35
BÖYÜK
SADİQLİK
35
gün
-ci
Mənim üçün dua ediləndə bunu fiziki surətdə
hiss edirəm. Hətta mən heç nə bilməyəndə
və heç bir məktub almayanda elə hiss edirəm
ki, sanki alovun yaxınlığında oturmuşam.
Bəzən bu, çox soyuq olan həbsxanalarda
baş verir. Sanki kimsə mənim üçün dua edir
və mənim barəmdə düşünür. Bu, məni çox
ruhlandırıb. Bunu izah etmək çətindir… Mən
unudulmadığımı hiss edirdim və bilirdim.
Bu, ən çətin anlara güc gəlməyim üçün
lazımlı bir şey idi.
İrina Ratuşinskaya – keçmiş Sovetlər Birliyində 1987-ci ilə qədər
həbsdə olan məsihçi şair
BÖYÜK
SADİQLİK
36
BÖYÜK
SADİQLİK
-cı
gün
Döyülmələrin və işgəncələrin burada heç
bir kömək etmədiyini görən kommunistlər
Floreskunun oğlu Aleksandrı gətirdilər, onun
on dörd yaşı var idi. Oğlanı
döyməyə baş-
ladılar. Floreskunun gözləri önündə oğlunu
qəddarcasına çəkiclə döyürdülər və pasto-
ra deyirdilər ki, başqa imanlıların yerini
deməyincə oğlunu ölənə qədər döyəcəklər.
Nəhayət, artıq dəli olmaq dərəcəsinə gəlib
çıxmış Floresku onların üstünə qışqırdı ki,
dayansınlar.
“Aleksandr, gərək onlara imanlıların
yerlərini deyəm, sənin əzablarına
daha dözə
bilmirəm” – deyə, pastor oğluna dedi.
Bədəni göyərmiş halda ağzından və
burnundan qan axan Aleksandr atasının
gözlərinin içinə baxdı. “Ata, satqın bir va-
lideyn kimi mənə haqsızlıq etmə. Güclü ol!
Əgər onlar məni öldürsələr, mən dodaqlarım-
da ‘İsa’ kəlməsi ilə öləcəyəm.”
Oğlanın cəsarəti kommunist
mühafizəçilərini hirsləndirdi və onlar atasının
gözü qarşısında oğlunu döyə-döyə öldürdülər.
Təkcə oğul öz imanına sadiq qalmadı, o, ata-
sına da kömək etdi ki, eyni şeyi təkrar etsin.
Böyük ədalətsizlik
RUMINİYA: PASTOR FLORESKU
Pastor Floresku kommunist zabitləri tərəfindən döyülən oğluna artıq baxa bilmirdi. O özü artıq
döyülmüşdü və kommunistlərin həbsxanaya saldıqları ac siçovulların hücumundan qorxaraq iki
həftə idi ki, yatmırdı. Rumıniyanın polisləri istəyirdilər ki, Floresku gizlində yığışan məbədin
o biri üzvlərinin yerini desin və onları da tutub həbs etsinlər.
Bu dünyada ədalət yoxdurmu? Biz gü-
nahsız insana qarşı vəhşilikləri oxuyarkən
təəccüb içərisində qalırıq. Biz pislik
edənlərin əllərində insanın dəhşətli əzablar
çəkdiyini eşidəndə imanda büdrəyə bilərik.
Biz gecikən mərhəmət üçün susayanda ruh-
dan düşə bilərik. Bəs bu dünyada ədalət
yoxdurmu? Bizim fəryadlarımıza cavab
olaraq, Müqəddəs Kitab “bəli, amma hələ
yox” prinsipini öyrədir. Bəli, bəzi pislik
edənlər burada və indi ədalətlə üzləşərək
cavablarını alırlar. Amma hədsiz ədalətlə
dolu olan Allahın güclü əli hələ yer üzünə
gəlməlidir. Bu, hələ dövrün axırı üçün sax-
lanılıb. Biz gözləməkdən yoruluruq, amma
Onun qarşısını heç bir şey saxlaya bilməz.
