8
əsərlərindən geniş iqtibaslar verən məşhur Yaqut əl-Həməvi də məhz ona isnad edərək təkrarlayır və bununla
yanaşı əl-Busfurrucani
[17 - 18]
Arran ölkəsinin (Albaniya) vilayəti adlandırır. O, həmçinin, Nəşavənin sadə
xalq arasında Naxcuvan və ya Nakcuvan kimi tanındığını, onun Azərbaycanda böyük şəhər olduğunu, Ərminiyə
ilə sərhəddə yerləşdiyini, bəzilərinin isə onu Arrana aid etdiklərini də qeyd edir (40).
Haşiyə
- Ərəb mənbələrində əl-Busfurrucan, əl-Busfurracan və ya əl-Basfurcan kimi işlənilən bu yer
adının antik Basoropeda və erkən orta əsrlər Vaspurakanı coğrafı adları ilə eyniliyi şəksiz olsa da, onların ərazi
baxımından tam üst-üstə düşdüyünü iddia etmək səhv olardı. Belə ki, regionda baş verən siyasi dəyişikliklər
inzibati-ərazi dəyişikliklərinə də səbəb olur, bu və ya digər ərazinin hüdudlarını daraldır və ya, əksinə,
genişləndirirdi.
Tarixən məlumdur ki, hələ b.e.ə. II əsrdə Ermənistan yaylasında əmələ gəlmiş erməni padşahlıqları
özlərinin apardıqları işğalçılıq siyasəti nəticəsində qonşu xalqların torpaqları hesabına sərhədlərini
genişləndirmiş, Atropatenaya (Kiçik Midiyaya) məxsus Kaspiana, Favnitida, о cümlədən Basoropedanı ələ
keçirə bilmişdilər (41). Yenə antik müəlliflərin məlumatına görə, həmin ərazilər artıq b.e. 2-ci ilində baş verən
hadisələr nəticəsində Atropatena hökmdarı tərəfındən geri qaytarılmışdı (42). Strabona əsaslanan İ. Əliyev elə
bu zaman Vaspurakanın bir hissəsi olan, sonralar M. Xorenski tərəfindən Böyük Ermənistana aid edilən və iki
qonşu dövlət arasında nifaqa səbəb olan dağlıq Albakanın (Strabonda səhvən Simbaka) da Atropatenaya
qaytarıldığını bildirir (43). "VII əsr erməni coğrafiyası "na görə о zaman "Böyük Ermənistan "ın 15 əyalətindən
biri olan Vaspurakan özü-özlüyündə 36 vilayətə bölünürdü (44). Moisey Xorenskiyə aid edilən bu əsərdə həmin
vilayətlər sırasında "şərabla bol olan Qoxtn" (№ 34),
[18 - 19]
"Naxçuan, eyniadlı şəhərlə"(№ 35) və "Mərənd"
(№36) də sadalanır (45).
Burada mənbədən irəli gələn çox maraqlı bir məqama diqqət yetirməklə işğal dövrü Naxçıvan - əl-
Busfurrucan əlaqəsinə müəyyən aydınlıq gətirmək mümkündür. Belə ki, mənbədəki məlumatdan görünür ki,
ərəblər işğal prosesində hər bir vilayətin (məsələn, Sürac Tayr və Bağravand), şəhər və уa qalanın bilavasitə öz
hakimi ilə müqavilə bağlayırdılar. Nəşavə-Naxçıvanın mənbədə adı çəkilməyən hakimi ilə müqavilə
bağlandıqdan sonra artıq ərəblərin əlinə keçmiş bu şəhərə gələn al-Busfurrucan hakimi (mətndə batriki) ilə də
(sözsüz ki, bu zaman Vaspurakanda hakimlik edən Arsrunilər sülaləsinin nümayəndəsi ilə) ayrıca bir müqavilə
bağlanılmışdı; əl-Bəlazuri həmin hakimin müqaviləni "özünün bütün ölkəsi" (yəni, əl-Busfurrucan-Vaspurakan)
və yuxarıda adı çəkilən iki vilayəti adından bağladığını vurğulayır. Ərəb müəllifinin bu məlumatını, yəni
Nəşavə və əl-Busfurrucanla ayrı-ayrılıqda müqavilə bağlanılmasını, bu dövrdə Naxçıvanın Arsrunilərə
tabeliyini inkar edən, şəhərin özünün ayrıca yerli hakimi olduğunu təsdiqləyən qiymətli fakt kimi qeyd etmək
olar.
Beləliklə, Naxçıvanın müxtəlif tarixi məqamlarda Basoropeda, Vaspurakan və ya əl-Busfurrucan
adlanan vilayətlə əlaqəsi haqqında danışarkən aşağıdakılar nəzərə alınmalıdır: Naxçıvan ərazisinin hələ b.e.ə.
Atropatenaya (antik Azərbaycana) aid Basoropedaya daxil olduğu; hətta erməni müəlliflərinin də (M. Xorenski
və b.) burada marların-midiyalıların yaşadıqlarını qeyd etdikləri (46); "Böyük Ermənistan" adlı dövlətin artıq
b.e.ə. I əsrdə dünya xəritəsindən silindiyi; b.e. 387-ci ilində Ermənistanın Bizans və İran arasında
bölüşdürüldüyü; 428-ci ildə İrana tabe
[19 - 20]
hissədə də erməni dövlətçiliyinə son qoyulduğu; 591-ci ildə
tarixi Ermənistan torpaqlarının Bizansla Iran arasında bağlanan müqaviləyə əsasən yenidən bölüşdürüldüyü;
Iran Ermənistanının (Persarmeniyanın) çox hissəsinin Bizansa ötürüldüyü; bütün bu yüzillər ərzində (b.e. I-VI
əsrləri) Naxçıvanın istər yerli Qafqaz (о cümlədən erməni), istərsə də digər mənbələrdə adı çəkilsə də, erməni
alimlərinin iddiasına baxmayaraq, bilavasitə ermənilərə aidliyinə işarət verən heç bir dəlilin olmadığı (47);
ərəblərin, görünür, Sasanilərə tabe olan yerli hakimin idarə etdiyi Naxçıvan şəhəri və erməni Arsrunilərin idarə
etdiyi Vaspurakan vilayəti ilə ayrı-aynlıqda müqavilə bağlamaları;
Bütün bunlarla yanaşı, onu da deməliyik ki, sünikli müəllif Stepannos Orbelyan (XIII əsr) Naxçıvanı
hələ b.e. I-II əsrlərində Sünik vilayəti tərkibində, hətta onun mərkəzi hesab edir (48).
Haşiyə
- Mənbələrdə çox vaxt müstəqil təqdim edilən Sünik (Sisəcan, Sisakan) (49), tədqiqatçıların
fikrincə, M. Xorenskinin onu VII əsrdə "Böyük Ermənistana " daxil 12 vilayətli əyalət kimi verməsinə rəğmən
"etnik, mədəni və siyasi baxımdan Ermənistandan daha çox Albaniya və Atropatena ilə bağlı idi" (50). 387-ci
ildəErmənistanın romalılar ilə Sasanilər arasında bölüşdürülməsindən sonra Sünikgah Albaniya, gah
Atropatena ilə bağlı olsa da müəyyən dövrlərdə öz müstəqilliyini saxlaya bilmişdi. 591-ci ildə bağlanılan İran-
Bizans müqaviləsinə görə Sünik, Vaspurakan və Dvin vilayətləri Sasanilərə tabe inzibati bölgə kimi İran
torpaqlarına qatılır. F. Məmmədovanın rəyinə görə, Sasanilərin vassalı olan Sünik bu zaman, yəqin ki, siyasi
baxımdan alban Mihranilərə də tabe idi (51). Ərəblərəqədərki dövrdə Sünikin Albaniyadakı Mihranilər, о
[20 -
21]
cümlədən Cavanşirlə yaxın əlaqəsini, artıq qeyd etdiyimiz kimi, Cavanşirin Sünik knyazının qızı ilə
evlənməsi də təsdiq edir (52).