www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
60 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
müəllifi
idda edirdi ki, İstanbulda məscidlərin çoxluğu bu şəhərin bir zamanlar batılara məxsus
olmasını ört-basdır eləmək üçündür.
Bakıdan fərqli olaraq burada əzan da başqa cürəydi, çox avazlı və dəqiqiydi.
Həmin gün qəzet köşklərinin birinin qarşısından keçərkən xalasının portretinə rast gəldi. İslamın
küfr saydığı jurnallardan birinin üz qabığında xalasının yarıçılpaq şəkli canlanırdı. O, xalasını
çoxdan görməmişdi, amma gözləri yadındaydı, üz cizgiləri anasınınkına oxşayırdı. Portretdən
baxan gözəl xanımın sifətində ona doğma, tanış olan ifadə vardı və sanki həmin qəribə baxışlar
hisslərə çevrildi, köşkün vitrinindən çıxıb onun canına, qanına hopdu. O, diksindi, jurnalı alıb
vərəqləməyə ürək eləmədi və oradan uzaqlaşdı. Amma həmin
hadisəni unutmağa macal
tapmamış xalasını yenidən gördü. Bu dəfə Nəim parkındakı teleekranda. Xalası "Eldorado" ətrini
reklam edirdi. Amma hiss olunurdu ki, köhnə kadrlardır. Xalası ətri elə həssaslıq və ehtirasla
boyun-boğazına sürtürdü ki, ekranın qarşısına toplaşmış seyrçilər gözlərini ondan çəkmirdilər.
Və həmin kadrı təkrar görmək üçün uzun müddət ayaq üstə qalmalı olurdular.
Məhəmməd orada ləngimədi və yataqxanaya qayıtdı. Səhərə kimi yata bilmədi. Yerinin içində
qıvrılmağa, çapalamağa başladı. Qarabasmalar yaxasından tutub onu buraxmırdı. Xalası
yarıçılpaq halda dar küçələrlə qaçırdı. Onu qovan adamlardan qurtulmağa can atırdı.
Məhəmmədə sarı gəlirdi. Məhəmməd ondan və adamlardan gizlənmək istəyirdi...
O, qan-tər içində yuxudan ayıldı.
Çarpayının alt qatında yatan qrup yoldaşı Dinqo da yuxudan ayıldı və:
- Bir şey olubmu? Səhərdən yata bilmirsən,
məni də yatmağa qoymursan, çarpayının cırıltısı
yuxuma haram qatır, - deyə donquldandı.
Məhəmməd cavab vermədi və yenidən başını qoyub yatdı. Səhəri o dirigözlü açdı.
İndi dərslər onu maraqlandırmırdı, daha doğrusu, xalasının xəyalları onu dərsi dinləməyə imkan
vermirdi. Sən demə, qarşıdakı günlər daha üzgün və sarsıdıcıymış.
Həmin günün axşamı yataqxanaya qayıdıb, gödəkcəsini çıxararkən o, qoltuq cibində xışıltı hiss
elədi. Əlini cibinə saldı. Bu, "Hürriyyət+" qəzetinin saralmış bir nüsxəsiydi. Qəzeti kimsə
təsadüfənmi, ya qəsdənmi onun gödəkcəsinin döş cibinə qoymuşdu. İkinci versiya daha
ağlabatan idi. Bunun necə baş verdiyini xatırlamırdı.
Ola bilsin, kimsə idman dərsində onların
soyunub-geyinmə otağına girib və bu işi görüb.
Qəzetin dörd səhifəsi Züleyxanın yarıçılpaq, rəngli şəkillərilə bəzənmişdi və böyük müsahibəsi
dərc olunmuşdu. "Bahar çiçəkləri" salonunun sahibəsi, "gözəl və cinsəl" Züleyxa Göyçək keçmiş
və gerçək həyatı, qadın azadlığı barədə suallara səxavətlə cavablar verir, Azərbaycanda yaşayan
mömün bacısının "əzabkeş həyatından" danışırdı. "...Mənim ona yazığım gəlir. O, həyatını işığa
yox, qaranlığa həsr elədi" deyirdi...
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
61 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Məhəmməd sarsılmışdı. Ona elə gəlirdi ki, bu şəhərdə yaşayan insanların hamısı xalasının açıq-
saçıq həyatından xəbərdardır. Doğma vətənində bu işlərə pis baxırdılar. Elə İstanbulda da
islamçılar, imanı düz olanlar onu qəbul etmirdilər.
Bura necə şəhər idi?!
Bir tərəfi Qərb, bir tərəfi Şərq. Nəyin düz, ya yalan olmasını o, düz-əməlli
başa düşmürdü. Elə Bakının özündə də, adamlar şərqlimi, ya qərblimi olmaq üçün gecə-gündüz
baş sındırırdılar. Bəziləri
bu barədə heç düşünmürdü də, taleyini həyatın axarına buraxmışdı.
İstanbulda Məhəmmədin bir sinif yoldaşı da oxuyurdu. Şəhərə gələn ilin ikinci ayı onu
görmüşdü. O, həkim olacaqdı. Və indi Məhəmməd düşünürdü ki, ilahıyyatçılardan fərqli olaraq,
dünyəvi elm öyrənənlər sarı qəzetləri daha çox oxuyurlar və deməli, onun xalasının da
müsahibəsindən xəbərdar olmamış deyillər. Hətta sinif yoldaşı ilk görüşdəcə bunu baxışlarıyla,
atmacalarıyla anlatmışdı. "Anam deyirdi ki, sənin xalanı televizorla göstəriblər. İstanbulda
yaşayır". Sinif yoldaşının anası xalasıgillə bir zaman qonşu olmuşdu. Deməli, bu söz-söhbət
Bakıya da çatmışdı. Ona görə də rektorluğa bir söz demədən Bakıya qayıtmış, geri qayıdanda isə
anasının "xalası qancığı öldürməyi" barədə əmrini yerinə yetirməmişdi. Ona ürəyi gəlməmişdi.
"Get, o qancığı öldür. Öldürməsən südümü sənə halal etməyəcəm!" - Anası
onu yola salmazdan
öncə bu sözləri demiş və dəsmala bükülü pulu çıxarıb vermişdi. Babası ilə nənəsi qızlarının bu
sözləri qarşısında heç nə deməmiş, eləcə başlarını aşağı salmışdılar. Babası o biri otağa keçəndə,
sanki, inildəmişdi: "Ax, Züleyxa!".
Və yalnız indi ikinci kurs başlar-başlamaz, xalasını axtarmaq fikrinə düşmüşdü. Onu niyə
görmək istədiyini özü də ayırd edə bilməmişdi. Bəlkə, xalasını bu bəd əməllərindən əl çəkməyə
məcbur eləmək istəyirdi.
Xalası
gözəl idi, onun uşaqlıq sevgisiydi. O, Züleyxa deyilən bu şeytanı çox istəyirdi, ətrini
ciyərlərinə çəkməkdən doymurdu. İndi isə, yetkinlik çağında xalasının şəkillərinə baxmaq,
teleekranlardan, internetdən izləmək onunçün vərdişə çevrilmişdi.
Məhəmməd xalasını düşünməyəndə darıxırdı. Xalası onun varlığına hakim kəsilmişdi. O, bir
qulağı ilə xalasının şaqraq gülüşlərini eşidir, vəcdə gəlir, digər tərəfdən isə anasının amiranə
sözləri qulaqlarından getmirdi.
Məhəmməd qarabasmalar içində yaşayırdı. Hazırlıq
kursunu əla başa vursa da, indi dərs
oxumağa hövsələsi çatmırdı... Xalası onun vücudunda, qanındaydı...
* * *