Ernst & young cis


Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)



Yüklə 361,99 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix14.09.2018
ölçüsü361,99 Kb.
#68243
1   2   3   4   5   6

 

 



Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı) 

 

Əmlak və avadanlıqlar 

 

Əmlak və avadanlıqlar, gündəlik xidmət xərcləri istisna olmaqla, yığılmış köhnəlməni və yığılmış 



dəyərsizləşmə zərərini çıxmaqla ilkin dəyəri ilə tanınır. Əvəzetmə və ya əsas texniki müayinə xərcləri çəkildiyi 

zaman və maddə ilə bağlı gələcək iqtisadi faydalar müəssisəyə daxil olması ehtimal ediləndə və maddənin 

dəyəri etibarlı ölçülə biləndə kapitallaşdırılır. 

 

Aktivin köhnəlməsi həmin aktiv istifadə üçün hazır və mövcud olanda başlayır. Köhnəlmə aktivlərin balans 



dəyərlərini ehtimal olunan istifadə müddətləri üzrə bərabər hissələrə bölünməklə hesablanır: 

 

 



İllər 

Bina və qurğular 

10 - 20 

Kompüterlər və ofis avadanlığı 

2 - 5 

Mebel və qurğular 



5 - 6 

Nəqliyyat vasitələri 

Digərlər 



2 - 10 

 

Aktivlərin qalıq dəyərləri, istifadə müddətləri və köhnəlmənin hesablanması metodlarına hər maliyyə ilinin 



sonunda yenidən baxılır və lazım olanda dəyişikliklər edilir. Balans dəyərinin qaytarılmayacağını göstərən 

hadisələr baş verdikdə dəyərsizləşmə baxımından təhlillər aparılır. Dəyərsizləşmə zərərləri mənfəət və ya 

zərərdə xərc kimi tanınır. 

 

Əmlak və avadanlıqlar silinəndə və ya onların istifadəsindən və silinməsindən gələcəkdə iqtisadi faydaların 



əldə edilməsi gözlənilməyəndə, onların tanınması dayandırılır. Aktivin uçotdan çıxarılmasından yaranan hər 

hansı gəlir və ya zərər (satışdan əldə edilən xalis daxilolmalar və aktivin balans dəyəri arasındakı fərq kimi 

hesablanır) mənfəət və ya zərərin tərkibində əks olunur. 

 

Təmir və rekonstruksiya xərcləri çəkildikcə xərclərə aid edilir və kapitallaşdırılmalı olduğu hallar istisna 



olmaqla, mənfəət və ya zərərdə “Ümumi və inzibati xərclər”ə daxil edilir. 

 

Qeyri-maddi aktivlər 

 

Qeyri-maddi aktivlər lisenziyalar, üzvlük haqları və kompüter proqramlarından ibarətdir. 



 

Ayrılıqda əldə edilmiş qeyri-maddi aktivlər ilkin tanınmada maya dəyəri ilə ölçülür. İlkin tanımadan sonra 

qeyri-maddi aktivlər yığılmış amortizasiyanı və yığılmış dəyərsizləşmə zərərlərini çıxmaqla maya dəyəri ilə 

uçota alınır. 

 

Qeyri-maddi aktivlərin istifadə müddətləri məhdud və ya qeyri-məhdud müddətlər kimi müəyyən edilir. 



 

Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlərə 10 ilədək olan istifadə müddəti boyunca amortizasiya 

hesablanır və həmin qeyri-maddi aktivlər üzrə mümkün dəyərsizləşmə əlamətləri mövcud olanda 

dəyərsizləşmə baxımından qiymətləndirmə aparılır. Məhdud istifadə müddəti olan qeyri-maddi aktiv üçün 

amortizasiya müddətinə və amortizasiya metoduna ən azı hər maliyyə ilinin sonunda yenidən baxılır. 

Gözlənilən faydalı istifadə müddəti və ya aktivin özündə təcəssüm etdirdiyi gələcək iqtisadi səmərənin 

gözlənilən əldə olunma strukturundakı dəyişikliklər, müvafiq olaraq, amortizasiya müddəti və ya metodunun 

dəyişdirilməsi yolu ilə hesabata alınır və uçot ehtimallarında dəyişikliklər kimi hesab olunur. Məhdud istifadə 

müddəti olan qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri mənfəət və ya zərərdə köhnəlmə və 

amortizasiya xərcləri kateqoriyasında əks olunur. 

 

Qeyri-məhdud istifadə müddəti olan qeyri-maddi aktivlər üzrə amortizasiya hesablanmır. Qeyri-məhdud 



istifadə müddəti olan qeyri-maddi aktivlərin istifadə müddəti hər il, qeyri-məhdud istifadə müddətinin 

qiymətləndirilməsinin əsaslılığını müəyyən etmək üçün aparılır. Artıq əsaslı olmayanda, qeyri-məhdud istifadə 

müddəti gələcək dövrlər üzrə məhdud istifadə müddəti ilə əvəz edilir. 

