Ağarəhim Əsərlər
8
ba‖ stabil dərslik kimi buraxılmışdı. 1939-cu ildə Q.Ələkbərlinin
―İbtidai məktəb müəllimlərinə metodik kömək‖, Ə.Qafarlı və
Q.Ələkbərlinin ―Savad təlimi və yazı metodikası‖, 1940-cı ildə ―İb-
tidai məktəbdə qrammatika metodikası‖, Y.Zeynalovun ―Birinci si-
nif müəllimləri üçün ana dilindən metodik göstərişlər‖ kitabları
müəllimlərin istifadəsinə verilmişdi.
1942-ci ildə Q.Ələkbərli, Z.Zeynalov, Ə.M.Qafarlı və M.Ələk-
bərovun ―İbtidai məktəbdə Azərbaycan dili metodikası‖, 1946-cı il-
də Y.Zeynalovun ―Hüsnüxət təlimi‖, 1950-ci ildə Y.Zeynalov,
Ə.M.Qafarlı, N.Hacıyevin ―İbtidai məktəbdə Azərbaycan dili‖ adlı
əsərləri nəşr edilmişdi.
Araşdırmalar göstərir ki, 1950-ci illərdə professor A.S.Abdul-
layev ibtidai siniflərdə ana dilinin tədrisi metodikası sahəsində bir
sıra qəzet və jurnal məqalələri çap etdirərək, müəllimlərə elmi-me-
todik göstərişlər vermişdir. 1962-ci ildə çap olunan ―İbtidai mək-
təbdə Azərbaycan dilinin tədrisi metodikası‖ kitabında professor
ana dili tədrisi metodikasının elmi əsasları, onun əlaqədə olduğu
elm sahələri haqqında məlumat vermiş, orfoqrafıya, qrammatika
(morfologiya və sintaksis), nitq inkişafı üzrə aparılacaq işlərin va-
sitə və yollarını şərh etmişdir. A.S.Abdullayev və Y.Ş.Kərimov tə-
rəfindən qələmə alınmış ―İbtidai siniflərdə ana dilinin tədrisi meto-
dikası‖ (1968) adlı monoqrafıya diqqəti cəlb edir. Burada ana dili
tədrisinin məqsəd və vəzifələri, ana dili tədrisi metodikasınm tarixi,
qrammatika və orfoqrafıya, oxu təlimi, nitq inkişafı və s. üzrə apa-
rılacaq işlərin səmərəli yolları öz əksini tapmışdır.
XX əsrin 60-cı illərindən Azərbaycan məktəblərinin ibtidai si-
niflərində ana dilinin tədrisi metodikasının inkişafı pedaqoji elmlər
doktoru, professor Y.Ş.Kərimovun fəaliyyəti ilə bağlıdır.
Onun fəaliyyəti ibtidai siniflərdə ana dili tədrisi metodikasının
müxtəlif sahələrini əhatə edir: a) proqramların tərtibi; b) dərsliklə-
rin (―Əlifba‖, ―Oxu‖, ―Azərbaycan dili‖) tərtibi; v) metodik ədəbiy-
yatın hazırlanması; q) ibtidai məktəb və məktəbəqədər tərbiyə məc-
muəsinin redaktorluğu; d) didaktik materialların və əyani vəsaitlə-
rin tərtibi; e) ibtidai siniflərdə ana dili tədrisi metodikası sahəsində
Ağarəhim Əsərlər
9
elmi kadrların hazırlanması və s.
Y.Ş.Kərimovun ―Əlifba‖, I sinif üçün ―Ana dili‖, II sinif üçün
―Ana dili‖, II sinif üçün ―Oxu‖ və ―Azərbaycan dili‖, III sinif üçün
―Oxu‖ və ―Azərbaycan dili‖ dərslikləri 30 ildən artıqdır ki, dəfələr-
lə təkmilləşdirilərək məktəblilərin istifadəsinə verilmişdir. ―İbtidai
siniflərdə Azərbaycan dili dərslərində lüğət işinin əsasları‖ (1978),
―İbtidai siniflərdə inşalar‖ (1973), ―İbtidai siniflərdə imlalar‖
(1963) və s. əsərləri uzun müddət müəllimlərin stolüstü kitabına
çevrilmişdir.
Ümumiyyətlə, professor Y.Ş.Kərimovun ibtidai təlimin bütün
sahələrində böyük xidmətləri olmuşdur. Böyüklü-kiçikli 150-ə ya-
xın kitabın, 500-dən artıq jurnal və qəzet məqaləsinin müəllifidir.
Neçə-neçə davamçısı onun rəhbərliyi altında ibtidai siniflərdə ana
dilinin tədrisi sahəsində səmərəli tədqiqatlar aparmışdır. Onlardan
A.N.Rəhimov, Ş.İ.Qaralov, Z.F.Kərimov, S.H.Məmmədov, M.Pri-
mova, Ə.H.Şükürov və başqalarının adlarını çəkmək olar.
