1.
Məhsulun maya dəyəri yalnız əmək sərfi ilə ölçülürdü,
istehsal üçün lazım olan digər amillər; kapital və istehsal vasitələri
nəzərə alınmırdı.
2.
İşçi qüvvəsinin ölkə daxilində hərəkəti nəzərdə tutulsa da,
onun ölkələr arasında tam hərəkətsiz olduğu fərz olunurdu.
3.
Bu nəzəriyyədə istehsal xərclərinin sabit olması şərti əsas
götürülürdü və onun artıb-azalması (real vəziyyətdə) nəzərə
alınmırdı.
4.
Ümumiyyətlə,
klassik
nəzəriyyələr
də
əmək
məhsuldarlığının ölkələr arasında fərqli olduğunu nəzərdə tutur,
anama onun səbəbini izah etmirdi. Bu nəzəriyyələrdə həmçinin
müxtəlif ölkələrdə mextəlif istehsal şərtlərinin (iqlim, təbii sərvət,
işçi qüvvəsinin keyfiyyəti və s.) müxtəlifliyi, zövqün və
texnologiyaların daim dəyişməsi və xarici ticarətin gəlirlərin
yenidən bölüşdürülməsi üzərində təsiri nəzərə alınmırdı.
Lcontyev təzadı. Hekşer-Ohlin nəzəriyyəsinə görə, hər bir
ölkə nisbi üstünlüyə malik olduğu amildən intensiv istifadə etdiyi
malın istehsalı və ixracı üzrə ixtisaslaşmalı, nisbi üstünlüyə malik
olmadığı malı isə idxal etməlidir. Hekşer-Ohlin nəzəriyyəsi ölkənin
ixracında və idxalında bu və ya başqa əmtəələr yığımının
üstünlüyünün səbəbi bir başa izah edə bilmirdi. Rus mənşəli
Amerika iqtisadçısının V.Leontyev ABŞ- ın 1947, 1951 və 1967-ci
illərdə xarici ticarətini tədqiq edərkən göstərmişdir ki, bu ölkə
özünün nisbətən ucuz kapitalı və bahalı işçi qüvvəsilə beynəlxalq
ticarətdə Hekşer-Ohlin nəzəriyyəsinə görə inkişaf etmir. Bu ölkənin
ixracı deyil, idxalı kapital tutumılu olmuşdur. V.Leontyev təzadı
belə izah olunurdu; yüksək ixtisaslı Amerikanm işçi qüvvəsi öz
hazırlığında böyük kapital da tələb edir (yəni .Amerika kapitalı
istehsal güclərindən daha çox, insan resurslarına sərf olunur).
Amerikanın ixrac əmtəələrinin istehsalına böyük həcmdə idxal
olunan mineral xammallar sərf
152
olunur. Bu xammalların əldə edilməsinə çoxlu miqdarda ABŞ- dan
maliyyə vəsaitləri sərf olunur,
ABŞ kapital baxımından zəngin bir ölkə hesab olunur. Belə
olduqda Hekşer-Ohlin nəzəriyyəsinin şərtlərinə görə, bu ölkə kapital
tutumlu malları idxal etməlidir. Leontyevin faktiki məlumatlarına
əsaslanan təhlili isə bu müddəanın tam əksini üzə çıxartmışdır. Belə
ki, ABŞ əmək tutumlu mallan ixrac edir. Leontycv göstəraıişdir ki,
ABŞ-ın xarici ticarətinin mahiyyətini müəyyən edən mühüm amil
kimi bu ölkə hələ yuxarıda göstərilən dövrlərdən yüksək ixtisaslı
kadrlann hazırlanmasına başqa ölkələrlə müqayisədə daha çox
kapital qoyur və buna daha çox qayğı göstərir.