 

 




 

 

10 



Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı) 

 

Qeyri-maddi aktivlər (davamı) 

 

Qeyri-məhdud istifadə müddəti olan qeyri-maddi aktivlər hər il 31 dekabrda dəyərsizləşmə baxımından, fərdi 



şəkildə və ya pul vəsaitlərini yaradan vahid səviyyəsində (hansı daha münasibdirsə) və şəraitlər balans 

dəyərinin dəyərsizləşə biləcəyini göstərəndə yoxlanılır. 

 

Pensiya təminatı və işçilərə digər ödənişlər üzrə öhdəliklər 

 

Şirkət işə götürənin cari ödəmələrinin işçilərə ümumi əmək haqqı ödənişlərinin müəyyən faizi kimi 



hesablanmasını nəzərdə tutan Azərbaycan Respublikasının dövlət pensiya təminatı sistemindən əlavə hər 

hansı fərdi pensiya təminatı sisteminə malik deyildir. Bu xərclər müvafiq əmək haqqının aid olduğu hesabat 

dövründə əks etdirilir. Bundan əlavə, Şirkət əmək fəaliyyəti başa çatdıqdan sonra işçilərə ödənişlər aparmalı 

deyildir. 

 

Ehtiyatlar 

 

Ümumi 



 

Şirkət keçmiş hadisələr nəticəsində hüquqi və ya işgüzar praktikadan irəli gələn öhdəliklərə malik olduqda, bu 

öhdəliklərin yerinə yetirilməsi üçün iqtisadi resursların sərf olunmasının ehtimalı böyük olduqda və 

öhdəliklərin məbləği kifayət qədər dəqiq ehtimal edilə bildikdə ehtiyatlar uçota alınır. Şirkət ehtiyatların 

hamısının və ya bir hissəsinin geri ödənilməsini gözləyirsə, ödəniş ayrıca aktiv kimi yalnız həmin ödəniş yəqin 

olduğu təqdirdə uçota alınır. Ehtiyatlarla bağlı olan xərclər mənfəət və ya zərərdə hər hansı geri ödənişlər 

çıxılmaqla təqdim olunur.  

 

İstifadə edilməmiş məzuniyyət günləri 



 

İstifadə edilməmiş məzuniyyət günləri üçün ehtiyat işçilər tərəfindən məzuniyyət günlərinin qazanıldığı 

dövrdə tanınır.  

 

Vergilər 



 

Cari və əvvəlki dövrlər üzrə cari mənfəət vergisi aktivləri və öhdəlikləri vergi orqanlarından alınacağı və ya 

onlara ödəniləcəyi gözlənilən məbləğdə ölçülür. Məbləği hesablamaq üçün hesabat tarixinə qədər Azərbaycan 

Respublikasında qüvvəyə minmiş və ya faktiki olaraq qüvvəyə minmiş vergi dərəcələri və vergi qanunları 

istifadə olunur. 

 

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri öhdəlik metodundan istifadə etməklə müvəqqəti fərqlər üzrə 

hesablanır. Təxirə salınmış mənfəət vergisi aktivlərin və öhdəliklərin vergi bazası və onların maliyyə 

hesabatları məqsədləri üçün balans dəyərləri arasında bütün müvəqqəti fərqlər üzrə müəyyən edilir.  

 

Təxirə salınmış mənfəət vergisi aktivləri bütün çıxılmalı müvəqqəti fərqlərin, sonrakı dövrə keçirilmiş istifadə 



edilməmiş vergi aktivləri və istifadə edilməmiş vergi öhdəlikləri üçün tanınır. Təxirə salınmış vergi aktivləri 

bütün çıxılmalı müvəqqəti fərqlərin, sonrakı dövrə keçirilmiş istifadə edilməmiş vergi aktivləri və istifadə 

edilməmiş vergi öhdəliklərinin istifadəsi ilə əlaqədar vergi tutulmalı mənfəətin mövcudluğunun mümkünlüyü 

baxımından tanınır. Təxirə salınmış mənfəət vergisi aktivlərinin dəyəri hər maliyyə vəziyyəti haqqında hesabat 

tarixində nəzərdən keçirilir və təxirə salınmış mənfəət vergisi aktivlərinin hamısının və ya bir hissəsinin 

istifadə edilməsi üçün kifayət qədər vergiyə cəlb olunan mənfəətin mövcudluğu ehtimal edilmədiyi dərəcədə 

azaldılır. 

 

Təxirə salınmış mənfəət vergisi aktivləri və öhdəlikləri, hesabat tarixində qüvvədə olan və ya faktiki olaraq 



qüvvədə olan vergi dərəcələri və vergi qanunları əsasında aktivlərin satıldığı və ya öhdəliklərin yerinə 

yetirildiyi ildə tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə ölçülür. 

 

Bundan əlavə, Şirkətin fəaliyyəti ilə bağlı müxtəlif əməliyyat vergiləri tətbiq edilir. Bu vergilər ümumi və 



inzibati xərclərin tərkibinə daxil edilir. 

 

 




Yüklə 361,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə