AZƏRBAYCAN RESPUBLİKASINDA EKOLOJİ ÜSULLARLA
TƏMIZ MƏHSUL ISTEHSALI, EMALI, ETIKETLƏNMƏSI VƏ
MARKETİNQİ ÜÇÜN
STANDARTLAR
( Bu standartlar Beynəlxalq Ekoloji Standartların əsasında
Gəncə Aqrobiznes Assosiasiyasının işçi heyəti tərəfindən işlənib hazırlanmışdır )
Бу standartлар aşağıdakılara əsaslanaraq tərtib olunub:
• Ekoloji istehsal və kənd təsərrüfatında qida məhsulları üzrə Avropa Birliyi
Əsasnaməsi (EEC № 2092/91), kənd təsərrüfatı məhsullarına və qida məhsullarına dair
göstərişlər və bütün zəruri əlavələr;
• Amerika Birləşmiş Ştatlarının ekoloji kənd təsərrüfatı istehsalı və idarə edilməsi
üzrə kənd təsərrüfatı milli standartları departamenti;
• Ekoloji kənd təsərrüfatı məhsulları üzrə Yaponiya kənd təsərrüfatı standartı. Bildiriş
№ 59, Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi;
• Ekoloji üsulla istehsal olunmuş qida məhsullarının emalı, etiketlənməsi və
marketinqi üçün Codex Alimentarius standartı;
• Ekoloji istehsal və emal üçün IFOAM-ın (Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı
Hərəkatı Federasiyası) Baza Standartları.
Bu Standart ekoloji idarəetmə sisteminə malik olan istehsalçıların ISO
9001(Keyfiyyətin idarəetmə sistemləri modeli), SQF 2000 (Təhlükəsiz və keyfiyyətli
qida) və ISO 14001 (Ətraf mühiti nəzərə alan idarəetmə sistemləri) kimi beynəlxalq
standartlarda istifadə edilən plan, yoxlama və şərhlərə əsaslanan tələblərini özündə
cəmləşdirir. Bu standarta uyğunluq onların fəaliyyət dairələrini genişləndirməyə imkan
verir.
Ekoloji sertifikatlaşdırma ancaq bu standartlar çərçivəsində olan ekoloji istehsala
şamil edilə bilər. Yaxşı Kənd Təsərrüfatı Təcrübəsi (GAP) prinsipləri bu standartlar
çərçivəsində o vaxtadək davam edəcək ki, bu standartın tələblərinə əks çıxmasın.
Bazara çixiş problemləri
Ekoloji bazara çıxış əldə etmək istəyənlər bu standartların bütün aspektlərini yerinə
yetirməlidir.
Avropa Birliyi və İsveçrəyə çıxış
Avropa Birliyi və İsveçrə bazarlarına çıxış arzuları bu standartların bütün aspektləri
ilə razılıq zəminində mümkün ola bilər.
Bu standartların məqsədləri aşağıdakılardır:
İstehlakçıları bazarda yalan, fırıldaq və məhsul haqqında əsassız şikayətlərdən
qorumaq;
Ekoloji məhsul istehsalçılarını digər kənd təsərrüfatı məhsullarını ekoloji adı ilə
istehsal edən istehsalçılardan qorumaq;
İstehsalın, hazırlıq işlərinin, saxlanmanın, daşınmanın və marketinqin bütün
mərhələlərinin inspeksiya olunması və bu standartların tələblərinə uyğunluğuna
əmin olmaq;
GABA standartlarına əsasən istehsal, sertifikatlaşdırma, tanınma üçün təminatı və
ekoloji yolla istehsal edilən məhsulların etiketlənməsını tənzimləmək.
Bu standart ekoloji məhsullara olan tələbləri istehsal və marketinq standartları baxı-
mından, inspeksiyaların planlaşdırılması və sertifikatlaşdırma qurumlarının etiketləməyə
olan tələblərini tənzimləyir.
