55
KİMİ
Hey çalış, hey vuruş mənası yoxdur,
Öz bəxtin üzünə gülənə kimi.
Qismətin nədirsə, qazancın odur,
Ondan artıq olmaz ölənə kimi.
Tənəzzüldə hər kəs yüyürər, yortar,
Görməz bəhrəsini cəhd – çarıq yırtar.
Baxarsan yüz azar artar, hey artar
Bir dərdi qəlbindən silənə kimi.
Kasıbın hər günü günündən betər,
Ölüncə ümidlə inləyər, ötər.
Bəylə dən əkənin çiynində bitər...
Haqq divan yerinə gələnə kimi.
Əgər olsa, Nadir, dərya kamalın,
Nadansan, yoxdursa bir xoş iqbalın.
Göylərə uçsa da tərlan xəyalın,
Şikarın qərq olar alana kimi.
DEYƏRLƏR
Olsa cəsarətin Koroğlu qədər,
Bəxtin gətirməsə, yasar deyərlər.
Elm dəryasının qəvvası olsan,
Cibi boş olanda susar, deyərlər.
56
Bədöy köhlən gərək gələ cövlana,
Yoxsa yabı deyər görənlər ona.
Şikarı olmayan qoca qartala
Ya qarğa deyərlər, ya sar deyərlər.
Adam var sözünü söyləyər qəti,
Soyulsa dərisi, kəsilsə əti.
Nadir, boşboğazın gopdu sənəti,
Xəlvətdə özündən “basar” deyərlər.
OLASAN
Ağası olunca dilqanmaz kəsin,
Gedib bir qananın qulu olasan.
Namərdin başında papaq olunca,
Bir mərdin atının çulu olasan.
Ağac var kölgəsi, ağac var barı,
Ağac var gülündə oturmaz arı.
Nəyə gərək barsız ağac kolları,
Bir barlı ağacın kolu olasan.
Nadir, bir mənbədən gəlməsə suyu,-
Müdam su tökəsən, su verməz quyu.
Gur yağışın olar ani səs küyü,
Tükənməz çayların gölü olasan.
57
OLANDA
Könül yaxşı tanı dostu, tanışı
Əldə şeş gətirən zərin olanda.
Nə təkəbbür olub alma qarğışı,
Nə də yanma, iki birin olanda.
Eşidib yaltağın min cür gopunu,
Bir gün alar zaman onun köpünü.
Axıtma selində saman çöpünü,
Arazın olanda, Kürün olanda.
Fitnə olub demə qəlbin sezilməz,
Hamı bilir mardan şərbət süzülməz.
Haqqı tutsan, Nadir, qəti üzülməz,
Böhtanın olanda, şərin olanda.
58
YUSİF ƏHMƏDOV
(1939-2012)
Yusif Əhmədov (Əhmədov
Yusif Yaqub oğlu, həkim, yazıçı,
publisist) 1939-cu il fevralın 22-
də Füzuli rayonunda anadan
olub. 1963-cü ildə Azərbaycan
Dövlət Tibb Universitetini biti-
rib.
İlk kitabı 1965-ci ildə “Əfqan hеkayələri” adı ilə
Düşənbə şəhərində fars dilində çap оlunub. “Qara
yеlkənli qırmızı gəmilər”, “Səninlə sənsiz”, “Ruhların
qayıtması”, “Ürək bağışlamır”, “Əzablı yollarla”,
“Ölümlə həyat arasında”, “Bəxtiyar”, “Zülmətdən işı-
ğa dоğru”, “Tоrpağa tökülən qan”, “Odlu illərin xati-
rələri”, “Tоpxana mеşəsində görüş”, ”Məxmər yuxu-
ların mahnısı” və başqa kitabların müəllifidir.
Ümumittifaq həkimlər qurultayının iştirakçısı
olmuş (1989), “Əsrin həkimi" fəxri adına (2003), “Qızıl
qələm”, “Ustad sənətkar”, “Araz”, ”Müşfiq” ədəbi
mükafatları və diplоmlarına layiq görülmüşdür.
“Tоrpağa tökülən qan” rоmanına görə AYB-nin
“Yaddaş” Milli Mükafatı almışdır. “Yеni Carçı”
qəzеtinin baş rеdaktоru olmuşdur.
27 mart 2012-ci ildə vəfat etmişdir.
59
HARAYA TƏLƏSİRİK
Ay xəzəl olmuş yarpaq,
Dön bir bəri, mənə bax!
Lap bağrıbadaşıq biz,
Lap əkiz qardaşıq biz.
Burulğana düşmüşük, –
Həyat burulğanına,
Əsən küləklər bizi
Çırpır o yan-bu yana.
Doğma budağımızdan
Qopub torpağa düşdük.
Hər gün qürbətə düşdük, –
Hər gün uzağa düşdük.
Sapsarı xəzəl olduq...
Bununçünmü doğulduq
Doğulduğumuz gündən?
Küləklərin əlində
Qolu bağlı əsirik.
Özümüz də bilmirik
Haraya tələsirik?!
1998.
60
BELƏ TƏNHA OLMAMIŞAM
Kədər qəlbimə çəkilir,
İçim içimdən sökülür.
Gözümdən qan-yaş tökülür,
Belə tənha olmamışam.
Ümidim bir qədər miskin,
Həqiqət bir qədər kəskin,
Taledən bir qədər küskün,-
Belə tənha olmamışam.
Kim dərdimi bilə bilər,
Bilibən də bölə bilər?
Gözyaşımı silə bilər, –
Belə tənha olmamışam.
Ürəyimdə arzu sönük,-
Kimə səmtik, kimə yönük?
Bu taleymiş üzü dönük...
Belə tənha olmamışam.
1990.
61
TƏNHA ULDUZ
Soyuq səmalarda bir yorğun ulduz
Gör necə titrəyir ay işığında.
Bu qış gecəsində o yorğun ulduz
Görəsən, nə gəzir ay işığında?
Dənizdə yol azan bir gəmi kimi
Fikrim yer axtarır gecələməyə.
Niyə yandırırsan mənim qəlbimi
Odlara çırpınan pərvanə kimi?
Soyuq səmalarda o tənha ulduz
Görəsən, nə gəzir ay işığında?
Mənim ürəyimdi o tənha ulduz,
Ruhuna qovuşur ay işığında.
GÖY ÜZÜ BİR DƏNİZDİR
(Mən dənizsiz yaşamadım...N. Xəzri)
Göyün üzü bir dənizdir,
Arzularım – ləpələri.
O ləpələr sevən qəlbin döyüntüsü, –
ömürboyu canlı, diri!
O dənizin sahilində
qızıl qumlar...
Mən adımı axı necə
Dostları ilə paylaş: |