“Özəlləşdirmə: dövlət aktivlərindən
istifadənin səmərəliliyinin yüksəldilməsi
vasitəsi kimi”
mövzusunda Analitik qeydlər
Professor Rasim Həsənov
Mövzu seçimini şərtləndirən amillər
➢ XXI əsrin əvvəllərində Dövlətin iqtisadi fəaliyyətdə iştirakının təsirliyi,
dominantlığı güclənmişdir.
➢ Rəqəm “oyununa” əsaslanan, “ölkələrin beynəlxalq rəqabətliliyi” parametri,
birja və TMK-ların fəaliyyəti nəticəsində, qiymətləndirici missiyasından
mühüm iqtisadi amilə çevrilmişdir.
➢ Korporotivləşdirmənin dərinləşdirilməsi, mülkiyyətin ictimailəşdirilməsinin
yüksək konsentrasiyasını şərtləndirmişdir.
➢ Klassik mahiyyətin ciddi dəyişməsi şərti ilə, iqtisadi fəaliyyətdə Dövlətin əsas
şərtləndirici rolu de-fakto təmin olunmuşdur.
Dövlətin yeni şəraitdə iqtisadi fəaliyyətdə vəzifələri və onunla bağlı
gözləntilərin araşdırılması, iqtisad elmi və təcrübəsi baxımından aktuallaşmış
və tədqiqatçıların prioritetlərinə çevrilmişdir.
25.05.2017
2
İqtisadi müstəqilliyin təşəkkülü
Azərbaycanda yeni müstəqillik dövründə
iqtisadi quruculuq və inkişaf strategiyasının əsas vəzifələri:
• bütövlük və tamlıq xüsusiyyətlərinə malik iqtisadi sistemin
formalaşdırılması;
• direktiv idarəetmə prinsipi üzrə, böyük iqtisadi sistemin ərazi “alt hissəsi”
kimi formalaşmış iqtisadiyyatın bazar münasibətlərinə əsaslanan müstəqil
təsərüfatçılıq sisteminə transformasiyası;
• yeni şəraitdə milli iqtisadi inkişafın təmin edilməsinin resurs bazasının
formalaşdırılması
əsasən həll edilmişdir.
25.05.2017
3
İqtisadiyyatın şaxələndirilməsi və ya inkişafın dayanıqlığı
❖
Milli iqtisadi sistemin nailiyyətləri, 2012-ci ildə inkişafın yeni keyfiyyət
mərhələsini hədəfləyən ambisiyalı - “Azərbaycan 2020: gələcəyə baxış”
Konsepsiyasının qəbulunu şərtləndirmişdir.
❖
Lakin şaxələndirilmədə, daxili inkişaf potensialının səfərbərliyi, “özünüinkişaf”
qabiliyyətinin bərpası və inklüzivlik şərtlərinə riayət edilməməsi, milli sistemin
konyunktur dəyişiklərinə volatilliyinin hədsiz yüksəlməsi və inkişaf potensialının
dayanıqlığının kəskin azalmasını doğurmuşdur.
❖
Dünya neft bazarında konyunktur dəyişikləri və iqtisadi siyasətin “boşluqları”
fonunda, milli valyutanın 2015-ci ildə iki mərhələdə qaçılmaz, kəskin
devalvasiyası, iqtisadiyyatın fəaliyyəti üçün böyük resurs və bazar problemləri
yaratdı.
25.05.2017
4
Dövlət aktivləri nədir?
✓ Dövlət aktivləri anlayışı, yeni hüquqi anlayış hesab edilir.
✓ Dövlət aktivləri -müəyyən dəyərə malik olan, əqdlər və razılaşmalarla
dövlət mülkiyyətinə alınmış, əmlak və qeyri-əmlak formasında əşya və
hüquqları etiva edir.
✓ Dövlət aktivləri, çox saylı əlamətlərlə strukturlaşdırılan mürəkkəb ierarxik
münasibətlər sistemidir.
✓ Dövlət aktivlərinin idarəçiliyinə daha səmərəli üsul və yanaşmalarının
seçimi, milli iqtisadi sistemin inkişaf səviyyəsi və iqtisadi siyasət
paradiqmasından asılıdır.
25.05.2017
5
• Dövlətin iqtisadi fəaliyyətdə iştirakının ən dolğun dəyərləndirilməsi bütün aktivlərin
daha səmərəli istifadəsinin qiymətləndirilməsi ilə mümkündür;
• Maddi və qeyri maddi tərkibə malik olan dövlət aktivlərinin təsir edici gücü, müasir
dövrdə, daha geniş təsir sferasına malik olan qeyri maddi aktivlərin prioritetliyi ilə
formalaşır;
• Aktivlərin idarə edilməsi, dövlətin iqtisadi inkişaf strategiyası və siyasətinin əsas
dominantı olmaqla bərabər, iqtisadiyyatda mühüm struktur yaradıcı vasitə hesab
edilməlidir;
• Dövlət aktivlərinin səmərəliliyi, aktivlərin istifadəsində harmonikliyin, çevikliyin və
komplekslilyin “sinergiyası”, kumilyativliyi ilə müəyyənləşir;
• Aktivlərin idarə olunmasının mühüm vəzifəsi olan, iqtisadiyyatın sektorial və sahəvi
strukturunun rasionallaşdırılmasında fiskal və monetar siyasətlə yanaşı, əmlakın
dövlətsizləşdirilməsi,özəlləşdirilməsi və korporativləşdirilməsi ən təsirli siyasət
alətləri hesab olunur.
25.05.2017
6
Aktivlərinin idarəçiliyinin ümumi prinsipləri:
✓ Dövlət aktivlərinin istifadəsi, Dövlətin iqtisadi idarəetmədə əsas
funksiyası olan rasional tənzimləyici roluna adekvat olmalıdır.
✓ Dövlət aktivlərinin istifadəsi resursların limit məhsuldarlığını və ya ona
yaxın səviyyənin təmin edilməsinə hədəflənməlidir;
✓ Əlverişli iqtisadi mühütin və təsərrüfat mexanizminin formalaşdırılması
aktivlərin idarəedilməsinin ən çevik elementlərindən biri olmalıdır;
✓ Təkmil rəqabət mühütinin formalaşdırılması, inkişafın inklyuzivliyi və
davamlılığının təmin edilməsini stimullaşdırmalıdır və s.
25.05.2017
7
Dövlət aktivlərinin idarəçiliyi xüsusiyyətləri
Azərbaycan iqtisadiyyatında yaranmış çağdaş durum əslində,
dövlət aktivlərinin idarəçiliyi xüsusiyyətlərindən
qaynaqlanan, struktur və institusional xarakterlidir.
Təsərrüfatçılıq
mexanizminin
transformasiyası
və
mülkiyyətin
dövlətsizləşdirilməsinin
başa
çatdırılmaması
səbəbindən
Milli
iqtisadiyyatın davam edən və özündə “böhran potensialını” daşıyan
tranzitivliyinin şərtləndirdiyi mühüm arzu olunmaz xüsusiyyətlərin
aradan qaldırılması –
özəlləşdirmə və dövlət aktivlərinin idarəçiliyi fəlsəfəsinə
yeni yanaşmanın tətbiqini aktuallaşdırır.
25.05.2017
8
Dövlət aktivləri mühüm inkişaf amili kimi
❖ Azərbaycanda struktur problemləri iki istiqamətlidir və iqtisadi sistemin
“özünü inkişaf qabiliyyəti” və dayanıqlığı səviyyəsinə təsir edir:
✓
Sovet mirası olan “əyalət iqtisadiyyatı” xarakteri
✓
Struktur problemlərin yüksək kapital tutumluğu
❖
Tranzitiv ölkələrdə insititutsional problemlər əsasən, dövlət idarəetmə
sistemində funksiya və vəzifələrin təkrarlanmasını şərtləndirən bürokratiya
aparatının hədsiz genişliyindən qaynaqlanır.
❖
İdarəetmə sisteminin qeyri təkmilliyinin təsirləri, onun bilavasitə xərclərinin
yüksək olması ilə deyil, daha çox mövcud resursların idarəçiliyində yol verilən
qeyri-səmərəliliklərlə bağlıdır.
25.05.2017
9
İnkişaf potensialının məhsuldarlığı problemləri
❖ Azərbaycanda dövlət aktivlərinin idarəçiliyində yol verilən qeyri-səmərəliliklər:
❖ iqtisadi siyasətin məqsədlər piramidasında iyerarxiyaların düzgün
müəyyənləşdirilməməsi,
❖ müxtəlif səviyyəli idarəedicilər tərəfindən qərar qəbulunda korporativ maraqlarla
tənzimlənən subyektivliyin yüksəkliyi.
❖ Özəlləşdirmənin seçilmiş məqsədlərinin :
❖ sahibkarlar təbəqəsinin formalaşdırılması;
❖ ictimai mülkiyyətin ədalətli bölgüsünün təmin edilməsi
❖ Dövlət büdcəsinin yeni gəlir kanalının yaradılması vəzifələrinin məntiqi
uyuşmazlığı, onun nəticələrinin qeyri-məqbulluğunu şərtləndirmişdir.
25.05.2017
10
İnkişaf potensialının məhsuldarlığı problemləri
Son iki ildə, bir çox ölkələrdə və Azərbaycanda baş vermiş iqtisadi
tənəzzülün əsas səbəbi, axınların sadə disbalansı yox, aktivlərin
həcminin azalması və xarici borcların artması fonunda, aktivlərin
dəyərinin azalmasını şərtləndirən valyuta böhranı olmuşdur.
Çıxarılmalı nəticə:
• Dövlətin iqtisadi fəaliyyətə real təsirləri, idarəetməyə
yanaşmalardan əhəmiyyətli asılıdır.
• Dövlətin həlledici rolu, böyük resurslara malik olması ilə yox,
formalaşdırdığı milli təsərrüfatçılıq mühiti və apardığı iqtisadi
siyasətin, dövlət aktivlərinin iqtisadi inkişafı stimullaşdırmaq və
dəstəkləmək xarakteri ilə şərtlənir
.
25.05.2017
11
2017-ci ilin Dövlət büdcəsinin gəlirlərinin strukturu
Mülkiyyətçi gəlirləri :
•“Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər”,
• “Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin
altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar”
• “Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən
daxilolmalar”
Cəmi 5,9 mln. manat və ya büdcənin ümumi gəlirlərinin
0.15% qədər nəzərdə tutulur
25.05.2017
12
Aktivlərin aşağı səmərəliliyi səbəbləri və nəticələri:
•
Qanunlarla verilən güzəştlər sayəsində, dövlət müəssisələrinin ictimai
məsuliyyəti və cavabdehliyi ilə təsərrüfatçılıq nəticələrinin adekvatlığı
prinsipinin qorunmaması;
•
Məsələn “təkrar borc sazişləri” “təcrübəsi” “kredit öhdəliyi” kimi ciddi
nizamlayıcı və qeyri-zəruri xərclərin qarşısını ala biləcək, təsirli iqtisadi aləti
sanki “yoxa çıxarmışdır “. Nəticədə, Dövlət büdcəsində xarici borc
öhdəliklərinə xidmət xərcləri sürətlə artmaqdadır. 2017-ci ilin Dövlət
büdcəsində “Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi” üzrə xərclər
1642 mln.manat, o cümlədən “Xarici dövlət borcu” üzrə 1581 mln.manat vəsait
ayrılmışdır.
•
Dövlət müəssisələrinin ənənəvi və ya “xüsusi statusları” sayəsində de-fakto
əldə etdikləri “qeyri-leqal idarəetmə funksiyaları” hesabına, bir çox hallarda
inhisarçılıq səviyyəsinə çatan daha əlverişli biznes mühitinə malik olması;
25.05.2017
13
•
Mühüm struktur yaradıcı əhəmiyyətə malik, böyük həcmdə dövlət aktivlərini idarə edən
bank - kredit müəssisələri, o cümlədən Mərkəzi bankın real sektorun tələblərinə adekvat
olmayan qeyri-məqbul “müstəqil” fəaliyyəti;
•
Banklar, real sektorda de-fakto formalaşmış mənfət normasına və Mərkəzi bankın uçot
dərəcəsinə nisbətən, “hədsiz” yüksək kredit faizlərinin yaranmasını dəstəkləməklə
bərabər,beynəlxalq maliyyə bazarlarından ucuz kredit resuslarını cəlb etməklə, uzun
illər ərzində manatın məzənnəsinin süni möhkəmlənməsinin stimullaşdırılmasına
xidmət etmişlər.
•
Neft gəlirlərinin böyük axını şəraitində yüksək gəlirlər hesabına, ciddi valyuta
ehtiyatları cəmləşdirən Mərkəzi Bankın uzun dövr ərzində inflyasiya hədəflənməsinə
üstünlük verməsi, manatın “bahalaşması” və kredit faizlərinin yüksəkliyini şərtləndirən
əsas amillərdən biridir. Son illərdə öz valyuta ehtiyatlarını 15 mlrd. dollara qədər
yüksəldən (dövlət ehtiyatlarının təxminən 30%) Mərkəzi Bank, “bank sisteminin
sağlamlaşdırılması” xərclərininin zəruriliyini əsaslandıraraq, mövcud qanunvericiliyə
uyğun olaraq öz mənfəətindən, mülkiyyətçi gəlirləri qismində Dövlət büdcəsinə, son 10
ildə demək olarki,ayırmalar etməmişdir.
25.05.2017
14
•
Dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin sürətlə artması fonunda, borc
“yaradan” müəssisələrin, mülkiyyətçinin gəliri kimi, Dövlət büdcəsinə
ayırmalarının “yoxa çıxması”;
•
Yüksək likvidli aktivlərin, vahid xəzinə hesabının qalığı və onun idarəetməyə
verilməsindən daxilolmaların azalan dinamikası - 2015-ci ilin əvvəlinə qalığın
həcmi 1728.6 mln. olduğu halda, qalığın idarə olunmasından gəlirlərin həcmi cəmi
4.5 mln. manat və ya 0.26%, 2016-cı ilin əvvəlinə 1433,9 mln.manat qalığa
rəğmən idarəetmədən gəlir 3.9 mln.manat və ya 0,27%, 2017-ci ilin əvvəlinə isə
qalıq425,0 mln manat,idarəetmədənisə 3,1 mln. manat və ya 0,7% gəlir nəzərdə
tutulmuşdur.
•
Dövlət mülkiyyətinin özəlləşdirilməsindən daxilolmaların ənənəvi olaraq böyük
kəsirlərlə icra edilməsi və özəlləşdirilmiş müəssisələrin tam gücü ilə fəaliyyət
göstərməməsi və s.
25.05.2017
15
• 01.10.2016-cı il tarixə özəlləşdirmə prosesində yaradılmış və hazırda səhmləri
bütövlükdə, yaxud qismən dövlətə məxsus 173 səhmdar cəmiyyəti mövcuddur.
• Ümumi nizamnamə kapitalı 196,4 mln. manat, dövlətə məxsus payların (səhmləri)
həcmi 141,9 mln. manat təşkil edən cəmiyyətlər dövlət büdcəsinə, özəlləşdirmədən
əldə edilən vəsaitlər kimi, 2015-ci ildə cəmi 40,0 min, 2016-cı ilin 9 ayı ərzində
31,2 min manat dividend daxil edilmişdir.
• 2017-ci ilin dövlət büdcəsində, Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə
və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar cəmisi
8,0 mln.manat,o cümlədən, daşınmaz dövlət əmlakının icarəyə verilməsindən
dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə 113,0 min, kommersiya
müəssisələrində 2,6 mln., özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı
torpaqların icarəyə verilməsindən icarə haqqı isə 5,3 mln manat nəzərdə
tutulmuşdur.
25.05.2017
16
•2017-ci il dövlət büdcəsinin gözlənilən kəsirinin
maliyyələşdirilməsi mənbələrindən biri kimi, özəlləşdirilmədən
daxilolmalar 200,0 mln. manat müəyyən edilmişdir.
•Ənənəvi olaraq Azərbaycanda Dövlət mülkiyyətinin
özəlləşdirilməsinin aparıldığı bütün dövrlərdə, proqnozlaşdırılımış
daxilolmalar, həmiş çox böyük kəsirlərlə icra edilmişdir. Məsələn,
2016-cı ildə, dövlət əmlakının özəlləşdirilməsindən 100.0
mln.manat həcmində tapşırığa qarşı,cəmi 4,7 mln. manat və ya
tapşırığın 4,7%-i qədər vəsait daxil olmuşdur.
25.05.2017
17
Dövlət aktivlərinin idarəçiliyi üzrə siyasət tövsiyələri
❑
Dövlət aktivlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə dövlət
xidmətlərinin vahid idarəçilik prinsipi üzrə təşkilinin təmin edilməsi;
❑
Büdcə və Rəqabət məcəllələrinin qəbul edilməsi;
❑
Nəticəyə hədəflənən icmal büdcə modelinin tətbiqi:
❑
Fiskal və monetar siyasətin koordinasiyasının gücləndirilməsi və real sektora
hədəfləndirilməsi;
❑
Dövlət gəlir və xərclərinin büdcədə tam akkumulyasiyasının təmin edilməsi;
❑
Dövlət müəssisələrinin “xeyriyyəçilik” missiyalarının qadağan edilməsi;
❑
Təkrarlanan funksiyaları icra edən orqanların birləşdirilməsi ilə idarəetmə xərclərinin
azadılması;
❑
İdarəetmə sistemində inzibatçılıq və maliyyələşdirmə modellərinin adekvatlığının
təmin edilməsi və s.
25.05.2017
18
Özəlləşdirmənin səmərəliliyinin yüksəldilməsi üzrə siyasət tövsiyələri
➢
Cefferson yanaşmasına əsasən, “daha azı idarə edən daha yaxşı idarə edər”
➢
Özəlləşdirilmənin əsas missiyası, iqtisadiyyatın “dövlətsizləşdirilməsi” kimi qəbul
edilməlidir;
➢
Özəlləşdirmənin realizasiyası, Dövlətin bilavasitə iqtisadi fəaliyyətdən rasional və sürətli
uzaqlaşmasını təmin etməlidir;
➢
Özəlləşdiriləcək dövlət müəssisələri sferası mümkün qədər genişləndirilməlidir;
➢
Nəzərdə tutulmuş müəssisə və obyektlərin, hissələrin, torpaq sahələrinin
özəlləşdirilməsinin başa çatdırılmalıdır;
➢
Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar vaxtında və tam həcmdə təmin
edilməlidir;
➢
Ölkədə fond bazarının, korporativ müəssisələrin səhmlərinin daimi bazarının təmin
edilməlidir və s.
25.05.2017
19
Dövlət borclanması üzrə siyasət tövsiyələri
✓
Nəzarət zərfi dövlətə məxsus səhmdar cəmiyyətlərində və şirkətlərində
mövcud kredit xəttlərinə fərdi yanaşmaqla borcun tənzimlənməsi;
✓
Mütəmadi olaraq valyuta risklərinin qiymətləndirilməsi;
✓
Kredit layihələri və resursların istifadəsinə nəticəlilik və səmərəlilik
baxımından maliyyə nəzarətinin təmin edilməsi;
✓
Dövlət borcunun xarakteri nəzərə alınmaqla, ən aşağı xərclə tələb olunan
maliyyələşmənin təmin edilməsi;
✓
Xarici makroiqtisadi şokların büdcə və xərclərə təsirinin azaldılması
məqsədilə borc yükünün valyuta prioritetləri müəyyənləşməlidir.
25.05.2017
20
DİQQƏTİNİZƏ GÖRƏ
TƏŞƏKKÜR EDİRƏM!
25.05.2017
21
Dostları ilə paylaş: |