www.kitabxana.net
– Milli Virtual Kitabxana
16
TÜRKİSTAN ŞƏHƏRİ, QAZAX XANLARI VƏ SONRASI
Teymurun ağıllı siyasətiylə aralarında oturaq və köçəri
mədəniyyəti fərqliliyinin olmasına baxmayaraq, eyni soydan olan
xalqlar bir yerdə saxlanıla bilərkən, daha sonralar Sırdəryanın şimal və
cənubunun yolları ayrılır. Canıbek və Kerey Sultanlar, Sırdəryanın
şimalına keçərək, buradakı Qazaxları təşkilatlandırmaya başlayır. Bu
yol ayrılığı daha sonrakı illərdə Qazax Xanlığının yaranmasına səbəb
olur.
Türkistan şəhəri və bölgəsi bu qopmanın keçid hissəsindədir.
Şəhərin 30 kilometr şimalındakı Qaradağlar ilə 35 kilometr cənubunda
yerləşən Sırdərya arasında qalan bölgə yəni, Qazaxlara görə “Sır boyu”,
bu oturaq və köçəri mədəniyyətinin birlikdə yaşandığı ərazidir. Kerey
və Canıbek Xanlarının özlərinə paytaxt olaraq seçdikləri Sığınak şəhəri
də bu keçid mədəniyyətinin yaşandığı Sır boyu ilə şimaldakı səhralarda
köçəri halda yaşayan Qazaxlar arasında düz keçid nöqtəsindədir.
Sığınak şəhərinin bugünkü yeri Qızıl Orda Vilayətinin, Jangakorqan
Quberniyası, Tömənarık kəndinə 20 km məsafədə yerləşir. Daha sonra
cənubda hökmranlıq edəcək Şeybanilərin ilk xanı, bu Sığınak şəhərinin
hücumu zamanı vəfat edir.
Türk tarixi üçün mühüm bildiyimiz bir hadisəni də burada
söyləməyin faydası vardır. XIV əsrdə Sığınak şəhərinə gedən səyyah
İbn Ruzbehan, “Sığınak xalqı arasında Türklər, Qazaxlar və
Qaraqalpaqlar yaşayır” deyə məlumat verir. İbn Ruzbahanın bəhs etdiyi
Sığınaqda yaşayan xalqlardan Qaraqalpaqlar Şeybanilərlə birlikdə
hərəkət edərək Sibirdən cənuba enən qruplardan biri olmaqla bərabər,
daha sonra Şeybanilərlə birlikdə hərəkət etmək əvəzinə, Qazaxlarla
bərabər olmağa üstünlük vermişlər. Bu ittifaq Qazax xanı Teuke Xan
dönəmində “Altı Alaştan birisi” sayılacaq qədər yaxınlaşmışdır. Bu gün
də Qazax xalqının özünə ən yaxın hiss etdiyi Türk xalqları arasında ilk
yerləri Qaraqalpaqlar və Qırğızlar tuturlar. Sığınaqda Türk olaraq
adlandırılanlar isə müxtəlif Türk xalqlarından oturaq həyata erkən
keçən xalqın ortaq adıdır.
Qazax kimliyinin meydana çıxışı da Özbəklərdən fərqli deyildir.
“Qazax” sözünün əsas anlamı “nüfuz tanımayan və öz başına buyruq”
deməkdir. Sırdəryanın şimalındakı Canıbek və Kerey Sultanlarla
www.kitabxana.net
– Milli Virtual Kitabxana
17
başlayan hərəkatların və bu hərəkata qatılanların ilk adı “Özbək
Qazaxları” olmuşdur. Uzun illərin əmələ gətirdiyi oturaq və köçərilik
mədəniyyət fərqliliyinə də yerləşən bu hərəkat daha sonra öz dövlətini
və kimliyini yaratmışdır.
Türkistan şəhəri XVII əsrdən başlayaraq Ulu Türkistanda yeni və
mühüm dəyişikliklərin mərkəzi olacaqdır. Türkistan bu tarixdən
etibarən Qazax Xanlarının paytaxtı olur ki, bu hadisə Türkistanın
Əhməd Yesəvi və Şeybanilərdən sonra Türk tarixinə atdığı üçüncü
böyük imza olacaqdır.
Türkistandakı Qazax xanlarının ilki Esim Xandır (1598-1628). O,
göstərdiyi xidmətlərlə tanındı. Xalq arasında söylənən “Esim salqan
(etdiyi) qədim yol” sözü onun xidmətlərinin yayılmasına işarədir. Esim
Xandan sonra sırayla oğlu Cahangir (Jihanger), Batır Xan taxta çıxdılar.
Bunlardan sonra 1680-ci ildə taxta çıxan Teuke Xan Qazaxlar arasında
ilk dəfə qurduğu şura ilə dövlət həyatında yeni bir mərhələni başlatdı.