O, yer üzündə ədaləti quranadək
ümidini, cəsarətini itirməyəcək.
Yeşaya 42:4
37
gün
-ci
BÖYÜK
SADİQLİK
Tom yeddi il idi ki,
Kubaya məsihçi
ədəbiyyatlarını gizlincə keçirirdi. O və baş-
qaları təyyarələrdən kommunist rejimi olan
bir adanın ətrafındakı okeana Müjdənin ki-
tabçalarını tullamışdılar. Amma o, heç vaxt
Kubada olan imanlılardan kitabçaların gəlib
çıxdığını eşitməmişdi.
“Xahiş edirəm, Rəbbim,
bizim işimizin
kömək etdiyini göstərən təsdiqlər ver.”
İndi üstündən altı həftə sonra onu Ku-
banın kəşfiyyat zabiti, kapitan Santos ilə
görüşməyə aparırdılar. Onların təyyarəsi Ku-
bada qəzaya uğradı.
Tom və pilot Mel Bayli
həbs olunaraq xalqın sabitliyini təhlükə altına
salmaqda ittiham olunurdular.
“Bizim camaatımız sahillərdə və sahələrdə
minlərlə belə kitabçalar tapıblar!” – deyə, ka-
pitan Santos əlində neçə illər əvvəl tullanmış
həmin bağlamalardan birini tutaraq qışqırırdı.
Tom gülməməyə çalışdı. “Çox sağ ol,
Rəbbim, duama cavab vermisən. Sənə
minnətdaram ki, işim əbəs yerə olmayıb.”
Tomun duasının cavabı baha başa gəldi.
O, iyirmi bir ay Kuba həbsxanasında otur-
du. Amma Kastronun həbsxanasında o, bir
çox məbəd üzvləri ilə rastlaşdı və öyrəndi
ki, hətta Kastronun rəhbərliyi altında da
Məsihin bədəni inkişaf edib. Allah onun dua-
sına cavab verib.
Böyük cavablar
KUBA: TOM UAYT
Tom Uaytın başına qara başlıq keçiriləndə o bilmirdi ki, bir daha işığı görər. “Məni haraya
aparırsınız?” – deyə, o, kubalı mühafizəçilərdən soruşdu. Mühafizəçilər heç nə demədilər.
İmanlılar duaya dəyərli cavab əldə
etməyin nə olduğunu bilirlərmi? Əgər biz
Allahın dualarımıza cavab verməsini
istəyiriksə, biz onun cavablarını istənilən
vəziyyətdə almağa hazır olmalıyıq. Duaya
dəyərli cavab budur ki, o, bizi prosesə cəlb
edir. Biz Allaha dualarımızı veririk, əgər
lazım gələrsə, həyatlarımızı da veririkmi?
Biz çox vaxt təzyiq altında əzab çəkənlər
üçün dua edirik. Yaxşı, bəs əgər biz yemək
paylamağa və məbəddən olan xidmətlər
vasitəsilə yardım etməyə çağırılsaq, onda
necə? Əgər biz ehtiyac anlarında Allahın
bizə kömək etməsini istəyiriksə, onda O,
bizdən həll yolunun bir hissəsi olmağı xa-
hiş edəndə Ona cavab verməliyik. Elə prob-
lem var ki, siz onun üçün dua etmisiniz və
hələ aydın cavab almamısınız? Ola bilərmi
ki, Allah sizin həll yolunun bir hissəsi ol-
mağınız üçün hazırlığınızı gözləyir?
Sizlərə elə könül bağlamışdıq ki, yalnız
Allahın Müjdəsini deyil, öz canlarımızı
belə, sizə verməyə razı idik. Çünki
bizim sevimlilərimiz idiniz.
1 Salonik. 2:8