“Sertifikatlaşdırma orqanı” məhsulun “ekoloji” kimi satılmasına, və ya
etiketlənməsınə cavabdeh qurumdur, o buna nəzarət edir və onun standartlara uyğun
olaraq istehsalını, emalını, qablaşdırılmasını və idxalını yoxlayır.
“Müvafiq səlahiyyətli orqan” inzibati və qanuni hüquqlara və hakimiyyətə malik
olan rəsmi dövlət orqanı deməkdir.
“Genetik dəyişdirilmiş orqanizmlər” və məhsullar genetik materialın dəyişdirilməsi
yolu ilə əldə edilən məhsullardır ki, bu zaman təbii çarpazlaşdırma və rekombinasiya
üsullarından istifadə edilmir.
Genetik dəyişdirilmə texnikasına aşağıdakılar daxildir, lakin bununla da onlar
limitlənmir: rekombinant DNT, hüceyrələr toplusu, mikro və makro inyeksiyalar,
hermetikləşdirmə, genin ləğv edilməsi və ikiləşdirilməsi. GDO-ya cütləşmə, transduksiya
və hibridləşdirmə texnikasının nəticəsi olaraq əldə olunan orqanizmlər daxil deyildir.
“İnqrediyent” əlavələr də daxil olmaqla emalda və ya qida hazırlanmasında istifadə
olunan və hazır məhsulun tərkib hissəsi olan hər hansı bir maddəyə deyilir.
“İnspeksiya” qidanın yoxlanılması və ya qida sisteminə, xammalın, emalın,
daşınmanın, emal prosesində olan və hazır məhsulun tələblərə uyğun olub-olmamasının
yoxlanılmasıdır. Ekoloji qida üçün aparılan yoxlamaya istehsal və emal sisteminin də
yoxlanılması daxildir.
“Etiketləmə” etiketın üzərində olan hər-hansı bir yazılı, çap edilmiş, qrafik, birbaşa
ərzağın üzərində qeyd olunan və ya ərzağın yanında yerlışdirilərək ərzağı təmsil edən
simvolları nəzərdə tutur. “Etiketləmə ” həmçinin satışı yaxşılaşdırmaq və artırmaq
məqsədinə də xidmət edir.
“Heyvandarlıq” dedikdə qaramal (həmçinin camış və bizon), qoyun, donuz, keçi, at,
quşlar və arılar da daxil olmaqla hər-hansı bir ev heyvanı və yaxud əhliləşdirilmiş
heyvanlar nəzərdə tutulur.
Vəhşi heyvanların ovçuluğu və balıqçılığı bu tərifin bir hissəsi sayıla bilməz.
“Marketinq” satışı təşkiletmə, yerləşdirmə, satış üçün təklif, satış və ya bazarda
hansısa digər formalarda paylama və yerləşdirmə deməkdir.
“Rəsmi akkreditasiya ” hökumət orqanına verilən hüquqi icazədir ki, o, müfəttişə
və ya sertifikatlaşdırma qurumuna yoxlama və ya sertifikatlaşdırma xidməti göstərmək
üçün səlahiyyət versin. Ekoloji istehsal üçün səlahiyyətli olan şəxs və ya qurum
akkreditasiya funksiyasını özəl quruma həvalə edə bilər.
“Rəsmən tanınmış inspeksiya sistemi/rəsmən tanınmış sertifikatlaşma sistemi”
hüquqi statusu olan hökumət orqanı tərəfindən tanınmış və rəsmən təsdiqlənmiş
sistemlərdir.
“Sahibkar” bazar tələblərinə müvafiq olaraq maddə 1.1.-də qeyd olunanlara uyğun
olaraq istehsal edən, hazırlayan, ixrac/idxal ilə məşğul olan və məhsulu bazara çıxaran
şəxsdir.
“Bitki mühafizə məhsulları” dedikdə xəstəlik və zərərvericilərə qarşı qoruyucu,
dağıdıcı, cəlbedici, qorxuducu təsirə malik, həmçinin istehsal, saxlama, daşınma, ərzağın,
kənd təsərrüfatı məhsullarının, heyvan yemlərinin emalı və daşınması müddətində
arzuolunmayan bitki növləri və heyvanlara qarşı işlədilən hər hansı bir maddə nəzərdə
tutulur.
“Paralel istehsal” eyni təsərrüfatda, eyni sexdə yaxud eyni anbarda ekoloji və qeyri-
ekoloji məhsulların istehsalı, emalı, saxlanması, daşınması, topdan və pərakəndə satışı.
