5
katеqoriyalara daхil olan bütün sözlər kimi еyni еlеmеntlərdən
təşkil olunsa da, cəmiyyətə fərqli хidmət еdir.” (293, 7)
Onomastik vahid dil işarəsi üçün tələb olunan ikitərəfliyə -
ümumi adlara xas olan ifadə edənin və ifadə edilənin birliyinə
malik deyildir. Eynicinsli bütün əşyalar umumi isimlər, eynicinsli
əşyaları bir-birindən fərqləndirmək üçün verilən adlar isə xüsusi
isimlərdir. Xüsusi adların, yəni xüsusi isimlərin bir neçə qrupa
bölündüyünü nəzərə alsaq, onomastikanın da həmin bölgüyə
uyğun olaraq bölmələri olduğunu görərik. Xüsusi isimlərə
aşağıdakılar aiddir:
a) şəxs adları, soyadlar, təxəllüs və ləqəblər;
b) coğrafi adlar ;
c) səma cisimlərinə verilən adlar;
ç) qəzet və jurnallara, müxtəlif əsərlərə, ictimai və məişət
obyektlərə verilən xüsusi adlar;
d) heyvanlara verilən xüsusi adlar.
Xüsusi isimləri onomastik vahidlərlə eyniləşdirərək aşağı-
dakı kimi qruplaşdırmaq olar:
a) şəxslərin adları, soyadları, təxəllüs və ləqəblərini antropo-
nimlərə;
b) bütövlükdə coğrafi adları toponimlərə;
c) müхtəlif yaşayış məntəqələrinin adları – yəni şəhər, rayon,
kənd adları toponim və oykonimlərə;
ç) səma cisimlərinin adları (ay, planet və s.) astronim və ya
kosmonimlərə;
d) çay, göl, dəniz, okean adlarını hidronimlərə;
e) heyvanlara verilən xüsusi adları zoonimlərə;
ə) bina – tikili adlarını oykodonimlərə və ya urbanonimlərə;
6
f) qəzet və jurnallara, müxtəlif əsərlərə verilən xüsusi adları
isə ideonimlərə aid etmək olar.
Еlmi ədəbiyyatda “onomastika bütün хüsusi adların tə-
cəssümü, toponimlər coğrafi adlar, antroponimlər insan adları,
еtnonimlər tayfa və millət adları, hidronimlər dəniz, çay, göl
adları, kosmonimlər kosmik obyеkt adları, tеonimlər səcdəgah
adları, zoonimlər hеyvanlara vеrilən хüsusi adlar, ktеmatonimlər
müəssisələrə və digər əşyalara vеrilən хüsusi adlar” kimi izah
olunur (280, 3).
Bədii üslubda onomastik leksikanı müəyyənləşdirərkən
sözün etimoloji, semasioloji, morfoloji, leksik, fonetik cəhətləri
ilə bərabər, onun sintaktik rolu da nəzərə alınmalıdır. Onomastik
vahidin mənası cümlənin tərkibində müəyyənləşir. Vahidin ədəbi
dilin bədii üslubunda öyrənillməsi nəticəsində "poеtik onomastika"
adlı tədqiqat sahəsi yaranır.
Hər hansı bir onomastik vahidin yaranma tarixini bilmək isə
bizi həmin dövrdə xalqımızın yaşayış tərzi, adət-ənənəsi,
psixologiyası, dini mənsubluğu, milli təfəkkürü, müxtəlif xalq-
larla əlaqəsi, əhalinin iqtisadi durumu və s. haqqında müəyyən
təsəvvür yaradır. A.Qurbanov tədqiqatlarında dilçiliyin tarixi
köklərini XIV əsrlə deyil, eramızdan əvvəlki dövrlərlə əlaqələn-
dirərək fikrini elmi və məntiqi cəhətdən əsaslandırır: “Məlumdur
ki, insanlar hələ uzaq keçmişdə dilin nə olduğunu, onun quruluşu,
bir dilin xüsusən öz ana dilinin başqa xalqın dilindən fərqlənməsi
ilə maraqlandığı dövrdən dilçilik elmi tədricən yaranmağa
başlamışdır. Belə ki, dilçilik heç də bəzilərinin güman etdiyi kimi
gənc elm deyil. Onun yaranma tarixi çox-çox qədimdir, bu elmin
tarixi eramızdan əvvəlki əsrlərdən başlayır.” (146, 15) Onomastik
leksikanın yaranmasının bir qismi xalqın dili, dilin mənşəyi,
7
etimologiyası ilə əlaqəli olsa da, digər bir qismi məhz obyektlərin
coğrafi quruluşu, relyefi ilə sıx bağlıdır. Buna görə də dilçiliyin
onomastika bölməsi tariх və coğrafiya elmi ilə sıx bağlıdır.
V.A.Juçkeviç coğrafi adlardan və onu tədqiq edən elm sahəsindən
danışarkən göstərir ki, adların linqvistik planda tədqiqi statistik
məlumatlar, coğrafi və tarixi analizlərlə tamamlanmalıdır. (261,
12) Buna görə də V.A.Nikononun fikri ilə razılaşmamaq mümkün
deyil: “Coğrafi adlar da sözdür, buna görə də bütün sözlər fiziki
coğrafiyaya yox, dil qanunlarına tabedir. Toponimika özü üçün
xüsusi vasitələr icad etmir, dildə mövcud olan vasitələrdən isti-
fadə edir.” (279, 66) Tədqiqatların birində yazılır: “Qədim dövr
tarixçiləri toponim və etnonimlərə mötəbər sənəd kimi müraciət
edirlər. Həqiqətən bu qəbildən olan sözlər mövcud torpağın əsl
yaddaşıdır. Bu ərazidə nəsillər dəyişir, müxtəlif dilli etnoslar
gəlib-gedirlər, toponimlər isə yerində durub müşahidə aparır,
gələnləri qəbul edir, gedənləri yola salır, ancaq ona ilk dəfə verilən
adı özü ilə yaşadır. Azərbaycan toponimləri də bu torpağın qədim
tərcümeyi-halını bizə çatdırır.” (103, 25)
Dilçiliyin ən böyük şöbələrindən biri olan onomalogiya
dilimizdə mövcud olan bütün xüsusi adların yaranmasını, inki-
şafını, dəyişməsini, vəzifələrini, leksik və qrammatik quruluşunu,
üslubi imkanlarını və s. öyrənir. Onomastikanın özünəməxsus
yarımşöbələri vardır və bu yarımşöbələr bütün dünya dilləri üçün,
demək olar ki, eynidir. Bu yarımşöbələr məna çalarlarına görə
fərqlənsələr də, onların arasında vəhdət mövcuddur. Bu şöbələr
həm də bir-birinin yaranması üçün zəmin yaradır, biri digərini
tamamlayır.
Qeyd etdiyimiz kimi, xüsusi adların yaranması, inkişafı müx-
təlif ictimai-siyasi, tarixi, hətta iqtisadi inkişafla da bağlıdır. XIX
8
əsr Azərbaycan ədəbi dilinin bədii üslubunun onomastikası, ilk
növbədə, ümumxalq dilinin xüsusi adlar məcmusudur, sonra isə
xüsusi adların bədii ədəbiyyatda işlənmə məqamı – poetik
onomastikadır.
Dostları ilə paylaş: |