3. Əgər bütün təsərrüfat eyni zamanda keçid dövrünü yaşamırsa, bu standarta müvafiq
olaraq təsərrüfat sahəsinin müvafiq keçid dövrü keçən yerlərində bu standartlar tətbiq
edilə bilər.
Konvensional sistemdən ekoloji istehsala keçid o vaxt effektli olar ki, bu keçid
müddətində standartlara müvafiq olaraq icazə verilən üsullardan istifadə edilsin. Əgər
bütün təsərrüfat eyni zamanda keçid dövrünü yaşamırsa o zaman ərazi Əlavə 3, hissə A,
paraqraf 3 və 11-də olduğu kimi hissələrə bölünməlidir.
4. Keçid dövründə olan ərazilər və ya artıq ekoloji istehsala keçid dövrünü başa çatdırmış
ərazilər konvensional və ekoloji istehsala keçməklə növbələşdirilə (geriyə və irəli)
bilməz.
5. Torpağın münbitliyi və bioloji aktivliyi aşağıda qeyd olunan müvafiq vasitələrlə
artırılmalıdır:
a) Paxlalıların, yaşıl gübrələrin və ya dərin köklü bitkilərin becərilməsi müvafiq çoxillik
növbəli əkin proqramıdır;
b) torpaq kompostlaşdırılmış və ya kompostlanmamış üzvi maddələrlə qarışdırılmalıdır,
burada istehsal standartlara müvafiq aparılmalıdır. Heyvandarlıq təsərrüfatları qalıqları,
məsələn, təsərrüfatyanı peyin, əgər heyvanlar bu standartların tələblərinə müvafiq
bəsləniblərsə, istifadə oluna bilər;
Əlavə 2, Cədvəl 1.-də göstərilən maddələr o səviyyəyə qədər istifadə oluna bilər ki, bu
səviyyə məhsulun qidalılıq səviyyəsinə müvafiq olsun və yaxud torpaq şəraiti yuxarıda
göstərilən 5(a) və (b)-yə uyğun olaraq becərilə bilməsin və ya peyini ekoloji
təsərrüfatlardan əldə etmək mümkün olmasın.
c) kompostlaşmanı fəallaşdırmaq üçün müvafiq mikroorqanizmlər və ya bitki əsaslı
preparatlar istifadə edilə bilər;
d) daş unu kimi biodinamik preparatlardan, təsərrüfatyanı peyin və ya bitkilər paraqraf
5.-də qeyd olunan məqsədlər üçün istifadə oluna bilər.
6. Zərərvericilər, xəstəliklər və alaqlar aşağıda qeyd olunan tədbirlərin hər hansı biri ilə
nəzarət edilə bilər:
− müvafiq növlərin və cinslərin seçilməsi;
− müvafiq növbəli əkin proqramı;
− mexaniki becərmə;
− zərərvericilərin təbii düşmənlərinə müvafiq yaşam şəraiti qurmaq vasitəsilə, məsələn
çəpər çəkməklə, yuvalar qurmaqla, ekoloji bufer zonalar yaratmaqla qorumaq;
− müxtəlif, rəngarəng ekosistemlər. Bunlar coğrafi ərazilərdən fərqlənəcək. Məsələn,
bufer zonalar eroziyalara, aqromeşəçiliyə, məhsul dövranına təsir göstərir və s.
− alaqlara qarşı alovla mübarizə;
− təbii düşmənlərin, həmçinin yırtıcıların və parazitlərin buraxılması;
− Daş unundan, təsərrüfatyanı peyindən və ya bitkilərdən hazırlanan biodinamik
preparatlar;
− mulçalama və ya otun biçilməsi;
− heyvanların otarılması;
− tələlər, maneələr, işıq və səs kimi müxaniki nəzarət üsulları;
− əgər müvafiq növbəli əkin vasitəsilə torpağın bərpa edilməsi aparıla bilmirsə, buxarla
sterilizə etmək.
7. Yalnız məhsulun gözlənilən ciddi təhlükə anında, 6-cı (yuxarıda) bənddə qeyd olunan
tədbirlər səmərə verməzsə və effektiv sayılmazsa Əlavə 2-də göstərilən tədbirlərin həyata
keçirilməsi məqsədəuyğundur.
8. Bu standartın Bölmə 4.1.-də göstərilən müdəalarına müvafiq olaraq toxumlar və
vegetativ reproduktiv materiallar üçün heç olmazsa bir nəsil, çoxillik məhsullar üçün iki
becərmə fəsili lazımdır.
Əgər operator (sahibkar) GABA-ya sübut edə bilsə ki, yuxarıda qeyd olunan tələblərə
cavab verən materiallar əldə edilə bilən deyil, sertifikatlaşdırma qurumu razı ola bilər:
a) ilk mərhələdə dərmanlanmamış toxumdan və reproduktiv materialdan istifadə;
b) əgər (a) variantını əldə etmək mümkün deyilsə, Əlavə 2-də göstərilən maddələrlə
işlənmiş toxumlardan və reproduktiv materiallardan istifadə.
GABA proqramı üzrə sertifikatlaşdırma qurumları yuxarıda 8-ci bölmədə göstərilən
tətbiqetmə limitini təyin edən kriteriyaları müəyyənləşdirə bilər.
9.Yeməli bitkilərin və onların hissələrinin toplanması, həmçinin təbii ərazidə, meşələrdə,
kənd təsərrüfatı ərazilərində təbii surətdə yetişən məhsulların toplanışı aşağıdakı şərtlər
daxilində ekoloji istehsal kimi qəbul edilir:
-
məhsul aydın şəkildə müəyyən edilmiş, bu standartın Bölmə 6-da qeyd olunan
yoxlamadan/sertifikatlaşmadan keçmiş yığım ərazisindən toplanmışdır;
-
bu ərazilərdə yığımdan əvvəlki 3 il müddətində Əlavə 2-də qeyd olunan maddə
və məhsullardan başqa digər maddələrdən istifadəyə yol verilməyib;
-
yığım təbii ətraf mühütin sabitliyinə, yığım ərazisində olan növlərin qorunub
saxlanmasına xələl gətirməməlidir;
-
məhsullar yığımı əməliyyatına nəzarət edən və yığım ərazisinə yaxşı bələd olan
müştərilərdən alındıqda;
-
vəhşi növlərin toplanmasına icazə səlahiyyətli qurumlar və ya şəxslər tərəfindən
verilməlidir, cavabdeh səlahiyyətli şəxs ayrıca hər bir növ üçün yığım qaydaları
işləyib hazırlamalıdır;
-
ekoloji yabanı yığım davamlı olmalıdır və ətraf mühiti dağıtmamalıdır. O,
çirklənməmiş təmiz ərazilərdə aparılmalıdır. Həmçinin o, yaxşı sənədləşdiril-
məlidir ki, lazım gəlsə, yığım ərazisinə qədər geriyə yoxlana bilsin.
-
hansısa növün həddən çox yığımına yol verilməməlidir.
-
Qırmızı siyahıda olan hədsiz toplanan məhsulların toplanmasına yol
verilməməlidir.
-
bitkilərə vurulan ziyan minimuma endirilməlidir.
-
yığım digər orqanizmlərin yaşam tərzinə və qidalanmasına zərər vurmamalıdır.
-
yığımı aparan şəxslər özlərindən sonra zibil qoymamalıdır, yanğına səbəb
olmamalıdır, qeyri-leqal ovçuluq etməməlidir və s.
-
yığımı aparan şəxslər yaxşı hazırlanmalı və məlumatlanmalıdır.
-
yığım böyük şəhərlərə yaxın ərazilərdə, sənaye mərkəzlərində, nüvə istehsalı
ərazilərinə yaxın yerlərdə və yola yaxın yerlərdə aparılmamalıdır - əgər yığım
qrup şəklində aparılırsa, yığımı aparan şəxslər məhsulu toplama texnikasına,
maksimum məhsul kəmiyyəti, ətraf mühitə vurulan zərər və müvafiq yığım
əraziləri ən müvafiq tərzdə seçilməlidir.
-
cavabdeh kompaniya və ya şəxs ekoloji idarəetmə planını təqdim etməlidir.
-
yığım rayonunun ( yaxşı olardı ki, 1 : 50.000 nisbətində və ya 1 : 250.000
nisbətindən az olmayaraq) detallı şəkildə xəritəsi təqdim olunmalıdır.
-
alınma, saxlanma, daşınma və satış nəticələrinin (miqdarla) qeydiyyatı bütün
səviyyələrdə saxlanmalıdır.
-
operatorlar (müştərilər) davamlılığa heç olmazsa yerli yığım səviyyəsində cəhd
etməlidir.