Bütün yuxanda qeyd olunan düşərgələrdə tapılmış
zəngin arxeoloji materiallar bəşəriyyətin maddi və mənəvi
sərvəti olub ilk əmək alətlərinin hazırlanmasından, ilk ibtidai
tikililərin yaranmasından, odun kəşf edilməsindən və ulu
sakinlərin uzun təkamül yolu keçib formalaşmasından xəbər
verir. Lakin təəssüf ki, bu dövrün tarixini, maddi mədəniyyət
qalıqlarını saxtalaşdırmağa cəhd edən bəzi üzdəniraq
müəlliflər də vardır.
Azıx düşərgəsinin II ən böyük salonunda olan nəhəng
stalaqnat dirək əhəngli suyun qarışığından təbii yolla
təxminən 2 milyon il bundan əvvəl əmələ gəlmişdir. Bütün
təbii karst mağaralarında belə dirəklərə və ayrı-ayrı stalaqnat
daşlara rast gəlmək olur. Azıx düşərgəsinin ayrı-ayrı
salonlarında belə dirəklər daha çoxdur. Arxeoloji və geoloji
ədəbiyyatlarda mağaraların əmələgəlmə xüsusiyyətləri şərh
olunur və orada stalaqnat dirəklərin formalaşmasının təbii
yolları ətraflı izah olunur. Lakin bəzi alimlər, xüsusilə
arxeologiya və geologiya ilə məşğul olmayan mütəxəssislər
Azıx qədim insan düşərgəsində təbii yolla əmələ gələn
stalaqnat dirəyin yanlış olaraq qadın heykəli olduğunu
göstərirlər. Ş.Mikirtıçyan özünün «Dağlıq Qarabağın tarixi
və memarlıq abidələri» adlı əsərində qeyd edir ki, guya Azıx
mağarasında Aşel dövrünə aid erməni qadınının heykəli var
və onun hətta paltarı da müasir erməni qadınlarının paltarına
bənzəyir (Yerevan, 1988). Bu heç bir elmi əsası olmayan
cəfəngiyyat olmaqla bərabər tarixin əsassız olaraq
saxtalaşdırılmasıdır. Belə bir fikir söyləməklə Ş.Mkrtıçyan
erməni xalqının tarixini Aşel dövründə axtarmağa can atır
(550-350 min il bundan əvvəl). Lakin Azıx qədim insan
düşərgəsində qadına bənzər heykəl yoxdur və bu dirək təbii
yolla əmələ gəlmiş stalaqnat dirəkdən ibarətdir. İkincisi də
Aşel dövründə heç bir yerdə müasir insanın əcdadı
yaşamamışdır. Bu
dövrdə ancaq pitikantrop,
sinantrop tipli
54