A nar Həsənli
islamdan danışırıq. Hesab edirik ki, müasir şəraitdə Türkiyənin
laisizm (türkcə laiqlik-dünyəvilik) modeli Azərbaycanda maarifçi
islam modelinin mümkün variantlarından biridir. Bu da təbiidir, çünki
«islam dirçəlişi» bütövlükdə fundamental islahatı nəzərdə tutur və bu
halda «oyanış ümumidir və heç də təkcə fərdi möminliyə aid deyildir»
[49.196-200].
Dünyəvi dövlətdə din əzəldən cəmiyyətin ancaq mənəvi-əxlaqi
yolgöstərəni olmalıdır, onun sosial-siyasi mövqeyi siyasi oyunlar və
kombinasiyalar vasitəsinə çevrilə bilməz. Vətəndaşların kütləvi şüuru
dini normaları ictimai-siyasi həyatda ülviləşdirməyə can atan
müəyyən qruplaşmaların radikal-təməlçi əhval-ruhiyyəsinin və
baxışlarının yalançı nümayiş meydanına çevrilməməlidir. Azərbaycan
bu yolda qətiyyətlə irəliləyir. Qeyd olunanların sübutu kimi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 4 noyabr
2008-ci il tarixli Sərəncamına uyğun olaraq 2008-ci ilin dekabrın 2-3-
də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin
konfransı keçirilməsidir. Konfransda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin iştirakı və çıxışı zamanı irəli sürdüyü
təkliflər və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini daha da
artırmışdır. Konfransda Prezident İlham Əliyev tərəfindən
sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan «Bakı
prosesi»nin əsası qoyulmuş və bu təşəbbüsün qlobal bir prosesə
çevrilməsinə səbəb olmuşdur. Prezident İlham Əliyev konfransdakı
çıxışı zamanı demişdir: «Mən çox istərdim ki, bu gün əsası qoyulan
«Bakı Prosesi» uzun müddətli bir proses olsun. Çox istərdim ki, bu
konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin,
konkret fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm
Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin» [4]. Konfransın
açılış mərasimində çıxış edən Avropa Şurasının baş katibi Terri Devis
isə konfransın keçirilməsinin bütün Avropa üçün əlamətdar hadisə
olduğunu bildirmiş və qeyd etmişdir ki, Bakı öz tarixi və coğrafiyasına
görə müxtəlif mədəniyyətlərin qovşağında yerləşir və Şərqlə Qərb,
Şimal ilə Cənub arasında təbii körpüdür.
-
68
-
Müosır şaraıtda Azarbaycmıda dini-madam dayarlarin inkişaf xiisusiyyathri
Bu formatda keçirilən konfransın əsas məqsədi ölkəmizin həm
Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlət olmaq
imkanından bəhrələnərək Avropa ilə İslam dünyası arasında
mədəniyyət körpüsü-vasitəçisi rolunu oynamaq, fərqli mədəniyyətlər
arasında dialoqun inkişafına xidmət edən «Bakı prosesi»nin əsasını
qoymaq və bu fəaliyyətlərin mərkəzində duran Azərbaycanın
beynəlxalq nüfuzunu daha da gücləndirmək olmuşdur.
Digər tərəfdən Azərbaycan İslam dövlətləri və təşkilatları ilə
mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. Azərbaycanın
milli mədəniyyətində islam dəyərlərinin önəmli yer tutması,
Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında islam
dəyərlərinin əvəzsiz rol oynaması, Azərbaycan xalqının islam
sivilizasiyasına böyük töhfələr, yüksək mədəniyyət nümunələri bəxş
etməsi nəzərə alınaraq Bakı şəhəri 2009-cu il üçün «İslam
Mədəniyyətinin Paytaxtı» elan olunmuş və İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransı
Bakıda keçirilmişdir.
Konfransda qəbul edilən İslam dünyasında təhlükə altında olan
mədəni və dünyəvi irsin qorunmasına dair qətnamədə Erməni
işğalçılarının işğal etdikləri Azərbaycan torpaqlarında İslam irsinin
məhv edilməsi məqsədi ilə həyata keçirdikləri vandalizm hərəkətləri
pislənmiş və BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini
Ermənistan Respublikası tərəfindən dərhal və qeyd-şərtsiz yerinə
yetirilməsi tələb olunmuşdur. İslam Mədəniyyəti Paytaxtları
Proqramının həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı
müzakirələrdə isə Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin
Paytaxtı elan olunmuşdur. 2011-ci ilin oktyabrın 10-da Bakıda,
“Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə öz
işinə başlayan Beynəlxalq Humanitar Forumu multikulturalizmin
nailiyyətləri və problem ləri, dünyanı dəyişdirən m üasir
texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və
etikanın problemləri, inkişafın iqtisadi modellərinin humanitar
aspektləri, sosial ju rn alistik a və yüksək texnologiyalar.
-
69
-
A n a r H sssn li
postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual
mövzulara həsr olunmuşdur. Azərbaycan nümayəndələri ilə yanaşı
dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli təmsilçiləri, o
cümlədən tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə
Nobel mükafatçılarının, mötəbər beynəlxalq qurumların rəhbərləri
bu məsələlər ətrafında geniş fikir mübadiləsi və müzakirələr
aparmışlar. Qloballaşma dövrünün humanitar problemlərinə dair
Forum iştirakçılarının mövqeyi qəbul olunmuş Bakı bəyannaməsində
öz əksini tapmışdır [ 10].
Q loballaşan dünyada, o cüm lədən m üasir A vropada
ksenofobiyanın, radikalizmin və ekstremizmin mövcud olduğu bir
şəraitdə dini və milli dözümlülüyü ilə seçilən Azərbaycanda bu
tədbirin keçirilməsi özü-özlüyündə ölkəmizin dünyaya nümunə
göstərdiyinin sübutudur. Çünki Azərbaycanda əsrlər boyu müxtəlif
millətlərin, dinlərin nümayəndələri dinc və mehriban şəraitdə
yaşamış, isti münasibətlərini qoruyub saxlamışlar. İkinci dəfə
müstəqilliyinə qovuşan ölkəmizdə həyata keçirilən uğurlu siyasət
nəticəsində ötən 20 il ərzində xalqımızın yüksək milli mənəvi
dəyərləri, tolerantlıqla yoğrulmuş ənənələri qorunub saxlanılmış,
bütün dinlərin nümayəndələrinin sərbəst fəaliyyəti təmin edilmişdir.
Bu mənada başqa xalqların, dinlərin nümayəndələrinə hörmət
mənasını ifadə edən muitikulturalizm yeni meydana çıxmış ifadə olsa
da, tarix və təcrübə göstərir ki, Azərbaycan xalqı əsrlər boyu
muitikulturalizm şəraitində yaşamışdır.
Beynəlxalq Humanitar Forumda iştirak edən 20-dən çox ölkənin
və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, o cümlədən
mədəniyyət və incəsənət xadimlərinin, aparıcı kütləvi informasiya
vasitələrinin rəhbərlərinin, ictimai xadimlərin və digər nüfuzlu
siyasi-ictimai və elm xadimlərinin olması tədbirin əhəmiyyətini xeyli
artırmışdır.
Ölkəmizin yüksək dəyərlərə sahib olması və demokratik
prinsiplərin inkişafına, insan hüquq və azadlıqlarının qorunmasına
xüsusi önəm verilməsi deməyə əsas verir ki, növbəti illərdə də
-
70
-
Müasir şəraiteh Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri
Azərbaycanda dini-ınədəni münasibətlər yüksək səviyyədə təşkil
olunacaq. Son illər Bakıda humanitar əməkdaşlığa dair beynəlxalq
tədbirlərin keçirilməsi də bunu təsdiqləyir. Məsələn, 2008-ci ildən Bakı
Prosesi başlanılmışdır. O vaxtlar respublikamızın paytaxtında keçirilən
Avropa Şurasına üzv Ölkələrin Mədəniyyət Nazirlərinin Toplantısına
İslam Əməkdaşlığı Təşkilatının nümayəndələri, nazirlər də dəvət
olunmuşdu. Bu, dünya miqyasında çox mühüm bir hadisə idi. Çünki ilk
dəfə idi ki, həm Avropa Şurasına, həm də İslam Əməkdaşlığı
Təşkilatına üzv olan dövlətlər birgə humanitar xarakterli beynəlxalq
tədbirdə iştirak elmişlər. Azərbaycan bu məsələdə liderliyini ötən
illərdə də qoruyub saxlamışdır. 2009-cu ildə İslam Əməkdaşlığı
Təşkilatına üzv ölkələrin nazirlərinin Bakıda keçirilən toplantısına
Avropa Şurası ölkələrinin nazirləri də dəvət edilmişdi. Ötən ilin
aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi,
noyabrda isə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə
əməkdaşlığa doğru” mövzusunda tədbirin yüksək səviyyədə təşkili
Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin ölkədə dini
tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi. Nəhayət, 2011-ci
ilin aprel ayında Azərbaycanda növbəti möhtəşəm tədbir —
Mədəniyyətlərarası Dialoq Fonımu keçirildi. Belə tədbirlər bir daha
təsdiqləyir ki, bütün insanların və cəmiyyətlərin dialoq şəraitində
yaşaması çox vacibdir və bu mənada Azərbaycan təcrübəsinin
öyrənilməsi bir çox dünya ölkələri üçün faydalıdır. Azərbaycan
Prezidenti İlham Əliyev ölkəmizdəki mövcud durumun və tarixi
təcrübənin buna imkan verdiyini bildirərək demişdir: ” Azərbaycanın
tarixi və keçmişi göstərir ki, bunu etmək mümkündür. Bu gün
Azərbaycan müstəqil ölkə kimi həm Avropa Şurasının, həm də İslam
Əməkdaşlığı Təşkilatının üzvüdür. Azərbaycan nadir ölkələrdəndir ki,
hər iki təşkilatda üzvdür və eyni zamanda, fəal üzvdür. Sivilizasiyaları,
dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün hesab
edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi
ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki əgər belə
olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı".
-71
-