“Hazırlama” kəsim əməliyyatlarını, emalı, kənd təsərrüfatı məhsullarının saxlanması
və qablaşdırılması, həmçinin ekoloji istehsal üsullarına müvafiq etiketlərın
dəyişdirilməsini nəzərdə tutur.
“İstehsal” kənd təsərrüfatı məhsulları ilə təminatı, məhsulun ilkin qablaşdırılmasını
və etiketlənməsini nəzərdə tutur.
“Vahid” kənd təsərrüfatı holdinq sistemində emal proseslərini emalı, qablaşdırmanı
və ya ekoloji ərzağın saxlanmasına zəmin yaradan bir komponentdir.
“Baytarlıq dərmanı” ət və ya süd istehsal edən heyvanlara, quşçuluq sahəsinə,
terapevtik, profilaktik və ya diaqnostik məqsədlərlə, psixoloji funksiyalara və ya
davranışa təsir məqsədilə balıq və ya arı məhsullarına, qida istehsal edən heyvana tətbiq
edilən hər hansı bir vasitədir.
“Yabanı yığım” təbii ərazilərdə, meşələrdə kənd təsərrüfatı ərazilərində təbii yolla
yetişən və Əlavə 2-də siyahısı qeyd olunan bitkilərin kolleksiyasıdır, hətta bu bitkilərin
bəzi hissələrinin yığımı 3 ildən bir aparılmalıdır, əks təqdirdə bu yığım təbii balansa,
sabitliyə və yığım aparılan ərazidə növlərin təbii yaşam tərzinə mənfi təsir göstərə bilər.
3. Etiketləmə və tələblər
3.1. Ekoloji məhsullar GABA standartlarına müvafiq olaraq etiketlənməlidir.
3.2. Bölmə 1.1. (a)-da göstərilən məhsulların etiketlənməsi və müvafiq tələblər aşağıdakı
hallarda ekoloji istehsal üsullarına istinad edə bilər:
a) belə göstərişlər onların kənd təsərrüfatı istehsal üsulları ilə bağlı olduğunu aydın
göstərir;
b)
məhsul Bölmə 4-ün tələblərinə müvafiq olaraq istehsal olunub və ya Bölmə7 –də
qeyd olunan tələblərə müvafiq olaraq
idxal olunub;
c) Məhsul Bölmə 6–da qeyd olunan yoxlama tədbirlərinə məruz qalmış operator
tərəfindən istehsal və ya idxal olunub;
d) İstehsal və ya emalla məşğul olan operator etiketləmədə AZEKOSERT-in kod
nömrəsinə və ya digər rəsmi olaraq tanınan yoxlama və ya sertifikatlaşdırma qurumlarına
istinad edir.
3.3 Paraqraf 1.1(b)-yə əsasən məhsulun etiketlənməsı və tələbləri ekoloji istehsal
metodlarına aşağıdakı hallarda istinad edir:
a) bu göstərişlər onların kənd təsərrüfatı istehsal metodları ilə bağlı olduğunu göstərir və
o vaxtacan sual altında olan kənd təsərrüfatı məhsulları ilə də əlaqəlidir ki, inqrediyent
tərkibi barəsində aydın məlumat listi verilməsin;
b) məhsulun kənd təsərrüfatı mənşəli bütün inqrediyentləri Bölmə 4-ün tələblərinə
uyğunlaşdırılır;
c) Məhsul Əlavə 2-də Cədvəl 3-də siyahıya alınmamış və qeyri-kənd təsərrüfatı mənşəli
inqrediyentlərə malik olmamalıdır;
d) eyni inqrediyentlər həm ekoloji həm də qeyri-ekoloji mənşəli ola bilməz;
e) məhsul və ya onun inqrediyenti hazırlanma vaxtı ionlu radiasiyanın və ya Əlavə 2-də
Cədvəl 4-də qeyd olunmayan maddələrin təsirinə məruz qalmayıb;
f) məhsul Bölmə 6-da göstərilən müntəzəm yoxlama sistemi əsasında operator tərəfindən
hazırlanıb və idxal olunub;
g) etiketləmə ada və ya GABA-nın kod nömrəsinə və ya rəsmən tanınmış
sertifikatlaşdırma qurumuna istinad edir.
3.4 Paraqraf 3.3. (b)-nin tələbləri yerinə yetirilə bilmədikdə,