44
Azərbaycanda tərəfdaşlarımızla birlikdə 2012-ci ildə
61 yerli şirkətlə dəyəri təxminən 1,1 milyard dollar
olan yeni uzunmüddətli müqavilələr imzaladıq.
2007-ci ildə qabaqcıl bir nümunə olan Sahibkarlığın
inkişafı və təlim proqramını (SİTP) başladıq.
Proqramın məqsədi neft və qaz sektorunda
fəaliyyət göstərən yerli şirkətləri müəyyən edib,
onların beynəlxalq standartlara nail olmasına kömək
etmək, rəqabətədavamlılığını gücləndirmək və
layihələrimizdə yerli ehtiyatların istifadəsini
artırmaqdır. Layihənin uzunmüddətli məqsədi BP
AGT-nin yerliləşdirmə səylərinə uyğun olaraq BP və
neft-qaz sənayesi üçün strateji xidmətləri
göstərməyə qabil olan yerli şirkətləri müəyyən
etmək və inkişaf etdirməkdir.
Proqram fəaliyyətə başladıqdan bəri 1 088 şirkət
qiymətləndirilib, boşluqların müəyyənləşdirilməsi
üçün 206 təhlil aparılıb və aşkar edilmiş
çatışmazlıqları aradan qaldırmaq üçün xüsusi olaraq
211 biznesin inkişafı planı hazırlanıb. 2012-ci ildəki
28 şirkət də daxil olmaqla, ümumilikdə, 121 şirkət
proqramı müvəffəqiyyətlə başa çatdırıb. SİTP-nin
yerli şirkətlərin biznes imkanlarını genişləndirmək
səylərinin bir hissəsi kimi il ərzində 350 potensial
təchizatçının imkan və bacarıqları qiymətləndirildi.
BP SİTP iştirakçıları ilə 38 yeni müqavilə bağladı.
Ümumilikdə, SİTP öz iştirakçılarına yerli və
beynəlxalq şirkətlərlə ümumi dəyəri 335 milyon
dollardan artıq olan müqavilələr bağlamağa yardım
etdi ki, bunun da təxminən 181 milyonu
Azərbaycanda BP şirkəti ilə bağlanıb. 2012-ci ildə
SİTP-də iştirak etmiş 28 şirkət sonradan BP və
onun tərəfdaşları ilə ümumi dəyəri 54 milyon dollar
olan müqavilələr bağladı. SİTP iştirakçısı olmuş
səkkiz şirkət digər beynəlxalq şirkətlərlə 44,8
milyon dollar dəyərində, 13 şirkət isə yerli
şirkətlərlə 51,4 milyon dollar dəyərində müqavilələr
bağladı.
2012-ci ildə iştirakçı yerli şirkətlər, həmçinin yeni
əsaslı avadanlığa təxminən 2,22 milyon dollar
sərmayə qoydu və 829 nəfər əməkdaşı işə
götürdü.
SİTP-nin özü Beynəlxalq Maliyyə Korporasiyası
tərəfindən aparılan üçüncü tərəf
qiymətləndirməsindən keçib. Qiymətləndirmə
SİTP-nin Azərbaycan hökumətinin strateji
prioritetlərinə uyğun olaraq Azərbaycan
iqtisadiyyatının inkişafı üçün münasib və
özünəməxsus töhfə verdiyini təsdiq etdi.
Yerliləşdirmə strategiyamızda
irəliləyişlər
Biz tədarükün yerliləşdirilməsi üçün imkanları
müəyyənləşdirdik və yüksək təsirli kateqoriyalar
üçün davamlı yerli imkan və bacarıqları inkişaf
etdirmək potensialına malik üçillik strategiya
hazırladıq. O vaxtdan Azərbaycandakı ən böyük
xarici podratçılarla milliləşdirmə üzrə əsas icra
göstəricilərinin 85% olması razılaşdırıldı. Bu
strategiyanın icrasına 2012-ci ildə başlanıldı. Bu
strategiyanın bir hissəsi kimi rəqabətli tender
prosesindən sonra biz 2012-ci ildə tərəfdaşlarımızın
adından SİTP layihəsini 2015-ci ilin oktyabr ayına
qədər həyata keçirmək üçün “Azerms” MMC
şirkəti ilə 3 milyon dollarlıq yeni bir müqavilə
bağladıq. Bu müqavilə “Azerms” üzərinə bazar
məlumatlarını öyrənmək, boşluqları məqsədyönlü
təhlil etmək, kiçik və ortaölçülü şirkətləri hədəfə
alan inkişaf proqramı və potensialın yaradılması
istiqamətində fəaliyyət göstərmək öhdəliyi qoyur.
Daha sonra SİTP proqramı həm birbaşa müdaxilə
formasında (təchizatçının keyfiyyətinin idarə
olunması), həm də nüfuzlu beynəlxalq firmalarla
tərəfdaşlıq əlaqələri qurmaqla işlədi. Potensialın
yaradılması üç mərhələdən – diaqnostika, inkişaf
(təlim) və BP-nin əməliyyatların idarə edilməsi
sistemi və digər texniki tələblər əsasında
təchizatçını qiymətləndirən keyfiyyətə əminlik
mərhələlərindən ibarət idi.
2012-ci ildə yerli ehtiyatların inkişafı strategiyamızın
bir hissəsi kimi SİTP iştirakçıları üçün ilk “ustad
dərsləri” tipli təlimə tərəfdaşlarımızla birlikdə
sponsorluq etdik. Biz təzəlikcə “təchizatçı vasitəsilə
təkmilləşmə” keyfiyyət sistemini tətbiq etdik və
indi podratçı və subpodratçılarımızın
strukturlaşdırılmış şəkildə təshihedici tədbirlər
görməsi / problemləri həll etməsini gözləyirik.
Təlimdə mühəndis layihələndirmə, tikinti və
quraşdırma, tullantıların idarə olunması, informasiya
texnologiyaları və digər biznes sektorlarının yerli
nümayəndələri yüksək səviyyədə iştirak etdilər.
2013-cü ildə aktual biznes mövzularına dair daha
çox məşğələlərin keçiriləcəyi gözlənilir.
2012-ci il ərzində biz ölkə daxilində tikinti və
quraşdırma işlərini maksimuma çatdırmaq,
infrastrukturu və işçi qüvvəsinin imkan və
bacarıqlarını gücləndirmək məqsədilə seçilən
yerliləşdirmə imkanlarında Şahdəniz Mərhələ 2
layihəsinə dəstək olduq.
Bundan əlavə, BP və digər beynəlxalq və yerli
şirkətlərlə işləməyin yolları barədə faydalı
məlumatlar vermək üçün ecbaku.com biznes
e-mərkəzi BP və tərəfdaşlarının Azərbaycanda
həyata keçirdikləri layihələr haqqında ən son
məlumatları onlayn çatdırmağa davam etdi.
Yeni imkanların açılması
“Digital Source” 2008-ci ildən bəri İnformasiya
Texnologiyaları (İT) sahəsində xidmətlər
göstərən yerli şirkətdir. Şirkət beynəlxalq
tender tələblərinə cavab vermək, BP və digər
beynəlxalq şirkətlər tərəfindən elan edilən
tenderlərdə iştirak etmək məqsədilə 2010-cu ilin
oktyabr ayında SİTP proqramına qoşulub.
“Digital Source” şirkətinin idarəetmə
sistemi İSO standartına və digər beynəlxalq
standartlara əsasən sertifikatlaşdırılsa da,
biznesin diaqnostikası prosesi zamanı SİTP
mütəxəssisləri onların keyfiyyətə əminlik
sistemində bir sıra boşluqlar aşkar etdi. Müştəri
rəyinin öyrənilməsi sistemi mövcud deyildi,
şirkətin məqsəd və hədəfləri aydın şəkildə
müəyyən edilməmişdi. SİTP proqramında üç ay
iştirak etdikdən sonra “Digital Source” şirkəti
bu çatışmazlıqları aradan qaldıra bildi. Müştəri
rəyinin öyrənilməsi sistemini qurub, icra
göstəricilərinin qiymətləndirilməsi prosesini
hazırladılar və müştərilərin tələblərini səmərəli
şəkildə yerinə yetirmək üçün İT avadanlıqlarını
onların ehtiyaclarına uyğunlaşdırdılar. Bundan
əlavə, SİTP şirkətə müştərilərin tələblərini
və bazardakı ehtiyacları başa düşmək imkanı
vermiş müştərilərlə səmərəli ünsiyyət sistemi
qurmaq və tətbiq etməkdə kömək etdi.
2010-cu ilin dekabr ayında “Digital Source” SİTP
proqramını müvəffəqiyyətlə başa vurdu. Şirkətin
baş direktoru Cəlil Babazadə deyir: “SİTP-də
iştirakımız bizə şirkətin uzunmüddətli məqsəd
və hədəfləri istiqamətində planlarını cızmağa
imkan verdi. Nəticədə, biz müştərilərimizin
tələblərinə cavab verən avadanlıqlara sərmayə
qoymaqla və aparıcı beynəlxalq İT şirkətləri ilə
strateji tərəfdaşlıqlar qurmaqla resurslarımızı
daha səmərəli şəkildə bölüşdürdük. Bütün
bunlar bizə imkan verdi ki, ciddi rəqabətdən
müvəffəqiyyətlə çıxaraq 2011-12-ci illərdə
yerli və beynəlxalq şirkətlərlə bir sıra böyük
müqavilələr bağlayaq.” Nəticədə, “Digital
Source” müasir avadanlıqlara kifayət qədər
sərmayə yatırdı və yeni layihələr üçün işə altı
əməkdaş götürdü.
Sahibkarlığın inkişafı
BP Xəzər regionunda neft və qaz sənayesi üçün davamlı yerli təchizat
sistemi yaratmaq məqsədilə Azərbaycanda çiçəklənən biznes
sektorunun inkişafına dəstək verir.
Cəmiyyət
BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012