______ 
 
55 
1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən 
müavinətlər istisna olmaqla, dövlət müavinətləri,  əvəzsiz dövlət 
köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının 
və  ştatların ixtisar edilməsi ilə  əlaqədar olaraq əmək müqaviləsinə 
xitam verildikdə  işçilərə  Əmək Məcəlləsinə müvafiq ödənilən 
təminatlar, habelə müvafiq icra hakimiyyəti orqanlarının qərarları 
əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr 
və ya maddi yardımlar; 
1.5. alimentlər;  
1.6. Aylıq gəliri  şərti maliyyə vahidinin 200 mislinədək 
olduqda  şərti maliyyə vahidinin 30 misli, illik gəliri  şərti maliyyə 
vahidinin 2400 mislinədək olduqda şərti maliyyə vahidinin 360 misli 
məbləğində; 
1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və 
metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan 
və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya 
istifadə edilmiş  əmlakdan başqa, daşınan maddi əmlakın təqdim 
edilməsindən gəlir; 
1.8. Sığorta hadisəsi baş verdikdə sığortalının həyatına, habelə 
onun  əmlakına və ya əmlak mənafelərinə  dəymiş  zərərin  əvəzini 
ödəmək üçün pul və ya natura şəklində ödənilmiş  vəsait, həmçinin 
işəgötürən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi 
sığorta haqları, 5 ildən az olmayan müddətə bağlanan müqavilə ilə 
həyatın yığım sığortası  və pensiya sığortası üzrə  işəgötürənin 
Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta 
haqları, həyatın yığım sığortası  və pensiya sığortası üzrə 
müqavilənin qüvvəyə mindiyi andan etibarən 5 illik müddət 
keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər; 
1.9. vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu 
daşınmaz əmlakının təqdim edilməsindən gəlir; 
1.10. dəymiş  zərərlərin ödənilməsi ilə bağlı alınan 
kompensasiya ödənişləri; 
1.11. bilavasitə  kənd təsərrüfatı  məhsullarının istehsalından 
alınan gəlirlər; 
1.12. sənətkarlığın misgərlik, qalayçılıq və saxsı 
məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq 


_______Milli Kitabxana_______ 
 
56 
alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, 
qamışdan və qarğıdan məişət  əşyalarının düzəldilməsi, keramika 
məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan 
məişət alətlərinin hazırlanması sahəsində  fəaliyyət göstərən fiziki 
şəxslərin gəliri; 
1.13. müvafiq qaydada dövlət qeydiyyatından keçmiş 
lotereyalardan, habelə dövlət daxili uduşlu istiqrazlardan əldə olunan 
uduşların dəyəri; 
1.14. fiziki şəxslərin kompensasiya xarakterli aşağıdakı 
ödəmələr: 
1.14.1. iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) 
xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik 
ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə müvafiq 
icra hakimiyyəti orqanı  tərəfindən müəyyən edilmiş  dəniz 
nəqliyyatında ezamiyyə  xərcləri  əvəzinə üzücü heyətin üzvlərinə 
sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği; 
1.14.2. qanunvericiliklə müəyyən edilmiş ezamiyyə 
xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat 
xərcləri) məbləğləri; 
1.14.3. ağır, zərərli və  təhlükəli istehsalatlarda işçilərin tibbi 
müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə 
müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri; 
1.14.4. əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan 
işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona 
bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş 
müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi 
ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri; 
1.14.5. istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş 
tələbələrə, aspirantlara (magistrlərə) müəssisə  və  təşkilatların 
hesabına ödənilən təqaüd məbləğləri; 
1.14.7. təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar 
müvafiq icra hakimiyyəti orqanlarının qərarları  əsasında, habelə 
xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik 
yardımlar; 
1.14.8. verdikləri qana görə donorlara ödənilən kompensasiya 
məbləğləri; 


_______Milli Kitabxana_______ 
 
57 
1.14.9. dalğıc işləri üçün pul mükafatı; 
1.14.10. ictimai təşkilatlar, xeyriyyə  cəmiyyətləri və fondları 
tərəfindən verilən maddi yardımlar; 
1.14.11. Azərbaycan Respublikasının yüksək dağ yerlərində 
xüsusi iqlim şəraitində qulluq edən hərbiçilərə verilən pul əlavəsi; 
1.14.12-ci maddə bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi 
xidmət şəraitinə görə ödənilən əlavə məbləğ; 
1.14.13. işəgötürən tərəfindən işçinin hərbi və alternativ 
xidmətə çağırılması ilə  əlaqədar ödənilən müavinətlərin 
qanunvericilikdə nəzərdə tutulan məbləği; 
1.14.14. kursant vəzifəsi üçün ödənilən əlavə məbləğlər
1.14.15. paraşütlə tullanmaq üçün pul mükafatı; 
1.14.16. hərbi gəmilərdə  və  gəmi birləşmələri idarələrində 
uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul 
mükafatı; 
1.14.17. hava-desant qoşunlarında fasiləsiz xidmətə görə 
birdəfəlik verilən pul mükafatı; 
1.14.18. hərbi təhsil müəssisələrini bitirən məzunlara 
birdəfəlik pul mükafatı; 
1.14.19. hərbi dəniz donanmasında xidmət edənlər üçün pul 
təminatı; 
1.14.20. döyüş növbəçiliyində olanlar üçün pul mükafatı; 
1.14.21. qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi 
və qüsursuz əsgəri intizam üçün birdəfəlik pul mükafatı; 
1.14.22. müddətli xidmət hərbi qulluqçuları üçün tütün 
məmulatı əvəzinə verilən pul təminatı; 
1.14.23. gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli 
hərbi qulluqçulara ilkin ailə  şəraiti yaratmaq üçün birdəfəlik pul 
müavinəti; 
1.14.24. xidmətlə  əlaqədar hərbiçilərə yerdəyişmələr vaxtı 
verilən yol xərcləri; 
1.14.25. hərbçilərə səhrada (çöldə) xidmət pulu; 
1.14.26. hərbiçilərə mənzilin kirayəsi üçün kompensasiya; 
1.14.27. hərbiçilərə ərzaq əvəzinə verilən pul kompensasiyası; 
1.14.28.hərbiçilərə  iş paltarlarının tikilişinə görə verilən pul 
kompensasiyası. 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə