Folklorşünaslığa giriş
25
dığını nəql etməkdədir”
26
.
Alman
əsilli Adam Oleari, türk Övliya Çələbi və baş-
qalarının səyahətnamələri də bir sıra məlumatların öyrə-
nilm
əsi istiqamətində dəyərli mənbə olaraq qalmaqdadır.
Bel
ə ki, XVII əsr səyyahı A.Oleari özünün də iştirak etdiyi
S
əfəvilər dövrü Şamaxıda keçirilən Novruz mərasimilə bağlı
m
əlumatlar vermişdir
27
.
Bundan
əlavə, həmin səyahətnamədə folklorşünaslq
üçün dig
ər maraqlı məlumatlar da yer almışdır. Belə ki,
A.Oleari 1698-ci uld
ə Dağıstan və Azərbaycandan keçib
İrana səyahət edərək, yenə həmin yolla geri dönərkən,
D
ərbənd yaxınlığında gördüyü “Qırxlar məzarlığı”ndan bəhs
ed
ərək yazır: “Burada biz daha iki müqəddəs müsəlmanın
türb
əsini ziyarət etdik. Bunlardan biri Pir Muxara (Pyhr
Muchar) aid olub ovalıqda, digəri isə İmam Qorqudun
(İmam Kurchud) dağ üzərindəki türbəsi idi. (Həzrəti)
M
əhəmmədin yaxın qohumlarından olub, hər zaman onun
ayaqları ucunda oturan, ondan dərs alan və peyğəmbərin
v
əfatından sonra guya 300 il daha yaşamış olan İmam
Qorqud özünü kral Qazanın xidmətinə vermişdi, ona qopuz
çalaraq h
ərbi türkülər söylərdi”
28
.
Qeyd etm
ək lazımdır ki, bir sıra folklor mətnləri məhz
26
Ahmet Caferoğlu. Azeri lehcesinde bazı moğol unsurları, “Azerbaycan
yurt bilgisi”, İstanbul: 1932, sayı 6-7, s. 216
27
Адам Олеарий. Подробное описание путешествия в Московию
и через Москоию в Персию. Москва: Императорского Общесество
Истории и Древностей Россий при Московском Университете,
s.549
28
Адам Олеарий. Путешествие по Adam Oliarius, Puteşestvie po
Moskoviyu i Persiyu, almancadan t
ərcümə edən: P.Barsov, Moskva:
1870, kitab 6, f
əsil IX, s.971
Almaz H
əsənqızı
26
ayrı-ayrı səyahətnamə, cüng və ya salnamələrə salındığına
gör
ə dövrümüzə qədər gəlib çatmışdır. Hətta bəzi folklor
janrları, məsələn, rəvayətlər daha çox yazılı mənbələrin içə-
risind
ə mühafizə olunmuşlar. Folklorun bu janrının özəl-
likl
ərilə bağlı professor İsrafil Abbaslı haqlı olaraq ya-
zır: “Xalq rəvayətlərindən istər ilkin orta əsrlərdə, istərsə də
sonrakı yüzilliklərdə Azərbaycanın bir sıra tarixçi, etnoqraf,
arxeoloq v
ə salnaməçiləri, həmçinin klassik şair və yazıçıları
tarixi qaynaq kimi faydalan
mışlar. Bu ədəbi-mədəni prosesin
özü onlarla xalq r
əvayətlərinin qorunmasına, onların əbə-
dil
əşdirilib dövrümüzə qədər gəlməsinə səbəb olmuşdur”
29
.
Eyni fikri son dövrl
ərdə ayrıca folklor janrı kimi tədqiq
edilm
əyə başlanan mənqəbələr (övliya kəramətləri ilə bağlı
yaranan
əhvalatlar) və memoratlar (xatirələr) haqqında da
dem
ək mümkündür.
Bundan
əlavə, nəzərə almaq lazımdır ki, Azərbaycan
folkloru örn
əkləri bir çox hallarda gürcü, erməni əlifbası ilə
müxt
əlif cüng və salnamələrə daxil edilmişdir. Məhz bu fakt
da onları folklorun qaynaqlarından biri kimi dəyərləndiril-
m
əsini tələb edir. Bu məsələ ilə bağlı İ.Abbaslı belə şərh
vermişdir: “Xalq danışıq dili – Azərbaycan türkcəsi geniş bir
ərazini – tarixi Azərbaycan torpaqları daxil olmaqla bütün
Qafqazı, Anadolunun əksər məntəqələrini (bu məkana İrak-
Türkmən folklor mühitini də əlavə etmək mümkündür)
çevrələmişdir. Onlarla mənəvi mədəniyyət abidələri – müx-
təlif əsrlərdə yazıya alınmış çoxsaylı cüng və əlyazmaları da
bunu təsdiq etməkdədir. Maddi-mənəvi irsi əbədiləşdirən bu
abidələr XVI yüzilliyin əlyazmalarından üzü bəri gürcü və
erməni əlifbaları ilə Azərbaycan türkcəsində yazıya alınmış
29
Az
ərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı: Elm, 2004, s.214
Folklorşünaslığa giriş
27
folklor örnəkləri də bu ədəbi-mədəni hadisənin tərkib hissəsi
kimi diqqəti cəlb etməkdədir”
30
.
B
əzən ayrı-ayrı şəxsi əlyazmalarda da folklor örnəkləri
mühafiz
ə edilmişdir. Məsələn, “Koroğlu”dan bəzi parçalar
Elias Muşeqin “Nəğmələr kitabı”na (1721) və ya Əndəlib
Qara
cadağinin “Şeirlər məcmuəsi”nə (1804) daxil edilmiş-
dir.
Burada bir m
əsələyə diqət yetirilməsini vacib hesab
edirik. Bel
ə ki, son illərə qədər diqqətdən kənar qalan qə-
birüstü abid
ələrdəki yazılar folklorun qaynağına çevrilə bilir.
Bunun
ən bariz nümunəsi “Orxon-Yenisey” abidələrində gö-
rürük. H
əmin mətnin içərisində on beş ata sözünün olduğu
bildirilm
əkdədir. Fikrimizcə, bütünlükdə qəbirüstü abidələr
üz
ərində olan yazılar ayrıca təhlilə cəlb edilməlidir.
T
əbii ki, texnikanın inkişafı ilə folklor qaynaqları sıra-
sına yeniləri əlavə olunmaqdadır. Buraya audio, video çəki-
lişləri, foto-şəkilləri, internet və s. əlavə etmək olar. Artıq
söyl
əyicinin bilgisi müəyyən vasitələrlə əbədiləşir, kitablar-
da n
əşr edilir və ya televiziya, radio, internet və sairənin kö-
m
əyilə geniş auditoriyaya çatdırılır. Beləliklə, həmin mate-
rial folklor araşdırıcılarının da tədqiqat obyektinə çevrilir.
30
İsrafil Abbaslı. “Koroğlu”: nə var, nə yox? Bakı: Elm və təhsil,
2013, s.4
Dostları ilə paylaş: |