kilometrlərlə uça-uça, onu doğma yerinə çəkib gətirən havayla bizə sarı axırdı...
Tezliklə hamı onun hərəkətinin səsini – küləyin dalğalandırdığı dəmir saçağın
səsini eşitdi, hamı onun hüznlü simasını,
yaşla dolu gözlərini, kainat fırtınasından
dağılıb açılan ilanabənzər hörüklərini gördü... O, arxasınca işıqlı ulduz tozu yaya-
yaya, qəlpələrini havada vıyıldada-vıyıldada, möhtəşəm zərbələrindən, Yer
üzündə, zaman məhfumundan çox-çox əvvəl, nəhəng kömür yarğanları, dərin
okean uçurumları açan yanar parçalarını ata-ata gəlirdi. «Bax, kraliça, yaxşı-yaxşı
bax... O, bir də yüz ildən sonra gələcək!» - deyə qoca pıçıldadı. Kometanın
fosforlu işığı altında, ulduz tozunun dumanında əvvəlkindən daha gözəl görünən
Manuela qorxu içində xaç çəkib onun əlindən yapışdı. «Anam mənim, Bendisyon
Alvarado, nəhayət bu baş verdi… o, mənim əlimdən tutdu!..» Manuela isə qocanın
əlindən nə vaxt tutduğunu hiss eləməmişdi… qarşısında gözlənilmədən açılan
əbədiyyət uçurumundan dəhşətə gəldiyindən, özündən asılı olmayaraq, kömək
üçün qocanın əlindən – adsız barmağında prezident möhürü qaralan qəddar
qocanın incə, şümal əlindən - hakimiyyət ocağında aramla bişib közərən əlindən
tutmuşdu...
Biz, bu ilahi möcüzədən – göyün üzünü örtüb, ölkənin üstünə ulduz yağışı tökən
bu odlu meduzanın gəlişindən bir o qədər də həyəcanlanmamışdıq,
çünki fikrimiz
ondaydı ki, görək bütün bunlar nə ilə nəticələnəcək. Aramızda ən ümidsizlər belə,
inanırdılar ki, nə isə olacaq, nə isə, görünməmiş bir hadisə baş verəcək - dünya
dağılacaq, xristianlığın əsasları alt-üst olacaq, üçüncü inam erası başlayacaq…
Beləcə, böyük dəyişiklikləri gözləyə-gözləyə, biz, səhərəcən küçələrdə qaldıq,
sonra yuxusuzluqdan əyilən üz-gözümlə evlərimizə dağılışdıq. O gecə biz
evlərimizə, ulduz tozu və odlu qəlpələr tökülmüş küçələrlə veyillənə-veyillənə
getdik, süpürgəçilər artıq kometanın səpələdiyi səma tör-töküntüsünü süpürürdülər,
biz isə, yenə də heç nəyin baş vermədiyinə, böyük tarixi yalanın qurbanları
oluğumuza inanmaq istəmirdik...
Axı rəsmi dairələr, kometanın uğurlu uçuşunu dövlətin,
qara qüvvələr üzərində
qələbəsi kimi qiymətləndirmişdilər; odlu meduzanın bu uğurlu uçuşu, həm də
camaatın, prezidentin ayağına yazdığı əcayib xəstəliklər barədə şayələrə son
qoymaq üçün də istifadə edildi, yəni məgər xəstə insan göyləri idarə edə bilərmi?..
Qəzetlərdə onun, xalqa ünvanladığı rəsmi bəyənatı da dərc olundu. Bu müraciətdə
o, ikinci kometanın gəlişinəcən öz vəzifəsində qalacağını qərara aldığını bildirirdi.
Musiqi guruldayır, onun ölümünə, dövlət çevrilişinə hazırlanan fişənglər göyə
atılırdı. Lakin, o nə musiqini, nə əllərində şüarlar Armas meydanına axışıb gələn
camaatın qışqıra-qışqıra: «Vətənin əbədi xilaskarına eşq olsun!.. Qoy o, əsrlər boyu
yaşasın!.. Bizdən gələcək nəsillərə xəbər aprasın!..» - deməklərini eşitmirdi. Bütün
bunlar,
zərrə qədər olsun, onun diqqətini cəlb eləmir, dövlətin ən məsuliyyətli işləri
belə yadına düşmür, bütün bu işləri məmurlara həvalə edirdi. Çünki bütün içi,
Manuela Sançesin, o gün ovcunun içində alışıb yanan əlinin xatirəsiylə alışıb-
yanırdı. O, həmin xöşbəxt anı bir də yaşamaq üçün ölümə də razı idi, buna görə hər
şeyi alt-üst eləməyə, dünyanı dağıtmağa dəyərdi. Həmin o anı o, o qədər ehtirasla
arzulayırdı ki, məcbur olub alimlərə, yalvarıb onlardan, yalançı kometa, uçan
ulduz, alovlu göy əjdahası,
bir sözlə, əbədilik qarşısında gənc, gözəl qadının başını
gicəlləndirə biləcək təsirli bir göy hadisəsi kəşf etmələrini xahiş etməli oldu. Lakin
55
alimlər ona, yalnız bircə şeyi edə biləcəklərinə söz verdilər, bu da, gələn həftənin
çərşənbə günü, günorta saat dörddə günəşin batması hadisəsi ola bilərdi. Onun, razı
olmaqdan başqa ayrı əlacı qalmadı. Günəşin batması əməliyyatı isə lazımi
səviyyədə alındı, günün günorta çağı ölkəyə qaranlıq gecə çökdü, ulduzlar sayrışdı,
güllər bükülüb bağlandı, toyuqlar hindəki yerlərini tutdular, it-pişik bir-birinə
qarışdı və o, Manuela Sançeslə yanaşı oturub, onun nəfəsini, qəfil qaranlığa
aldanıb solan qızılgülünün qoxusunu içinə çəkdi. «Bu, yalnız sənin üçündü,
kraliça! Bu, sənin qaranlığındır!» Lakin bu dəfə Manuela Sançes ona heç bir cavab
vemədi, əlindən də tutmadı və o, daha qızın nəfəsini eşitmədi… Manuela ona yuxu
kimi göründü… Onda o, əlini qıza sarı uzadıb, qaranlıqda ona toxunmağa çalışdı,
lakin əli boşluqdan asıldı, barmaqlarının ucu, Manuelanın indicə oturduğu stula
toxundu… stul, hələ də Manuelanın iyini özündə saxlamışdı, amma qız
özü yoxa
çıxmışdı… odu ki, o, bütün evi dolaşa-dolaşa, əlini divarlara, künclərə sürtə-sürtə,
yuxulu gözləriylə qaranlığı axtara-axtara, yanıqlı-yanıqlı yalvarıb: «Hardasan, ey
mənim bədbəxtliyim, Manuela Sançes?.. Mən səni axtarıram, amma səni, sənin
qaranlığında tapa bilmirəm. Hanı sənin o qəddar əlin, qızılgülün hanı?..» - deyə-
deyə gəzdi. O, qaranlığın içiylə, dərin sularda azan üzgüçü kimi - gah əfsanəvi
lanqustaya – qalvanometrə, gah ələkeçməyən koral daşlarına – zəngli saata, gah
əcaib xərçənglərə – illüziya fokusları üçün ləvazimatlara
toxuna-toxuna üzür, lakin
bu qaranlıq sularda – hədiyyələr anbarına çevirdiyi bu evdə bircə Manuela Sançesi
tapa bilmir, onun, səhləb çiçəyinin qoxusunu andıran nəfəsini eşidə bilmir, yalançı
gecənin qaranlığı get-gedə əriyib itir, qəddar işıq, onun xəyallarını dağıdıb
seyrəldirdi. Axşamüstü isə, sübh çağı, saat altıda onu, ömründə heç vaxt
keçirmədiyi dərin kədər hissi bürüdü və o, özünü qəfildən Allahdan da qoca hiss
elədi... Bu nəhəng, boş evin qaranlığındakı tənhalığını, olsun ki, bu dünyada bir
kimsə hiss edə bilməzdi. «Sənsiz dünyamın tənhalığı,
mənim kraliçam, bu sirrli
qaranlığın içində əriyib əbədiyyətə qovuşdu.» Bu hadisədən sonra o, ölkəni də
uzun müddət beləcə - Manuela Sançesi, evin gizli dəhlizlərində:«Hardasan, ey
mənim məhvimin Manuela Sançesi?» - deyə-deyə, axtara-axtara idarə elədi.
Manuela Sançes isə həmin o gecə, günün üzü tutulanda elə bil qeybə çəkilmişdi….
Ona belə xəbərlər çatdırılırdı ki, guya Puerto-Rikodakı böyük karnavalda kimsə
Manuelanı görübmüş, guya orda o, özünü Yelena kimi təqdim eləyibmiş və elə
orda da onu kimsə bıçaqlayıbmış… bir
qədər sonra da məlum olurdu ki, bu, o
deyilmiş... Gah da deyirdilər, guya rumbanın yaradıcısı Papa Monteronun* şərəfinə
keçirilən bayramda Manuela rumba rəqsi oynayırmış, sonra yenə məlum olurdu ki,
rəqqasə o deyilmiş. Deyirdilər, onu Barlovento adalarında - mağaralar olan yerdə,
mağaraların girəcəyində rəqs edənlərin arasında görüblər, deyirdilər, onu
Arakatakadakı şənliklərdə, Panama dəflərinin ritmləri altında hərlənən görüblər,
sonra da məlum olurdu ki, bu, o deyilmiş: «Onu iblis aparıb, mənim generalım,
iblis, ayrı cür ola da bilməz!..»
Onda o, acı kədərdən bircə ona görə ölmədi ki, özünü ölümün ixtiyarına
vermək
üçün hirsi-hikkəsi çatmadı, çünki bilirdi ki, sevgidən ölməyəcək, bilirdi ki, onun
taleyinə belə bir ölüm yazılmayıb. O, bunu həmin o uzaq gecə - hələ hakimiyyətə
qədəm qoymamış, görücü-falçı qadının yanına gedib, falına suda baxdırandan,
sehrli suyun, onun ovcunda yazılmayanları, kartda, qəhvə çöküntülərində və
56