Bu gün daxil xalq arasında yayılan “Altı Alaş” fikri bu mərhələdə
formalaşdı. Altı Alaşın içinə:
1. Şərqi Türkistanda yaşayan Qazax qrupları, Ulu Cüz;
2. Orta Qazaxıstanda yaşayan Qazax qrupları, Orta Cüz;
3. Qərbi Qazaxıstanda yaşayan Qazaxlar, Kiçik Cüz;
4. Qırğızlar;
5. Qaraqalpaqlar;
6. Giyat və Kataqan kimi qruplar daxil idi.
Bu qrupların hamısı Teuke Xana tabeydilər və bu dönəmdə Ulu
Cüzü təmsil edən Töle Bi (bey), Orta Cüzü təmsil edən Kazıbek Bi,
Kişi Cüzü təmsil edən Ayteke Bi, Qırğızlardan Goqırım Bi,
Qaraqalpaqlardan Sasık Bi, Türkistan şəhərindəki şurada Xanın
yanında idilər. Bu dönəm Qazax Xanlığının ən parlaq illəri oldu.
Kayıp Xan Bolat Xanlarla davam edən Qazaxların bu birlik dövrü
Monqol qrupu Jonqarlarla 1723-cü ildə məğlubiyyətləriylə sona çatdı.
Şərqi Türkistan və Ulu Cüz Jonqarların əlində qaldı. Bundan sonra Orta
və Kiçik Cüzlər ayrı-ayrı xan müəyyənləşdirdilər. Teukenin nəvəsi
Sameke Xan 1726-cı ildə Orta Cüzün Xan oldu və xanlığın mərkəzi
yenə Türkistan şəhəriydi.
Kiçik Cüzün xanı isə Ebul Hayır oldu. Kiçik Cüz Rusiyaya qonşu
olaraq yaşayırdı. Odur ki, Qazaxların bu zəif vaxtında Kiçik Cüzün
www.kitabxana.net
– Milli Virtual Kitabxana
18
Xanı Ebul Hayır 1731-ci ildə ruslarla müqavilə imzalayaraq onlara
tabeçiliyini bildirdi. Bu tarixdən sonra Türkistan şəhəri müstəqil, tək
Qazax xanlığının mərkəzi olmaqla yanaşı, bütün Qazaxların Rusiyaya
qarşı apardıqları istiqlal mübarizəsinin də mərkəzinə çevrilir. Sameke
Xandan sonra taxta Abdulməmməd Xan çıxır. Abdulməmməd Xan öz
razılığıyla Xanlığı 1739-cu ildə Abılay Xana təhvil verir. Abılay Xanın
ruslara və monqollara qarşı qazandığı zəfərlər xalq arasındakı etibarını
kifayət qədər artırır. Abılay Xan bu mübarizəsində yalnız Qazaxların
deyil, rusların əlinə keçən digər Türk xalqlarının da müstəqilliyini
düşünə biləcək qədər geniş ağıllı, milli şüuru sağlam, böyük bir xan idi.
Tarixçi professor Mehmet Saray Osmanlı Arxivində apardığı
tədqiqatlar zamanı Abılay Xanın Osmanlı padşahına yazdığı məktuba
rast gəlir. Məktubda Abılay Xan “Bizim şimalımızda Başqurd isimli,
əhli sünnətdən bir xalq yaşayır. Bunlar ruslara əsir düşüblər. Qazax
Xanlığının və Osmanlı İmperatorluğunun güclərini birləşdirərək
Başqırdları rus əsarətindən xilas edək” deyir. Bu sənəd Abılay Xanın
təkbaşına nə qədər böyük bir siyasi məqsədi olduğunun yetərli isbatıdır.
Bu səbəbdən də, bu gün Qazaxlar arasında Abılay adı milli birliyin,
istiqlal və hürriyyətin bayrağını hər zaman ucada tutmağın bir
simvoludur.
1771-ci ildə bütün Qazaxların boylarından gələn bəylər, xanlar,
qəhrəmanlar qısası, Qazax xalqının qabaqcıl adamları Türkistan
şəhərində toplaşırlar və Yesəvi Türbəsinin Böyük Aksaray salonunda
toplantı keçirirlər. Bu toplantıda təmsilçilər həmfikir olaraq apardığı
böyük mübarizə və bunun sayəsində artan etibarı ilə Abılayı bütün
Qazaxların xanı elan edib “Ağ otağa” oturdurlar. Abılay Xan 1781-ci
ildə vəfat etdikdən sonra taxta Vəli xan çıxır və onun dövrü uzun
sürmür və Türkistan yeni macəralara sürüklənir.
Türkistan 1785-ci ildə Buxara xanı MirŞahmuradın əlinə keçir.
Şahmurad Türkistanı əlində çox saxlaya bilmir. Daşkənddə hökmranlıq
edən Yusif Xoca 1799-cu ildə Türkistana daxil olur. Yusif Xocanın
vəfatından sonra Türkistan təkrar Buxaraya tabe olur. 1819-cu ilin
yayında Türkistan Xokant Xanı Ömərin əlinə keçir və 12 iyul 1864-cü
ilə qədər Xokantın tabeçiliyində qalır. Ömər Xanın Türkistanı aldıqdan
sonrakı hərəkətləri, o dövrdəki dövlətlərin Türkistan şəhərinə niyə bu
qədər maraq göstərdiklərinin də açıqlamasıdır.
Dostları ilə paylaş: |