Rəqabət üstünlükləri nəzəriyyəsi. İstehsal amillərinin
səmərəli istifadə edilməsinə dair Amerika professoru Maykl Porter
özünün (1991-ci il) “Beynəlxalq rəqabət” kitabında rəqabət
üstünlükləri nəzəriyyəsini irəli sürmüşdür. O, bu kitabında 10
ölkədən 100 sahə və alt sahələri təhlili əsasında belə nəticəyə
gəlmişdir ki, bu sahələrdə fəaliyyət göstərən milli firmaların
beynəlxalq rəqabətdə üstünlüyü onlann bu ölkələrdə hansı makro
mühitdə fəaliyyət göstərməklərindən asılıdır. Makromühit isə
özlüyündə yalnız istehsal amilləri ilə deyil, daxili bazardakı tələblə,
yaxın və qarışıq sahələrin mövcudluğu, ölkədə menecmentin və
rəqabətin səviyyəsi, həmçinin hökumətin iqtisadi siyasəti və təsadüfi
hadisələrlə (müharibə, gölənilməz ixtira və s.) xarakterizə olunur.
Bu altı parametrin (Porterə görə, determinator birliyi), firmanın,
sahənin, nəticədə ölkənin beynəlxalq bazarda rəqabət üstünlüyünü
təmin edir.
Poıter beynəlxalq rəqabətə dair əsərlərində iri sənaye və
inkişaf etmiş ölkələrin müasir xarici ticarətinin inkişafını təmin edən
əsas 4 parametri müəyyən etmişdir;
- istehsal amilləri;
153
-
təlob şərtləri;
-
yaxın və xidmət edici sahələrin mövcudluğu;
-
firmanın strategiyası və rəqabət.
Beynəlxalq ticarətin digər nəzəriyyələrinin (və ya
beynəlxalq
ticarətin
alternativ
nəzəri^/yələri)
qısa
xarakteristikalarını aşağıdakı kimi qeyd etmək olar;
a)
istehsal miqyasının effekti nəzəriyyəsinin (inhisarçı
rəqabət əsasında beynəlxalq ticarət nəzəriyyəsi də adlanır) Amerika
iqtisadçısı Pol Kruqman irəli sürərək, eyni istehsal amillərinə malik
ölkələr arasında beynəlxalq ticarətin səbəbini izah etmişdir.
Monopolist rəqabət çərçivəsində istehsalın miqyası artdıqca, hər bir
məhsul vahidinin istehsal xərcləri aşağı düşür. Bu nəzəriyyənin
mahiyyəti odur ki, ölkə özü böyük daxili bazarları ilə o məhsulları
ixrac edəcəkdir ki, bu məhsullardan əldə edilən mənfəət iri miqyaslı
istehsaldan yaranan qənaətlə müəyyən olunsun.
b)
Xarici ticarət multiplikatoru-vuruğu nəzəriyyəsinə görə
ilkin ixrac sifarişləri ölkədə məhsul buraxılışının, uyğun olaraq bu
məhsul buraxılış sahələrində çalışan işçilərin əmək haqlarını da
artırır. Ancaq ixracın genişləndirilməsi həmişə əlverişli nəticəyə
gətirib çıxartmır.
c)
Ribçin teoremi. İqtisadiyyatda dəyişməz qiymətlər və
yalnız iki sektorun fəaliyyəti şərtində istehsal amillərinin birinin
artımı bu istehsal amilinin intensiv iştirak etdiyi məhsulun
buraxılışının artımına, başqa sektorda isə məhsul buraxılışının
azalmasına gətirib çıxarır. Bu teoremə görə məsələn; neft-qaz
sektorunun çox sürətlə inkişafı başqa sahələrin işini ləngidir və ya
əksinə.
d)
Məhsulun “həyat tsikli” nəzəriyyəsi (tətbiq, artım,
genişlənmə, eniş mərhələləri üzrə). Yeni məhsulun meydana
gəlməsi bir neçə mərhələni keçir: məhsulun meydana gəlməsi.
Dostları ilə paylaş: |