Avropa krim müharibəsi və Paris sülhündən
sonra avropada vəziyyət
Krım müharibəsi və Paris sülh müqaviləsindən sonra
Avropada tədricən yeni vəziyyət yaranırdı. Vyana Konqresində
Rusiyanın müəyyən edilmiş mövqeyi zəifləmiş, Avstriya -
Rusiya - Prussiya ittifaqı dağılmışdır. Avstriya Rusiyanın
düşmənləri tərəfə keçmişdir (İngiltərəyə söykənirdi). İngiltərə-
Avstriya-Fransa bloku yaranırdı.
Rusiya - Fransa yaxınlaşması. Krım müharibəsindən
sonra Avropada qüvvələr nisbətinin dəyişməsini görən Rusiya
özünə yeni müttəfiq ajctarmalı olmuşdur. Rusiyanın bu xarici
siyasəti əsasən İmperator II Aleksandr və yeni Xarici İşlər naziri
A.M. Qorçakov ilə bağlı idi. Qorçakov işə təyin olunan kimi
xarici siyasətin əsas istiqamətləri barədə imperatora məlumat
vermişdir. Avropa dövlətlərinin səfirlərinə məlumat vermişdir ki,
Rusiya müharibə aparmaq fikrində deyil. O göstərirdi ki, Rusiya
bir daha «Müqəddəs İttifaqm» prinsipləri xatirinə öz mənafeyini
qurban vermək fikrində deyil. Bir sözlə, Rusiya Paris sülh
müqaviləsinin qoyduğu məhdudlaşdıncı vəziyyətdən çıxmaq üçün
özünə yeni müttəfiq axtarırdı. Belə bir müttəfiqliyi o Fransada
görürdü. Hər iki dövlət Avstriyanı İtaliyadan sıxışdırmaq və onun
yerini tutmaq istəyirdi. Rusiya isə Krım müharibəsi dövründə
Avstriyanın ona qarşı olan hərəkətlərini, münasibətlərini
unutmurdu. Beləliklə, 1856-cı ildə II Aleksandr təntənəli surətdə
Fransanın yeni səfiri Ş. Momi qəbul etmişdi. Hər iki dövlətin
biri-birinə xeyirxahlıqla yanaşmalarını bildirmişlər.
1857-
ci ildə Rusiya ilə Fransanın imperatorları və xarici
işlər nazirlərinin Ştutqartda görüşü olmuşdur. Fransanı əsasən
İtaliya məsələsi və Dunay Knyazlığının vəziyyəti (onun tarixi təsir
dairəsi) maraqlandırırdı. II Aleksandr və Qorçakov isə Fransa
imperatorunun fikrini Paris sülh müqaviləsinin şərtlərinə
yönəltməyə çalışırdı. Qeyd etməliyik ki, Paris müqavi
183
ləsindən (1856) sonra İngiltərənin baş naziri Palmerston Rusiya
əleyhinə siyasətini gücləndirmişdir (Qafqazda, İranda, Türkiyədə
və s.). İngiltərə ilə Fransanın münasibətləri də pisləşirdi. Buna bir
məsələ də səbəb olmuşdur. Çox təsadüfi məlum olmuşdur ki, III
Napoleona sui-qəsd etmək üçün İtaliya inqilabçılanna verilən
silahlar İngiltərədə gizlədilmişdir. Bu hadisə İngilis elitasımn da
narazılığına səbəb olmuşdur. Bu hadisə ilə bağlı olaraq baş nazir
Palmerston 1858-ci ildə istefaya getməli olmuşdur. Lord Derbi
İngiltərənin baş naziri, Lord Malmsberi isə xarici işlər naziri təyin
edilmişlər.
Av/sriya ilə Fransa arasında qarşıdurma. Almaniya
dövlətlərinin birləşdirilməsi ideyası üstündə Avstriya ilə Prussiya
arasındakı münasibətlər kəskinləşmişdi. Hər iki tərəf istəyirdi ki,
bu birləşmədə onlar hakim olsun. Bir çox tərəflər Prussiyanın
rəhbərliyinə üstünlük verirdilər. Odur ki, Fransa arxayın idi ki,
Avstriya ilə müharibə etdiyi şəraitdə nə Prussiya, nə də Rusiya
Avstriyaya köməklik göstərməyəcəkdir. Odur ki, III Napoleon
diplomatik fəallıq göstərərək, 1858-ci il iyul ayının 20-də
Sardiniya Krallığımn baş naziri Kavur ilə görüşmüşdü. Beləliklə,
birlikdə Avstriyaya qarşı vuruşmaq barədə razılığa gəlmişlər.
Avstriyanı İtaliyadan sıxışdırmaq və Lombardiya ilə Venesiyanı
tam azad etmək barədə birgə razılığa gəlmişlər.
Lakin Fransa bu barədə Rusiya ilə razılaşmamışdır. Odur
ki, 1859-cu il fevral ayının 19-da Parisdə Rusiya ilə Fransa
arasında neytral olmaq və əməkdaşlıq barədə müqavilə
bağlanmışdı. Alman İttifaqı ilə olan müdafiə müqaviləsinə əsasən
Avstriya Alman dövlətlərinə hərbi kömək üçün müraciət edə
bilərdi. Avstriya monarxı müharibədən ehtiyat etdiyi üçün
gözləmə mövqeyi tuturdu. Belə olduqda Sardiniya Krallığı
müəyyən bicliklərə əl atmalı olmuşdur. Kavur Sardiniya
ordusunun zəifliyi, pozğunluğu barədə şayələr yaymağa
başlamışdır. Bu şayiələrə inanan Avstriya 1859-cu il
184
aprel ayının 23-də Sardiniyaya ultimatum vermişdir. Beləliklə, III
Napoleon və Kavur öz niyyətlərinə çata bilmişlər.
Avstriya müharibəyə başladığı üçün Alman İttifaqından
hərbi yardım istəyə bilməzdi. Avstriya ordusu bir çox döyüşlərdə
məğlub oldu və geri çəkilməyə başladı. Fransa və Sardiniya
qarşıya qoyduğu məqsədə nail olurdular ki, III Napoleon Avstriya
imperatoruna barışıq protokolu imzalamağı təklif etdi. Bunun əsas
səbəbləri belə izah oluna bilərdi ki, əvvəla o istəmirdi ki, müharibə
uzansın. Belə olduqda. Alman İttifaqından müəyyən təhlükə ola
bilərdi. III Napoleon Sardiniyamn xətrinə Fransa ordusuna itki
vermək istəmirdi. Bunlardan əlavə, Fransa imperatoru Toskan,
Parmı və Moden kimi İtaliya dövlətlərinin Sardiniya Krallığı ilə
birləşməsini və Fransa sərhəddində yeni güclü dövlət yaranmasını
istəmirdi. Bu müharibədə Savoy və Nissu Napoleonun əlinə keçdİ.
Beləliklə, Fransa öz ərazisini xeyli genişləndirmiş oldu. İtaliyanın
maraqlarına toxtjnmayaraq Sardina Krallığını (Cavuru) pis
vəziyyətdə qoydu. Avstriyanın zəifləməsi Prussiyanı qane edirdi.
III Napoleonun nailiyyətləri ilə Rusiya da razı olduğunu bildirirdi.
Bütün bunlarla yanaşı, bu müharibə İtaliyalılarm Napoleona qarşı
olan nifrətini artırmışdır. İtaliyada olan inqilabi çıxışlar Rusiya
tərəfindən asanlıqla yatırıldı. Avstri- yalılarm Lombardiya və
Venesiyaya daxil olmasına Rusiya imkan vermirdi.
Rusiyanın Xarici İşlər naziri Qorçakov 1860-cı ii oktyabr
ayının 22-də Varşavada üç imperatorun görüşünü təşkil etmişdir.
Bunlar Rusiya, Avstriya və Prussiya imperatorları idi. Burada II
Aleksandr Avstriya imperatoru Frans İosifə məsləhət görürdü ki,
İtaliyaya qarşı heç bir hərəkətə yol verməsin.
III
Napoleonun Şərq və Meksika siyasəti. Avropada öz
siyasi vəziyyətini nizama salan Napoleon bir neçə
müstəmləkəçilik müharibələri aparmışdır. XIX əsrin 50-60-cı
illərində Fransa Hind-Çində müharibə aparmışdır. Uzun
döyüşlərdən sonra onlar Koxinxini zəbt etmiş və Kamboca
üzərində
185
Dostları ilə paylaş: |