Bu standartlar təsərrüfatlarda ekoloji istehsalın prinsiplərini, hazırlıqları, saxlanmanı,
daşınmanı etiketlənməni və marketinq mərhələlərini tənzimləyir, torpaqda əlverişli şərait
yaratmaq və münbitliyi artırmaq üçün istifadəsinə icazə verilən vasitələri qeyd edir,
bitki zərərvericiləri və xəstəliklərinə qarşı nəzarəti, qida əlavələri və emala köməkçi
vasitələrin tətbiqini tənzimləyir. Etiketlənmə məqsədilə “ekoloji istehsal üsullarından
istifadə edilib” kimi terminlərin istifadəsi sertifikatlaşdırma qurumunun və digər
səlahiyyətli şəxslərin nəzarəti olmadan becərilən məhsullar üçün qadağandır.
Ekoloji kənd təsərrüfatı ətraf mühitin qorunmasına kömək göstərən ən geniş yayılmış
metodologiyalardan biridir. Ekoloji istehsal sistemi spesifik və dəqiq istehsal
standartlarına əsaslanır ki, bu standartlar da sosial, ekoloji və iqtisadi cəhətdən optimal
aqrosistemə malik olmağı qarşıya məqsəd qoyur. Ekoloji sistemi daha aydın təsvir etmək
üçün sinonim olan ”bioloji” və “üzvi” terminlərindən də istifadə olunur.
Ekoloji istehsal olunmuş ərzaqlar üçün olan tələblər digər istehsal prosedurlarına və
özəlliklərinə malik olan və fərqli identifikasiya və etiketlənməyə malik ərzaqlara olan
tələblərdən fərqlənir.
“Ekoloji” – məhsulun ekoloji istehsal standartlarına müvafiq istehsal olunduğunu və
müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikat almasını göstərən bir etiketləmə
terminidir. Ekoloji kənd təsərrüfatı kənardan gətirilən vasitələrin minimuma endiril-
məsinə, sintetik kimyəvi gübrələrin və pestisidlərin istifadəsini məhdudlaşdırılmasına
əsaslanır.
Eyni zamanda ekoloji kənd təsərrüfatı praktikası ümumi ətraf mühitin çirklənməsi
zəminində məhsulların tərkibində kimyəvi vasitələrin qalıqlarının olmamasına tam
zəmanət verə bilməz. Bununla belə, havanın, torpağın və suyun çirklənməsini minimuma
endirmək üçün müxtəlif üsullardan istifadə edilməkdədir.
Ekoloji ərzaq istehsalçıları, emalçılar və pərakəndə satıcılar ekoloji kənd təsərrüfatı
məhsullarının inteqrasiyasını qoruyub saxlamaq üçün standartları dəstəkləyir və ona əməl
edir. Ekoloji kənd təsərrüfatının ilkin məqsədi bir-biri ilə əlaqəli olan icmaların, yəni
torpaq həyatı, bitki, heyvan və insanların sağlamlığı və məhsuldarlığını optimallaş-
dırmaqdan ibarətdir.
Ekoloji kənd təsərrüfatı aqrosistemin sağlamlığını, biomüxtəlifliyi, bioloji dövranı və
torpağın bioloji aktivliyini artıran və inkişaf etdirən tam bir sistemdir. O, idarəetmə
praktikasını kənardan gətirmə vasitələrinin tətbiqindən üstün tutur və bu zaman yerli
sistemə adaptasiya olunma da nəzərə alınır.
Bu sintetik materialların tətbiqinə və hər hansı bir spesifik funksiyaların sistem
daxilində həyata keçirilməsinə əks olaraq mümkün olan yerlərdə mədəni, bioloji və
mexaniki üsulların tətbiqi ilə həyata keçirilir. Ekoloji istehsal sistemi aşağıdakı kimi
təsvir olunur:
a) bütün sistem daxilində bioloji müxtəlifliyi canlandırmaq;
b) torpağın bioloji aktivliyini artırmaq;
c) torpaq münbitliyini uzun müddət saxlamaq;