İbtidai siniflərdə ana dilinin tədrisi sahəsində professor Y.Ş.Kə-
rimovun yetirməsi pedaqoji elmlər doktoru, professor A.N.Rəhimo-
vun xidmətləri də danılmazdır. Onun ―İbtidai kursda Azərbaycan
dilindən sintaksis üzrə materialların öyrədilməsinin nəzəri və prak-
tik əsasları‖ monoqrafiyası, M.Həsənovla birlikdə yazdıqları IV si-
nif üçün ―Azərbaycan dili‖ dərsliyi, ―İbtidai siniflərdə Azərbaycan
dilinin səmərəli təşkili‖ (1988), ―İbtidai siniflərdə oxu təliminin sə-
mərəli təşkili‖ (1988), ―İbtidai siniflərdə monoloji nitqin inkişafı‖
(1988), ―İbtidai siniflərdə imlalar üzərində işin səmərəli təşkili‖
(1988), ―Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri əsasları‖
(1996), ―İbtidai siniflərdə Azərbaycan dili dərslərində şagirdlərin
monoloji nitqinin inkişafı‖ (1997), ―İbtidai siniflərdə oxunun şüur-
luluğu üzrə işin təşkili‖ (1997) və s. kitablarında böyük əhəmiyyəti
olan məsələlər qaldırılmış, müəllimlərə elmi-metodik tövsiyələr ve-
rilmişdir. A.N.Rəhimovun 50-dən artıq kitab və kitabçası, 200-dən
artıq qəzet və jurnal məqaləsi ibtidai siniflərdə ana dili tədrisi prob-
lemlərinin həllinə yönəldilmişdir.
İbtidai siniflərdə ana dili tədrisi metodikasının müxtəlif sahələ-
Ağarəhim Əsərlər
10
rindəki problemləri elmi cəhətdən həll etməkdə, qabaqcıl təcrübəni
öyrənib ümumiləşdirməkdə və yaymaqda, yeni-yeni optimal vasitə
və metodlar axtarıb tapmaqda gənc tədqiqatçıların və praktik müəl-
limlərin jurnal və qəzet məqalələrinin də böyük əhəmiyyəti vardır.
Ağarəhim Əsərlər
11
II FƏSİL
İBTİDAİ SİNİFLƏRDƏ ANA DİLİ TƏDRİSİNİN
ÜMUMİ MƏSƏLƏLƏRİ
1. Ana dili tədrisinin predmeti, əhəmiyyəti və yeri
Ana dili tədrisinin metodikası pedaqoji elmlər sisteminə daxil-
dir. Bu fənnin predmeti ana dilinin mənimsənilməsi qanunauyğun-
luqlarının və dilə aid bilik, bacarıq və vərdişlərin verilməsi vasitələ-
rinin, priyom və metodlarının öyrənilməsidir.
Ana dili təlimi özünün məzmununu, bu məzmundan doğan prin-
sipləri, vasitələri, priyom və metodları əhatə edir. Azərbaycan dili
və oxu təliminin, nitq inkişafı üzrə işlərin bütöv bir sistemini yara-
dır.
Ana dili təliminin nəzəri və praktik əsasları özünün elmi (linq-
vistik, mətnşünaslıq, psixoloji, didaktik...) cəhətdən əsaslandırılmış
sistemini qurmağa imkan verir.
Elmi zəmində qurulan təlim təhsilləndirici, inkişafetdirici və
tərbiyəedici funksiyanı yerinə yetirir. Şagirdlərə möhkəm biliklər
verir, zəruri bacarıq və vərdişlər aşılayır. Onların ümumi inkişafını
yüksəldir. Bunun üçün hər şeydən əvvəl biliklərin verilmə vasitələ-
ri müəyyənləşdirilməlidir. Bəs bu vasitələr hansılardır? Birincisi,
tədris materialının məzmunu. İkincisi, məzmuna uyğun seçilən əya-
ni və texniki vəsaitlər, didaktik materiallar. Üçüncüsü isə məzmuna
uyğun seçilən priyom və metodlar (Xatırladaq ki, biliklərin veril-
məsində priyom və metodlar da bir vasitə rolunu oynaya bilər).
Məlumdur ki, bütün elmlərin metodik qanunauyğunluqları möv-
cuddur. Lakin onların əksəriyyəti ana dili tədrisi metodikası elmin-
də müəyyənləşdirilməmişdir. Ana dili tədrisi metodikasında əks
olunan qanunauyğunluqlar ümumi pedaqoji, psixoloji, linqvistik,
mətnşünaslıq və didaktik qanunauyğunluqlara istinad edir. Araşdır-
malar göstərir ki, ana dilinin qanunauyğunluqları aşağıdakılardan
ibarətdir:
Dostları ilə paylaş: |