_______
Milli Kitabxana_______
22
büdcə layihəsini cari ilin
iyul ayının 1-dək müvafiq icra hakimiyyəti
orqanına təqdim edirlər.
Təqdim olunmuş büdcə layihələrində aşağıdakılar əks etdirilir:
-
funksional və iqtisadi təsnifatın paraqrafları üzrə keçən
ildə faktiki və cari ilin sonuna gözlənilən büdcə
xərclərinin məbləği, Naxçıvan Muxtar Respublikası,
ölkənin şəhər və rayonları üzrə, habelə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi
ödəyicilərinin qrupları üzrə keçən ildə əldə edilmiş və
cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği,
hesablanmış büdcə gəlirlərinin
keçən ildə faktiki və cari
ildə gözlənilən məbləği, büdcə gəlirlərinin keçən ildə
faktiki və cari ilin sonuna gözlənilən qalığı;
-
funksional və iqtisadi təsnifatın paraqrafları və
Naxçıvan Muxtar Respublikası, respublikasının şəhər və
rayonları üzrə keçən ildə əldə edilmiş büdcədənkənar
gəlirlərinin və xərclərinin məbləği, gəlirlərinin və
xərclərinin keçən ilin sonuna qalığı, cari ildə və növbəti
büdcə ilində büdcədənkənar gəlirlərinin və xərclərinin
məbləğləri;
-
funksional və iqtisadi təsnifatın paraqrafları və
Naxçıvan Muxtar Respublikası, respublikasının şəhər və
rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları
üzrə növbəti il üçün təklif olunan büdcə gəlirlərinin və
xərclərinin həcmi, ödənilməli və olan verginin və
ödənişlərin məbləği, büdcə-vergi siyasətində nəzərdə
tutulmuş
tədbirlərin qiymətləndirilməsinə dair
göstəricilər;
-
iqtisadi və funksional təsnifat, Naxçıvan Muxtar
Respublikası, respublikasının şəhər və rayonları üzrə,
habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə
sonrakı üç
il üçün gəlirlərin və
xərclərin
qiymətləndirilməsi;
_______
Milli Kitabxana_______
23
-
maliyyələşdirmə mənbəyi göstərilməklə növbəti il və
sonrakı üç il üçün iqtisadi və funksional təsnifatın
paraqrafları üzrə investisiya proqramları üzrə xərclərin
həcmi.
Avqust ayının 1-dək İqtisadi İnkişaf Nazirliyi tərəfindən cari
ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla növbəti il üzrə və
orta müddətli makroiqtisadi göstəricilər, habelə sosial, iqtisadi və
investisiya proqramları dəqiqləşdirilərək Maliyyə Nazirliyinə təqdim
edilir. Müvafiq icra hakimiyyəti orqanı makroiqtisadi göstəricilərin
dəqiqləşdirilmiş proqnozuna və hazırlanmış proqramlara əsasən
dövlət büdcəsinin layihəsində gəlirləri və xərcləri
yenidən
hesablayır, zəruri hallarda müvafiq əlavələr və dəyişikliklər edir.
Dövlət büdcəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas
götürməklə müvafiq icra hakimiyyəti orqanı
iyul-avqust aylarında
dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlarla və
büdcə təşkilatları, həmçinin Naxçıvan Muxtar Respublikasının icra
hakimiyyəti orqanları ilə, zəruri olduqda bələdiyyələrlə və mülkiyyət
formasından asılı olmayaraq hüquqi şəxslərlə alınmış büdcə
layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələri
protokollarla rəsmiləşdirilir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət büdcəsinin
tərtibi üçün lazım olan əsaslandırıcı materiallar və hesablamalar
mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların
struktur bölmələrindən, dövlət büdcəsindən, maliyyələşdirilən
təşkilatlardan, zərurət yarandıqda mülkiyyət və təşkilat-hüquqi
formasından asılı olmayaraq
digər hüquqi şəxslərdən,
bələdiyyələrdən və büdcədənkənar dövlət fondlarından tələb oluna
bilər.
Büdcədən maliyyələşən aidiyyəti nazirlik, komitə, şirkət, baş
idarə və digər büdcə təşkilatları xidmət etdikləri sahələr və xərc
bölmələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar
hazırlamaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və
İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırıb
sentyabr ayının 1-dək
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.