1
AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI
ELMİ-METODİKA ŞÖBƏSİ
( Xanımana Əlibəylinin 95 illik yubileyi ilə
əlaqədar )
Uşaq ədəbiyyatımızın “xanım anası”
Bakı - 2015
2
Tərtibçidən:
Əziz uşaqlar! Bu il sizlər üçün “Ulduzların nəğməsi”, “Mərcanqulu
əfsanəsi”, “Sənubərin gözləri” kitablarında maraqlı şeirlər, nəğmələr qoyub getmiş
sevimli şairimiz Xanımana Əlibəylinin 95 illik yubileyidir. O, həmçinin “Təzə il”,
“Günəş olaram məndə”, “Pişik” və bir çox uşaq nəğmələrinin də sözlərinin
müəllifidir. Uşaq yazıçısı olaraq şairin bu il 95 illik yubileyi keçirilir. Bu
münasibətlə keçirilən tədbirlərə kitabxanamızda qoşulacaq.
Ədəbi fəaliyyətə erkən yaşlarından başlayan Xanımana Əlibəylinin
şeirlərinin dili sadə, qafiyələri musiqili olduğundan bu şeirlər yaddaşlarda asan
həkk olunur. Şeirlərinə yazılmış mahnılarının isə uşaqlar tərəfindən daima
sevilərək oxunması şairin bu gün də unudulmamasından xəbər verir. Əsərləri
müxtəlif xalqların dillərinə tərcümə edilmiş şairəmizin yubileyi münasibətilə
hazırladığımız bu vəsaitdə bizim də məqsədimiz Xanımana Əlibəylini sizlərə daha
yaxından tanıtmaq, onun yaradıcılığında yer alan tapmacaları, şeirləri yenidən
sizlərə sevdirməkdir. Vəsait iki hissədən ibarət olub, Giriş hissə və Keçiriləcək
tədbirlər bölümünə ayrılır.
Girişdə şairənin həyat və yaradıcılığı haqqında məlumat verilir, əsərlərindən
söhbət açılır. II hissədə isə şairənin yubileyi ilə bağlı kitabxanada keçirilməsi
nəzərdə tutulan tədbirlər – təşkil olunacaq sərgilər, uşaqlara maraqlı olan
viktorinalar, sözlərinə yazılmış musiqilər haqqında, şairənin kitablarının elektron
təbliği üçün retro bazasından danışılır. Şairənin xatirəsinə hazırlanan ədəbi-bədii
gecədə isə Xanımana Əlibəyli haqqında sitatlar, qızı Gülər Abdullayevanın anası
haqqında xatirələri, “Gözəllər gözəli” pyesinə hazırlanmış səhnəcik, bədii
kompozisiyalar verilmişdir.
3
Haqqında:
Bakı kəndələrindən olan Keşlədə ziyalı ailəsində 1920-ci ildə anadan olan
Xanımana Əlibəyli, orta təhsilini Bakıda almış, hələ məktəbdə oxuyarkən həkim
olmaq arzusu ilə yaşamışdır. 16 yaşında ikən Xanımana Bakıda Tibb İnstitutuna
daxil olmuşdur. 1942-ci ildə institutu uğurla bitirən gənc həkim təyinatla
vətənimizin dilbər guşələrindən olan Masallıya göndərilmiş, orada Qızılavar kənd
tibb məntəqəsində fəaliyyətə başlamışdır. Azərbaycan Tibb Universitetinin
müalicə-profilaktika fakultəsini bitirdikdən sonra uşaq poliklinkalarının birində
çalışmışdır. Uşaqlara olan sevgisi və Azərbaycan Uşaq ədəbiyyatına marağı
nəticəsində sonrakı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya
fakultəsində təhsilini davam etdirmişdir. Tələbəlik illərində yazdığı “Ana” şeri onu
ədəbiyyata həvəsləndirmişdir. Kiçikhəcmli şeirlərindən ibarət “ Balaca həkim ”
adlı ilk şeir kitabı 1955-ci ildə çap edilmişdir. “ Çoxbilmiş çəpişlər ”, “ Dovşanın
ad günü”, “ Ləpələrin nağılı ”, “ Sənubərin gözləri ”, “ Məni günəşə at ” və b.
şeirlər kitabının da müəllifi olmuşdur. Xanımana Əlibəyli uşaqlar üçün yazılmış
yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir.
Müəllifin “ Cınquş ”, “ Dovşanın ad günü ”, “ Aycan ”, “ Gözəllər gözəli ”
pyesləri uzun müddət uşaqlar üçün gənc tamaşaçılar teatrının səhnəsini
bəzəmişdir. Tezliklə Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun filologiya
fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə
bitirmişdir
Əsərlərində vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, təbiət
gözəlliklərinə vurğunluq, ataya, anaya, müəllimə qardaş-bacıya ümumiyyətlə
böyüklərə hörmət və ehtiram, özündən kiçiklərə şəfqət və məhəbbət, kamil insan
üçün yaraşmayan eybəcər hallara nifrət, gücün birlikdə olması kimi insani
keyfiyyətləri tərənnüm edən X.Əlibəylinin bəzi əsərləri keçmiş SSRİ xalqlarının,
eləcə də çex və slovak dillərinə tərcümə edilmişdir.“
Xanımana ömrünün ixtiyar çağında 7 may 2007-ci ildə dünyasını dəyişmiş,
Bakı şəhərində dəfn edilmişdir. Filologiya elmləri doktoru, şair Rafiq Yusiflinin
yazdığı kimi, Xanımana "mələklərin qanadında Tanrı dərgahına uçmuşdur"
("Ədəbiyyat qəzeti", 11 may 2007-ci il).
“ Dovşanın ad günü ” “ Gözəllər gözəli ” poemaları onun ən populyar
poemalarından biri olub, məktəb yaşına çatmamış uşaqlar üçün nəzərdə tutulub.
Dovşanın ad günü poemasında yenicə təbiəti tanımağa başlayan uşaqlar üçün
müəllif çəpişi, quzunu, tülkünü, xoruzu, kirpini, meymunun əlamət və cizgilərini
çox ustalıqla tərənnüm etmişdir. Sənətkar heyvanlarin simasında dəyanət, bir-
birinə kömək, əl uzatmaq kimi keyfiyyətlərlə yanaşı, tülkünün obrazında
tamahkarlıq, oğurluq, xəyanətin də mövcudluğunu da göstərmişdir.
Dovşana bax, dovşana.
Bu gün nə tez oyandı?
O hoppana-hoppana
Pəncərədə dayandı.
Bax atlana-atlana
4
Əl qol açıb qurbağa,
Dərhal girib meydana
Başladı oynamağa.......
Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı
oxumuş, müəllimlərinin sevimlisi olmuşdur. Onlardan biri, sonralar görkəmli
yazıçı kimi tanınan Məhərrəm Əlizadə Xanımananın istedadını görüb onunla
məşğul olmuş, ilk şeirlərinin kütləvi informasiya vasitələrinə yol açmasına,
özəlliklə də balaca şairin Azərbaycan radiosu ilə çıxışlarına məsləhətçi və köməkçi
olmuşdur. Xanımananın ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa
başlamış, "Balaca həkim" adlı birinci kitabı isə 1955-ci ildə Uşaqgəncnəşr
tərəfindən 30.000 nüsxə tirajla çap olunmuşdur.
Bədii yaradıcılıq sahəsində yeni, ciddi uğurlar qazanan məhsuldar şairəmiz
1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın parlaq simalarından olan Mirvarid
Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv
qəbul edilmişdir.
Keçiriləcək tədbirlər:
Öz maraqlı şeirləri ilə körpə balalarımızı sevindirmiş şairimizin 95 illk
yubileyi şəhərimizin orta məktəblərində və kitabxanalarda yüksək səviyyədə qeyd
olunması nəzərdə tutulub. Uşaq kitabxanası olaraq F. Köçərli adına Respublika
Uşaq kitabxanasıda yubilyarın kitablarının təbliği, əsərlərinin oxuculara
çatdırılması üçün, yubiley sərgiləri, ucadan oxular, şairənin yazdığı tapmacalardan
ibarət viktorinalar, ədəbi-bədii gecələr, səhərciklərin keçirilməsi ilə zəngin
olacaqdır. Kiçikyaşlı məktəblilər üçün təşkil edilən proqramlarda ilk növbədə
Xanımana Əlibəylinin kitablarının təbliği üçün, kitab guşələri təşkil olunacaq.
Hazırlanmış proqramda uşaqları yazıçının əsərləri ilə tanış etmək üçün
tapmacalarından təşkil edilmiş viktorinalar, kiçikyaşlılar üçün şeir səhərcikləri,
sozlərinə yazılmış gözəl uşaq musiqiləri səsləndiriləcək.
Xanımana Əlibəylinin yaradıcılığında uşaqların zehni inkişafına kömək
edən tapmacalardan istifadə etməklə viktorinaların keçirilməsidə uşaqlar tərəfindən
maraqla qarşılanar. Təşkil olunmuş viktorinada kitabxanaçının söylədiyi
tapmacaların cavabını uşaqlar söyləyir. Sonda fəal iştirakçılar mükafatlandırılır.
Kimdir gəzir bu otağı? Saqqalı al rəng olur
Nə əli var, nə ayağı, Tükləri qəşəng olur
Mürəkkəbi töküb mizə, Oxuyur neçə dəfə
Görünməyir dəcəl gözə. Səs düşür hər tərəfə
Saçlarımı tutub yoldu, Əlbəttə artist deyil
Heç bilmədim necə oldu? Ancaq səsi pis deyil
Külək Xoruz
Hoppandı navalçaya, O çayın üstə yatır,
Axdı tuta, alçaya. Nə islanır, nə batır.
Yağış Körpü
5
O, hansı canlıdır heç səsi yoxdur, Başında var budağı
Quruya çıxmağa həvəsi yoxdur. Gəzir meşəni, dağı
Balıq Maral
Öz evciyini almış Günəş kimi girdədir
Gecə-gündüz dalına; Göydə deyil yerdədir
İstəyir yağsın yağış - Rəngi qızılı-sarı,
Kar etməyir halına Baxır günəşə sarı
İlbiz Günəbaxan
O, ağacda yaşayır, Bostanda şar kimidir,
Çoxlu fındıq daşıyır. Ağappaq qar kimidir.
Qoy qonaq gəlsin hər qış Üst-üstə geyib donu -
Ona dostu yoldaşı. Şaxta kəsməin onu.
Bilir hara nə yığmış - Kələm
Çox yaxşıdır yaddaşı
Dələ
Uşaqların sevimli yazıçısı olan Xanımana Əlibəyli onlar üçün gözəl şerlər,
tapmacalarla yanaşı şeirlərinə bəstələnmiş gözəl uşaq mahnıları ilə də onları
sevindirmişdir. Bunlardan:
Əks-səda (Söz: Xanımana Əlibəyli, musiqi: Hökümə Nəcəfova)
Armud (Söz: Xanımana Əlibəyli, musiqi: Şəfiqə Axundova)
Günəş olaram mən də (Söz: Xanımana Əlibəyli, mus: Hökümə Nəcəfova)
Qonaqlıq (Söz: Xanımana Əlibəyli, mus: Oqtay Zülfüqarov)
Günəş olaram mən də
söz:Xanımana Əlibəyli
mus:Hökümə Nəcəfovanı
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Qoy gətirim ləyəni,
Su tök, yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də.
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Lap istisində yayın
Qoy gətirim ləyəni,
Su tök, yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də.
6
Təzə il
Söz: Xanımana Əlibəyli,
Mus: Hökümə Nəcəfova.
Döşündə ağ qərənfil, Sən gələndə, təzə il,
Xoş gəlmisən, təzə il. Ağ gül açır elə bil;
Yolkamıza qar ələ, Yolkamıza qar ələ,
Gəl, oynayaq əl-ələ. Gəl, oynayaq əl-ələ.
Çöllərdə fırfıra tək
Hərlədir qarı külək.
Yolkamıza qar ələ,
Gəl, oynayaq əl-ələ.
Oxucularımıza Xanımana Əlibəylinin kitablarını yaxşı təbliğ etmək üçün aşağıdakı
sərgi formalarını verə bilərik. I sərgi forması yalnız Xanımana Əlibəylinin
kitablarının sərgisindən ibarət ola bilər.
7
“ Uşaq əədəbiyyatımızın “Xanım anası””, “Azərbaycan uşaq dramaturgiyasının
banisi ”, “ Xanımana Əlibəyli – 95 ”, “ Uşaqların sevimlisi ” və s. b başlıqlar ilə
təşkil etdiyimiz sərgidə yazıçının uşaq kitablarından götürülmüş illisturasiyalardan,
yazıçının şəkillərindən də istifadə edə bilərik. Həmin sərginin hazırlanmasında
istifadə edilən Xanımana Əlibəyli haqqında deyilən aşağıdakı sitatlari təqdim
edirik:
“Xanımana Əlibəyli Azərbaycan uşaq ədəbiyyatının klassiki və uşaq
dramaturgiyasının banisidir. ”
Xalq yazıçısı Anar
“Xanımna Əlibəyli Uşaq ədəbiyyatımızın “ xanım anası ” və Azərbaycan uşaq
poeziyasının banisidir.”
Alim, akademik Bəkir Nəbiyev
“ Fəхr edirəm ki, anamın şeirlərini bu gün də uşaqlar sevə-sevə oхuyurlar ”
“ O, hər gələn uşaqlarla yenidən doğulacaq, müstəqil Azərbaycanın yeni-yeni
körpə nəsilləri onun “ dovşanın ad günündə ” iştirak edəcək ”.
“ Professor, f. e. d. Gülər Abdullabəyova ”
Yazıçının kitablarının bir neçə nüsxəsi kitabxananın Qızıl fondu tərəfindən
mühafizə edilir. Qızıl fondda saxlanılan bu kitablardan, istifadəçilər kitabxananın
www.clb.az
saytında elektron variantda istifadə edə bilərlər.
8
Bu şeirlərlə uşaqlarda vətənə xalqa məhəbbət, insan əməyinə hörmət,
dostluqda dəyanət, xəyanətə nifrət kimi xüsusiyyətləri tərbiyə etmək olar
Kiçikyaşlı oxucular rəngarəng, maraqlı tədbirləri sevdiyi üçün Xanımana
yaradıcılığından bu nümunələrdən istifadə edib məktəblilərlə müxtəlif maraqlı
tədbirlər hazırlamaq olar. Bu hissləri onlara müxtəlif oyunlar, viktorinalar vasitəsi
ilə aşılaya bilərik. Çünki uşaqlar müxtəlif oyunlara maraqlıdırlar.
Onun maraqlı personajlardan ibarət “ Dovşanın ad günü ” poemasının ifadəli
oxusunu keçirmək məktəbyaşlılar üçün daha məqsədəuyğun olardı. Əlli ildən çox
bir vaxtda hələdə sevilərək oxunan bu əsərdə heyvanlar aləminin ən tipik
təmsilçiləri: çəpiş, quzu, xoruz, çaqqal, meymunun təsviri verilmişdir. Şairin
ustalıqla təsvir etdiyi bu obrazlr oxucuya insana xas olan müxtəlif xasiyyətləri açır.
Siçanın timsalında xeyirxaliq, yoldaşa kömək, tülkünün timsalında biclik,
canavarin timsalında isə acgözlük və s təsvir olunur.
Adətən kiçikyaşlı məktəblilər üçün hazırlanan proqramlar uşaqlar üçün
yorucu olmamalıdır. Bunu nəzərə alıb Xanımana Əlibəylinin yaradıcılığını
tanıtmaq üçün proqrama şairənin şeirlərindən hazırlanmış oyunlar, viktorinalar,
kiçik şeir müsabiqəsi daxil edirik. Bu oyunlardan “ Davamını sən de oyunu
zamanı şairənin qısa şeirlərindən bir neçəsini kitabxanaçı oxuyur. Davamını isə
oxucular söyləyir.
...............................(Ana dedi: - Oğlum Vüsal)
Bu gün nənənlə evdə qal,
Dərslərini hazırla sən.
Teatra gedirəm mən
Anasına dedi Vüsal:
-
Məni orda yadına sal
Qurdun evdə bir özü,
Bir də qoca atası var.
Düz çölə baxır gözü
................................. (Yəqin bir xatası var)
Aya baxın uzaqdan
Elə bil ki, (Yemişdi)
Qoy dərim onu tağdan
İriləşib dəymişdir.
Gözəl yazıçımız əsərlərində vətənə məhəbət, insan əməyinə və istedadına ehtiram,
ataya, anaya, müəllimə ümmumiyətlə böyüklərə hörmətə çox geniş yer ayırmışdır.
Xanımana Əlibəyli yaradıcılığını uşaqlara yaxından tanıtmaq üçün“Uşaqların
sevimlisi ” başlığı altinda şeir gecəsi keçirə bilərik. Kitabxanaçı uşaqlara şairənin
həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra, şeirləri və şeirlərinə
yazılmış musiqilər səsləndirilir.
Şifahi ədəbiyyatımızın təbliğinin təsirli formalarından biri də, sual-cavab
gecələridir. Sual-cavab gecələrinin keçiriləcəyi yerə müəllifin kitablarından ibarət
9
sərgi hazırlanır. Kitabxanaçı uşaqlara müəllif haqqında məlumat verib, ən çox
oxunan əsərlərindən parçalar oxuyub təhlilini verir. Sual-cavab gecələrində uşaqlar
maraqlı olan sualların cavabını kitabxanaçı ilə birgə tapırlar. Həmçinin Xanımana
Əlibəyli haqqında uşaqların nə dərəcədə bilikli olduqlarını öyrənmək üçün, yazıçı
haqqında hazırladığımız sualları onlara təqdim edə bilərik.
