d) qida maddələrinin yenidən torpağa qaytarmaq məqsədilə bitki və heyvan mənşəli
tullantıların dövriyyəsini təmin etməli və bu yolla da bərpa edilə bilməyən ehtiyatlardan
istifadəni minimuma endirmək;
e) yerli kənd təsərrüfatı sistemlərində olan bərpa edilə bilən ehtiyat mənbələrinə
istinad etməli;
f) torpaqdan, sudan və havadan sağlam istifadəni inkişaf etdirmək və bu yolla da hər
cür çirklənmənin qarşısını almaq. Bu, kənd təsərrüfatı praktikasının nəticəsi kimi
mümkün ola bilər;
g) bütün mərhələlərdə ekoloji inteqrasiyanı və məhsulun həyati keyfiyyətini
saxlamaq üçün kənd təsərrüfatı məhsulları və onların emal üsulları ilə diqqət və ehtiyatla
davranmaq;
h) hər hansı bir mövcud təsərrüfatda yaranma müddəti təsərrüfatın spesifik faktorları
ilə, məsələn, təsərrüfatda torpağının becərilmə tarixçəsi ilə, becərilən bitkilərin və
saxlanılan mal-qaranın növü ilə səciyyələnən konversiya (keçid) dövründə tətbiq edilə
bilər.
İstehlakçı və istehsalçı arasındakı sıx əlaqə konsepsiyası böyük bir təcrübədir. Böyük
bazar tələbatı, istehsala olan böyük iqtisadi maraq, istehlakçı və istehsalçı arasındakı
artan məsafə xarici nəzarət və sertifikatlaşdırma prosedurunun tətbiq edilməsini
tənzimləyir.
Sertifikatlaşdırmanın ayrılmaz komponenti ekoloji idarəetmə sisteminin yoxlanılması
– inspeksiyasıdır. Müştərinin sertifikatlaşdırması prosedurları, əsasən, müştəri və
inspeksiya qurumları tərəfindən hazırlanan kənd təsərrüfatı müəssisəsinin illik hesaba-
tına əsaslanır.
Eyni zamanda emal mərhələsində də standartlar o səviyyəyə qədər inkişaf etdirilib ki,
emal əməliyyatları və bitkibecərmə şəraitləri də yoxlanıla və təsdiqlənə bilsin. Əgər
inspeksiya – yoxlama sertifikatlaşdırma qurumu tərəfindən aparılırsa, inspeksiya və
sertifikatlaşdırma funksiyalarının çox aydın şəkildə ayrılması təyin olunmalıdır. Onların
ədalətliliyini təmin etmək üçün sertifikatlaşdırma qurumları sertifikatladırma prosesi
keçən şəxslərdən iqtisadi maraqlar baxımından asılı olmamalıdır.
Beynəlxalq qanunvericilik və qaydaların dəyişilməsi zəminində bu standarta
müntəzəm olaraq düzəlişlər edilə bilər.
1. Əhatə dairəsi
1.1. Bu standart ekoloji istehsal üsullarına əsaslanan etiketləri daşıyan və ya daşımağa
hazırlaşan aşağıdakı məhsullara şamil edilir:
a) emal edilməmiş bitki və ya bitki məhsullarına, heyvandarlığa (ev heyvanlarına),
Əlavə 1 və 3-də göstərilən istehsal və spesifik inspeksiya qaydaları çərçivəsində
heyvandarlıq məhsullarına da şamil edilir.
b) emal edilmiş kənd təsərrüfatı bitki məhsulları və a) bəndində qeyd olunan şərtlər
əsasında insanın istifadəsi üçün nəzərdə tutulan heyvandarlıq məhsulları.
1.2. Məhsul ekoloji istehsal üsulları göstərişlərinə əsaslanacaq, etiketləmə və ya
təsdiqləmələrdə, reklam materialında və ya kommersiya sənədlərində məhsul və ya onun
inqrediyenti “üzvi”,“ekoloji”, “biodinamik”, “bioloji” kimi qeyd olunur və alıcıya
məhsulun və onun inqrediyentinin ekoloji istehsal üsulları ilə becərildiyini göstərən digər
oxşar sözlərdən istifadə olunur.
1.3. Maddə 1.2. bu terminlərin istehsal üsulları ilə aydın şəkildə əlaqəsi olmadığı-
uzlaşmadığı hallarda tətbiq edilir.
1.4. Genetik dəyişdirilmiş orqanizmlərdən (GMO/GDO) alınan bütün materiallar və
ya məhsullar ekoloji istehsal prinsipləri ilə uyğunlaşmır (becərmə, istehsal və ya emal) və
həmçinin bu standartda da icazə verilmir.
2. Təsvir və təriflər
2.1. Təsvir
Ekoloji təsərrüfat sistemindən əldə olunan ərzaq yalnız ekosistemin gücləndirilməsi
məqsədini güdən ekoloji istehsal üsullarına istinad edə bilər. Bu istehsal sistemi
biomüxtəlifliyə ziyan vurmayan davamlı məhsuldarlıq naminə alaq otları, zərərverici və
xəstəliklərin məhdudlaşdırılmasını nəzərdə tutur. Bu məqsədlə bitki qalıqlarının və
heyvan tullantılarının dövranı, bitki seçimi və növbəli əkin, suyun idarə edilməsi,
şumlama və becərmə lazımi səviyyədə aparılmalıdır.
Bu sistem torpağın bioloji aktivliyini və onun fiziki və mineral tərkibini
optimallaşdırır. Nəticə olaraq torpaq bitki və heyvanlar üçün lazım olan balanslaşdırılmış
qidalı maddələrlə təmin edilmiş olur. İstehsal gübrələmə strategiyasının ən əsas hissəsi
olan bitkilərin qidalı elementlərinin dövranı hesabına davamlı ola bilər. Xəstəlik və
zərərvericilərə qarşı idarəetmədə onlarin təbii düşmənlərin populyasiyasının inkişafı
üçün yaşayış mühitinin qorunması vı yaxşılaşdırılması, bioloji və mədəni nəzarət,
bitkilərin zərərvericilərlə zədələnmiş hissələrinin mexaniki yolla ləğv edilməsini nəzərdə
tutur.
Ekoloji heyvandarlıqda əsas baza prinsipi torpaq, bitki və bütün növ heyvanlar
arasında harmonik əlaqələri inkişaf etdirmək və heyvanların psixoloji və davranış
ehtiyaclarına hörmət etməkdən ibarətdir. Bu isə heyvanların ekoloji üsulla yetişdirilmiş
keyfiyyətli yemlə təmin olunması və heyvandarlıq sisteminin sərbəst davranış
ehtiyaclarına uyğunluğu ilə əldə olunur. Bundan əlavə, heyvandarlığın idarə olunmasında
stress hallarını azaltmaq, heyvanların sağlamlığı və rifahı qayğısına qalmaq, xəstəliklərin
qarşısını almaq və kimyəvi allopatik baytarlıq vasitələrindən (həmçinin antibiotiklərdən)
istifadəyə yol verməmək başlıca şərtlərdəndir.
2.2. Təriflər
“Kənd təsərrüfatı məhsulu вя йа kənd təsərrüfatı mənşəli məhsul” o deməkdir ki,
məhsul və ya ямтяя, istər xammal, istərsə də xammaldan emal edilmiş əmtəə insanların
istifadəsi (bura su, duz və digər əlavələr daxil deyildir) və ya heyvanların yemləndirilməsi
üçün nəzərdə tutulur.
“Audit” sistematik və funksional olaraq müstəqil yoxlama sistemidir. Bu sistem
fəaliyyətlərin və ya nəticələrin qarşıya qoyulan məqsədə uyğunluğunu təyin edib aşkara
çıxarır.
“Sertifikatlaşdırma” rəsmi sertifikatlaşdırma qurumları və ya rəsmən tanınan
sertifikatlaşdırma qurumları tərəfindən aparılan bir prosedurdur. Bu prosedur yazılı və ya
digər ekvivalent yollarla ərzağın və ya həmin ərzağa edilən nəzarət sisteminin tələblərə
uyğunluğunu təsdiq edir. Ərzağın sertifikatlaşdırılması sistemli yoxlama şəklində həyata
keçirilə bilər, yəni ardıcıl – mərhələli yoxlamalar, son məhsulun keyfiyyət sisteminin
auditi və yoxlanması.