9
Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)
Əmlak və avadanlıqlar
Əmlak və avadanlıqlar, gündəlik xidmət xərcləri istisna olmaqla, yığılmış köhnəlməni və yığılmış
dəyərsizləşmə zərərini çıxmaqla ilkin dəyəri ilə tanınır. Əvəzetmə və ya əsas texniki müayinə xərcləri çəkildiyi
zaman və maddə ilə bağlı gələcək iqtisadi faydalar müəssisəyə daxil olması ehtimal ediləndə və maddənin
dəyəri etibarlı ölçülə biləndə kapitallaşdırılır.
Aktivin köhnəlməsi həmin aktiv istifadə üçün hazır və mövcud olanda başlayır. Köhnəlmə aktivlərin balans
dəyərlərini ehtimal olunan istifadə müddətləri üzrə bərabər hissələrə bölünməklə hesablanır:
İllər
Bina və qurğular
10 - 20
Kompüterlər və ofis avadanlığı
2 - 5
Mebel və qurğular
5 - 6
Nəqliyyat vasitələri
5
Digərlər
2 - 10
Aktivlərin qalıq dəyərləri, istifadə müddətləri və köhnəlmənin hesablanması metodlarına hər maliyyə ilinin
sonunda yenidən baxılır və lazım olanda dəyişikliklər edilir. Balans dəyərinin qaytarılmayacağını göstərən
hadisələr baş verdikdə dəyərsizləşmə baxımından təhlillər aparılır. Dəyərsizləşmə zərərləri mənfəət və ya
zərərdə xərc kimi tanınır.
Əmlak və avadanlıqlar silinəndə və ya onların istifadəsindən və silinməsindən gələcəkdə iqtisadi faydaların
əldə edilməsi gözlənilməyəndə, onların tanınması dayandırılır. Aktivin uçotdan çıxarılmasından yaranan hər
hansı gəlir və ya zərər (satışdan əldə edilən xalis daxilolmalar və aktivin balans dəyəri arasındakı fərq kimi
hesablanır) mənfəət və ya zərərin tərkibində əks olunur.
Təmir və rekonstruksiya xərcləri çəkildikcə xərclərə aid edilir və kapitallaşdırılmalı olduğu hallar istisna
olmaqla, mənfəət və ya zərərdə “Ümumi və inzibati xərclər”ə daxil edilir.
Qeyri-maddi aktivlər
Qeyri-maddi aktivlər lisenziyalar, üzvlük haqları və kompüter proqramlarından ibarətdir.
Ayrılıqda əldə edilmiş qeyri-maddi aktivlər ilkin tanınmada maya dəyəri ilə ölçülür. İlkin tanımadan sonra
qeyri-maddi aktivlər yığılmış amortizasiyanı və yığılmış dəyərsizləşmə zərərlərini çıxmaqla maya dəyəri ilə
uçota alınır.
Qeyri-maddi aktivlərin istifadə müddətləri məhdud və ya qeyri-məhdud müddətlər kimi müəyyən edilir.
Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlərə 10 ilədək olan istifadə müddəti boyunca amortizasiya
hesablanır və həmin qeyri-maddi aktivlər üzrə mümkün dəyərsizləşmə əlamətləri mövcud olanda
dəyərsizləşmə baxımından qiymətləndirmə aparılır. Məhdud istifadə müddəti olan qeyri-maddi aktiv üçün
amortizasiya müddətinə və amortizasiya metoduna ən azı hər maliyyə ilinin sonunda yenidən baxılır.
Gözlənilən faydalı istifadə müddəti və ya aktivin özündə təcəssüm etdirdiyi gələcək iqtisadi səmərənin
gözlənilən əldə olunma strukturundakı dəyişikliklər, müvafiq olaraq, amortizasiya müddəti və ya metodunun
dəyişdirilməsi yolu ilə hesabata alınır və uçot ehtimallarında dəyişikliklər kimi hesab olunur. Məhdud istifadə
müddəti olan qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri mənfəət və ya zərərdə köhnəlmə və
amortizasiya xərcləri kateqoriyasında əks olunur.
Qeyri-məhdud istifadə müddəti olan qeyri-maddi aktivlər üzrə amortizasiya hesablanmır. Qeyri-məhdud
istifadə müddəti olan qeyri-maddi aktivlərin
istifadə müddəti hər il, qeyri-məhdud istifadə müddətinin
qiymətləndirilməsinin əsaslılığını müəyyən etmək üçün aparılır. Artıq əsaslı olmayanda, qeyri-məhdud istifadə
müddəti gələcək dövrlər üzrə məhdud istifadə müddəti ilə əvəz edilir.
10
Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)
Qeyri-maddi aktivlər (davamı)
Qeyri-məhdud istifadə müddəti olan qeyri-maddi aktivlər hər il 31 dekabrda dəyərsizləşmə baxımından, fərdi
şəkildə və ya pul vəsaitlərini yaradan vahid səviyyəsində (hansı daha münasibdirsə) və şəraitlər balans
dəyərinin dəyərsizləşə biləcəyini göstərəndə yoxlanılır.
Pensiya təminatı və işçilərə digər ödənişlər üzrə öhdəliklər
Şirkət işə götürənin cari ödəmələrinin işçilərə ümumi əmək haqqı ödənişlərinin müəyyən faizi kimi
hesablanmasını nəzərdə tutan Azərbaycan Respublikasının dövlət pensiya təminatı sistemindən əlavə hər
hansı fərdi pensiya təminatı sisteminə malik deyildir. Bu xərclər müvafiq əmək haqqının aid olduğu hesabat
dövründə əks etdirilir. Bundan əlavə, Şirkət əmək fəaliyyəti başa çatdıqdan sonra işçilərə ödənişlər aparmalı
deyildir.
Ehtiyatlar
Ümumi
Şirkət keçmiş hadisələr nəticəsində hüquqi və ya işgüzar praktikadan irəli gələn öhdəliklərə malik olduqda, bu
öhdəliklərin yerinə yetirilməsi üçün iqtisadi resursların sərf olunmasının ehtimalı böyük olduqda və
öhdəliklərin məbləği kifayət qədər dəqiq ehtimal edilə bildikdə ehtiyatlar uçota alınır. Şirkət ehtiyatların
hamısının və ya bir hissəsinin geri ödənilməsini gözləyirsə, ödəniş ayrıca aktiv kimi yalnız həmin ödəniş yəqin
olduğu təqdirdə uçota alınır. Ehtiyatlarla bağlı olan xərclər mənfəət və ya zərərdə hər hansı geri ödənişlər
çıxılmaqla təqdim olunur.
İstifadə edilməmiş məzuniyyət günləri
İstifadə edilməmiş məzuniyyət günləri üçün ehtiyat işçilər tərəfindən məzuniyyət günlərinin qazanıldığı
dövrdə tanınır.
Vergilər
Cari və əvvəlki dövrlər üzrə cari mənfəət vergisi aktivləri və öhdəlikləri vergi orqanlarından alınacağı və ya
onlara ödəniləcəyi gözlənilən məbləğdə ölçülür. Məbləği hesablamaq üçün hesabat tarixinə qədər Azərbaycan
Respublikasında qüvvəyə minmiş və ya faktiki olaraq qüvvəyə minmiş vergi dərəcələri və vergi qanunları
istifadə olunur.
Təxirə salınmış vergi aktivləri və öhdəlikləri öhdəlik metodundan istifadə etməklə müvəqqəti fərqlər üzrə
hesablanır. Təxirə salınmış mənfəət vergisi aktivlərin və öhdəliklərin vergi bazası və onların maliyyə
hesabatları məqsədləri üçün balans dəyərləri arasında bütün müvəqqəti fərqlər üzrə müəyyən edilir.
Təxirə salınmış mənfəət vergisi aktivləri bütün çıxılmalı müvəqqəti fərqlərin, sonrakı dövrə keçirilmiş istifadə
edilməmiş vergi aktivləri və istifadə edilməmiş vergi öhdəlikləri üçün tanınır. Təxirə salınmış
vergi aktivləri
bütün çıxılmalı müvəqqəti fərqlərin, sonrakı dövrə keçirilmiş istifadə edilməmiş vergi aktivləri və istifadə
edilməmiş vergi öhdəliklərinin istifadəsi ilə əlaqədar vergi tutulmalı mənfəətin mövcudluğunun mümkünlüyü
baxımından tanınır. Təxirə salınmış mənfəət vergisi aktivlərinin dəyəri hər maliyyə vəziyyəti haqqında hesabat
tarixində nəzərdən keçirilir və təxirə salınmış mənfəət vergisi aktivlərinin hamısının və ya bir hissəsinin
istifadə edilməsi üçün kifayət qədər vergiyə cəlb olunan mənfəətin mövcudluğu ehtimal edilmədiyi dərəcədə
azaldılır.
Təxirə salınmış mənfəət vergisi aktivləri və öhdəlikləri, hesabat tarixində qüvvədə olan və ya faktiki olaraq
qüvvədə olan vergi dərəcələri və vergi qanunları əsasında aktivlərin satıldığı
və ya öhdəliklərin yerinə
yetirildiyi ildə tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə ölçülür.
Bundan əlavə, Şirkətin fəaliyyəti ilə bağlı müxtəlif əməliyyat vergiləri tətbiq edilir. Bu vergilər ümumi və
inzibati xərclərin tərkibinə daxil edilir.