1.Uşaq yazıçısı kimi tanıdığımız Xanımana Əlibəyli ixtisasca kim olub?
a) müəllim
b) həkim
2. Yazıçının ilk şeirlər kitabı hansı olub?
a) Balaca həkim
b) Cinquş
c) Dovşanın ad günü
3. Xanımana Əlibəyli tanıdığınız hansı uşaq jurnalının baş redaktoru olmuşdur.?
a) Pioner
b) Bala dili
c) Göyərçin
4. “ Dovşanın ad günü ” hansı motivlər üzərində qurulmuşdur?
a) heyvanlar və onların oyuncaq variantı
b) dovşanın heyvanları başına yiğıb ad günü etməsindən
c) Ağaclar və bitkilər
5. Xanımana Əlibəyli hansı əsərinə görə Respublikanın dövlət mükafatına
layiq görülmüşdür?
a) Nişanlı quş
b) Gözəllər gözəli
c) Cunquş
6.Yazıçının hansı əsəri Azərbaycan Dövlət teatrı tərəfindən tamaşaya
qoyulmuşdur?
a) Cunquş
b) Gözəllər gözəli
c) Kənd həkimi
7. Yazıçının “ Cunquş ” əsərində hansı insani keyfiyyətlər təcəssüm
edilir?
a) düzgünlük
b) yaxşılıq və pislik
c) oğurluq
8.Yaziçinin “ Nişanlı quş ” pyesində hansı obrazlar verilib?
a) palıd, külək, çay
b) bayquş, ağacdələn, sərçə
c) palıd, cüyür, pişik
10
9. Nişanlı quş pyesində Qoca palıdı xəstəlikdən xilas edən ağacdələnə
meşədə hansı ad verilir?
a) meşə həkimi
b) tıq-tıq-tıq
c) ağacdələn
10. Xanımana Əlibəylinin sözlərinə yazılmış hansı mahnılar tanıyırsız?
___________________________________________________
Kitab müzakirəsi:
Bilirik ki, kitabxanada təşkil edilən kitab müzakirələri, oxucu fəallığının
artmasında xüsusi rol oynayır. Kitab müzakirələri zamanı bədii əsərlərin düzgün
seçilməsinə xüsusi fikir verilməlidir. Seçilən əsərlər oxucuların sərbəst fikir
bacarığı yürütmək qabiliyyətlərinin yaranması, həyata baxışın düzgün yaranmasına
bədii-estetik zövqün formalaşmasına müsbət təsir göstərdiyindən müzakirələr də
oxucular tərəfindən xüsusi maraqla qarşılanır. Xanımana Əlibəyli yaradıcılığnda
dostluğa sədaqət, vətənpərvərlik, mərdlik kimi insana xas müsbət keyfiyyətlər əsas
götürülür. Bu baxımdan Xanımana Əlibəyli yaradıcılığı daha maraqlı nümunələrlə
zəngindir. İki pərdəli “ Nişanlı quş ” pyesi bu yöndən maarifçi bir əsərdir. Əsərdə
meşələrin sultanı Palıdın mövqeyi belə izah edilir:
Əsərin çox sadə bir süjet xətti var: meşələrin qüdrətli Qoca Palıdının yarpaqları
qurumağa başlayıb. Ona kim kömək edə bilər? Pyesdə meşə üçün xarakterik olan
Külək, Çay, Bayquş, Ağacdələn, Cüyür, Sərçə kimi obrazlar yer alıblar.
Axşam oldu, yuxusu var çiçəklərin,
Alabəzək böcəklərin.
Axşam oldu, mürgüləyir ağaclar da,
Meşələr də, yamaclar da.
Bir Palıddır səhərəcən oyaq qalan,
Dərin-dərin fikrə dalan.
Buradakı fikirlər sətiraltı məna kimi də xarakterizə edilə bilər: “Bir Palıddır
səhərəcən oyaq qalan”. Yəni ailənin başçısı daim oyaqdır, oyaq qalmalıdır. Amma
onun quruması əsil fəlakətdir və meşədə bu çətin işin qarşısı alınmalıdır. Burada
Bayquş “gecələrin hakimi” adlandırılır. Ağacdələn isə “meşə həkimi”dir. O, Palıdı
“müalicə edir” və Palıd yarpağından hazırlanmış “nişan” alır ki, bu da ən böyük
“meşə təltifi”dir.
Bu əsərdə çox maraqlı obrazlardan biri də, Külək və Çay obrazlarıdır. Pyesdə hər
obrazın vəzifəsi də yaxşıca izah olunur.
Külək: “Gedirəm, işləsin yel dəyirmanı”.
Çay: “Mən axıram göy tarlalar boyunca, Əkinçilər sudan içsin doyunca”.
Kitabxanada vətənpərvərlik mövzusu vaxtaşırı müzakirə edilir. Şairənin
“Sevimli şəhid babam” poemasında uzun illər boyu çörəyini yeyib suyunu içdikləri
Azərbaycanda ermənilərin azərbaycanlılara nifrətindən bəhs edən epizodlar çox
təsirlidir. Bu əsərin də, uşaqlarla müzakirəsi maraqlı keçərdi.
11
Xanımana Əlibəyli ixtisasca həkim olsa da, uşaqlara olan sevgisi onu şair etmişdir.
O öz misralarında bunu belə ifadə edir:
Sanki Allah bir qarlı qış
Mənə şeir verdi bəxşiş.
O, qışımı yaz eylədi,
Bəxtimi bəyaz eylədi.
“Balaca həkim” adlı ilk kitabı
X.Əlibəylinin ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, “
Balaca həkim ” adlı birinci kitabı isə 1955-ci ildə “ Uşaqgəncnəşr ” tərəfindən 30
min nüsxə tirajla çap olunmuşdur. Azərbaycan Yazıçılar Ittifaqının üzvü kimi
X.Əlibəyli bütövlükdə həyatını uşaq ədəbiyyatına həsr etmişdir. Onun indiyə qədər
30-dan çox kitabı, 10-a yaxın uşaq pyesi nəşr edilib. Onlardan “Cunquş”, “Aycan”,
“Dovşanın ad günü”, “Ləpələrin nağılı”, “Gözəllər gözəli” və başqa əsərləri kiçik
oxucular tərəfindən rəğbətlə qarşılanıb.
X.Əlibəyli 1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın görkəmli
nümayəndələrindən olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri
ilə SSRI Yazıçılar Ittifaqına da üzv qəbul edilmişdir.
Xanımana Əlibəylinin sənəti həmişə diqqət mərkəzində olmuş, yüksək
qiymətləndirilmişdir. “Aycan” pyesinin uğurlu tamaşası münasibətilə yaradıcı
heyətin üzvləri rejissor Ulduz Rəfili, bəstəkar Şəfiqə Axundova və baletmeyster
Nailə Nəzirova ilə birlikdə Xanımana da Azərbaycan SSR-in Dövlət mükafatına
layiq görülmüşdür. 1991-ci ildə şairəyə əməkdar incəsənət xadimi adı verilmişdir.
1998-ci ildə Xanımana “Ilin qadını” adına layiq görülmüşdür.
X.Əlibəyli “Aman ovçu”, “Ağ çəmən”, “Ulduzların qucağında”, “Bir yay səhəri”,
“Çoxbilmiş çəpişlər”, “Məni günəşə at!”, “Meşə həkimi”, “Sevimli şəhid babam”
və digər qiymətli poemaların da müəllifidir.
Sevimli yazıçımız öz yaradıcılığında XX əsrin sonlarından davam edən
Qarabağ dərdindən də yan keçməmişdir. Uşaq ədəbiyyatımızın sevimli
nümayəndəsi olan Xanımana Əlibəylinin “Sevimli şəhid babam” poemasında
uzun illər boyu çörəyini yeyib suyunu içdikləri Azərbaycana “dost” deyib
arxada xəyanət etdikləri azərbaycanlılara erməni nifrətindən bəhs edən
epizodlar çox təsirlidir.
Uşaqlar deyin görək yazıçımızın “Cunquş” əsərini oxumusunuzmu? Bilirsinizmi
bu əsər Şairənin yaradıcılığında ona xüsusi uğur gətirən əsərlərdəndir.
Teatrlarımızda müvəfəqiyyətlə tamaşaya qoyulan bu əsərin tamaşasına bəlkə də
getmisiniz. Bu əsər hələ müəllifin vaxtinda dövlət mükafatına layiq görülmüşdür.
Əsərdə sevimli yazıçımız əsərlərinin çoxunda olduğu kimi yaxşı insan, ideal bəşər
övladı xarakterinin təcəssümünü yaratmışdır . Bütün hadisələr Cunquşla Yeltayın
ziddiyətli münasibətləri ətrafında cərəyan edir. Cunquş müsbət bir insan obrazı
olaraq heç bir muzd almadan, heç bir şəxsi mənafe güdmədən ehtiyacı olanlara
kömək edən bir insandır. Məsələn Vəli babanın bağını hər səhər alaqdan
təmizləyir, suvarır, qıçını sındırmış keçisinin qıçını sarıyır. Amma heç vaxt
xeyirxah əməllərindən danışmır. Vəli baba heç bilmir ki, o yuxudan qalxmamış bu
işləri gəlib görən kimdir.
12
Cunquşun tam əksinə olaraq isə Yeltay isə bu əməllərdən uzaq biridir.
Həmişə Gözü onun bunun əlində, cibindədir. Kimsə ondan kömək istəsə birinci
sözü bu olur ki, əvəzində nə verəcəksən?
Əsəri oxuduqdan sonra belə nəticəyə gəlirik ki, Cunquş kimi xeyirxah
insanları qorumaq, onlarla dost olmaq, onların əməllərindən dərs almaq lazımdır.
Xanımananın Yeltay adı verdiyi mənfi qəhrəman isə adına uyğun olaraq
yelbeyin olur. Belə insanlar həyatda istədikləri çox şeyə nail ola bilmirlər.
Yazıçının “ Balaca həkim ” adlı poeması da sevə-sevə oxuduğumuz
əsərlərdəndir. Uşaqlara həkimlik sənətinin sevdirməkdə bu əsərin böyük rolu
olmuşdur. Əsərdə balaca qızcığaz hamısı birdən xəstələnən kuklalarının həkimidir.
O gözünü açanda həmişə həkim qayğısı görmüşdü. Anası bütün xəstələrinə öz
ovladı kimi şəfa verirdi. İndidə əziz dostları-kuklalarının xəstələndiyini görəndə
böyük canfəşanlıqla onlara yardım etməyə başlayır.
Bu da çox maraqlıdır ki, ömrünün qürub çağı çap etdirdiyi bir şerində
Xanımana öz poetik irsinin taleyi ilə ilgili Allaha müraciət edir. Əvvəlcə şairlik
istedadını ona əta etdiyi üçün Yaradana şükranlıq və minnətdarlığını bildirən şair
sonra əsərlərinin uzunömürlülüyü, gələcəkdə də millət balalarının karına gəlməsi
üçün yenə Allahın dərgahına üz tutur, məhz ondan kömək umur, bu münasibətlə
yazdığı şerini də onun şərəfinə " Yalvardım Allaha " adlandırır:
Sanki Allah
bir qarlı qış
Mənə şeir verdi baxşış.
O qışımı yaz eylədi,
Bəxtimi bəyaz eylədi.
Allah onu etdi ətir, ?
Səpdi aylara, illərə.
Yalvardım: Allahım, yetir
Şerimi nəsillərə.
X.Əlibəylinin “ Cunquş ” adlı əsəri vaxtilə respublikanın dövlət mükafatına layiq
görülmüşdü. Çox maraqlı faktdır ki, Kukla Teatrı 1980-ci ildə Hindistanda qastrol
səfərində olarkən Dehli və Bombey şəhərlərində iki əsərin tamaşası ilə çıxış
etmişdi: Dahi Ü.Hacıbəyovun “ Məşədi Ibad ” komediyası və X.Əlibəylinin “
Cunquş ” pyesi. Hər iki tamaşa böyük rəğbətlə qarşılanmışdı. Bu barədə Bakı
qəzetlərindən birində verilmiş yazının başlığı belə idi: “ Xeyirxahlıq mücəssəməsi
Cunquşu Hindistanda da sevdilər! ”
Uşaq kitabxanalarında yubilyar şair və yazıçılar haqqında keçirilən
tədbirlərdən biridə onların şeirlərinin ucadan oxusudur. Şeirlərin ucadan oxusu
uşaqların yaddaşını möhkəmləndirir, hiss etmək, duymaq qabiliyyətinin, məntiqi
təfəkkürünun inkişafına kömək edir. Kitabxananın nağıl otağında Xanımana
Əlibəylinin “ Bir bina ”, “ Nənəyə hədiyyə ”, “ Qurbağa ” şeirlərinin ucadan
oxusunu təşkil edə bilərik. Sadə dildə yazılmış bu şeirləri dinləyərkən uşaqlar
məntiqi nəticəni sonda özləri çixarir.
13
Bir bina Qurbağa
Məktəblə yan-yanadır, Bir qurbağa tir-tir əsdi
O xoş gəlir hər kəsə. Bədənini soyuq kəsdi
İndi kitabxanadır, İndi gölün dibindədir,
Keçmişdəsə mədrəsə... Bax əlləri cibindədir.
Günbəzinə nur saçıb
Parıldayır o bina
Ulduzlara yol açıb
Orada İbn Sina.
2010-cu ildə keçirilməsi nəzərdə tutlan Xanımana Əlibəylinin anadan olmasının 90
illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2008-ci ildə
onun əsərləri iki cilddə nəşr olunmuşdur.
Kitabın tərtibçisi şairənin qızı, professor Gülər Abdullabəyovadır. Akademik Bəkir
Nəbiyev nəşrə “Uşaq ədəbiyyatımızın Xanım anası” adlı ön söz yazıb.
Ikicildliyin birinci cildi şairənin poema və şeirlərindən ibarətdir. Bu poemalardan
bəziləri isə sonradan drama çevrilib, məsələn, “Dovşanın ad günü” əsəri kimi.
Ikinci cilddə ədibin yeddi pyesi toplanıb. Əsərlərin adları da uşaq təfəkkürünə
uyğundur: “Dovşanın ad günü”, “Aycan”, “Gözəllər gözəli”, “Kənd həkimi”,
“Cunquş”, “Ləpələrin nağılı”, “Nişanlı quş”.
Xanımana Əlibəyli 7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakıda dəfn edilmişdir.
Ədəbi bədii gecə
I aparıcı: Əziz uşaqlar, hörmətli qonaqlar. Bu gün bura Azərbaycan
uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, uşaqların sevimli
şairi, nəğmələri dillər əzbəri olan Xanımana Əlibəylini
xatırlamaq üçün yığışmışıq. Axı onun bu il 95 illik yubileyi
qeyd olunur.
II aparıcı: Xanımana Əlibəyli bədii yaradıcılığa həkim işlədiyi vaxtlarda
başlamışdır. Ədəbiyyata sevgisi hədsiz olduğundan işləyə-işləyədə
kitablardan ayrılmamışdır. Hər zaman uşaq ədəbiyyatının mütaliəsi ilə
məşğul olmuşdur.
Çünki uşaq dünyasının qayğıları bütövlükdə ədəbiyyatımızla
yanaşı səhiyyəmizin də problemi olub bir həkim kimi onu çox
narahat edirdi.
Əslində sağlamlıq, deyəndə gözümüzün önünə elə uşaqlar gəlir.Bu
meyara əsasən də şairənin yaradıcılığına nəzər salanda məhz onun
uşaqlar üçün nə qədər narahat olduğunu görürük. Elə yazdığı bu
misralar da bunu təsdiqləyir.
Sanki Allah bir qarlı qış
Mənə şeir verdi bəxşiş.
O qışımı yaz eylədi,
14
Bəxtimi bəyaz eylədi.
Allah onu etdi ətir,
Səpdi aylara illərə.
Yalvardım Allahım yetir,
Şeirimi nəsillərə.
I aparıcı: Bu misralar hələ 16 yaşında ikən Tibb İnstitutuna daxil olmuş
Xanımana Əlibəyliyə məxsusdur. Digər şeirlərinin birində isə, kuklaları
xəstələnmiş qızcığazın həvəslə onları müalicə etməsi həvəsi, qızcığazın
anasının xəstələnəndə ona göstərdiyi qayğı və şəfqətin nəticəsidir.
Sağ qoluma bağladım
Tez aypara nişanı.
Yavaşca qucaqladım
Atı, fili, dovşanı –
Qoydum divanın üstə.
Uzandı çoxlu xəstə:
Keçi, dəvə, qaz, toyuq...
Çoxuna dəyib soyuq.
II aparıcı: Peşəkar uşaq ədəbiyyatının banisi Abdulla Şaiqdən sonra Xanımana
Əlibəylinin də Azərbaycan uşaq ədəbiyyatında xüsusi yeri vardır. Bir
uşaq şairəsi kimi Xanmananın üstünlüyü ondadır ki, böyüklər üçün adi
həyat tərzinə çevrilmiş hadisələri Xanımana, uşaqların dilinə
çevirərək anlaşıqlı sadə şəkldə qələmə almışdır. O, oxucularına
həyatda qarşıya çıxan problemləri uşaq dili ilə həll etmək yolunu
göstərir.
Şairin qızı, f.e.d. Gülər xanım Abdullabəyova anasının
yaradıcılığını belə danışır: “Anam tək uşaq şeirləri yox, sevgi
şeirləri də yazırdı. Onun atama həsr etdiyi məhəbbət şeirləri
olduqca maraqlı və gözəl idi. Düşünürəm ki, anam lirik şeirlər
yazan şairə ola bilərdi. Amma o məhz uşaq ədəbiyyatını seçdi.
Uşaq ədəbiyyatında olan boşluq onu çox narahat edirdi. Istəmirdi
ki, o, təkcə uşaq şairəsi kimi tanınsın. Şeirlər yaza-yaza həm də
uşaq həkimi vəzifəsində çalışırdı. Çünki uşaqlara olan sevgisi
sonsuz idi. Lakin 45-50 yaşlarında təqaüdə çıxaraq sırf poeziya ilə
məşğul olmağa başladı. Daha həkim işləmədi. Bəlkə də sənətini
həddindən artıq sevdiyindən irəli gəlirdi ki, o, səhhətində
problem olsa da, yaradıcılığına fasilə vermirdi. Anam 85 yaşında
dünyasını dəyişdi. Bu gün anam həyatda olmasa da unudulmur,
xalqının, onu sevən azyaşlıların, sənət yoldaşlarının qəlbində
əbədi yaşayır ”.
X.Əlibəylinin poemaları Azərbaycan təbiətinin təsvirləri ilə zəngin
olan bir tablo kimi canlanır qarşımızda. “ Meşə həkimi ” poeması buna
bir sübutdur.
Salıb meşəyə haray
15
Axır gümüş rəngli çay,
Bir tərəfdə diz çöküb
Söyüd çaydan içir su,
Hörüklərini töküb
Çimir, qaçır yuxusu.
“Gözəllər gözəli” pyesindən bir parça
Günəş çıxıb. Alma günəşin şəfəqlərində yuyuna-yuyuna şən bir nəğmə oxuyur
Meyvəqurdu Alma, nədir tutmusan
Birdəfəlik kəsərəm
Günəşin qabağını?
Bu bağdan ayağını.
Alma: Meyvəqurdu, məni
Gətirmə zara,
Günəş mənimkidir
Çəkil kənara.
Günəşdən mən
Almalıyam işığı,
Bil ki, mənəm
Bağların yaraşığı
Bu dünyaya ən ləzzətli,
Payam mən,
Özüdə günəşə,
Aya tayam mən
(Meyvəqurdu öz –özünə deyinərək gözdən itir)
Yerlərin ayına bax...
Günəşin tayına bax...
Alça almanın özünü tərifləməsini eşidib deyir:
Meyvəqurdu düz deyir.
Mən lap məətəl qaldım
Eşidəndə sözünü.
Ay alma, boş yerə sən
Təriflədin özünü.
Atan “Al” yox
Alma qoyub adını.
Almasınlar,
Bilməsinlər dadını.
Heç alma dünyada
Alçaya çatmaz.
( bunu eşidən heyva budaqdan başını qaldırır)
Alça, tərifnamən
Həddini aşdı.
Səndəki turşudan
Dişim qamaşdı.
16
Mən Heyvayam,
Xoşlayırlar ətrimi.
İnsanlar hamıdan çox
İstəyirlər xətrimi.
( Bu tərifnaməni eşidən əncir:)
Heyva, danışdığın
Boş qalmaqaldır.
Mən Əncirəm
Dadım elə bil baldır.
Əncirin çox xeyri var
Oxşayıram o,
Saralan armuda.
Armud: Bir buna bax, özünü
Mənə tay etdi bu da.
Məclislərdə hamının
Ürəyinə yatıram
Mən bütün xəstələrin
İmdadına çatıram.
(Bu an meyvəqurdu kənardan durub acı-acı baxır. Al rəngli nar gəlir)
Armud,söylə sənə
Nə ehtiyac var?
O mənəm, xəstəyə
Məndə əlac var.
(Meyvəqurdu yenə öz-özünə kənardan baxıb deyinir: Heç onu yoxdur
dərən, Danışır çərən-pərən )
Nəhayət bu söhbətdən sonra meyvələr belə qərara gəlirlər ki, sabah müsabiqə
təşkil olunsun, bilinsin ki, hansı meyvə daha yeməlidir) Bunu eşidən
meyvəqurdu sevinərək aranı qarışdırmağa hazırlaşır.
Meyvəqurdu: Meyvələr lovğadır çox,
Heç birində dostluq yox.
Danışdı hamı boş-boş,
Heç kəsə gəlmədi xoş.
Burda nə ki meyvə var,
Bir günə qırmaq olar.
(Meyvəqurdu sağa-sola boylanır, alma olan budağa yaxınlaşır)
Salam, ay qızıl alma salam
Sənə vardır vacib sözüm.
Dünən axşam Narın özü,
Sənə yaman tələ qurdu
Nar möhkəm tapşırdı mənə,
Bir bərk ziyan vurum sənə.
Alma: Sən ziyan vurasan mənə?
M.q: İnan, əl vurmaram sənə.
Meyvəqurdu aranı çaxnaşdırmaq üçün sevincək narın yanına gəlir:
17
Salam sənə Gülövşə nar,
Qarşında bir, təhlükə var.
Almadır sənin qəddar düşmənin.
Nar: Sağ ol, xəbər verdin mənə.
Meyvəqurdu öz-özünə:
Saldıq sizi rəqabətə
Düşəcəksiz fəlakətə
Meyvəqurdu həşəratları çağırıb tapşırıq verir:
Xəbər tutdum olacaq
Sabah meyvə bayramı
Meyvələr yarışacaq
O saat bağa aşın
Meyvələrə daraşın
Alça və Heyva göylərdə Meyvəqurdunun kölgəsini görüb:
Göylərə bax ay Alça,
Uçur mavi bir xalça.
Heyva: Yox dağlara çöküb duman.
Düşmənlərdir o çox güman
(meyvəqurdunun kələyindən xəbəri olan əncir Nara yaxınlaşıb qulağına)
Əncir: Ey Nar, bir qulaq as mənə,
Bir pis xəbər verim sənə.
Həşərat istəyir Cuma
Üstümüzə hücuma.
Nar: Qorxma, kəsib yollarını,
Bağlayarıq qollarını.
(Meyvəqurdu gözdən itir. Alma sabahkı bayramda üstünlük qazanmaq üçün
çalışır., əynindəki zərli donuna sığal vurub hərlənir.)
Alma: Eh, narın başında
Sınıq bir tac var.
Mənimsə suyumda
Min bir əlac var.
Ay göndərib mənə
Bu gözəl donu.
Sabahki bayramda
Geyinim onu.
Hamıdan qiymətli
Bir inci olum.
Meyvələr içində
Birinci olum.
Məclisə saat onda
Yola düşüm faytonda.
Heyva Almaya tənə ilə:
Heyva: Tərifə tutmusan yenə özünü,
Alma, saxla sabah söylə sözünü
18
Telləri töküb belə,
Çox da lovğalanma elə.
O gün, mənə sən demisən daş Heyva.
Sabah isə deyəcəksən baş Heyva.
Səhnədən hamı gedir. Yenidən Almanın nəğməsi esidilir. Nəğmə oxuya –oxuya
yarışmaya tələsir.
Almanin nəğməsi: Uzanır yol boyu alma ağacı
Almalardır hər azarın əlacı
O, göylərdə sovqat gedir hər yana,
Bir nemətdir, həyat verir insana.
Almanın nəğməsindən qəzəblənən meyvəqurdu:
Qoy oxusun şirin sözlər
Bir-birinə calansın
Fayton aşsın, qızıl Alma
Xəndəyə yumbalansın
Almanın getdiyi fayton meyvəqurdunun diyirlədiyi daşa çırpılıb yerə dağılır. Alma
yenidən durub yoluna davam edir.Uzaqdan narın gözəl nəğməsi eşidilir.
Nar nəğməsi:
Gözəl meyvə var- var
Onun adı nar-nar
Səhnədə narın nəğməsinə hamı heyran qalır.
Mənim adım Nar-Nar,
Dadlı barım var-var
Mənim adım Nar-Nar,
Meyxoş meyvəm var-var
Payız fəsli gələndə,
Mən verirəm bar-bar.
Bunu eşidən Meyvəqurdu Nara söz atır.
Meyvəqurdu toxunsa,
Ağlayarsan zar- zar.
Bu sözdən sonra münsiflər heyəti olan Şaftalı Ərik Narı qovub Almanı çağırırlar
səhnəyə. Alma nəğməsini söyləyir, rəqs edir:
Mən durna kimi süzüm,
Düşmən ürəyini üzüm.
Şaftalı və Ərik Almaya yüksək qiymət verirlər. Bunu görən Nar deyinir:
( Nar , Heyva paxıllıqla Almanın rəqsinə tamaşa edirlər.
Meyvəqurduların tələsindən xəbəri olan Əncir tövşiyə-tövşiyə məclisə
girərək yoldaşlarını xəbərdar etməyə tələsir.)
Əncir: Ay meyvələr,
Gəldim xəbər verim mən,
Aldatdı sizi düşmən.
Yaramaz Meyvəqurdu
Sizə bir tələ qurdu.
19
Meyvələr,qalmayın tək
Gəlin, gəlin birləşək!
Qoruyaq bir-birimizi.
Düşmən məhv etməsin bizi!
I aparıcı: Xanımana Əlibəylinin poemaları uşaqlar üçün bir ibratəmaiz
nümunə olub, uşaqlara ibrət verir onlara yol göstərir,
tərbiyələndirir. Onun “ Məni günəşə at ” kitabında toplanmış “
Məni günəşə at ” , “ Çoxbilmiş çəpişlər ”,“ Anamın nəğməsi ”,
“ Aman ovçu ”, “ Mərcanqulu qalası ”, nağıl və əfsanələrdən
toplanmış motivlər əsasında, “ Ulduzların qucağı ”, “ Bir yaz
səhəri ”, poemaları isə müasir həyat hadisələri mövzusunda
qələmə alınmışdır.
II aparıcı: Bu əsərlərin hər birində müəllif ağıllı tədbirli olmağı təlqin edir.
Ağıllı çəpişlərin vaxtında tədbir görməsi nəticəsində Qurd
ocaqda yanır. Əziz uşaqlar bununla Xanımana Əlibəyli demək
istəyir ki, düşmən nə qədər güclü olsa da, ağlın gücü ilə onu
məğlub etmək olar.
I aparıcı: Şairənin “Anamın nəğməsi” şeirində “ Çəpişlər ” in əksi olaraq
düşünülməmiş atılan addımın heç bir nəticə vermədiyi təlqin
edilir.Toyuqların düşünülməmiş addımı ilə tülküyə yem
olmasının qarşısını ovçunun açdığı bir güllə alır. Balaları yoxa
cıxarkən kədərli mahnı oxuyan ana toyuq, tülkü məhv edildikdən
sonra şən nəğmələr oxumağa başlayır:
Gəlin həmin nəğməni dinləyək.
( Oxucu şeiri demək üçün səhnəyə gəlir )
Toyuqlarım gözəl-göyçək,
Hərəsi bir cürə çiçək.
Biri çil-çil, biri sarı,
İpək kimi qanadları,
Gəzin çöldə, gəzin düzdə,
Səpilmişdir önünüzdə.
Hər cürə dən, toyuqlarım,
A mənim şən toyuqlarım.
II aparıcı: 87 yaşında dünyasını dəyişən Xanımana Əlibəyli bu gün də
unudulmur, xalqının, onu sevən azyaşlıların, sənət
yoldaşlarının qəlbində əbədi yaşayır.
Son
20
İstifadə edilmiş ədəbiyyat:
1. Fərəcov S. Uşaqların şəfqətli ədibi: Xanımana Əlibəyli // Mədəniyyət. - 2013. -
19 aprel. - № 28. - S. 15.
1. Eyvazov S. Uşaq məhəbbətini qazanmağın çətin yolu: Xanımana Əlibəylinin
dramaturgiyası haqqında // Mədəniyyət. - 2011. - 20 aprel. - N 27. - S. 13.
1. Nəbiyev B. Uşaq ədəbiyyatımızın xanım anası: Xanımana Əlibəyli // Ədəbiyyat
qəzeti. - 2008. - 11 yanvar. - S. 3-4.
2.Uşaqların sevimli şairi : Xanımana Əlibəyli haqqında // Göy qurşağı. - 2007. -
№3(8). - S.14-15.
1. Namazov Q. 1945-1960-cı illərdə uşaq ədəbiyyatı //Azərbaycan uşaq ədəbiyyatı.
- B: Universiteti nəşriyyatı, 2007. - III hissə: Sovet dövrü uşaq ədəbiyyatı, VI fəsil.
- S. 272-284.
2. Namazov Q. Xanımana Əlibəyli (1923-2007)// Azərbaycan uşaq ədəbiyyatı. -
B: Bakı Universiteti nəşriyyatı, 2007. - III hissə: Sovet dövrü uşaq ədəbiyyatı, VII
fəsil. - S. 332-336.
3. Əlibəyli X. (1920-2007). Aman ovçu; Yuxuda; Qızıl şar: şeirlər// Azərbaycan
uşaq ədəbiyyatı antologiyası. 3 cilddə. C.2. - B.: Öndər, 2004. - S. 178-184.
Redaktor: Şəhla Qəmbərova - F. Köçərli adına Respublika
Uşaq Kitabxanasının direktoru
Tərtib edəni: Nərgiz Məcidova – F.Köçərli adına Respublika Uşaq
Kitabxanası elmi-metodika şöbəsinin baş kitabxanaçısı
Korrektor: Məmmədli Ruhiyyə - F.Köçərli adına Respublika Uşaq
Kitabxanası elmi-metodika şöbəsinin müdiri
Dostları ilə paylaş: |